Bakıda hava
USD AZN
EUR AZN
08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41216

Qarabağın ilkin adları

Qarabağın ilkin adları 

Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən Qarabağ ərazisi  XII—XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Bu adlar bəzən paralel olaraq mövcud olmuş və Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Son antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat verən müəlliflər onu Albaniyanın ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada Qarqarların özlərinə məxsus eyniadlı şəhəri də mövcud olmuşdur. Qarqarların etnik mənsubiyyəti haqqında elmdə üç əsas fikir mövcuddur. Bir sıra tədqiqatçılar qarqarların türkdilli olduğunu iddia edirlər. Digər tədqiqatçılar, (xüsusilə erməni tarixçilərinin bir hissəsi) Qarqar toponiminin erməni dilində olduğunu və «daşın döşü» mənasını verdiyini iddia edirlər. Üçüncü fikrin sahibləri qarqarların İber-Qafqaz etnik qrupuna aid olduğunu iddia edirlər və bir növ albanlarla eyniləşdirirlər. Hətta K. V. Trever qarqarları Albaniyada ən geniş yayılmış küp qəbirləri mədəniyyətinin sahiblərindən biri hesab edir. Əgər nəzərə alsaq ki, çar Arsvaqanın dövründə yerli ziyalı Beniamin ümum Alban ölkəsi üçün əlifbanı da məhz çoxlu boğaz səslərinə malik qarqarların dili əsasında tərtib etmişdir, onda üçüncü fikrin həqiqətə daha uyğun olduğunu söyləmək olar. Çox təəssüflə qeyd edək ki, Qarqarlara məxsus arxeoloji abidələr hələ də kifayət qədər öyrənilməmişdir. Yalnız bir həqiqət məlumdur ki, bu tayfa əvvəlcə dağlarda məskunlaşdığı halda, sonralar düzən hissəyə enmiş və oturaq həyatla məşğul olmuşlar. Albaniyada xristianlığı da ilk qəbul edən tayfalardan biri məhz qarqarlar olmuşdur. Həmdullah Qəzvini özünün «Nüzhət əl-Qülub» əsərində göstərir ki, Qarqar ərazisində taxıl, pambıq və meyvə yetişdirilirdi.

Qarabağın ilkin adları

Qarabağın digər bir hissəsi Uti adlanmışdır. Utilər də qədim alban tayfalarından biri olmuş və qarqarlara nisbətən daha geniş bir ərazini əhatə etmişdir. Bəlkə elə buna görədir ki, Utinin Qarabağdakı hissəsi «Xüsusi Uti» və ya «Mərkəzi Uti» adlanmışdır. Yazılı mənbələrdə Uti, Utik, Otena, Udin və s. adlanan bu tayfa əfsanəyə görə albanların mifik əcdadı olan hökmdar Arranın nəslindən əmələ gəlmişdir. İnzibati cəhətdən 7 əyalətə bölünmüş Utinin ən iri əyaləti «Xüsusi Uti» məhz Qarabağda olmuşdur. Mənbələr Bərdənin də Uti şəhəri olduğunu qeyd edirlər. Hal-hazırda udinlərin qalıqlarına Qarabağda, Qəbələ və Oğuz ərazilərində də təsadüf olunur. Uti sözünün mənşəyi və mənası barədə geniş tədqiqat işi aparılmamışdır. Yalnız akademik N. Y. Marr vaxtilə Uti sözü üzərində dayanmış və bu sözün «Qara adamlar» mənasını kəsb etməsi ehtimalını irəli sürmüşdür. Qeyd etmək maraqlı olardı ki, hazırda Qarabağda böyük bir tayfa «Qaralar» adlanır və bu tayfanın ən böyük ziyarətgahı Qaraman baba ocağıdır.

Bütün bu etnonimlərin əlaqəsi xüsusi tədqiqat tələb edir. Qeyd etməliyəm ki, VI—VII əsrlərdən etibarən Qarqar sözü coğrafi və etnik bir məfhum kimi öz əhəmiyyətini itirmişdirsə, həmin dövrdən etibarən, Qarabağın bütün düzən hissəsi Uti adlanmışdır. Bunun səbəbi çox güman ki, bütün ərazinin bir neçə inzibati dairədə birləşməsi ilə əlaqədar olmuşdur. Belə ərazi bölgələrinin yaranması mümkün idi, çünki artıq III—IV əsrlərdən bütün Albaniyada olduğu kimi Qarabağda da feodal münasibətləri inkişafa başlamışdır. III—IV əsrlərdən etibarən Qarabağın dağlıq hissəsi Arsax adlanır. Bir çox orta əsr erməni tarixçiləri Arsax adı altında ayrıca ölkə və ya xüsusi hökmdarlıq nəzərdə tutmuşlar. Arsax sözünün etimologiyasına gəlincə, bir çox tədqiqatçılar onu Çində Tanrı dağı ətəyində yaşamış türk Ağhun tayfalarından bir qolunun adı olduğunu iddia edirlər. Yeri gəlmişkən göstərməliyik ki, ilk orta əsrlərdə Arsaxın bir hissəsində türkdilli Ağhun adlanan tayfa yerləşmişdir.

Qarabağın ilkin adları

Qarabağın Xaçın və Tərtər çaylarının dağlıq hissəsi bir müddət, yəni XII əsrdən sonra Xaçın da adlanmışdır. Burada XII əsrin sonundan eyni adla xüsusi feodal hökmdarlığı belə mövcud olmuşdur. Bu ad həmin ərazidən axan eyni adlı çayla əlaqədar yaranmışdır.

Bəs Qarabağ adı bu əraziyə nə vaxt verilmişdir? Qeyd etməliyik ki, «Qarabağ sözünü erməni dilinə tərcümə olunmuş halda ilk dəfə XII əsrdə yaşamış Anili Samuel «Sev ayqi» (Qara bağ) deyə işlətmişdir. Bir qədər ondan sonra yaşamış tarixçi Tovma Ardsruni isə Qarabağ sözünü tərcümə etmədən olduğu kimi «Qarabağ» deyə işlətmişdir. Beləliklə, aydın olur ki, artıq XII—XIII əsrlərdə Qarabağ adı məşhurlaşaraq yazılı ədəbiyyata düşmüşdür. Lakin bu heç də o demək deyildir ki, Qarabağ sözü XII—XIV əsrlərdə yaranmışdır, çox güman ki, o uzun müddət şifahi surətdə geniş xalq kütlələri arasında işləndikdən sonra yazılı ədəbiyyata ş. Bu əraziyə Qarabağ adının verilməsi səbəblərinə gəlincə belə bir ehtimal var ki, onun birinci hissəsi, yə'ni «qara» sözü qədim türkdilli xalqlarda «çox», «böyük», «geniş» mənalarında işlənmiş, ikinci hissəsi «bağ» sözü isə fars dilində olub təsərrüfatda bağçılığın geniş inkişafı ilə əlaqədar olaraq yaranmışdır. Doğrudan da, hal-hazırda olduğu kimi, hələ beş min il bundan əvvəl Qarabağda bağçılığın geniş inkişaf etdiyi elmi dəlillərlə sübut edilmişdir. Lakin «Qarabağ» sözünün Peçeneq—Kəngərli tayfalarından birinə məxsus olduğunu söyləyənlər də vardır. Yuxarıda göstərdiyimiz toponimlərdən fərqli olaraq Qarabağ daha geniş ərazini, yəni qədim Paytakaran, Uti, Haband, Arsax və Qarqar vilayətlərinin bir hissəsini birləşdirərək Araz və Tərtər çayları arasını əhatə etmişdir.

Beləliklə, biz Qarabağ ərazisinin tarixin müxtəlif dövrlərində başqa-başqa adlar daşımasının şahidi oluruq, bunun səbəblərini bir tərəfdən əgər yerli əhalinin etnik tərkibində tarixən baş vermiş dəyişikliklərlə əlaqələndirmək olarsa, digər tərəfdən də həmin ərazidə feodal pərakəndəliyi dövründə baş vermiş bir sıra siyasi-inzibati dəyişikliklərlə bağlamaq lazımdır.

 

(Tarix elmləri doktoru, professor Rəşid Göyüşovun

"Qarabağın keçmişinə səyahət" kitabından)

 

Səslərin sayı: 5
25
16010
loading...
Şərhlər
Offline
Mələksima
Bilmirdim sizin sayenizde oyrendim cox sagolun Afet xanim
25 may 2015 00:24
Offline
.....
melumat maragli i give_ros di tew
21 yanvar 2015 10:28
Offline
Aysel İ.
Tarixini bilməyən dövlət, millət olmaz olsun. Qarabağımız Azərbaycanın vuran ürəyidir.
22 noyabr 2014 16:47
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ulker.Agamali
Tarixi bilmek gerekdir amma Qarabagin tarixini bilmek her birimizin borcudur
22 noyabr 2014 16:28
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Zeyneb-Esger
Bilmek lazimlidir cox sag olun
19 aprel 2014 19:34
Offline
leman
Cox maraqli xeberdir ve bele xeberlerin olmasi sevindirici haldir muellife Tewekkurler
19 aprel 2014 16:39
Offline
Aytac-off
Bilirdim tarixi cox sevirem amma yenede tewekkurler
19 aprel 2014 14:04
Offline
aylin youlin
BILMIRDIM TEWEKKUR give_ros give_ros give_ros give_ros
19 aprel 2014 10:28
Offline
Elvida
Tesekkurler give_ros girl_ang
13 aprel 2014 15:26
Offline
Aysun Memmedova
Melumatim yox idi,etrafli melumat ucun tesekkur
2 aprel 2014 23:05
Offline
S U S E N _BACI
QARABAG YURDUMUN GOZMUNCUQUDUR hi
2 aprel 2014 12:02
Offline
Ruhəngiz
Afət bacım,təşəkkürlər.Bunları bilmirdim.Davamlı olsun inşaAllah
1 aprel 2014 20:21
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Nigar
Bilmirdim sizin sayenizde oyrendim cox sagolun Afet xanim
1 aprel 2014 19:48
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Gülbəniz
Bilmirdim bildim tesekkur Afet xanim
1 aprel 2014 19:43
Offline
Ayka Eliyeva
Bilirdim yenede tesekkurler etrafli melumat ucun...
1 aprel 2014 18:38
Offline
AFET
Cox sagolun etrafli melumat ucun Afet xanim.
1 aprel 2014 18:02
Offline
Afət
Şərhləriniz üçün sağ olun. Hər birimiz öz tariximizi bilməliyik. Düşmən yalançı faktlarla hər şeyimizə sahib çıxır. Buna görə də Qarabağımızın tarixini mütləq bilməliyik. Mövzunun davamı olacaq.
1 aprel 2014 17:48
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Duzu melumatim yoxidi..Etrafli melumat ucun cox saqol bacim.. give_ros
1 aprel 2014 17:45
Offline
R_E_N_A_
QARABAGİ ALACAYİQ DEYİRLERRRR NE ZAMAN????????????????????? QARADAG BİZİMDİİİ boredom
1 aprel 2014 16:04
Offline
Seher Nur
Lazimli xeber oldu. Bilmediklerimizi de oyrendik. Tesekkurler.
1 aprel 2014 15:51
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )