Bakıda hava 27°
USD 1.7022 AZN
EUR 1.8999 AZN
16:15Xəyalə Murad Salam Dəniz, xoş gəldin. Sən necəsən? 16:08Dəniz84 Salam dostlar, NECƏSİNİZ? 13:51 Xèÿáłè 💕 Elik asqitom zeng et mene darixdim tez 13:45 Xèÿáłè 💕 Elik mamedovla sevgiliyik heyy adsiz senenem cekil aradan 09:33Xəyalə Murad Pərvanə xanım, sizi görmək xoş oldu 09:32Xəyalə Murad Əziz Qadin.Netlilər! Gününüz aydın olsun! 09:32Xəyalə Murad Hər birinizə xoş istirahət diləyirəm! 09:15PƏRVANƏ ƏLİYEVA...... Xosh gunlerinize geley Xeyale xanim. Coxsaqolun❤️
37253

O, evdar qadındır

 

O, evdar qadındır

 

Evdar qadın olmaqdan xoşunuz gəlirmi? Adından bəlli olduğu kimi bu dəfəki mövzumuz evdar qadınlara həsr olunur. Evdar xanımlar müzakirəyə qoyulan məsələlərə münasibət bildirərkən, evdar olmayanlar evdarlıq peşəsini öhdəsinə götürənlər haqda xəbər tutub onlar barəsində gəzən əfsanələrin heç də həqiqət olmadığının şahidi ola bilərlər. Evdarların cərgəsini tərk edənlər çox olsa da özünü evinə və ailəsinə həsr edənlərin sayı ondan da çoxdur.

Gəlin razılaşaq ki, qadınların arasında da parçalanma var. Belə ki, bir tərəfi işsizlik və ya tiran ər ucbatından 4 divar arasında qalmalı olursa və evdə olmağın necə ağır yük olduğundan dilə gəlirsə, digər tərəf düşünmədən evdar olmaqları ilə fəxr edib doğmalarının yanında olub və istədiklərini etmək üçün yetərincə vaxtlarının olmasını böyük xoşbəxtlik sanırlar. Amma onlar da evdarlığın hec də asan olmadığını yaxşı bilirlər.
O, evdar qadındır

Buyurun əziz xanımlar, bu da faktlar. Bəlkə indi işgüzar qadınlarımız evdar xanımlarımıza həsəd aparmazlar.

1. Hər şeydə səliqə-sahmanı sevən ingilislər orta statistik evdar qadının əməyini hesablayıblar. Dərhal oradakı şəraitlə buradakını müqayisə etməyə tələsməyək. İnanmaram ki, bizdə ingilis xanımlarından az işləsinlər. Nəzərə alsaq ki, bu gun bir cox evlərdə hələ də tozsoranlar, paltar və qabyuyan maşınlar yoxdur - mənə elə gəlir, ki bunu hec düşünməyə dəyməz.

2. Amerikalılar isə orta statistik ailədə evdar qadının ailə büdcəsi üçün 2500-3000 dollar pula qənaət etdiyini müəyyən edib. Razılaşaq ki, qənaətcilik də hər insanın işi deyil.

O, evdar qadındır

3. İl ərzində evdar xanımın yuduğu qab-qacağın çəkisi 5 tondur. Üstəlik, bu qabları yuyub yerinə yığanadək sən demə qadın 1500 km məsafə qət edir.

4. Ümumiyyətlə 4 adamdan ibarət ailələrdə il ərzində 18 min bıçaq, qaşıq və çəngəl, 13 min boşqab, 8 minə yaxın stəkan və nəlbəki yuyulur. İl ərzində paltar yumaq, 200 döşəməni yumaq, 70 yemək bişirmək isə həftə ərzində 10-12 saat vaxt aparır.

5. Ev işlərinə sərf olunan gücə gəldikdə isə paltar yumaq  traktorçunun işi qədər çətin, şüşələri silmək bütün günü yük maşınını idarə etmək kimi əziyyətli, ütüləmək isə bənna işi qədər ağırdır. Evdar qadının ev işlərinə sərf etdiyi eneji bir futbolçunun 2 oyun zamanı sərf etdiyi enerjiyə bərabərdir.

O, evdar qadındır

Bir sözlə, bunu görənlər evdar qadının cəmiyyətimizə xeyri dəyməyən canlı varlıq olduğunu düşünməsinlər. Onların bəlkə də işləyənlərdən daha cox faydası var. Ailəni qorumaq, gələcək nəsli yetişdirmək və milli adət-ənənələrimizi qoruyub saxlamaq heç də asan deyil.

Səslərin sayı: 7
49
7986
Loading...
Şərhlər
Offline
fidancik.nva
ehhhh bu movzu lap yarali yerimdi.bizim evde ne qeder temizlik elesende 10 deq qalir.biri gelib mutleq temizliye olan hevesini korlayacaq.qizlar caliwin qaynana qaynata olan eve getmiyin.ne elediyin iwin deyeri olacaq,nede goze gorunecek.
30 iyul 2015 09:29
Offline
Mələksima
Bir sözlə, bunu görənlər evdar qadının cəmiyyətimizə xeyri dəyməyən canlı varlıq olduğunu düşünməsinlər. Onların bəlkə də işləyənlərdən daha cox faydası var. Ailəni qorumaq, gələcək nəsli yetişdirmək və milli adət-ənənələrimizi qoruyub saxlamaq heç də asan deyil.
23 aprel 2015 01:17
Offline
Xanim_Xatun
Məndə işləyən xanimlar siyahisindayam.Ən sevdiyim gunum şənbə və bazar gunlərdi.Səhər dutan kimi gozəl sufrə hazirlmaq, qizimla sufrə acmaq mənə boyuk zovq verir.Calisiram butun isləirmi vaxtinda edim..Əvvələr mən işə gedəndə anam gəlib baxirdi usaqlara yeməyi catdirmasam anam edirdi.indi isə hər şeyi ozum edirəm.Evimizi gul kimi saxlayiram.Hec nələrinədə korluq vermirəm.əsi mən işləyən xanimam deyib ev isindən qacan deyiləm.Usaqların agzindan cixan hər kəlməni bacardigi qədər hazirlayiram.Bəzən yoldaşim deyir yorulursan qoy corəki maqzindən alim.onada razi deyiləm.uşsaqlarımı hansi şəraitdə bişirdiklərindən xəbərim olmadigi corəyi belə aldirmiram.Allah mənə saglam can verib.nə edirəmsə ovladlarim ucun ailəm ucun edirəm...
28 yanvar 2015 16:47
Online
Dəniz84
Caaaaaan seni cox gozel anliyiram canim..Ozudeki kishi cox olan evde lap yorulursan..Vaxtinda bir qizimiz olsaydi indi boyuyub el tutardilar bize arada bizde dincelerdik..

cray
28 oktyabr 2014 01:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
°ღ Zayka •.°ღ
Cox sagolun cox maraqli xeber idi,ruzdu xanimlarin isi agirdi amma qiymet veren yoxru,kisiden sorusanda ki arvadin ne isleyir deyir islemir,hal bu ki butun isler xanimin uzerinde olur,onlar ancaq eve pul getirene deyirlerki isleyir
25 oktyabr 2014 21:48
Offline
FIRUZA
Çox saqol canim Pervane maraqli movzudu derdim tezelendi evde oturmaqdan men de sixiliram amma bu yaxinda ishlemek fikrim Inshallah
26 aprel 2014 00:16
Offline
Nurka Glamurka
Çox sag ol Pervane xanim maraqli xebere gore give_hea smile winked blum hi sarcasti
25 aprel 2014 20:42
Offline
PƏRVANƏ ƏLİYEVA......
2 ilə yaxın bir müddətdir ki, evdar xanımam. İşləmək arzusu ilə alovlanmıram. Nə zamansa, işləməyi düşünürəm. Evdarlıq dərd, sağalmaz yara deyil. Evdarlığa xəstəlik kimi yox da zövq kimi baxılsa, onda qadın da xoşbəxt olar. Burada ən önəmli amil isə evdarlıq etdiyin ailənin aurasıdır. Qadın bir kişini sevirsə, ondan övladları varsa, o ailəyə bağlıdırsa, gördüyü içlər sadəcə zövqdən ibarət olacaq. Hər işləyən qadına şamil etmirəm, ancaq işləyən bir çox qadın görmüşəm ki, ev işlərində hədsiz tənbəl, pinti və qabiliyyətsizdir. Qadın tanıyıram ki, paltar yuya, ütüləyə, yemək bişirə bilmir. Belələrinə, sadəcə eyib olsun deməyim gəlir.Onun işlərini ya anası ya qaynanası və yaxud da xidmətçisi görür. Aldığı pulları da o xidmətçiyə sərf edir. Adama deyərlər, işləyəcəyini boş yerlərə sərf etməkdənsə, öz evinin xanımı olsan, pis olar?! Mövzu çox maraqlıdır. Təşəkkürlər, Pərvanə xanım!

Yazdiqlarin ureyimde olanlardan xeber verdi canim..Tamamile raziyam..Cox saqolun..Allah razi olsun..

Evdar xanim olmaq cetindi.Allah usaqlarin canini saq elesin usaqli evdar xanimlarin isi lap cetindi.

Iwleyen qadinlardan ve kiwilerden cox eziyyet cekir evdar qadinlar

Sherh yazan elleriniz derd gormesin..Coxsaqolun.. give_ros give_ros air_kiss

Dushunuremki Qadin boyuk quvvedirse,O hem evinin xanimi, hemde qulluqcusu,hem ushaqlarinin anasi,hem erinin xanimi ,hemde meshuqesi olmalidi.Butun bunlara emel eden qadin esl qadindi..Bu menim fikrimdi.Kimseler razilashmiyada biler..Amma realliq budur.. give_ros give_ros give_ros
22 aprel 2014 17:20
Offline
Murad Fikret R.....e
Iwleyen qadinlardan ve kiwilerden cox eziyyet cekir evdar qadinlar
14 aprel 2014 02:53
Offline
Onur Huseyn
Evdar xanim olmaq cetindi.Allah usaqlarin canini saq elesin usaqli evdar xanimlarin isi lap cetindi.
8 aprel 2014 23:17
Offline
Realist
2 ilə yaxın bir müddətdir ki, evdar xanımam. İşləmək arzusu ilə alovlanmıram. Nə zamansa, işləməyi düşünürəm. Evdarlıq dərd, sağalmaz yara deyil. Evdarlığa xəstəlik kimi yox da zövq kimi baxılsa, onda qadın da xoşbəxt olar. Burada ən önəmli amil isə evdarlıq etdiyin ailənin aurasıdır. Qadın bir kişini sevirsə, ondan övladları varsa, o ailəyə bağlıdırsa, gördüyü içlər sadəcə zövqdən ibarət olacaq. Hər işləyən qadına şamil etmirəm, ancaq işləyən bir çox qadın görmüşəm ki, ev işlərində hədsiz tənbəl, pinti və qabiliyyətsizdir. Qadın tanıyıram ki, paltar yuya, ütüləyə, yemək bişirə bilmir. Belələrinə, sadəcə eyib olsun deməyim gəlir.Onun işlərini ya anası ya qaynanası və yaxud da xidmətçisi görür. Aldığı pulları da o xidmətçiyə sərf edir. Adama deyərlər, işləyəcəyini boş yerlərə sərf etməkdənsə, öz evinin xanımı olsan, pis olar?! Mövzu çox maraqlıdır. Təşəkkürlər, Pərvanə xanım! give_ros
8 aprel 2014 20:08
Offline
PƏRVANƏ ƏLİYEVA......
Mende ev xanimiyam her gun eyni isler,duzdur bezen bezir insan,amma neylemey olar hec qedrimizide bilen yoxdu kisiye diyendeki yorulmusam deyir ne is gormusen nasukur deyilem bu gunede cox Sukur Pervane bacim cox beyendim movzunu cox tesekkurler.

Sen saq ol canim sherhine gore,, give_ros
8 aprel 2014 19:04
Offline
AFET
Mende ev xanimiyam her gun eyni isler,duzdur bezen bezir insan,amma neylemey olar hec qedrimizide bilen yoxdu kisiye diyendeki yorulmusam deyir ne is gormusen biggrin nasukur deyilem bu gunede cox Sukur Pervane bacim cox beyendim movzunu cox tesekkurler.
8 aprel 2014 16:45
Offline
PƏRVANƏ ƏLİYEVA......
Canın ağrımasın bacı...Biliyom kız,sadəcə xəbəri və şərhləri birləşdirib ümumi şərh yazdım

Yaxshi eledin canim give_ros
8 aprel 2014 15:21
Offline
Hacət-i Vuslat
Caaaanim Lalem meqsedim ish qadinlarinin esla ish gormuyub restoranda yemey yemey ve yaxudda evinde pinti olub ishlerini catdirmamaq bu cur yazib ish qadinina nese demey deyil..Qadin qadindi ..Ya ish qadini yada evdar qadin.Ne ferqi varki Ish qadinida aileli ushaqli olur evdar qadinda..Her halda ish qadinin ishlerini kimse gelib goresi deyil..Amma men tanidiqlarim var bildiklerim varki ev ishlerinnen hec xeberleri bele yoxdu..Ancaq ish heyati bezey duzey geyim kecim restoranlar sen demish..Yazdiqlarim butun ish xanimlarina shamil olunmur...

Canın ağrımasın bacı...Biliyom kız,sadəcə xəbəri və şərhləri birləşdirib ümumi şərh yazdım cool
8 aprel 2014 15:20
Offline
PƏRVANƏ ƏLİYEVA......
Heyatda cetin olmayan iş yoxdu cetin olmalidi ki qedrin bilek eger ailede birlik mehribanliq varsa hecne cetin insana gelmez qadinin işi cemiyyetimize terbiyyeli saqlam evlad boyudmek ev işleriyle meşqul olmaq kişde ona hem ailede hemde maddiceheden desdeyi olmalidi işde tam azeri ailesi bele olmalidi menim fikrimdi tesekkur

Evde gunum xos kececekse omrum boyunca evde olmaga raziyam bu isleride gormeye..Tesekkur edirem Pervane xanim aktual mmovzuya toxunmusuz.

Cox saqolun ezizlerim..Allah razi olsun.Fikirlerinizi cox beyendim..
Amm men hele isleyirem, sonra nece olacaq...

O barede sen ere gedennen sonra yoldashinla bi qerara gelersiz.. air_kiss
MENIMQEBULUMDU HEVESLEDE IWLEYIREM CUNKI ISTEYIREM ERIM EVE GELENE HERWEY TEMIZ GOZEL SELIQELI OLSUN

Aferin bacim...Allah xoshbext elesin..

Pəriş bacı,gözəl xəbər hazırlamısan.inşaAllah kopyacıların sayəsində kişilərin çoxluq təşkil etdiyi saytlara da çatar xəbərin
Amma şərhləri oxuyanda ürəyim sıxldı, baxmayaraq ki, redaktə edəndə artıq təsəvvür edirdim belə şərhləri.
Belə bir sual çıxır ortaya: istər işləyən, istərsə də işləməyən qadın - hər ikisinin həmin evi, ailəsi, eyni ev işləri var - işləməyən qadın özü görür işlərini, bəs işləyən qadın üçün kim görür? Yenə də özü. Bəs fərq nədədir? Belə çıxır ki, evdar qadınlar işləyən qadınlardan daha təmizkardırlar? Yəni daha tez-tez təmizlik işləri aparırlar? Bəndlərdə faktlar qeyd olunub ki, məsələn: il ərzində evdar qadının yuduğu qab bu qədərdir və s.- başım çıxmır,bəs işləyən qadının evindəki qabları kim yurur? Yoxsa orda qadın işləyir deyə hər kəs restoranda yemək yeyir? Yəni demək istədiyim odur ki, iş elə işdir. Əksinə, ƏSİL XANIMLARın işləyən qadın olmalarına baxmayaraq, işləri evdar qadınlarınkına nisbətən daha çoxdur. Çünki onlar həm evdə, həm də işdə çalışmalıdırlar.
Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə, (DƏLİLLƏRƏ ƏSASLANARAQ SUBYEKTİV FİKRİMDİR) ƏSİL QADIN həm evinin xanımı olar, həm də xidmətçisi. Xanımlar yazıblar ki, yorulmuşam ev işləri görməkdən, xidmət etməkdən, qədir-qiymətimiz yoxdur və s. - problem də elə budur ki, biz səhv yoldayıq, borcumuz olan evdarlığı da Allah rizası üçün etmirik, borca veririmiş kimi, əvəz gözləyərək edirik. Əslində isə sevgi ilə hansı işdən yapışsaq, əvəzini ancaq Allahdan gözləsək özümüzə rahat olar... Qadın, ehtiyacı yoxdursa işləməməlidir, sadəcə zövgü üçün, şəxsi nəfsani prinsipləri üçün "işləyirəm" deməməlidir, "evdə sıxılıram, ürəyim darıxır, evdən kənarda dəyişiklik istəyirəm" deyib ocağından kənarda əyləncə, xoşbəxtlik axtarmamalıdır. Evində nə qədər problemləri olsa da, "sınaqdır" deyib mübarizə aparmalıdır, yəni çıxış yolunu məhz işləməkdə görməməlidir (əgər maddi cəhətdən işləməyə ehtiyac varsa başqa məsələ.) Rəbbimiz kimi dayağımız var, hər problemdə ONA üz tutmaqdansa, əksinə "dünya" adlı uçuruma atırıq özümüzü. Bir dahi demişkən: "Dünya dəniz suyu kimidir, içdikcə susayırsan. susadıqca içirsən".

Caaaanim Lalem meqsedim ish qadinlarinin esla ish gormuyub restoranda yemey yemey ve yaxudda evinde pinti olub ishlerini catdirmamaq bu cur yazib ish qadinina nese demey deyil..Qadin qadindi ..Ya ish qadini yada evdar qadin.Ne ferqi varki Ish qadinida aileli ushaqli olur evdar qadinda..Her halda ish qadinin ishlerini kimse gelib goresi deyil..Amma men tanidiqlarim var bildiklerim varki ev ishlerinnen hec xeberleri bele yoxdu..Ancaq ish heyati bezey duzey geyim kecim restoranlar sen demish..Yazdiqlarim butun ish xanimlarina shamil olunmur... air_kiss

Lalə müəyyən qədər fikirləşdiklərimi yazıb. Amma mən həm iş qadını, həm evdar qadınam. Evdəki işlərimi özüm görürəm və kifayət qədər səliqəli, təmiz geyinir uşaqlarım, yoldaşım, özüm. Heç kim fikirləşməsin ki, işləyən qadınların ailəsi Lalə demişkən restoranda yeyir yeməyi, şəxsən mən hazır yeməklərin ailəmin içərisinə gəlməsinə razı olmaram, həm vasvasıyam, həm də zərərlidir. Həftə içi ən azı 3 dəfə paltar ütülənir, həftəsonunu heç demirəm. Oğlumuz məktəblidir, hər gün 2-ci sinif olmasına baxmayaraq, mən onunla 3-cü sinif ingilis dili dərsliyindən dərs keçirəm, hər axşam məntiq testi elətdirirəm dərslərindən əlavə. Paralel olaraq qıza da yazı yazdırıram (bunu çarəsizlikdən edirəm, əks halda dava salacaq ). Ən sevdiyim iş isə çoxlarından fərqli olaraq qab yumaqdır, çox güman ki, heç vaxt qabyuyan almaram.
Mən işləməkdən bezmişəm ey, evdarlıqdan yox. Belə də ki, hər işini düzgün bölən qadın iş nə qədər çox olsa da, öhdəsindən gəlir.
Mənim jurnal stolum tutqun rəngli şüşədəndir, Eşqin həmişə onun üstünü ləkə-ləkə edirdi, kresloların üstü darmadağın olurdu. Deyinirdim ki, nolar ki, bir düzəltdiyim yerində səliqəli qala. Bir dəfə bunun qolu çıxdı. Uşaq qolu sallanmış sakitcə dururdu. Bir baxdım səliqəli kresloya, jurnal stoluna, elə peşman oldum ki. O-bu elə şeylər məni daralatmır, qoy dağıtsınlar, qırsınlar, töksünlər, təki var olsunlar, təki sağlam olsunlar

Caaaaaan sende isguzar xanimsan bilirem..Laleme yazdiqim kimi bu yazilanlarin senin kimi xanimlara aidiyyati yoxdu canim..Yazdiqlarinin her kelmesi ile raziyam..Esla burda yazilanlarla hec bir ish xaniminin ishini bacarmiyan evde ish gormuyen kimi qeleme vermey istememishem..Besh barmaq behide bir deyilki..
Pərvanə, çox sağ ol belə gözəl xəbərə görə, ay qohum bacı. Yəqin sən özün bezməmisən.

Boyyyyyyyyyy arada olurki bezirem..Amma yenede ailemin qulluqunda durmaqdan zovq aliram..
8 aprel 2014 11:04
Offline
Sonay Quluzade
Lalə müəyyən qədər fikirləşdiklərimi yazıb. Amma mən həm iş qadını, həm evdar qadınam. Evdəki işlərimi özüm görürəm və kifayət qədər səliqəli, təmiz geyinir uşaqlarım, yoldaşım, özüm. Heç kim fikirləşməsin ki, işləyən qadınların ailəsi Lalə demişkən restoranda yeyir yeməyi, şəxsən mən hazır yeməklərin ailəmin içərisinə gəlməsinə razı olmaram, həm vasvasıyam, həm də zərərlidir. Həftə içi ən azı 3 dəfə paltar ütülənir, həftəsonunu heç demirəm. Oğlumuz məktəblidir, hər gün 2-ci sinif olmasına baxmayaraq, mən onunla 3-cü sinif ingilis dili dərsliyindən dərs keçirəm, hər axşam məntiq testi elətdirirəm dərslərindən əlavə. Paralel olaraq qıza da yazı yazdırıram (bunu çarəsizlikdən edirəm, əks halda dava salacaq mocking). Ən sevdiyim iş isə çoxlarından fərqli olaraq qab yumaqdır, çox güman ki, heç vaxt qabyuyan almaram.
Mən işləməkdən bezmişəm ey, evdarlıqdan yox. Belə də ki, hər işini düzgün bölən qadın iş nə qədər çox olsa da, öhdəsindən gəlir.
Mənim jurnal stolum tutqun rəngli şüşədəndir, Eşqin həmişə onun üstünü ləkə-ləkə edirdi, kresloların üstü darmadağın olurdu. Deyinirdim ki, nolar ki, bir düzəltdiyim yerində səliqəli qala. Bir dəfə bunun qolu çıxdı. Uşaq qolu sallanmış sakitcə dururdu. Bir baxdım səliqəli kresloya, jurnal stoluna, elə peşman oldum ki. O-bu elə şeylər məni daralatmır, qoy dağıtsınlar, qırsınlar, töksünlər, təki var olsunlar, təki sağlam olsunlar.
Pərvanə, çox sağ ol belə gözəl xəbərə görə, ay qohum bacı. Yəqin sən özün bezməmisən.

Bir də onu qeyd edim ki, "mən" deyərək yazmağım təkəbbürlük deyil, sadəcə sırf nümunə olaraq başqasını yox, özümü yazdım. Təbii ki, daha ideal ana və qadın var.
8 aprel 2014 10:29
Offline
PƏRVANƏ ƏLİYEVA......
Elif♡,
N-Gunka,
HUSNA,
ayhel,
Dəniz84,
Gültən  MİR,
Monika_86,
ZEHRAM,
Xedice  Aliyeva,
Deniz,
...,
QARA QIZ,
Hacət-i Vuslat,
Sevgi.,
Menim ezizlerim Allah her birinizden razi olsun..Sherh yazan elleriniz derd gormesin..Her birinizin sherhini cox boyuk maraqla oxudum..Her birinizlede ayri ayriliqda raziyam..Cox saqolun var olun... give_ros

Baci birinci şəkil superdir. Lap bacimi xatirladim bir əlində ütü, tava, telefon və.s üstəlik qucaqda da uşaq)))

Heeeee canim men bezen anamla ya kimlese danishanda yemey bishire bishire telefon qulaqimda hem danishiram hem qab yuyuram her ishi gorurem biggrin
Yazıq qadınlar.hər işə qaçırıq

Heeeee benzinle ishlesek bize benzin catdirmaq olmazdi biggrin
Canim,lap yarali yerime toxundunee,her gun eyni isleri tekrar etmekden yorulmusam 1-ci sekildeki teze aile qurdugum illere benzeyir

Evdarliq cox eziyyetli iwdi 2 ildi aileliyem bilirem cetinliyini onun da gozelliyi var amma işguzar olmag arzusundayam inşallah inistutu qurtaran kimi işliyecem

Ezizlerim sizleri anliyiram..Amma neyniyekki bizim ishimizi bizden bawqada hec kes gore bilmez..

Mən 10 ildir evdar xanımam.3 uşaq böyüdürük hər birinə də 1 aylıqdan sonra özüm baxmışam. Həm ev həm uşaqlar, həqiqətən də çox çətindir. Uşaqlar və Həyat yoldaşı təmiz və ütülü geyimlər geyinir, dadlı yeməkləri yeyir, təmiz yataqda yatır, səhər məktəbə və işə gedərkən təmizlənmiş ayaqqabılar geyinir. Lakin bəlkə də heç fərqinə də varmırlar ki, bunları etmək, vaxtı-vaxtında hər şeyə yetişmək çox çətindir. Ancaq biz bunları edirik və bacarırııq. Yaxşı ki, bu Qadın net var burda dincəlir və özümü bəzən iş qadını kimi hiss edirəmƏslində mən bəzən ev işlərindən bezir Yoldaşıma deyirəm ki, gəl yerimizi dəyişək sən evdə qal mən də işə gedim sənin əvəzində. Deyir no problem. Deyirəm elə olsa gəlib görərəm sən intihar etmisən.
Pərişim xəbərin super.

Caaaaaan seni cox gozel anliyiram canim..Ozudeki kishi cox olan evde lap yorulursan..Vaxtinda bir qizimiz olsaydi indi boyuyub el tutardilar bize arada bizde dincelerdik..
Evdar xanımam, işlərimidə sevə sevə görürəm heçnədən bezməmişəm
Hərşeyin müsbət tərəflərinə baxmaq lazımdı, mənfi tərəfləri nəqədər fikirləşirik bir oqədər qanımız qara olar
Pərvanə bacı təşəkkür sənə..

Caaaan Allah her zaman aile terefden ish terefden seni sevindirsin.... give_ros

Mən yarım il olar ailə həyatı qurmuşam. Hədsiz dərəcədə karyera düşkünü olan biriyəm. Ailə quranda da işləmək şərtini öndə tutdum. Düzdür, bəzi şərtlər altında hələ işə çıxmıram. Amma daima evdə oturmaq fikrini ağlıma gətirəndə belə, özümü bədbəxt hiss edirəm. Hələ ki, evdə oturmaqdan məmnunam. Amma bilirəm ki, bu, qısamüddətlik belədir. Evdə də deyirəm, mənim xoşbəxtliyimin 50 % ailədirsə, 50 %-i işdir.
Ağlıma sığışdıra bilmirəm, bir qadın necə ömür boyu evdə oturub eyni məişət işləri ilə məşğul ola bilər?!((((

Karyerada kimse arzusundadisa ola biler canim..Amma ele qadinlarda varki ele ozumu deyirem artiq bu gunnen sonra ishimde olsa ishliye bilmerem.Cunki bu gun daha cox eve ev ishlerime aileme baqlanmisham..Amma bu gun gedib hansisa tehsil ocaqinda muellimede ishliye bilerdim..Sene uqurlar arzulayiram canim...
4 ildi ki evliyem.ev usaq heyat yoldasi.bezen bezirem qulluqlarinda durmaqda .hele ki is gorurem bitirib oturmaq isteyiremki yoldasim deyir cay ver meyve ver.sonrada deyir ne is gormusene .Yeni sozumuona getiremki qiymetde verenyoxdu o qeder isime .artiq butun gunu evde oturmaqdan titiz olmusam.indide deyirlerki xestesene ne qeder yigisdirirsan.ehhh

Cannnnn senide qinamiram bezen adama qiymet vermiyende adam lap yanib tokulur..ozumdede olub ele sheyler..Eybi yoxdu esas odurki sen oz borcunu yerine yetirirsen...
8 aprel 2014 10:16
Offline
Sevgi.
Yaxsi movzudu Men bu evi temizliyine rahatligina catanadek o qeder eziyyet cekmisemkk indi her evi temizleyende yemek bisirende usaga yoldasima qulluq edende bir sozle her an şukur edirem en esas etdiyim işden zovq aliram Artiq 6ildi aileliyem Herden duzdu ureyim darixir evde ondada ya bazara ya magazaya cixiram eve bazarliq edenedek basim qarisir Eziz xanimlar gelin her animiza şukur edek duzdu sizi basa dusurem ama neynemeli şukur edib yasamaliyiq
8 aprel 2014 09:03
Offline
Hacət-i Vuslat
Pəriş bacı,gözəl xəbər hazırlamısan.inşaAllah kopyacıların sayəsində kişilərin çoxluq təşkil etdiyi saytlara da çatar xəbərin girl_ten
Amma şərhləri oxuyanda ürəyim sıxldı, baxmayaraq ki, redaktə edəndə artıq təsəvvür edirdim belə şərhləri.
Belə bir sual çıxır ortaya: istər işləyən, istərsə də işləməyən qadın - hər ikisinin həmin evi, ailəsi, eyni ev işləri var - işləməyən qadın özü görür işlərini, bəs işləyən qadın üçün kim görür? Yenə də özü. Bəs fərq nədədir? Belə çıxır ki, evdar qadınlar işləyən qadınlardan daha təmizkardırlar? Yəni daha tez-tez təmizlik işləri aparırlar? Bəndlərdə faktlar qeyd olunub ki, məsələn: il ərzində evdar qadının yuduğu qab bu qədərdir və s.- başım çıxmır,bəs işləyən qadının evindəki qabları kim yurur? Yoxsa orda qadın işləyir deyə hər kəs restoranda yemək yeyir? Yəni demək istədiyim odur ki, iş elə işdir. Əksinə, ƏSİL XANIMLARın işləyən qadın olmalarına baxmayaraq, işləri evdar qadınlarınkına nisbətən daha çoxdur. Çünki onlar həm evdə, həm də işdə çalışmalıdırlar.
Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə, (DƏLİLLƏRƏ ƏSASLANARAQ SUBYEKTİV FİKRİMDİR) ƏSİL QADIN həm evinin xanımı olar, həm də xidmətçisi. Xanımlar yazıblar ki, yorulmuşam ev işləri görməkdən, xidmət etməkdən, qədir-qiymətimiz yoxdur və s. - problem də elə budur ki, biz səhv yoldayıq, borcumuz olan evdarlığı da Allah rizası üçün etmirik, borca veririmiş kimi, əvəz gözləyərək edirik. Əslində isə sevgi ilə hansı işdən yapışsaq, əvəzini ancaq Allahdan gözləsək özümüzə rahat olar... Qadın, ehtiyacı yoxdursa işləməməlidir, sadəcə zövgü üçün, şəxsi nəfsani prinsipləri üçün "işləyirəm" deməməlidir, "evdə sıxılıram, ürəyim darıxır, evdən kənarda dəyişiklik istəyirəm" deyib ocağından kənarda əyləncə, xoşbəxtlik axtarmamalıdır. Evində nə qədər problemləri olsa da, "sınaqdır" deyib mübarizə aparmalıdır, yəni çıxış yolunu məhz işləməkdə görməməlidir (əgər maddi cəhətdən işləməyə ehtiyac varsa başqa məsələ.) Rəbbimiz kimi dayağımız var, hər problemdə ONA üz tutmaqdansa, əksinə "dünya" adlı uçuruma atırıq özümüzü. Bir dahi demişkən: "Dünya dəniz suyu kimidir, içdikcə susayırsan. susadıqca içirsən".
8 aprel 2014 08:04
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!