Aşağıda qeyd etdiyim şeirlər Ələmdar Quluzadəyə məxsusdur. Ümid edirəm ki, analarımızın da, körpələrin də xoşuna gələcək.
Qaratoyuq
Sanki batıb
Qıra toyuq,
Qaratoyuq.
Toyuqdursa,
Niyə çıxmır
Tara toyuq?
Qar görəndə
Gah baş vurur
Qara toyuq.
Gah ilişir
Tora toyuq.
Tapa bilmir,
Bircə gilə
Qora toyuq,
Qara toyuq.
Ora toyuq,
Bura toyuq.
Hara getdi
Qara toyuq?
Zəhmətkeş oğlan
Zəhmətlə öyrədibdir,
Ana gündə Hikməti.
Gündən-günə artıbdır,
Hikmətin də hörməti.
Onun xətri-hörməti,
Başından aşıb-daşdı.
Hikmət lovğalanaraq
Anasına yanaşdı:
-"İndən belə bir dəfə
Evi töküb-dağıtsam,
Onda töhmət ver mənə,
Mən zəhməti sevirəm,
Ana, zəhmət olmasa
Gündə zəhmət ver mənə."
Səadətin beş yaşı
Hələ oyuncaqlara
Qarışıb onun başı.
Səadətin cəmisi
Beş yaşı var, beş yaşı.
Beş dənə gəlinciyi
Yığır bircə xurcuna.
Balaca noğulların
Beşi sığır ovcuna.
Yavaş-yavaş biz ona
Öyrədirik yavaşı.
Kim bilir Səadətin
Beş yaşı var, beş yaşı?
O tullanıb düşəndə
Evdə taxça oynayır,
Gündə babası ilə
“Bağça-bağça” oynayır.
Ona bir söz demirlər
Mərifətin üstündə.
Babanı danlayırlar
Səadətin üstündə.
Daha yemək yeyəndə
Axmır gözünün yaşı.
Axı bu qəşəng qızın
Beş yaşı var, beş yaşı.
Navalça
Evlərin damlarında
Damlalar qava çalar.
Damlaları bir yerə
Toplayar navalçalar.
Çiçək açan budaqlar
Oxşayar xonçalara,
Sərçələr çimmək üçün
Cumar navalçalara.
Navalçanın əlindən
Alıb göz alçaları.
Qızlar navalçalardan
Doldurar dolçaları.
Navalçanın altında
Sərinləyər xalçalar,
Xalçaların əlinə
Su tökər navalçalar.
Bir də baxıb görərik
Gülür güllü baxçalar.
Doyunca su içirib
Bağlara navalçalar.
Aralıqda işləyirəm
Nənəm deyir:
-Babana çay
Süzüm apar.
Babam deyir:
-Gəl nənənə
Üzüm apar.
Babam deyir:
-Yüyür bura
Alma verim.
Nənəm deyir:
-Əlini yu
-Dolma verim.
Biri deyir:
-Gözüm, gətir,
Qızım, apar.
Biri deyir:
-Qızım, gətir,
Quzum, apar.
Mənə papaq
Daşıtdırıb
Mənə yaylıq
Şəllədirlər.
Bu nənəmlə
Babam məni,
Aralıqda
İşlədirlər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
2019-da qarderobda çıxarmalı olduğunuz geyimlər
Rus dili - ИРё, Йй
Ed Şiran şok məbləğə 27 əmlakın sahibi oldu-FOTO
5 dollara aldığı fincan tarixi eksponat çıxdı - FOTO
Leopard naxışlı geyim və aksessuarlar
Dünyanın ən nüfuzlu pasportlarının SON REYTİNQİ – Azərbaycan neçəncidir?
Dəbli qolbaqların hazırlanması
Zövq oxşayan pərdələr
2020-ci il ev dekorasiyası nümunələri
"Arka Sokaklar" serialında böyük AYRILIQ-FOTO
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı - FOTO
Zövqlü çanta modelləri
Cüt səyahətin maraqlı tərəfi
Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar bəlli oldu
Dəbli ayaqqabı rəfləri
Məşhur aktyor yeni "Batman" olacaq-FOTO
Növbəti imtahanın keçiriləcəyi tarix və yerlər açıqlandı
Azərbaycanlı astroloqdan "Dünyanın sonu" AÇIQLAMASI
Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır
“Con Uik-4” filmində köhnə kadrlardan istifadə olunacaq
"Erkenci kuş"la bağlı gözlənilməz qərar
Limon hər dərdə dərmandır
Çimərlikdəkiləri heyran qoydular
Ən yaxşı 10 əl kremi
Yastığın altına sarımsaq qoyub yatsanız...
Bakıda mənzillərin qiyməti dəyişdi
İşsizlərə şad XƏBƏR
Gözəl saçlar üçün 23 hörük modeli
Qırmızı kadife tort (foto resept)
Günəşdə daha bir güclü PARTLAYIŞ
Qida Təhlükəsizliyi Agentliyindən MÜRACİƏT
Pik saatlarda ekspress xətlər üzrə ehtiyat avtobuslar ayrılacaq
Bill Geyts bu dəfə COVID-19 testlərinə görə ABŞ-ı tənqid etdi
COVID-19 pandemiyası zamanı stres necə idarə edilməlidir?
Acun sevgilisi ilə istirahətdə - FOTO
10 yaş daha gənc görünmək üçün...
Antarktidada QEYRİ-ADİ Tapındı-FOTO
Göz qurumasına səbəb olan faktorlar
"Yeni il fişəngi" salatı (foto resept)
Demet Özdemirin paltarı 50 minə satıldı
Məşhurların daxil ola bilmədiyi ölkələr
Aylıq gözəllik baxımına 10 min xərcləyir
Qəbul imtahanına koronavirusla bağlı suallar salınacaq? - DİM sədri açıqladı
Ev üsulu limonad (foto resept)
Çinin qəribə adətləri; ruhla evlənmək
Ancelina Coli "Yekaterina" olacaq
Müsəlmanlar ayağa qalxdı
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Feysbuk 300 mindən çox üzvü olan 120 aktiv qrupu ləğv etdi
- ŞƏRHLƏR