Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Universal mütəxəssislik

Universal mütəxəssislik

Mentalitet adlanan və tərkibinə də qərb mənşəli yeniliklər əlavə olunaraq modernləşdirilən təhsilsiz görüntü mühitində, insanlar sürü zəncirindən çıxa bilmir, həyatın həqiqətini də tapmaqda çətinlik çəkirlər. Kütləni bu cəhalətdən çıxarmaq üçün isə artıq Mizrə Cəlilimiz, Sabirimiz, Cəfər Cabbarlımız, Şirvanimiz, Zərdabimiz yoxdur. Ona görə də, müasir zamanın tələblərinə düzgün uyğunlaşmaqda çətinlik çəkən xalqımızın, bu elmsiz və keşmə-keşli vaxtlarında hamılıqla təhsilə yönəlməli və gənclərin maariflənməsi üçün səfərbər olaraq, bütün enerjimizlə çalışmalıyıq. Şükürlər olsun ki, bu gün, bu kimi şüarları öz əməlləri ilə təsdiq edərək əldə rəhbər tutan az sayda da olsa ziyalılarımız var. Onlar xalqın rifahının yaxşılaşdırılması yolunda təmənnasız xidmətlər göstərir, həqiqi mənada təhsilin cəhalət üzərində qələbə çalması üçün əllərindən gələni əsirgəmirlər. Lakin təəssüflər olsun ki, belə ziyalılarımızın sayca az olması, anlayışlı kütlənin də formalaşmasını ləngidir. Belə boşluqda isə, yanlançı savadlılar peyda olur və kütlənin elmsizliyindən istifadə edərək onların həqiqəti tapmaq cəhdlərini yanlış istiqamətə yönəldirlər.

Universal mütəxəssislik

 

Bu mövzuda olan «Asan dahi olmaq haqqında fəsil» adlı başqa bir məqaləmdə, mən bir qrup kütləni «eqolu üzçülər» adlandırmışdım. Bu yazım da, həmin eqolu insanların yanlış davranışlarının davamı haqqındadır. Belə insanlar özlərini hər şeyi bilən mütəxəssis kimi aparıb, hər sahəyə müdaxilə eləməkdən çəkinməyən tiplərdir. Onlar hər zaman söylədikləri istənilən sözün doğruluğunu hər cəhdlə qəbul etdirməyə səy göstərir, üstün görünən hər şeyi tənqid edir, heç vaxt səhv edə bilməyəcək bir eqo ilə bütün mövzularda insanlara meydan oxumağa çalışırlar. Lakin ətrafı tənqid etdikləri halda, nə yaşam tərzləri, nə də göstərmək istədikləri istiqamətləri, tənqid elədikləri şeylərdən üstün ola bilmir. Daim ordan-burdan eşitdiklərini analiz etmədən söyləyir, özlərinə belə xeyir verməyən səthi fikirləri pafoslu cümlələrlə bəzəyərək, bununla hamıdan seçilməyə və hamının yanında hörmət qazanmağa çalışırlar. Verdikləri məsləhətlər isə, bəzən elə danışdıqları zaman ağıllarına gəlir. Bəzən isə haradansa eşitdiklərini əzbərləyib özününküləşdirir, onun nə vaxtsa yanlış olduğunu bildikləri zaman, həmin fikri özləri də inkar etməyə başlayırlar.

Universal mütəxəssislik

 

Əslində insanın özünü sevməsi qəbuledilən bir haldır. Ancaq bu sevgi yüksək eqoizmdən irəli gəlirsə, həmin insan ətrafdakıları kiçildir və insanlara ziyan vurmağa başlayır. Bir dəfə, bir tanışım mənə danışdı ki, dostlarının onun uğurlarını təərifləməyinin qurbanı olubmuş. Belə ki, onun üstünlüyünü və təərifləndiyini görən eqolu üzçülərdən biri, onu ələ salacaq yollara əl ataraq, bununla öz paxıllığının istəklərini yerinə yetirməyə başlayıbmış. Bütün günü onun qeybətini eləyir, fikirlərinə iftira ataraq onları təksib edir, digər təfəkkürlü insanları da ona qatıb hər yerdə tənqid eləməkdən çəkinmirdi. Biz onun səthi fikirləini özünə müdriklik kimi göstərən eqosunu müəyyən etdikdən sonra, mən buradan bu nəticəni çıxarmalı oldum: Bu tip insanlar, qazana bilmədikləri uğurları başqasının qazandığını görəndə, onların istedadına paxıllıq eləyirlər. Biz adətən insanların puluna, görünüşünə, vəzifəsinə və s. üstünlüklərinə paxıllıq edənlərlə qarşılaşmışdıq, amma istedada paxıllıq edən hərəkətsiz tiplər ağılımıza gəlmirdi. Ona görə də, bu insanları «öz tənbəllikləri paxıl edir» desəm, yanılmaram. Dünya şöhrətli aktyor Çarli Çaplin, aktyorluqdan əlavə insan davranışlarından da yaxşı baş çıxarırdı. Elə isə onun gözəl bir məsləhəti burada lap yerinə düşərdi: «Dünya hər kəsə çatacaq böyüklükdədir. Ona görə də başqasının yerini qapamaqdansa, çalışaraq həqiqi yerinizi tapın».

Universal mütəxəssislik

 

Qəribə səslənsə də, sözü gedən insanlar həm də başqalarından istifadə etməyi də yaxşı bacarırlar. Bunun nümayişkar davranışlar ilə əlaqəli olduğunu analiz edən mütəxəssislər bu qənaətə gəliblər. Belə ki bu, danışıq və görüntü ilə təsir altına salma sayəsində  reallaşır. Gülərüz olmağın cəmiyyətdə səmimiyyət kimi qarşılandığını düşünüb, özlərini gülümsəməyə məcbur edən həmin qeyri-səmimi “pozitiv” şəxslər, isanları razı salacaq bu obrazla öz istək və arzularını həyata keçirə bilirlər. Zəif kütlədən də bir neçə tərif və xoş söz eşidən kimi, bunu özlərinə böyük stimul edib, öz üstün olmalarına daha da əmin olurlar. Amma heç olmasa, yaxşı olardı ki, özlərinə aid olmayan sahələrə girişməyəydilər. Çünki verilən hər bir yanlış informasiya, insanları həqiqəti öyrənənə kimi təsirdə saxlayıb, yanlış hərəkətlər eləməyə yönəldə bilir. Çox vaxt isə, belə informasiyaların qurbanı olmuş insanlar həqiqəti heç vaxt öyrənə də bilmirlər.

 

Universal mütəxəssislik

 

Sonda bütün məsləhətçilərin özlərinə verməli olduqları bir sual meydana çıxır: «Mən nə dərəcədə səmimiyəm?» İnsanlara faydalı məsləhətlərdən əlavə, oxuyub faydalana biləcəkləri bilikləri ehtiva edən kitablar lazımdır. Verilən məsləhətlərin səmimi oduğunu təsdiq edən ən gözəl addımlardan biri isə, insanlara maraqlı kitablar təklif etməkdir. Elə kitablar ki, həmin şəxslər özləri də ən çox məhz onlardan məlumatlanıblar. İngilis elm adamı Con Herşel gözəl bir ifadə işlətmişdir: «Bir insanda oxumaq həvəsi yaradın və onu təmin edəcək kitab verin; əmin olun o insan xoşbəxt olacaq.» Elə isə bunu onlardan əsirgəməyin və insanların maariflənməsini həqiqətən istəyirsinizsə, onların özlərinin də oxuyaraq qavramalarına imkan yaradın.

Coşqu İsmayılzadə 

Səslərin sayı: 8
20
3427
loading...
Şərhlər
Offline
أحبك
Maraqla oxudum, duz deyirsiz bezen yersiz teriflerde insani kor edir, heqiqieti gormeye qoymur.
29 dekabr 2015 22:50
imza: فراق
Offline
Aysel İ.
«Mən nə dərəcədə səmimiyəm?»
Bu sualı görəsən neçə nəfər özünə verə bilir.
11 noyabr 2014 11:55
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Qəribə
Çox gözəl mövzudur.
7 aprel 2014 12:37
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
Çox gözəl mövzudur. Mən əksinə məni tərifləməyi heç sevmirəm. Deyəsən dəliyəm)) özünü tərifləyənləri isə anlamıram. belə bir deyim var" Sən özünü tərifləmə, qoy el səni tərifləsin." Çünki elin gözü tərəzidir. Maraqlı mövzu üçün təşəkkür.
Həm də İnşAllah arzusundan kitab yazmaq var

Bu işdə isə sizə uğurlar arzu edirəm.
7 aprel 2014 00:14
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Zehra.
ÇOX MARAQLI MÖVZUDUR... love
7 aprel 2014 00:02
Offline
Coşqu
Fikirlərinizin hamısını oxudum. Gözəl rəylərinizə görə hər birinə təşəkkürümü bildirirəm. Çox sağ olun dəyərli bildiyiniz üçün. Ceylan xanıma da öz minnətdarlığımı bildirirəm ki, yazımı burada dərc edib.
6 aprel 2014 23:43
Offline
Onur Huseyn
Bəzən isə haradansa eşitdiklərini əzbərləyib
özününküləşdirir bu doqurdan da beledi men sexsen bele insan taniyiram.
6 aprel 2014 23:08
Offline
Ellada Babayeva
«Dünya hər kəsə çatacaq böyüklükdədir. Ona görə də başqasının yerini qapamaqdansa, çalışaraq həqiqi yerinizi tapın».

Coşqu bəyin düşüncə tərzini bəyənirəm..
6 aprel 2014 22:44
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
sohret eliyeva
Mende kitablari cox sevirem davamli olsun.
6 aprel 2014 22:18
Offline
Xəyalə Murad
Nədənsə sizin bu yazınızı oxuyanda ilk xatırladığım məhz Bakıxanovun gözəl deyimi oldu "Başqalarının səni tərifləməsi ilə özünü istedadlı zənn etmə. Bəlkə o, öz xeyri üçün belə edir ki, səni qafil eyləsin." Əslində eqolu insanlar çoxdur. Fırıldağa, yalana, hər cür "sifətlərə" sahib biri olurlar. Siz demişkən düşündüklərini qarşısındakına yeritmək və ona qəbul etdirmək onun üçün vacib olur. Öz düşüncəsini hər kəsdən üstün tutur və özünü alim hesab edir. M.Ə.Sabir yaşasaydı bu dövrümüzü canlı olaraq görsəydi yazacağı bir çox satiraların mövzusu məhz eqolu insanlar olardı. Çünki ildən ilə bu cür insanların sayı artır.Kitabınız çıxarsa onu əldə edənlərdən biri də mən olacam. Əmin ola bilərsiz.
6 aprel 2014 21:00
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ruhəngiz
Fikirlərinizlə tam razıyam.Cəmiyyətimizdə elə insanlar çoxdur.Özlərini alim hesab edirlər,ətrafdakıları özlərinə cəlb etmək istəyirlər,başqalarının istedadına paxıllıq edirlər.Onsuz da gec-tez belə insanlar ifşa olunur,çox irəli gedə bilmirlər.Elə insanları məncə başa salmaq müşkül məsələdir.Amma yenə də cəhd etmək olar.Çox təəssüflər olsun ki,indiki gənclər mütaliəyə üstünlük vermir.
6 aprel 2014 20:13
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Agat_Kris
Adətən belələrinə kitab qurdu deyirlər, sənə yenə yaxşı ləqəb veriblər ki


mənə isə anam deyir ki, bütün günü kitab oxuyursan ki sənə evdə iş demiyim crazy
6 aprel 2014 20:07
imza: Pozitiv olun!
Offline
Ceylan Mumoğlu
toma676,
1000 den cox kitab var orda.Ona gorede mene kitabyeyen leqebi veribler.

Adətən belələrinə kitab qurdu deyirlər, sənə yenə yaxşı ləqəb veriblər ki biggrin

Agat_♥,
Yazınız bircə adamın belə dəyişməsinə səbəb olacaqsa, bu elə hər şey deməkdir.

Təmamilə haqlısan
6 aprel 2014 20:03
Offline
Agat_Kris
Coşqu bəy, yazının adına baxanda düşündüm ki nə qəliz bir şey yazıbsınız, görəsən söhbət nədən gedəcək. Amma oxuduqca baxdım ki, yanılmışam. Hər şeyi çox doğru vurğulamısınız amma çətin ki, bunları düzəldə bilənlər çıxa ortaya.. Çünki indi cəmiyyət bilərəkdən robotlaşdırılır. Televiziya verilişləri, internet portalları bilərəkdən insnaların zövqlərini aşağı salır və onların şəxsiyyətlərini saxtalaşdırmağa başlayır. İbtidai sinif şagirdinin belə əlində "başı boyda" planşetlər var. Mən demirəm ki uşaqlara telefon və ya planşetlər vermək olmaz, olar təbii ki ,amma daim mütəmadi olaraq nəzarət altında saxlanılmalıdır. Valideynlər özləri savadlandırılmalıdır ki, yetişməkdə olan gənc nəsildən də bir şey çıxsın. Bu saat vaçlideynlərin yüzə doxsanı uşaqlarının sosial həyatda nə fəaliyyətdə olduqlarından belə xəbərsizdirlər. davam etsəm mənim özümdə bir xəbərlik yazı olacaq :) ona görə də uzunçuluğa yol verməyim daha da :) cəmiyyətin ən böyük və çözülməsi aciz kimi görünən bir probleminə toxunmusunuz. belə də davam edin. Yazınız bircə adamın belə dəyişməsinə səbəb olacaqsa, bu elə hər şey deməkdir.
6 aprel 2014 19:59
imza: Pozitiv olun!
Offline
toma676
Ceylan Mumoğlu,
Atamin kitabxanasi var onu lap acgozlukle oxuyurdum ,1000 den cox kitab var orda.Ona gorede mene kitabyeyen leqebi veribler.
6 aprel 2014 19:47
Offline
Aida M-ova
Bundan əvvəlkilər yazib-oxumağı bilmirdilər onlara savadsız deyirdilər indikilər hamısı şükür bilir yazıb-oxumağı və çoxluqda təhsillidir amma biz yenə nələrdənsə şikayətçiyik demək problem yazmaqi bilib bilməməkdə deyil,problem beynimizdə düşüncəmizdədir bunu dəyişmək lazımdı oda inanmıram dəyişə
6 aprel 2014 19:16
Offline
Ayka Eliyeva
Cox gozel yazi hazirlamisiz,davamli olsun,INSALLAH kitabiniz tezlikle cap olunar.Cunki insanlarin bele fikirlere ehtiyaci var.....
6 aprel 2014 19:12
Offline
Ceylan Mumoğlu
toma676,
cunki men kitablari(((((yeyirem))))

Yazın görək bu hal sizdə nə vaxtdan başlayıb? biggrin
6 aprel 2014 18:32
Offline
toma676
Qardas eyer kitab yazasi olsan birinci mene yolla ,cunki men kitablari(((((yeyirem))))
6 aprel 2014 18:25
Offline
Ceylan Mumoğlu
Coşqu bəy, facebook sosial şəbəkəsində tanıdığımız savadlı gənclərimizdən biridir. Həm də İnşAllah arzusundan kitab yazmaq var. Yeni "Universal mütəxəssislik" təhlil yazısı tam ürəyimcədir, sanki düşündüklərimi bu yazıda ifadə edib. Həqiqətən elə TV kanalların apardığı verilişlərdən, sosial şəbəkələrdə gənclərin mübahisələrindən vəziyyət nə yerdədir bəlli olur onsuz da.
Coşqunun düşüncə tərzi mənə Avstriya alimi neofreydçi Alfred Adleri xatırladır , uğurlar sizə laughing
6 aprel 2014 17:49
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!