Hamımız Həyat adlı məktəbin "şagirdləriyik". Kimsənin ömür yolu asan deyildir. Bir çoxumuzun heç də asan olmayan ömür yoluna "daşlar" qoyanlar olur. Baxın həmin "daş qoyanlara" qarşı mübarizə aparmağınıza kömək olacaq bir xəbər təqdim edirəm.
"Baxıram ki, hamımız yorulmuşuq. Hamımız özümüzü yetəri qədər dəyərləndirilməmiş hiss edirik. Hamımız bir şey axtarırıq, bizi tamamlayacaq bir şey. Amma heç nə də tapmırıq. Günahı ətrafda axtarırıq, ölkəni söyürük, şəhəri söyürük, mühiti söyürük. Hamımız narazıyıq, amma heç birimiz birləşmirik. Çünki narazı olanlar da bir-birindən narazıdır. Beləcə dolaşıb-gedir. Labirintin içində itib-batırıq. Günlər ömürdən gedir, illər ömürdən gedir. Motivasiya axan mətnlərdən iyrənirik, bir gün oyanıb həyatın özündən iyrənirik, özümüzdən iyrənirik, bir vaxt dost, rəfiqə dediklərimizin indi haqqımızda dediklərindən iyrənirik və əlimizdə olan şeylərin də dəyərini görməməyə başlayırıq. Ailəmizdən soyuyuruuq, dostlarımızdan soyururuq, sevmədiyimiz insanların kölgəsində islanmış cücə kimi qıvrılıb təsəlli tapan içiboş varlıqlara çevrilirik, bütün günü zombi kimi telefon və kompüterlərin içində yatırıq və gün gəlir “əşi daha məndən keçdi” deyən yaşımıza çatıb, rahatlanırıq.
Yaxşı ssenaridir?!
Mən məsələn yarımçığam, HƏLƏ Kİ. Ona görə də narazıyam, cəmiyyətdən yox, özümdən. Sən də özündən narazı ol, yarımçıq qaldığından, yarım qalan tərəflərindən. Səni yarım qoyan və sənin yarım qoyduğun insanlardan danış. Niyə qalmısan yarımçıq, nədir istədiyin, nəyin dərdindəsən sən? Nəyin axmaqlığıdır sürüb gedir bu qədər? Niyə qollarımızı çırmalayıb bir dəfə də olsun öz istədiyimiz şeylərin qolundan yapışıb yanımıza dartmağa cəhd etmirik? Nəyin qürurudur axı bu? Nə qədər, neçə il belə gedəcək? Nə qədər inciyib bir kənarda oturub, kiminsə bizə yazığı gələcəyini gözləyəcəyik?
Nəyəsə cəhd edirsən, uğrusuz alınır, cəhənnəmə alınır. Yenidən cəhd et. Yorulmusan? Vallah mən də yorulmuşam, it kimi də yorulmuşam. Yüklənib çiyinlərim 25 ilin yükü ilə, hələ üstəlik həyatımı çətinləşdirənlər də var, amma nə edim? Onların etdiyini onlara edim? Ya cəhənnəmə yollayıb, ayağım altına atdıqları daşların üstündən hoppanaraq nəyəsə cəhd edim? Ya bəlkə ən yaxşısı hamımız yıxılaq ölək?
Əslində yaxşıyam. Amma bezmişəm, yorulmuşam, boğuluram. Hamısında da günahkar özüməm. Burda qalib gəlmək istəyirəm, qalib gəlməyə başlayıram, çətindir amma başlayıram. Siz də, siz çox istədiklərinizin canı, ya yıxılın yatın bütün günü evdə, ya da sizi incidənləri, bezdirənləri cəhənnəmə göndərib, özünüzə uyğun dünya yaradın və qalib gəlməyə başlayın. Bəsdir daha. Mən axmaqların, satqınların, murdarların xoşbəxt olduğunu görməkdən bezmişəm, əslində onların xoşbəxtliyinə inanmıram da. Elə insanlar xoşbəxt ola bilməz. İçlərinin murdarlığı, paxıllığı onları cəzalandırır, ömür boyu onun-bunun həyatını izləməklə içlərini yeyirlər. Amma təəssüf ki, sizin bədbəxtlyinizə inanıram. Dərin düşünən insanlar hər şeyi özünə dərd edib, bədbəxt olurlar. Etməyin belə, mən də etmək istəmirəm. Hər şeyi mürəkkəbləşdirirəm, elə ətrafımdakı dəyərli dostlarım da belə. Nə bilim, bir şey edib, bir-birimizi xilas edək. Belə olmaz.
Qalib gəlməyə başlayıram, siz də başlayın, başlayaq artıq… Uzaqlara baxırıq, yaxınlarımızı unutmuşuq. İtirməyin o müqəddəs doğmalıq hissini. Mən itmiş insan gördüm, ürəyim hələ də parçalanır buna görə, itirməyin onu.."
Ülviyyə
XƏBƏR LENTİ
Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıldı
Orduda könüllü xidmət etmək istəyənlərin sayı 38 minə çatdı
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
Yeni il üçün hədiyyə seçimi
Kakaolu şirniyyat (foto-resept)
Qırışlardan xilas edən maska
Bakıda külək istiqamətini dəyişəcək, rayonlarda duman olacaq
Yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı
Dünyada 450 milyondan çox adamın psixi və ya nevroloji problemləri var
Melaniya Trump bu dəfə də Maykl Cekson kimi geyindi-FOTO
Ən çox kim “selfie” çəkdirir?
Hacamat
Azərbaycanda karantin tədbirləri hansı halda yumşaldılacaq? - AÇIQLAMA
Bu da internetlə bağlı statistika
"Şeyla" tortu (foto resept)
Paris Moda Həftəsində üst geyimlər
Suxarili badımcan salatı (foto resept)
Avstraliyada son 8 ilin ən soyuq qışı yaşanır
Sandra Ballokdan ŞOK ETİRAF
Dincəlmək niyə daha çox yorur?
Amerikanın kəşf edilməsi
Bomj lotereyada yarım milyon qazandı
Acından ölən ağaclar və ya sərvətimiz...
Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq
Futbolçularımız uduzanda cərimələnəcək?
Məşhur cütlüklərin tanışlıq hekayəsi
"Şrek" qərarını verdi
Diqqət! Pul kisənizi bu cibinizdə saxlamayın! - FOTO
Hava haqqında
Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO
Qadin.Net - 5 YAŞ
3 saatda 34 min xərclədi
Bu muzey 450 milyon dollara satışa çıxarıldı
Kəsmikli gül peçenyesi (foto resept)
İslamda qeybət edənin cəzası
Qoltuqaltı ləkələr üçün maskalar
Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ
Tost çörəyi şirniyyatı (foto resept)
Qadın yazıçı Kəmal Sunalı təhqir etdi
İngiltərədə kafe və restoranlarda müştərilərin hesablarının yarısını hökumət ödəyəcək
Görməniz lazım olan yerlər (2)
Gözəl üzüklər
HAVA necə olacaq?- 21 APREL
Bakının məşhur dairəsi dəyişdirilir
"Oskar" mərasimi - Ən yaxşılar seçildi - FOTO
Saç tökülməsinə qarşı maska
Sonsuzluğun çarəsi tapıldı
Azərbaycan ordusu
Ağrınız varsa nanə qəbul edin.
Yay heyvanlar üçün nə deməkdir?
- ŞƏRHLƏR