Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
10:25Sima kate ana olacagmiss,saray qarisacag)) 10:17Sima heyooo qizlar necsiz salam herbirinize 10:04PERI sizinde sabahiz xeyir necesiz 09:37Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər! 09:37Xəyalə Murad Yeni gün hər birinizə uğur gətirsin!
39303

Qaynananızı tanıyın

Qaynananızı tanıyın

Onu sevirsiniz. Amma unutmayın ki, ortağınız olacaq - qaynananız. Həyat yoldaşınızın həyatındakı ən önəmli qadın bəlkə də sizsiniz, amma sizin qədər dəyər verdiyi başqa bir qadın da var - anası. Əgər evliliyin ilk günlərindən diqqətli olsanız və qaynananızla yaxşı münasibət qura bilsəniz, ailə həyatınız problemsiz keçəcək. Bu xəbərdə sizlərə geniş yayılmış qaynana tiplərini təqdim edirəm. Tipini öyrənmək onunla nə cür davranmaq lazım gəlidiyini müəyyən etməyinizə yardımçı olacaq.

Oğlunu həddən çox sevən qaynana: Gəlini ilə oğlunun xoşbəxt olmasını istəyər, ancaq oğlundan ayrı qala bilməz. Əgər oğlu ayrı yaşayırsa, tez-tez qonaq gələr, gecə qonaq qalar, zamanının çoxunu oğlugildə keçirər. Özü onları tez-tez qonaq çağırar, bir sözlə, tez-tez görüşmək istəyər. Oğlunu az-az görməyi onu itirmək kimi qəbul edər, bişirdiyi yemək boğazından keçməz.

Belə qaynanalar gəlinləri qıcıqlandırır, gedib-gəlmək məsələsində həyat yoldaşları ilə mübahisə edirlər. Çox zaman nə özləri gedər, nə də onun getməsini istəyərlər. Uzaq olmağa, az görüşməyə çalışırlar. Bu zaman ana “Oğlum əlimdən gedir” qorxusu ilə oğlunun üzərinə daha çox düşür, bu da münasibətləri daha da kəskinləşdirir. Vaxt ötdükcə analar oğullarının ayrı bir evi olduğuna alışır. Buna görə də gəlinlər ağıllı davranmalı, inad etməməlidirlər.

Bir yerdə yaşayanlar üçün isə bu tip qaynanalar daha çox problem yaradır. Hətta gəlininin yataq otağlna girib oğlunun üstünü örtən qaynanalar da vardır. Gəlinin gecə çimib-çimmədiyinə də fikir verənlər mövcuddur. Belə vəziyyətlərə əsəbləşib özünə və yoldaşına zərər verməkdənsə, gülərək fikir verməmək lazımdır. 

Qaynananızı tanıyın

Qısqanc qaynana: “Oğlumu itirirəm” qorxusu ilə yaşayır. Oğlunun ondan başqa bir qadını sevməsinə dözə bilməz. Oğlunun gəlinə yaxşı baxıb anasını sevməkdən vaz keçəcəyindən qorxar. Buna görə də oğlunun gəlini ilə yaxşı davranmasından, söhbət etməsindən narahat olur. Amma onların ayrılmasını da istəmir.

Qaynanasının onu qısqandığını hiss edən gəlinlərin çoxu ona inad olsun deyə daha çox xoşbəxtlik havasına girir. Yoldaşının aldığı hər şeyi qaynanasının “gözünə soxar”. Belə davranış sizə zərərdən başqa bir şey verməz. İnsanların həsəd və qısqanclıq duyğularını körükləmək sizə ancaq ziyan vura bilər. Qısqanc qaynana çox təhlükəlidir, yoldaşınızla aranızı vurmaq üçün arxanızca danışa, ona təsir edə bilər. Buna görə də ağılla davranmalı, onu qısqandırmamalısınız. 

Qaynananızı tanıyın

Gəlinini qəbul etməyən qaynana: Oğlu onun seçdiyi qızla evlənməyən qaynanalardır. Oğlu onun bəyənib-seçdiyi qızla deyil, başqa bir qızla evlənər. Qaynana yeni gəlini heç vəchlə bəyənməz, qızda, ailəsində qüsurlar tapar. Nişan-toy zamanı problem yaradar, davamlı deyinər, gəlinin etdiklərini bəyənməz.

Belə qaynana ilə inadlaşmaq, ona zidd çıxmaq sizə heç bir şey qazandırmaz. Əksinə, siz inad etdikcə oğluna” Gördünmü, mənim dediyim qızı almadın, arvadın bizi sevmir” deyə arxanızca danışar. Qaynananızın zəif nöqtəsini tapın, ona yaxınlaşmağa cəhd edin. Ona hədiyyə almaqla könlünü fəth etməyə çalışın. Qonaq gəldikdə onun üçün dadlı yeməklər bişirin, evni təmizləmkdə kömək edin. Bu, sizi qəbul etməsini asanlaşdıracaq. 

Qaynananızı tanıyın

Gəlinindən diqqət gözləyən qaynana: Belə qaynana oğlu ilə gəlinin işlərinə müdaxilə etməz, onları evləndirməklə öz işlərini bitmiş hesab edər. “Mən gəlinin işinə qarışmıram, ağıllı qaynanayam” desələr də, bu, yalandır. Gəlini ilə oğlunun gəlib-getməsinə can atar, gəlməsələr “Niyə gəlmirsiniz” deməyi özünə sığışdırmaz. Yaxşı qaynana olacam deyə özünü həddən çox qısar. “Siz evinizdə xoşbəxt olun, mənə yetər” deməyinə baxmayın, həmişə sizin yolunuzu gözləyər. Onunla əlaqəni kəsməyin.

El-oba üçün yaşayan qaynana: Onun üçün ən əsas şey “El-oba nə deyər” deyə ətrafa yaxşı görünməkdir. Gəzməyi sevər, çox gəzdiyi üçün qonaqları da çox olar. Hər yerə gəlini ilə getmək istəyər. Qonaq gəldikdə “Gəlin qulluq etsin, el-oba söz etməsin” qayğısı çəkər. Gəlinlər qaynana ilə çox gəzməyi sevməzlər. Könlünü qırmamaq üçün fürsət tapdıqca onunla gəzməyə gedin, gedə bilmədiyiniz vaxt səbəblərini şirin dillə anladın. Üzünü sallasa, fikir verməyin, əsəbi tezliklə keçib gedər. 

Qaynananızı tanıyın

Küsəyən qaynana: Küsəyəndir, hər söz xətrinə dəyər. Özünə qarşı diqqət tələb edər. Adi xəstəliyi şişirdər, diqqət görmək üçün yataqlara düşər. Uşaq kimidir. Diqqət görəndə xoşbəxt olur.

Tərif gözləyən qaynana: Onun ən çox istədiyi “Nə qədər yaxşı qaynana” olduğunu gəlindən eşitməkdir. Beləsi adətən öz ailəsindən tərif eşitmədiyi üçün bunu gəlinindən gözləyir. Yaxşı qaynanadır, amma təbii ki, səhvsiz deyil. Əgər kiçik səhvlərinə göz yumsanız, yaxşı cəhətlərini təqdir etsəniz, sizdən yaxşı gəlin olmaz. 

Qaynananızı tanıyın

Feminist qaynana: Ona görə kişilərin hamısı eynidir, hətta oğlu olsa belə. Buna görə də həmişə gəlinin haqlı bilir, gəlinə tərəf olur. Onun sözünə uyub yoldaşınıza qarşı çıxmayın. “Anan belə məni haqlı bilir” deyərək səhvlərinizə haqq qazandırmayın. Qaynananızın sözlərini ciddi qəbul etmək yoldaşınızla aranızı poza bilər.

Qorxaq qaynana: Bəzi qaynanalar gəlinlərdən qorxurlar. “Oğlan onsuz da bizimdir, amma gəlinlə aramızı pozmayaq” deyə gəlini ilə yaxşı dolanmağa çalışır. Gəlinin hörmətsizliyini görməməzliyə vurur, onu haqlı çıxarmağa çalışır. Oğlu ilə gəlini arasında problem yaşandıqda feminist qaynanalar kimi gəlinə tərəf olur, oğluna acıqlanır. Qaynananız hər dəfə sizi haqlı çıxarmağa çalışırsa, bu, sizin haqlı olduğunuz anlamına gəlmir, qadın sizdən qorxur. Davranışlarınızı bir qədər yumşaldın. 

Qaynananızı tanıyın

Pis davranışlı qaynana: Pisliyi təkcə gəlininə qarşı deyil. Sevilməyən tipdir, onunla dolanmaq çox çətindir. Qohumlarına, həyat yoldaşına, övladlarına da pis davranır. Yaxşı hərəkətlərə qulp qoyar. Problem yaratmaq üçün mütləq bir şey tapır. Heç bir yaxşılığınızın qiymətini bilməz, altında pislik belə axtarar. Sizin yaxşılıq etməyə məcbur olduğunuzu düşünər. Bu tiplərə əsəbləşmək, etdiklərində məntiq axtarmaq psixikanızı pozar. Buna görə də onun davranışlarına əsəbləşib həyatı özünüzə və yoldaşınıza zəhər etməyin. Allah rizası üçün yaxşılıq etmək istəyirsinizsə, bunun üçün qaynananızı seçin. 

Səslərin sayı: 8
78
9478

loading...
Şərhlər
Offline
Laid
Qaynanadan ana olmur her kes oz yerin bilse perde goturulmese hormetde qalar medeniyyetde biggrin
18 yanvar 2016 22:12
Offline
°elif •.°
her 2 side hormet etmelidi qaynanada gelinde aradan perdeni goturmemelidiler mence

her 2 side hormet etmelidi qaynanada gelinde aradan perdeni goturmemelidiler mence
26 aprel 2015 22:56
Offline
Elif
insallah qaynanam olanda yazaram bu haqda olmesem eger qalsam
26 aprel 2015 22:50
Offline
Sevka
menim qaynanam cox yaxwi ana ve cox yaxwi qaynanadir men her bir qiza oz qaynanam kimi qaynanaya rast gelmelerini arzu ederdim.
7 aprel 2015 11:30
Offline
Bahar Yashar
qaynana eh qaynana... eslinde oglunu istemir. etse gelini incitmez. anlamir ki en boyuk pisliyi ele ogluna edir, gelin yad qizidir. etdikleri viz gelib viz geder.... hele birde 2 oglu var o birisini secirse burda pufff zaten isler...... meselen mene hec maraqlida deyil. bir eltim var canim ilaskam paxilliqdan geberir. yalanla gelib yalanlada davad edir. ne aile... ancaq yalan dolan... birde bir dusmenlik yaradib ki gel gor de...... amma afferim ona oz uzunu gosterdide qaynina.. mence kef edib yasamaq lazimdir. zatsiz koksuz mexluqlarin qapisini bele acmiyin menim kimi
23 mart 2015 20:56
Offline
Leyla_
bu haqda men hecne yaza bilmerem cunki hele aile qurmamisma men
19 mart 2015 16:18
Offline
GOZƏL
BIR QAYNANA VAR GELIN ATASINDAN 3000 MANAT PUL ISTEYIR.GELINE ZULUM EDIR.OGLUNUN EVINI YIXIR.GELINI OZUNE ARTIQ YUK SAYIR.
24 fevral 2015 22:17
Offline
Mələksima
Biridə var oğlunu sevməyən qaynana.
10 fevral 2015 17:09
Offline
Xanim_Xatun
Benim kayin valide beni kiskaniyo))))xoslayirki ondan basqa hec kimle həmsohbət olmayiç..

Benim kayin valide beni kiskaniyo))))xoslayirki ondan basqa hec kimle həmsohbət olmayiç..
27 yanvar 2015 09:29
Offline
gunay
Sadece yola vermeyi bacarmaq lazimdir
22 yanvar 2015 15:52
Offline
.....
Qaynana da ne zamansa gelin olub. Gelinde ne vaxtsa qaynana olacaq. Bunlari mutleq fikirlesmek lazimdir.
Men cox gozel qaynana olacam,insAllah, cunki, gelin kimi de gozel gelin olmusam.Ozumu teriflemirem, qaynanamin sozleridir.Teki salamatciliq olsun.
Xeberi cox beyendim.Tesekkurler.
14 yanvar 2015 15:20
Offline
S.S.90...Samir...
Mən qaynanamı çox yaxşı tanıyıram necə lazımdı elə

Deyen sizee cooxx dag cehdirifdii crazy
9 yanvar 2015 12:44
Offline
ملاك
Pisliye de yaxsiliqla cavab vermek lazimdir, duzdur, cetindir, lakin bacarmaq lazimdir
9 yanvar 2015 12:29
Offline
H.M
Allah hec bir qizi istenmeyen gelin etmesin.
24 dekabr 2014 00:09
Offline
Gulu Isgenderova
eyyh yaxsina canimda qurban recourse cray amma neyseeee
18 dekabr 2014 15:53
Offline
Pərvanə
Mən qaynanamı çox yaxşı tanıyıram necə lazımdı elə. biggrin
12 dekabr 2014 14:02
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
xaliqova badam
menim qaynanam oglunu heddinden cox isteyen qaynana ve gelnini qebul etmeyen qaynanadir feel
8 dekabr 2014 15:27
Offline
Aysel İ.
Evdə mehribançılığın əsas səbəbi oğuldadır. Oğullar anasının yanında ananın tərəfini tutur, otağına keçən kimi yoldaşının tərəfini tutur. Oğul ailədə ananın və yoldaşın yerini bilməli heç birini bir-birinə əzdirməməlidir. o zaman hə iki tərəf də mehriban olur.
4 dekabr 2014 13:27
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Asi
Oğlunu həddən çox sevən qaynana:
Bir yerdə yaşayanlar üçün isə bu tip qaynanalar daha çox problem yaradır. Hətta gəlininin yataq otağlna girib oğlunun üstünü örtən qaynanalar da vardır. Gəlinin gecə çimib-çimmədiyinə də fikir verənlər mövcuddur. Belə vəziyyətlərə əsəbləşib özünə və yoldaşına zərər verməkdənsə, gülərək fikir verməmək lazımdır.

Ne yalan deyim qaynanamda bunlar var/meni qiciqlandrmaq ucun qestden hecne etmir ALLAH canini sag elesin ALLAH hec bir evi boyuksuz elemesin AMIN
27 oktyabr 2014 17:21
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Farida_Asadova
Mənim qaynanam övladlarini sevən və hec bir ferq qoymayan bir qadindir.....
21 sentyabr 2014 11:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )