Bu qadın tanınmış fotoqraf deyil. O həyatda olan vaxt heç bir fotosu heç yerdə dərc edilməyib. Lakin onu həvəskar fotoqraf adlandırmağa adamın dili gəlmir. Bu xanımın adı Vivyen Mayerdir. O, vəfatından sonra - 2009-cu ildə mülk üzrə agent Con Malof anbarından kimə aid olduğu məlum olmayan bir neçə qutu tapdıqdan sonra məhşurlaşıb. Bu qutularda təxminən 100 000 neqativ və hələ işlənilməyən plyonkalar var idi. Con onları araşdırdıqda çox təəccüblənir. Neqativlər küçə şəkilləri janrında olan, 60-70-ci illərdə çəkilmiş gözəl şəkillərə çevrilməyə başlayır. Bəzi şəkilləri internetə qoyduqdan sonra o, sərgi təşkil etmək, Vivyen Mayer və onun həyatı haqda sənədli film çəkmək haqda 200-ə yaxın təklif alır.
Vivyen heç vaxt öz şəkillərinin nəşrində maraqlı olmayıb. Onun arxivi 100 000-dən çox neqativdən ibarət idi, onları həmişə ehtiyatla saxlayırdı. Heç vaxt bu hobbisindən pul qazanmırdı, bundan əlavə, tanışları onun fotoşəklə olan bu ehtirası haqqında heç nə bilmirdilər. Və yalnız ölümündən sonra, təsadüf nəticəsində bu kadrlar tarixin bir hissəsinə çevrilir. İndi, müasir mühazirəçilər bu şəkillər sayəsində o dövrün dəbindən və həyat tərzindən danışır.
Vivyen həyatının çox hissəsini Çikaqoda keçirir və varlı ailələrdə mürəbbiyə işləyirdi. Boş vaxtlarında "Rolleiflex" kamerası ilə şəhərin küçələrində dolaşır və gözəl ağ-qara şəkillər çəkirdi. Vivyenin işlərinin cəmiyyətə necə təqdim edilməsi haqda ayrıca danışmaq lazımdır. Gəlin yaxın tarixə səyahət edək: 2007-ci il, Çikaqo. Con Malof — mülkiyyət agenti kimi işləyən 26 yaşlı oğlan Çikaqonun sakinləri haqda kitab yazır. Bir gün hərracda 400 dollara anbarda kimə məxsus olduğu bilinməyən bir neçə qutu alır. «Bəlkə də bu, mənim kitab yazmağıma kömək edəcək» - deyə düşünür. Şəkilləri görəndə isə təəccüblənir. Qutuların birində fotoqrafın adını tapır - Vivian Mayer. Fotoqrafın kimliyini araşdırır və bir vaxtlar Vivyenin yaşadığı ailəni tapır. Ailə kolleksiyaya onun şəxsi əşyalarını — geyimləri, çamadanı, qutuları, şəkilləri və onun fototexnikasını verir.
Vivyenin həyatı haqda məlumat çox azdır. Bəzi mənbələrə görə, o Fransadandır, bəziləri isə deyir ki o Nyu-Yorkdandır. Onun anası fransız, atası isə avstraliyalı olub. Uşaqlıqda tez-tez Fransadan ABŞ-a köçüb, lakin onun əsl yaşayış yerini dəqiq heç kim bilmir. 25 yaşında Vivyen ABŞ-a köçür, burada onun karyerası küçə şirniyyat evindən başlayır. Sonra isə 40 il dayə işləyir, bu illərin 14 ilini eyni ailədə keçirir.
O, kişi şalvarları, kişi ayaqqabıları geyinir və demək olar ki, hər zaman şlapalar taxardı. Xasiyyətcə qapalı insan idi, lakin uşaqlarla hər zaman yaxşı yola gedərdi. Qocaldıqda Vivyenin tərbiyə etdiyi uşaqlar onun vəziyyətinin pis olduğunu öyrənir, ona ev alır, evin bütün xərclərini ödəyirlər. 2008-ci ildə Vivyen buzda sürüşüb yıxılır və beyni zədələnir. Bir ildən sonra qocalar evində dünyasını dəyişir.
Ekspretlər Vivyenin işlərini 20-ci əsrin küçə fotoqraflarının işləri ilə eyni sıra qoyurlar. Onun ilk sərgisi 2012-ci ildə Norveçdə, ikincisi isə yanvar ayında «Chicago Cultural Center»də nümayiş etdirilir. Con Malof onun şəkillərindən ibarət kitab dərc etməyi planlaşdırır.
Sədəf
XƏBƏR LENTİ
Pendirli rulet börek (foto resept)
Sabahın HAVAsı
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
"Heyvanların ibadəti"
Enrike ilk dəfə əkizlərindən danışdı
Nasa Günəşə kosmik gəmi göndərir
Heyvanın faydaları
Yaz havası olacaq
Düşmənimizi yaxından tanıyaq
"Biz nə təxribata çəkildik, nə də təxribata getdik"
Bakıda Bilik Günü üçün hava proqnozu açıqlandı
Yer əhalisi çoxalır
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA
Körpələr üçün maraqlı hədiyyələr
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Keçmişin 3 milyarderi
Sevgisi divarlarda qalanlar
Armudun faydaları
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Neftin qiyməti enir
Sarıkökün faydaları
Mercedes SLS AMG-nin salonu lüks oldu
Duma qondarma " erməni soyqırmı"na dair bəyanat verəcək
Ön cəbhədə pulemyotlar işə düşdü
Hava haqqında
Şeron Stoundan yeni FOTOsessiya
Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
"Supermen" olmaq istəyirsiniz?
Dünyanın möhtəşəm mənzərəli yolları
"Microsoft" "Facebook"u almaq istəyib
Gözəlliyi ilə seçilən məşhurlar və övladları
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Günün ulduz falı
Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Prezident ailəsində xoş gün-36 il birlikdə!
Pulun iyinə komadan oyandı
Uşaqlar üçün bəzək əşyaları
Mirvari, gözdə axan şəlalə
Merve Bolğur psixoloji yardım alır-SƏBƏB
Avropada Windows phone zəiflədi
Hava şəraiti kəskin dəyişəcək
Təqaüdlərin məbləği açıqlandı
Malayziyanın ən gənc milyarderi - FOTO
Çağatay sevgilisindən yeddinci dəfə ayrıldı
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı
- ŞƏRHLƏR