Bakıda hava 13°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Karyera, yoxsa ailə həyatı?

 Karyera, yoxsa ailə həyatı?

Karyera, yoxsa ailə həyatı - bu mövzu həmişə aktual olub və olaraq da qalır. Karyera insan həyatında daha çox önəm kəsb etdiyi üçün bugünkü gənclər buna daha çox önəm verir. Amma görürsən ki, karyeraya meylli olan gənclər daha çox cəmiyyət qarşısında bəzi problemlərlə üzləşir, qınaq mənbəyinə çevrilir. İnsanlar onları başa düşmür.    

Hal-hazırda Azərbaycanda gənclər inkişafa çox meyllidir. Bizdə milli-mənəvi dəyərlər, milli mentalitet gənclərin qarşısına böyük sədd qoyur. Bizdə bugünkü gənclər daha çox təhsil almaq, xaricdə öz təhsilini inkişaf etdirmək, karyera qurmaq istəyir. Artıq karyera qurmaq istədiyi zaman həm də ailənin öz problemi ilə rastlaşır. Ailə istəyir ki, övladını tez evləndirsin, ailə-uşaq sahibi olsun. Amma gənclər də karyeralarını inkişaf etdirmək istəyirlər. İstər iş sahəsində, istərsə də təhsil sahəsində uğur qazanmaq niyyətində olurlar. Bu da onların gələcək həyatında daha çox əhəmiyyət kəsb edir. Ya işi, ya da ailə həyatını seçməlisən. Bunların ikisi bir arada olmur. Əsasən də xanımlarımıza bu, bir qədər çətinlik törədir. Kişilər həm işdə yüksələ, həm də ailə sahibi ola bilər. Amma xanım öz qayğısını, nəvazişini, sevgisini öz ailəsinə həsr eləməlidir. Bizim kişilərdə də bu problemlər var. Çox zaman xanımını başa düşmür, düzgün anlamır və xanımların karyerasına son verilir. Hətta ali məktəbin 1-ci, 2-ci kursunda oxuyan xanımlar ailə həyatı qurur və beləliklə də təhsilini davam etdirmir. Yaxud da gənclər xaricdə təhsil almaq istəyir, amma ailəsi buna imkan vermir.     
Karyera, yoxsa ailə həyatı?

Karyera insana cavanlıqda lazımdır. Karyera insanın bu günüdür. Bu gün inkişaf edirsən, əhatə dairən çoxalır. Karyera qurandan sonra düzgün tərəfi seçmək şansın da çox olur, insanları daha yaxşı tanımağa başlayırsan. Karyera insana bir növ fürsət verir. O fürsətləri zamanında qiymətləndirməsək, sonra əldə etmək çətin olur, amma ailəni hər zaman qurmaq olur.

İnsan həmişə hər hansı addımı atanda kənardakıların fikrini düşünür. "Biz belə etsək, kim nə deyər?" fikrindən asılı oluruq. Əgər biz bu asılılığı öz üzərimizdən götürsək, daha azad, xoşbəxt yaşayarıq, daha çox inkişafa meylli olarıq.

   Əziz Qadın.Netlilər, müraciətim sizədir. Bəs sizin fikrinizcə, karyera, yoxsa ailə həyatı? Hansı daha çox lazımdır?

Səslərin sayı: 7
50
3951
loading...
Şərhlər
Offline
Azadə Həbibzadə
Hər ikisidə olsa əla olar.
22 aprel 2015 00:46
Offline
Xanim_Xatun
Hər ikisi vacibdi..Hər ikisini də əlində saxlamaq hər qadinin isi deyil.
29 yanvar 2015 09:17
Offline
Aysel İ.
Hər ikisi də vacibdir. Ancaq ailəni karyeraya qurban verməzdim. Neynirəm atasız uşaq böyüdüm nədir ki, karyeramı qoruyuram.
15 noyabr 2014 16:04
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ruhəngiz
Zeyneb-Esger, give_ros
Yasemen, give_ros
Fikirləriniz üçün çox minnətdaram.
25 aprel 2014 23:04
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Yasemen
Her ikiside vacibdir mence,tesekkurler
17 aprel 2014 22:38
Offline
Zeyneb-Esger
MOVZU İNSANİ DUSUNMEYE VADAR EDİR DUZDUR SONU YALNİZ ALLAH BİLİR AMMA BEZİ MESELELER VARKİ ALLAHİN İZNİ İLE BİZ EDİRİK BUNUN UCUN DE SONU FİKİRLESİB GOZEL BİR BASLANGİC ETMEK OLAR EN AZİNDAN QADİNLAR TEHSİL ALİB HANSİSA PESEYE SAHİB OLSALAR HEYAT KİTABİNİN KECMEKESLİ SEİFELERİNDEN ASAN CİXA BİLERLER AMMA ALLAHİN QİSMETİ KİMİ HARDAN SALİB HARA QALDİRACAGİNİ YALNİZ OZU BİLİR EVVEL YARADANDAN İSTEMEK SONRA İSE HEYAT KİTABİNİ VEREQLEMEYE BASLAMAQ LAZİMDİR
4 aprel 2014 19:42
Offline
Ruhəngiz
ZEHRAM, give_ros
nurel, give_ros
ALLAH anana can sağlığı versin Amin. girl_ang
Farida_Asadova, give_ros
Narın, give_ros
Xanımlar,fikirləriniz üçün sizlərə minnətdaram.Əlbəttə ki fikirlər,düşüncələr müxtəlifdir.
4 aprel 2014 13:55
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Narin...
İlk öncə hər xanıma lazım olan ali təhsil, özü-özünün ayaqları üzərində dura biləcək bir iş sonra ailə həyatı. Çünki həyatın bizlərə nə bəxş edəcəyi heç məlum deyil. Təşəkkürlər Ruhəngiz bacım gözəl mövzu üçün. kiss
3 aprel 2014 12:40
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Farida_Asadova
Məni qınamayın mən,Ailə həyatı deyirəm.
2 aprel 2014 18:58
Offline
nurel
Her ikisi de qadin ucun cox vacibdir.Evvelce tehsil,sonra kariyera ,sonra ise aile haqqinda fikirlesmek olar.men bele etmisem ve cox sukur Allahima tehsilim isim ve gozel de ailem var.Insanin agli sebri olduqda bunlarin her birinin olmasi mumkundur.Butun xanimlarimiza da tovsiyyem odur ki mutleq tehsil alsinlar.Qalanlari oz ardinca gelecek.bele bir movzuya toxundugunuz ucun de Size tesekkur edirem Ruhengiz xanim.Bu ad mene cox dogmadir.Cunki menim anamin da adi Ruhengizdir.Allah Size can sagligi versin.Anami da menim basimin ustunden eksik etmesin.
1 aprel 2014 15:20
Offline
ZEHRAM
Ailede lazimdi karyerada.Amma mende biri var yox.aile var karyera yox.oxuduqlarimida unutmusam.diplomda mamanin sandiginda kiflenir recourse
1 aprel 2014 01:46
Offline
Ruhəngiz
Ellada Babayeva, give_ros
Zeyneb-Esger, give_ros
Namik Qurbanov,
MELEK, give_ros
Qeribe, give_ros
QARA QIZ, give_ros
Seher Nur, give_ros
Nino, give_ros
Hər birinizə şərhləriniz üçün təşəkkür edirəm.
31 mart 2014 19:18
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Nino
Menim fikrimce her ikisi eyni derecede onemlidi.birini digerinden evvel ve ya sonra kimi planlasdirilmamalidir.Ceylan xanimla sonunadek raziyam,Azerbaycan qadini anasi mutleq tehsilli olmalidir. Mene gore isin sirri butun cetinliklere iradeyle, ezmle dozerek her ikisini eyni diqqetde saxlamaqdir.Men bunu bacarmisam ve bunun ucun de hem xosbext aileye, hem ugurlu karyeraya sahibem
31 mart 2014 18:08
Offline
Seher Nur
Kimin ailesi yox kariyerasi var, o, aile isteyir,eksine kimin ailesi var, amma kariyerasi yox, o, kariyera isteyir.
31 mart 2014 17:31
Offline
QARA QIZ
Cox duzgunde edirler cunki heckes bilmirki sabaq bawina ne gelecek 2side lazimdi
31 mart 2014 16:06
Offline
Qəribə
Her ikisi vacibdir.Mənim fikrimcə, Azərbaycan qadini,geleceyin Anası təhsilli olmalıdır. Övladlarına bildiklərini ötürmelidir. Karyeralı ailə hər qadına nəsib olmur,Cunki,qadinin ehatesindeki insanlar da,boyuk rol oynayir,yani biri he deyir,o biri yox.Cox saqol bacim.Maraqlı xəbər hazırlamısan,tesekkurler. kiss give_ros
31 mart 2014 12:41
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
MELEK
En birinci aile heyatidi ama savadli olmaq lazimdiki usaqlarimizi savadli yetisdirek.Savad olandan sonra karyera qurmaq her zaman olar.Canim bacim movzuya gore tesekkur edirem.
31 mart 2014 10:17
Offline
Namik Qurbanov
Her ikisini bir arada daha maraqli ve rengareng olar
31 mart 2014 02:03
Offline
Zeyneb-Esger
her ikisi vacibdir.1-ci amma aile heyati olmaliudir.
30 mart 2014 23:47
Offline
Ruhəngiz
Gülbəniz, give_ros
Elif♡, give_ros
ღМøя бøльшая любøвьღ, give_ros
Aylin Memmedova, give_ros
APENAS, give_ros
qenire atasova, give_ros
Qizil Gul, give_ros
Gulum, give_ros
Əziz xanımlar,şərhlərinizə görə hamınıza sonsuz minnətdaram.
Ceylan Mumoğlu, give_ros
Minnətdaram,Ceylan xanım.
30 mart 2014 23:16
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )