Bakıda hava 10°
USD AZN
EUR AZN
13:46Feride Her kese salam 09:13Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41215

Kəlbəcərin işğalından 21 il ötür

Kəlbəcərin işğalından 21 il ötür

Kəlbəcər — Azərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.

1930-cu il avqustun 8-də Kəlbəcər inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Tarixi

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. 

Kəlbəcərin işğalından 21 il ötür

İlk insan məskəni

1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr - Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.

Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir.

Kəlbəcərin işğalından 21 il ötür

Qobustan (Böyükdaş,Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun «Qaragöl» və «Zalxa gölləri» sahillərində, «Ayıçınqıllı» və «Pəriçınqıllı» dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.

Kəlbəcərin işğalı

Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır.

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.

Səslərin sayı: 8
29
6026
loading...
Şərhlər
Offline
Mələksima
Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır.

2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.
25 may 2015 00:26
Offline
Deniz N-va
Cox kederlendim. InsAllah alacagiq torpaqlarimizi cray
23 noyabr 2014 00:40
Offline
aylin youlin
ALLAH butun wehidlerimize rehmet elesin girl_ang
20 aprel 2014 10:35
Offline
Elvida
Kelbecerimiz isgal olunmus butun torpaqlarimiz geri qayitsin AMIN
13 aprel 2014 15:25
Offline
toma676
Kelbecerin goyleri dumanlidir , alinmasi coxda ki gumanlidir coxlari bu isde bil gunahlidir
3 aprel 2014 00:32
Offline
Aysun Memmedova
Allah sehidlerimize rehmet etsin Amin
2 aprel 2014 23:08
Offline
AFET
Allah sehidlere rehmet elesin,ermenilerinde cezasim versin.
2 aprel 2014 22:12
Offline
vefa elizade
Gun o gun olsun torpaqlarimiz qayitsin ama o gun ne vaxtdi sebirsizlikle gozluyurem,bu dunyada deye bilmerem ama o dunyada bu vehsilerin uzunu tesvir elemek bele xosuma gelir
2 aprel 2014 22:08
Offline
Zeyneb-Esger
O GUN OLSUN ALİNAN TORPAQLARİMİZ GERİ QAYTARİLSİN TOKULEN QANLARİN ALİNAN CANLARİN HESABİ SORULSUN AMİN İNSALLAH
2 aprel 2014 20:12
Offline
MAYA EL
İlləri yola verərək Kəlbəcərin işğalından da 21 il ötdü .Allah bızlərə qələbə sevincini yaşatdırsın amın
2 aprel 2014 18:45
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
sssss
Kelbecerin isgalindan 21 il otsede Kelbecer yarasinin uzeri hele ortulmeyib elbetteki ne qeder torpaqlarimiz isgaldadir bu yara baglanmayacaq
2 aprel 2014 18:35
Offline
S.S.90...Samir...
Vətənə getməyim gəlir!
Konlumun arzu-dileyi Shushadadir, Lachindadir...
Ana unutmaz ovladin, qoynunda yatmaqim gelir !
Vetene getmeyim gelir...
Vetene getmeyim gelir...
Vetene getmeyim gelir...
Elime, Obama, Yurduma, Torpaqima,
Vetene getmeyim gelir !


Tebil logmandi Kelbecer,
Tebieti dilde ezber...
Ziren, Kekotu qan teper,
Yamacda bitmeyim gelir !
Vetene getmeyim gelir...
Vetene getmeyim gelir...
Vetene getmeyim gelir...
Elime, Obama, Yurduma, Torpaqima,
Vetene getmeyim gelir !


Agdamimin gozel chagi,
Gulabli damci bulagi,
Fuzulimin gozel chagi,
Qocheymedli chinar bulagi,
Xocali da yel qirqini,
Haraya yetmeyim gelir...
Vetene getmeyim gelir...

Nebi Arazi adliya,
Dushmenin bagri chartliya,
Zengilandan Qubadliya,
Bir sefer etmeyim gelir
Goychem Zengezurum deyib,
Vusala yetmeyim gelir...
Vetene getmeyim gelir !

Igid evinde sayilar,
Xalqim qusseden ayilar,
Fuzuliden Cebrayila,
Yurduma getmeyim gelir,
Vetene getmeyim gelir !!!

Dinle meni aqil insan !
Ayaqa dur Azerbaycan,
Shehdlere qurbandi can,
Chingiz, Ali, Ismet kimi olmeyim gelir...
VETENE GETMEYIM GELIR !!!

Ezizim karvan geder,
Onunden servan geder,
Vetenin seven her kes,
VETENCHUN QURBAN GEDER !!!


ALLAH Veten ugrunda olen butun wehidlerimize rehmet elesin!
2 aprel 2014 16:50
Offline
Seher Nur
InsAllah o gun olsun Gelbeceri aldigimiz gun olsun ve bu saytda yayimlansin.
2 aprel 2014 16:09
Offline
Seninle Bir Omur
Vətən yolunda canlarından kecən hər kəsə Allah rəhmət eləsin
2 aprel 2014 16:07
Offline
Guler ismayilova
Allah ermenilere lenet elesin inshallah torpaqlarimizi alib onlari onlara dag basariq Yashasin Azerbaycan nyam
2 aprel 2014 15:46
Offline
Afət
Hələ də o torpaqların qayıdacağı günü göləyirik. Hələ də o torpaqlar bizim ora qayıdacağımız günü gözləyir. Gün o gün olsun intizarımıza son qoyulsun, bayrağımız o torpaqlarda dalğalansın, himnimiz o dağlara səs salsın, Amin!
2 aprel 2014 15:31
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Offline
ÖzDüNyAm
Allah wehidlere rehmet elesin. Bir gun InsAllah o torpaqlari bizim olacaq. recourse
2 aprel 2014 15:16
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Qəribə
Cox heyf o cur bolgeler hele de düşmen tapdağı altındadır. Allah Şəhidlərimizə Rəhmət etsin.
2 aprel 2014 15:07
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ayka Eliyeva
ne deyim bilmiremki..Bizim demeyimizle olsaydi indi tek Kelbecer yox butun rayonlarimiz isgaldan azad olmusdu...ALLAH butun olenlere rehmet elesin..INSALLAH bir gun rayonlarimiz azad olar.Sehidlerimizin ruhu sad olar..Umid ediremm....
2 aprel 2014 15:00
Offline
Gülşən29
məndə bir şəkil var. Böyük babamın Kəlbəcərdəki sanatoriyanın qarşısında çəkilib. O qədər gözəl təbbiəti varki möhtəşəmdi sadəcə.
2 aprel 2014 14:34
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!