Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
15 oktyabr 15:03PERI salam bacilar,sureyya canib necesen 15 oktyabr 12:59Surayye Yarım saatdi mesajlariniza cavab yazıram ))) 15 oktyabr 12:58Surayye İndi bildim ki məni necə çox istəyirsiz 15 oktyabr 12:51Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm
39298

Birini mütləq tanıyacağınız 12 ata tipi

 Birini mütləq tanıyacağınız 12 ata tipi

Ata - həyatımızdakı ən əhəmiyyətli fiqurdur. Bir çox şeyi ondan öyrənir, həyata onlar sayəsində hazırlaşırıq. Ondan nümunə götürürük. Hər ata eynidirmı? Əlbəttə deyil, budur, çox güman ki, atanızın da daxil oldduğu 12 ata tipi:
1. Uşaqla bağlı bütün məsuliyyəti anaya təhvil vermiş rahat ata
Uşağın inkişafıyla, məktəb həyatıyla, gəzib-dolaşmasıyla, dostlarıyla əlaqədar hər şeyi anaya təhvil vermişdir. Yalnız evə pul gətirməklə məşğuldur. Ya rahat olduğu üçün belədir, ya da atalığı bacarmadığı üçün. 
2. Uşağıyla yalnız bayram günlərində vaxt keçirən part-time ata:
Həftə ərzində çalışdığı üçün uşağına yalnız həftə sonları vaxt ayıra bilir. Əslində uşaqlarıyla birlikdə olmaq istəyir, amma eyni zamanda onların gələcəyi üçün işləməyi də lazımdır.
3. Uşağına hər gün vaxt ayıran qayğıkeş ata:
İşi nə qədər yorucu olursa-olsun, hər zaman uşağına vaxt ayırır. Övladının yaxşı inkişafı üçün varlığının əhəmiyyətini yaxşı bilir.
Birini mütləq tanıyacağınız 12 ata tipi
4. Uşağını əyləndirən şən ata
Uşağını əyləndirməkdən zövq alır. Anası ev tapşırıqlarına kömək edib öz işlərini görərkən uşağını bu tip atalar əyləndirir.
5. Uşağın hər işinə yetişməyə çalışan dağınıq ata:
Son dərəcə istəkli, uşağını çox sevən, ancaq hər işinə yetişim deyərkən heç bir işə çatmayan, adətən bir uşağı olan naşı atalardır. Yavaş-yavaş alışar və uşaqla olan əlaqələrini düzəldər.
6. Uşağın zəruri ehtiyaclarını qarşılamaqla kifayətlənən bioloji ata:
Qarnı doysun, yatacaq yeri olsun, cibində cibxərcliyini olsun, kifayətdir - belə anlayışa sahib olan atalardır. Uşaqla yaxın əlaqə qurmaqdan çəkinirlər, onun ehtiyaclarını ödəməklə kifayətlənirlər.
7. Uşağın inkişafında intizamı ön planda tutan sərt ata:
Çox tez-tez rast gəlinən ata tipidir. Uşağın inkişafı üçün intizamın lazım olduğuna inanır və bunun üçün sərt yollara əl atmaqdan çəkinmirlər. İntizama bəli, amma sərtliyə xeyr.
8. Uşağıyla oyunlar oynayan dost ata:
Uşağın həyatını rəngləndirən, uşaqla uşaq olmasını bilən nadir ata tipidir. Hər hadisəni əyləncəli hala gətirə və hər şeydən bir oyun çıxara bilər. İşin maraqlısı odur ki, rahat görünməsinə baxmayaraq, intizamlı və nizamlı atalar bu tiplərdən çıxar.
Birini mütləq tanıyacağınız 12 ata tipi
9. Uşağıyla vaxt keçirmək istəyən, amma zaman tapa bilməyən ata:
İş saatlarının naməlum olması və ya tez-tez səyahət etməsi lazım olduğu üçün uşağına vaxt ayıra bilməyən, bundan ötrü kədər hissi keçirən atadır. Uşağıyla keçirdiyi vaxtları dolu-dolu keçirmək üçün uşağı ərköyün etməyə meylli olarlar.
10. Uşağını ərköyün böyüdən ata:
"Eeeh, neçə dəfə uşaq olacaq, burax istədiyini etsin" deyərək uşağa sərhədsiz hərəkət imkanı yaradan, buna görə də analar tərəfindən çox da sevilməyən ata tipidir. Uşaqlar tərəfindən çox sevilər, amma uşağın gələcək həyatında məsuliyyətsiz biri olmasında əməyi böyükdür.
11. Uşağa təzyiq edən avtoritar ata:
"Uşaq valideynlərin birindən qorxmalıdır" düsturunu mənimsəmiş, buna görə də uşağın qorxduğu valideyn olmaq işini boynuna götürmüş atadır. Bir baxışıyla uşağı muma çevirmək kimi maraqlı istəkləri ola bilər. Haqqında "Atam sərt görünür, amma qızıl kimi ürəyi vardır" deyilən atalardır. 
12. Uşağı ondan bir şey istəmədikcə ünsiyyət qurmayan laqeyd ata:
İstəmədən ata olmuş, ya da ata olduqdan sonra məsuliyyəti ağır olduğu üçün boşanmış atalardır. Uşaqları onlarla ünsiyyət qurmadıqca özləri buna səy etməzlər. Ata olduğunu bilir, amma sərhədlərini uşağın çəkməsini istəyir.
Bəs sizin atanız hansı tipdədir? Fikirlərinizi bizimlə bölüşün...
Səslərin sayı: 4
24
2923

loading...
Şərhlər
Offline
HUSNA
Menimcin en ideal ata oz atamdir
Usaqlarim ucunse heyat yoldasim
7 noyabr 2014 22:28
Offline
Aysel İ.
7. Uşağın inkişafında intizamı ön planda tutan sərt ata:
Çox tez-tez rast gəlinən ata tipidir. Uşağın inkişafı üçün intizamın lazım olduğuna inanır və bunun üçün sərt yollara əl atmaqdan çəkinmirlər. İntizama bəli, amma sərtliyə xeyr.
Bu bizim atamızdır. bəzən deyirəm ki, bir uşaqlarla oyna da . kimə deyirsənlol
7 noyabr 2014 22:15
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ilahe A-va
Menim atam her weyi anamin ohdesine buraxir sadece gezmeye cixanda maraqlanir here kimle getdiyimi ayri hecne goresen heyat yoldawim nece ata olacaq maraqlidi mene dediyine gore diqqetcil olacaq yes ALLAH KERIMDI yawiyariq gorerik
2 may 2014 19:17
Offline
♥NiLuFeR♥
Çox maraqlı xəbərdi,təşəkkürlər give_ros
9 aprel 2014 11:07
Offline
Onur Huseyn
7 menim heyat yoldasima aiddir.
8 aprel 2014 23:05
Offline
Narin...
Şərhləriniz və fikirləriniz üçün təşəkkürlər xanımlar. kiss Allah ailənizin böyüklərinin kölgəsini sizlərin üstündən əksik etməsin İnşAllah. girl_ang
8 aprel 2014 20:35
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
PƏRVANƏ ƏLİYEVA......
1. Uşaqla bağlı bütün məsuliyyəti anaya təhvil vermiş rahat ata:
3. Uşağına hər gün vaxt ayıran qayğıkeş ata:
Bunlar yoldashima aid olanlardi...
Cox saqol Narinim.. give_ros
8 aprel 2014 19:29
Offline
AFET
1 menim yoldasima aiddir maraqliydi tesekkurler.
8 aprel 2014 17:08
Offline
Hacət-i Vuslat
Şərhlərə bax maşaAllah. Deyirəm ataların yeri məlum indi burda winked
8 aprel 2014 15:22
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
♥Aynişka Gülüm♥
Menim oz rehmetlik atam da usaqlarimin atasi da 1-2ci ata tipine daha yaxindir,tesekkurler!
8 aprel 2014 15:11
Offline
Ceylan Mumoğlu
8. Uşağıyla oyunlar oynayan dost ata:
Çox şükürlər olsun ki, Alpay bu sarıdan şanslıdır.
8 aprel 2014 14:49
Offline
Xalidə Sadiqova
Mənim yoldaşıma 3,4,8 uyğundur.Bir az da 10 uyğun gəlir

Mənim atama isə 4 uyğundur
8 aprel 2014 14:03
Offline
Gulum
Uşağın inkişafında intizamı ön planda tutan sərt ata: Belkede deyerdim ki ne qeder ki qız uşağı olmuşam atamı bu cüre tanımışam Amma artıq aile qurandan sonra atam menim hem sirdaşım hem meslekdaşım olub Cox sevirem atamı Her gün sesini eşitmesem rahatlıq tapmaram girl_ten . Uşaqla bağlı bütün məsuliyyəti anaya təhvil vermiş rahat ata: Uşağıyla yalnız bayram günlərində vaxt keçirən part-time ata: Bax bu ise menim uşaqlarımın atasıdır pardon ,
8 aprel 2014 12:57
Offline
Zeyneb-Esger
MENİM ATAM REHMETE GEDİB USAQLARİMİN ATASİSA1- RAHAT ATA 4-SEN ATA 8-DOST ATA 10-ERKOYUN BOYUDEN ATADİR
8 aprel 2014 11:59
Offline
Jalə Məmmədli
10 11 12 pis atadi
8 aprel 2014 11:23
Offline
Seher Nur
Maraqli faktlardir.
8 aprel 2014 11:21
Offline
Elif♡
Atamı konkret hansisa tipə aid edə bilməyəcəm. çünki,burda belə bir tip yoxdur.)) Amma hər tipin xüsusiyyətindən biraz var)). Normalda sərt görünən mehriban atadır.
8 aprel 2014 11:14
imza: Her insan ölecek yaşdadır.....
Offline
AFƏR
7.Uşağın inkişafında intizamı ön planda tutan sərt ata:
Bu menim atamda olan xususiyetdi:

1.Uşağla bağlı bütün məsuliyyəti anaya təhvil vermiş rahat ata:
2.Uşağla yalniz bayram günlərində vaxt keçirən part time ata:
Bu ise yoldasima mexsus xususiyetlerdi: pardon
8 aprel 2014 11:11
Offline
ÖzDüNyAm
1. Uşaqla bağlı bütün məsuliyyəti anaya təhvil vermiş rahat ata:
Uşağın inkişafıyla, məktəb həyatıyla, gəzib-dolaşmasıyla, dostlarıyla əlaqədar hər şeyi anaya təhvil vermişdir. Yalnız evə pul gətirməklə məşğuldur. Ya rahat olduğu üçün belədir, ya da atalığı bacarmadığı üçün.

Buda menim Atama aiddir.
8 aprel 2014 11:05
Offline
Qəribə
Çox sağ ol, Narın.
8 aprel 2014 10:49
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!