Bakıda hava 14°
USD AZN
EUR AZN
08:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41128

Johanna Spyri. Heidi (2-ci hissə)

Johanna Spyri. Heidi (2-ci hissə)

Baba əsəbindən qadını qovdu və bir də buraya gəlsə, onu döyəcəyi ilə hədələdi. Qadın da söhbəti uzatmadı. Babanın bu şəkildə də olsa, Heidini qəbul etməyi onu xeyli sevindirdi və tez oradan uzaqlaşdı. O getdikdən sonra baba bir müddət tərpənmədən yerində oturdu. O, çox əsəbi idi. Heidi isə ətrafa baxır və buraları çox bəyəndiyini, burada çox xoşbəxt olacağını danışırdı. Onun baş verənlərdən xəbəri də yox idi və bunlar onu heç maraqlandırmırdı da.

Bir müddət sonra baba başını qaldırıb Heidiyə baxdı: 

- Sənin paltarların hanı?

 -Budur, buradadır.

-Tez əyninə gey.

-Yox, lazım deyil. Belə daha yaxşıdır.

Qızın bu inadı babanı əsəbiləşdirdi. O ayağa durdu və qışqırdı:

-Paltarlarını götür və ardımca gəl!

Heidi istər-istəməz deyilənlərə əməl etdi. Babanın ardınca evə girdi. Ev boş və böyük görünürdü.

-Baba, çox yorulmuşam, yuxum gəlir. Harada yata bilərəm?

Heidi bunu deyən kimi özünə yatmaq üçün uyğun bir yer axtarmağa başladı. Nərdivanla yuxarı qalxdı. Burada otdan

başqa bir şey yox idi.

-Tapdım! Bax, elə buradaca, otların üstündə yatacağam.  Baba, otların üstünə açmağa bir şeyin varmı?                                               

Baba bir döşəkağı tapıb ona verdi. Onlar birlikdə otdan döşək hazırladılar. Qız özünü ot döşəyin üstünə atıb dedi: 

-Bax, bu başqa məsələ! Baba, gör dərə buradan necə də gözəl görünür. Mən çox xoşbəxt adamam.

Qoca nəvəsinə heyrətlə baxırdı. 

Johanna Spyri. Heidi (2-ci hissə) 

- Lap yaxşı. Bəs mən üstümə nə örtəcəyəm, baba? Mənə yorğan gətirə bilərsən? 

- Bəlkə yorğanım yoxdur? 

- Uff, bəs mən bu soyuqda necə yataram, soyuğa necə dözərəm? 

Baba gülümsədi. 

- Gözlə, görüm, nəsə varmı. 

Aşağı düşdü, Qayıdanda  özü ilə bərabər böyük və qalın bir kisə gətirdi: 

- Bu necədir?

- Bundan yaxşısı ola da bilməzdi! İndi isə tez axşam olsa əla olar. Burada yatmaq üçün yaman səbirsizlənirəm. Amma gərək əvvəlcə nəsə yeyəm. Axı acam.

- Bəlkə, heç yeməyim yoxdur? 

- Ciddi deyirsən? 

- Əlbəttə.

- Bax bu çox pis oldu. Elə bərk acmışam ki, acından bu saat ölə bilərəm.

Baba güldü. Onlar birlikdə aşağı düşdülər. Baba pendiri iri dilimlərə böldü. Bir qaba süd tökdü. Pendirləri şişə keçirib ocaqda isitdi. Süfrəyə baxıb dedi:

- Nəsə çatışmır.

- Hə, mən bildim.

Heidi tez qaçıb rəfdən iki stəkan ilə çömçə götürüb gətirdi. Baba dedi:

- Həə, bax, indi hər şey qaydasındadır.

O, süfrənin ətrafında oturdu. Heidi oturmaq üçün özünə bir şey axtarmağa başladı. Amma üçayaqlı stuldan başqa bir şey tapa bilmədi. Onu masanın yanına çəkib oturdu. Ancaq boyu masaya çatmadı. O, babasına baxır və sanki gözləri ilə “Bəs indi nə edək?” deyə soruşurdu.

Johanna Spyri. Heidi (2-ci hissə)

Baba gülümsədi. Öz stulunu qızın önünə masa kimi qoydu. Özü isə masanın kənarına söykəndi.

Yeməkdən sonra baba Heidini özüylə birlikdə keçilərin saxlandığı tövləyə apardı. Onlar tövləni yığışdırıb təmizlədilər. Sonra isə baba uyğun bir odun parçası axtarmağa başladı. O, seçdiyi odun parçasından Heidi üçün gözəl bir stul düzəltdi.

Axşam Heidi yerinə uzanan kimi yatdı. Səhər isə küləyin səsinə oyandı. Evin arxasından fit səsi eşitdi. Kimsə fit çala-çala evə yaxınlaşırdı. Pəncərədən baxanda Piteri gördü. O, kəndə getmiş, keçiləri götürmüş və dağa qalxmışdı. Ağır-ağır gəzir və keçilər üçün fit çalırdı. Piter evə yaxınlaşdı, babanın da keçilərini götürüb sürünü uzağa apardı.

Ertəsi gün Piter gələndə daha bərkdən fit çalırdı. Baba tövlənin qapısını açan kimi bir neçə keçi qaçaraq Piterin yanın gəldi. Heidi də aşağı düşdü. Babası soruşdu:

-Piterlə getmək istəyirsən?

- Əlbəttə ki, istəyirəm.

Babası Piterin çantasını yeməklə doldurdu və ona bir qab verdi:

- Heidi üçün süd sağarsan, yaxşı?

Onlar yola düşdülər. Heidi ilə Piter oradan uzaqlaşanda baba hiss etdi ki, bu qızın gəlişi onu çox xoşbəxt edib.  

Johanna Spyri. Heidi (2-ci hissə)

Bu gün hava çox gözəl idi. Heidi sevinə-sevinə qaçır, tullanır, keçiləri qovalayır və Piterin ardınca qaçırdı. O, çiçək yığanda Piter dedi:

-Hər gün bu qədər çiçək yığsan, dərədə bir dənə çiçək qalmayacaq.

-Sən nə danışırsan? Gör burada nə qədər çiçək var. Nə qədər də yığsan bitməz ki.

-Yaxşı, yaxşı. Sənə elə gəlir ki, bir evin balaca həyətində oynayırsan. Bir az da qaçıb oynasan, yorulacaqsan və geri qayıtmağa taqətin olmayacaq.

-Mən hələ bundan da çox yol gedə və oynaya bilərəm. Amma yorulmaram!

-Nə deyirəm ki, buna hələ baxarıq.  

Johanna Spyri. Heidi (2-ci hissə)

Onlar dağa çıxmağa davam etdirlər. Qabaqda böyük uçurum var idi. Onlar xeyli yol getmişdilər. Piter dincəlmək qərarına gəldi. Uşaqlar otun üstündə uzandılar. Piteri yuxu tutdu amma yuxuya getməyi ilə ayılmağı bir oldu. Heidi qıışqıraraq onu oyatdı:

-Piter, Piter.

-Nədir? Nə olub?

-Ora baax.

Piter Heidinin göstərdiyi yerə baxanda göydə uçan böyük bir quş gördü:

-Qartaldır. Yuvasına gedir.

-Yuvası haradadır ki?

-O qayalıqlarda.

-Gəl gedib onun yuvasına baxaq.

-Sən dəli olubsan deyəsən. Biz ora çıxa bilmərik. Heç keçilər də ora dırmaşa bilməz.

Piter Heidinin başını qatmaq üçün başqa tərzdə fit çalmağa başladı. Keçilər cəld onun yanında toplaşdılar.

-Sən keçiləri yanına necə çağırırsan?

-Bax belə.

Yenə də fit çalmağa başladı.

-Bəs indi keçilər yanımızda nə edəcəklər?

-Biz indi nahar edəcəyik. İlk olaraq babanın qıvrımtüklü keçisini sağaq. Biz yemək yeyəndə də keçilər yanımızda olsun.

-Yaxşı, onda başlayaq. Bu südlə dolu qab mənimdi?

-Hə, sənindi.

-Piter, al, bu pendirləri sən ye. Onsuz da çoxdur. Mən hamısını yeyə bilmərəm.

Johanna Spyri. Heidi (2-ci hissə)

Əslində Heidi paylaşmaq üşün belə deyirdi. Piterin də yeməyi az idi. Ona görə də o, təşəkkür edərək qızın verdiklərini götürdü. 

Onlar yemək yeyə-yeyə söhbət edirdilər. Heidi keçilərin adlarını soruşur, Piter isə bir-bir deyirdi.

- Keçilərin hamısı bir-birinə oxşayır. Onların adını necə yadında saxlayırsan? Bu çox çətin olmalıdır.

- Heç də çətin deyil. Sən adamları bir-birinə oxşatmadığın, qarışıq salmadığın kimi mən də keçirləri bir-bir tanıyıram.

- Mümkün deyil. Bir buna bax, hamısının üzü eynidir.

Piter ona dedi ki, o da bir müddət keçilərin yanında olsa, onları bir-birindən ayıra biləcək.  

Johanna Spyri. Heidi (2-ci hissə)

Keçilərin içində balaca bir bala var idi. O,  çox qaçır, oynayırdı. Əslində bala keçi narahat idi. Çünki sahibi onun anasını satmış və onu tək qoymuşdu.

Heidi bunu eşidəndə özünü keçiyə daha yaxın hiss etdi. Çünki o da keçi kimi yalnız idi. O, balaca keçini qucaqladı, başını sığalladı. Bu, keçinin xoşuna gəldi.

Uşaqlar nahardan sonra elə həmin yerdə qaldılar və axşama qədər keçiləri otardılar. Piter xəyala dalmışdı. Heidinin qışqırığı onu xəyallarından ayırdı:

-Yanğın, yanğın. Orada, uzaqda bir ev yanır.

(ardı var)

Səslərin sayı: 6
23
2124
loading...
Şərhlər
Offline
Agats_fan
Ardin tapim oxuyunm maraqlidiii blum
11 may 2014 15:49
Offline
Deniz N-va
Ay Allah goresen hara yanir 3 cu hisseni oxuyum fellow
24 aprel 2014 16:05
Offline
♥NiLuFeR♥
Çox maraqlı gəlir bu hekayə mənə good
13 aprel 2014 11:45
Offline
Agat_Kris
Elif♡,
Heidi onun doğma nəvəsidir. gözlyin ardını əla olacaq give_ros
6 aprel 2014 15:38
imza: Pozitiv olun!
Offline
Elif♡
Ardini sebirsizlikle gozleyirem. Baba dusunduyum kimidi deyesen.meni yaniltmadi. Bilirsen, belke elaqesiz olacaq ama o mene Jan Valjani xatirladir. dogma olmayan nevesesine-Kozettaya boyuk qaygiyla baxmisdi o da. goresen ne yangindi ele? insaAllah yanan babanin evi olmaz. istemirem babaya nese olsunmocking olduqca maraqlidi. ellerinize sagliq
6 aprel 2014 15:35
imza: Her insan ölecek yaşdadır.....
Offline
Agat_Kris
AFET ,
nəzərdən qaçırmadığın üçün təşəkkür edirəm give_ros
4 aprel 2014 15:56
imza: Pozitiv olun!
Offline
AFET
Yenede birinci hisse kimi maraqla oxudum ardini gozluyurem tesekkurler.
4 aprel 2014 15:53
Offline
Agat_Kris
toma676,
ardı daha da maraqlıdır izləməyi unutmaa give_ros
4 aprel 2014 15:40
imza: Pozitiv olun!
Offline
toma676
maraqlidir ardini gozleyirem
4 aprel 2014 15:36
Offline
Agat_Kris
Lap maraqlı yerində kəsmisən ki, ay bacı . Dərcə çıxmasını gözləyə bilmərəm, yaxşısı budur davamını bazada tapıb oxuyum

Hansı baza qadan alım? səncə mən onu o saat bazaya qoyası adamam ki sənin kimi səbri çatmıyanda o aat oxusun :D biraz intizarda qalmaq lazımdı da bə crazy
Qınamaee məni Ceylan xanımdan öyrənmişəm biggrin biggrin biggrin
4 aprel 2014 15:34
imza: Pozitiv olun!
Offline
Afət
Lap maraqlı yerində kəsmisən ki, ay bacı hang . Dərcə çıxmasını gözləyə bilmərəm, yaxşısı budur davamını bazada tapıb oxuyum gamer
4 aprel 2014 15:32
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Offline
Agat_Kris
Cox maraqlidi canim menim ardini boyuk sebirsizlikle gozleyirem

bəyəndiyin üçün təşəkür edirəm, gözlə gələcək ardı inşəallah air_kiss

Hekayəyə uyğun şəkilləri filmdən götürmək ideyan superdi. Yaradıcı yanaşmada müəlliminə bənzəmisən.
Bu filmin adı necədir, elə Heidi?



Əlavə şərhə ehtiyac görmürəm :) filmin adını isə o tərəfdə deyərəm. burda reklam olmasın :)

Ardını gözləyək inşaAllah

gözləyin, mütləq olacaq ardı bye
4 aprel 2014 15:04
imza: Pozitiv olun!
Offline
Ruhəngiz
Çox maraqlı hekayədir,təşəkkür edirəm.Ardını gözləyək inşaAllah
4 aprel 2014 13:26
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Ceylan Mumoğlu
Agat_♥,
Hekayəyə uyğun şəkilləri filmdən götürmək ideyan superdi. Yaradıcı yanaşmada müəlliminə bənzəmisən. blum
Bu filmin adı necədir, elə Heidi?
4 aprel 2014 10:15
Offline
DANGER
Cox maraqlidi canim menim ardini boyuk sebirsizlikle gozleyirem yahoo
4 aprel 2014 10:06
Offline
Agat_Kris
Sonay Quluzade,
düzdür, kinodansa oxumaq maraqlıdır. kinoda cox hisslər verilməyib və cox hissələr buraxılıb deyə oxuyarkən verilən zövqü kinoya baxanda almaq olmur. və Heidi rolunda çəkilən qız da o hissləri əslində verə bilməyib mən şəkillərin coxunu kinodan çəkirəm deyə buna xüsusi diqqət vermişəm
4 aprel 2014 09:16
imza: Pozitiv olun!
Offline
Sonay Quluzade
Agat_♥,
Deyirəm axı smile Deməli, hələ çox gözləməliyik, çarəmiz nə boredom Mən kinodansa oxumağa üstünlük verirəm.
4 aprel 2014 09:11
Offline
Agat_Kris
Ay bacı, bu böyüklükdə hekayə olur, ta denən povestdir, romandır, biz də belə həsrətlə sonluğu gözləməyək Bunun kinosu varmı, şəkillərə görə deyirəm, həm də mənə çox tanış gəlir ey süjet xətti, yaddaş qalmayıb ki
Çox sağ ol, əzizim.


Hekayə deyil ki bacı. sadəcə olaraq redaktə edən kimdirsə hekayə bölümünə qoyub. romandır. amma boyuk romanlardan deyil da. həm də bura az-az qoyuram ki cox olanda oxumaq da cətin olur :) Kinosu var amma kinoda cox şeyi kəsib atıblar
4 aprel 2014 09:01
imza: Pozitiv olun!
Offline
Sonay Quluzade
Çox maraqlıdır, görəsən, doğrumu düşünürəm sorry
Ay bacı, bu böyüklükdə hekayə olur, ta denən povestdir, romandır, biz də belə həsrətlə sonluğu gözləməyək mocking Bunun kinosu varmı, şəkillərə görə deyirəm, həm də mənə çox tanış gəlir ey süjet xətti, yaddaş qalmayıb ki cray
Çox sağ ol, əzizim.
4 aprel 2014 08:58
Offline
Agat_Kris
Maraqlıdır.Bir anlıq gözümün önündə mənzərə canlanırdıki, son oldu.Ardını gözləyəcəm.

Şəkillərdə maraqlıdır.Kömək lazım olsa hazıram.

Hamsı şəkillər bir-birini tamamlayır.


Canee ən maraqlı yerində saxlamışam demək biggrin inşəallah bu gün ardını qoyacam axşam sistemə. sadəcə şəkilləri çəkib, kəsib qoymalıyam əvvəlcə. diqqətin üçün coooox sagol kiss
4 aprel 2014 08:11
imza: Pozitiv olun!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )