Bakıda hava 15°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:25Sima cumemiz xeyirli olsun 10:45PERI herkese gunaydinnn 09:20Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39443

Histerektomiya nədir?

                                            Histerektomiya nədir?

Histerektomiya - uterusun (uşaqlığın) çıxarılması əməliyyatıdır. Qadınlarda ən çox tətbiq olunan cərrahı əməliyyatlardan biridir.

Hansı vəziyyətlərdə histerektomiya əməliyyatı edilir?

Uşaqlıq miomaları: Histerektomiya üçün ən öndə gələn səbəblərindən biri uşaqlığın miomalarıdır. Göstərişlər xəstənin yaşı ilə əlaqədar olaraq dəyişir. Uşaqlıq miomaları qadınlarda ən çox rast gəlinən şişlərdir. 

Nizamsız qanaxmalar: Histerektomiyaların 20 %-i hormonal səbəblərə bağlı nizamsız qanamalara əsasən edilir. Bu cür xəstələrdə dərman müalicəsi təsirli olmazsa və ya xəstə dərman müalicəsini qəbul edə bilməzsə, əməliyyat edilir.

Aybaşı ağrılarının şiddətli olması: Ağrıları xəstənin gündəlik həyatını çətinliyə uğradırsa, dərman müalicəsi müvəffəqiyyətli olmazsa və xəstə uşaq doğmaq istəmirsə, histerektomiya düşünülə bilər.

Qasıq ağrıları, uşaqlığın sallanması, xərçəngdən öncəki vəziyyət: Uşaqlıqdan qaynaqlandığı düşünülən qasıq ağrıları, uşaqlıq ağzında görülən xərçəng öncəsi dəyişikliklər, uşaqlığın sallanması faktlarında histerektomiya edilə bilər.

Doğum ağırlaşmaları: Təcili histerektomiyalar daha çox doğumla əlaqədar ağırlaşmalarlarda tətbiq olunur. Doğum sonrası uşaqlıq qanaxmasının dayandırılmaması (atoniya), bərpa edilə bilməyən uşaqlıq cırıqları, plasentanın (ciftin) tam ayrılmaması hallarında lazımlı ola bilər.

Bundan başqa, endometrioz (uşaqlıq daxilində olması lazım olan qatın uşaqlıq xaricində olması), uşaqlıq və yumurtalıq xərçəngi, xoşxassəli yumurtalıq şişlərində histerektomiya edilə bilər.

Histerektomiya əməliyyatı zamanı xəstə nələri bilməlidir?

Histerektomiya qərarı xəstə və həkimin ortaq qəbul edəcəyi qərardır. Bir çox xəstə üçün histerektomiya əməliyyatı qərarı çox ani ola bilər. Xəstələr anesteziyanın və cərrahının potensial riskləri ilə qarşılaşarlar. Xəstə əgər menopoz əvvəli dövrdədirsə, aybaşı olma və uşaq doğma qabiliyyətini itirmək və buna adaptasiya olmaq məcburiyyətində qalar. Bir çox qadının maraqlandığı nöqtə əməliyyatın xəstənin qadınlığını itirməsinə, cinsi doyumu azaltmasına və əri ilə arasındakı fərdi problemlərin artmasına səbəb olub-olmayacağıdır. Xəstənin əməliyyatdan sonra özünü pis hiss etmə ehtimalını azaltmaq üçün əməliyyatdan əvvəl onu məlumatlandırmaq və xəstəni hazırlamaq əhəmiyyətlidir. Edilən araşdırmalar histerektomiyanın bir çox xəstədə psixiatrik pozğunluq və azalmış cinsi funksiyalara gətirib çıxarmadığını göstərir.                                                                         

Histerektomiya nədir?

 Histerektomiya əməliyyatı necə keçirilir?

Histerektomiya iki şəkildə tətbiq oluna bilər: qarından (abdominal) və vaginal (uşaqlıq yolu) yoldan. Bu seçim əməliyyata səbəb olan xəstəliyə, insanın anatomik quruluşuna, cərrahın seçim və təcrübəsinə bağlıdır.

Histerektomiyaların 75 %-i abdominal (qarın) yolla edilir. Hansı üsulla edilirlsə-edilsin, histerektomiya üçün uşaqlığı yerində tutan bütün bağlar və qidalanmasını təmin edən bütün damarlar tək-tək xüsusi alətlərlə tutularaq kəsilir və xüsusi tikişlərlə bağlanır. Bu zaman uşaqlıqla yaxın olan sidik kisəsinin, kanalların və bağırsaqların zərər görməməsi təmin edilir.

Əməliyyatdan sonra xəstəyə necə qulluq edilir?

Xəstənin sidiyə çıxması çətin ola biləcəyindən əməliyyatdan sonra 18-24 saat müddətinə kateter taxılır. Əməliyyat günü xəstənin ağızdan qidalanması qadağan edilir. Bağırsaq hərəkətləri başladıqdan sonra maye qidalarla qidalanmağa başlanır. Xəstənin həzm edə biləcəyi şəkildə bərk, qatı yeməklər pəhrizinə əlavə olunur. Xəstənin erkən ayağa qaldırılması damar tıxanıqlığı və sətəlcəm riskini azaldır. Tikişlərin tam yaxşılaşması üçün xəstə əməliyyatdan sonrakı 6 həftə içində çox ağırlıq qaldırmamalıdır. Əməliyyatdan sonra 6 həftə ərzində cinsi əlaqə, xəstə tam yaxşılaşana qədər avtomobildən istifadə tövsiyə edilmir. Bundan başqa, xəstə özünü yaxşı hiss etdiyi müddətdə normal həyatını davam etdirə bilər. 

Histerektomiya nədir?

Əməliyyatı keçirən xəstələr nəyə diqqət yetirməlidirlər?

İlk və ikinci həftə çox yorucu işlərdən, ağırlıq qaldırmaqdan və cinsi əlaqədən həkim tərəfindən deyiləcək zamana qədər uzaq olmalıdırlar. Mütləq pəhriz saxlanmalıdır. Ayaqyolunda güc vermək olmaz. Əgər vaginal (uşaqlıq yolu) qanaxması və ya hərarət olarsa, mütləq həkimə xəbər verilməlidir.

 Unutmayın!

Histerektomiya yalnız uşaqlığın çıxarılmasıdır. Cinsi əlaqəni təmin edən orqan uşaqlıq deyil, uşaqlıq yoludur. Histerektomiya əsnasında uşaqlıq yoluna toxunulmadığı üçün cinsi əlanin baş verməsində heç bir fərqlilik ortaya çıxmaz. Birlikdə yumurtalıqlar çıxarılmadığı təqdirdə menopauzaya aid əlamət və ağırlaşmalar əmələ gəlməz. Əgər birlikdə yumurtalıqlar da çıxarılmışsa, əməliyyatdan sonra cərrahı menopauza inkişaf edər və hormon müalicəsi dərhal başladılmalıdır.

Vaginal histeroktomiya

Vaginal gisterektomiya uşaqlığın vaginadan çıxarılması əməliyyatıdır.

Hansı vəziyyətlərdə əməliyyat lazımdır?

- Estetik problemlər: yəni uşaqlıq və sidik kisəsinin sallandığı vəziyyətlər.

- Keçməyən aybaşı sancıları.

- Müalicələrə baxmayaraq keçməyən qanaxmalar.

- Səbəbi bilinməyən uşaqlıq və yumurtalıqla əlaqədar yaranan yara və kütlələr.                                                      

 

Əməliyyatdan sonrakı təhlükə əlamətləri:

1. 38 dərəcədən artıq, ya da 24 saatdan uzun sürən 37.5- 37.9 arasında atəş.

2. Ağrıkəsiciylə keçməyən ağrı.

3. Difikasiya aktı (tualetə getmə) əsnasında çətinlik, qarının alt qisimində ağrı, ya da şişlik.

4. Sidiyə getmədə çətinlik, ağrı, yanma, bulanıq və qanlı sidik.

5. Qıçlarında ağrı, şişlik, qızarıqlıq.

6. Sinə ağrısı, öskürək, nəfəs alıb-vermədə çətinlik.

7. Cinsi əlaqə zamanı ağrı, narahatlıq və qanaxma.

8. İstilik basması, tərləmə.

9. Bir saat içində 2, ya da daha çox bez bulayan parlaq qırmızı rəngli qanaxma.

loading...
Şərhlər
Offline
Gultekin
Allah komek olsun
23 may 2015 15:43
Offline
GOZƏL
ALLAH HEC XƏSƏ GOSTƏRMƏSİN .AMİN !AMİN! AMİN!
6 aprel 2015 12:05
Offline
.....
allah hec kimin basina getirmesin scratch_
1 yanvar 2015 19:15
Offline
Deniz N-va
Allah hec kimin basina getirmesin
28 aprel 2014 16:18
Offline
ღМоя большой любовьღ(Ailəli)
AFET ,
ALLAH şəfasını versin,bundan sonra xəstəlik qapısını döyməsin
10 aprel 2014 13:08
Offline
AFET
Xalam gelninin bu yaxinlarda bu emeliyyatdan oldu indi cox Sukur yaxsidi.
9 aprel 2014 17:46
Offline
ღМоя большой любовьღ(Ailəli)
HUSNA,
AYSUN MEMMEDOVA,
Gulum,
Gültən  MİR,
Ruhəngiz,
Namik Qurbanov,
Ayka Eliyeva,
Onur Huseyn,
Onur Huseyn,
Farida_Asadova,
sohret eliyeva,
mira-kerim,
Aylin Memmedova,

Təşəkkürlər hər birinizə give_ros give_ros give_ros
7 aprel 2014 23:16
Offline
Seninle Bir Omur
Məlumat üçün təşəkkürlər
7 aprel 2014 20:59
Offline
mira-kerim
Aaa.. birden mendede olar... qizlarda olur?? feel
7 aprel 2014 20:24
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
sohret eliyeva
Melumata gore sagolun bunlari bilmirdim təşəkkür
7 aprel 2014 20:06
Offline
Qəribə
ALLAH bütün xəstələrə şəfa versin Amin.inşaAllah,tesekkurler. girl_ang
7 aprel 2014 19:22
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Farida_Asadova
Məlumatım vardı.....təşəkkür....
7 aprel 2014 18:58
Offline
Onur Huseyn
Bu xestelik haqqinda esitmisdim ama adini bilmirdim.
7 aprel 2014 18:51
Offline
Ayka Eliyeva
Vallah bir cox xestelik haqda bu saytda oyrendim..ALLAH hamimizi bele xesteliklerden qorusun....
7 aprel 2014 18:48
Offline
Namik Qurbanov
Allah haminin komeyi olsun
7 aprel 2014 18:42
Offline
Ruhəngiz
Lazımlı xəbərə görə çox sağ ol,bacı.ALLAH bütün xəstələrə şəfa versin Amin.inşaAllah.
7 aprel 2014 18:42
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
MİRiyeva
Mənim xalamqızı yaxınlarda bu əməliyatdan keçdi, şükür indi yaxşıdı
Çox sağolun
7 aprel 2014 17:51
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
Gulum
Cavan gelinlerimizden uzaq olsun girl_ten Men artıq 20 il bundan önce emeliyyat olmuşam cray
7 aprel 2014 17:21
Offline
איסון ממדוב.
Bu haqda melumat yox idi cox saqol can melumatim oldu artiq.
7 aprel 2014 17:06
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
HUSNA
ALLAH haminin komeyi olsun!
7 aprel 2014 16:58
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış