Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Uşaqlıq travmaları – oğurlanmış həyatlar…

Sevgi istənilən insanın xasiyyətinə, cəmiyyətdə öz yerini tapmağına kömək olan bir vasitədir. Ana -ata sevgisi hər bir uşaq üçün sağlam gələcək zəmanətidir. Gəlin bu mövzu haqında  Ülviyyə xanımın fikirlərinə nəzər salaq. 

Uşaqlıq travmaları – oğurlanmış həyatlar…

Yəqin ki, heç də hamımız “sevgi uşaqları” deyilik. “Sevgi uşaqları”anlayışına bir az aydınlıq gətirim – yəni, iki şüurlu sevgi ilə bir-birini sevən, hörmət edən gəncin evliliyindən doğulan uşaq. Normal, dava-dalaşsız, hörmət və sevgi qayda qanunları üzərində qurulmuş ailənin uşaqları...

Təəssüf ki, normal axışını itirən cəmiyyətdə bu cür ailələr və nəticədə bu cür uşaqlara rast gəlmək çox nadir bir hala dönüb. Məcburi və ya erkən nikahlar, iradəsizlik, prinsipsizlik və ya öz düşüncəsində “çarəsizlikdən” evlənənlər, qız qaçıranlar, yəni insan oğruları – səbəblər çoxdur. Nəticədə bu kimi insanlar təkcə özlərini deyil, gələcəkdə doğulan uşaqlarını da bədbəxt edir. 

Uşaqlıq travmaları – oğurlanmış həyatlar…

Sevgisiz böyümək nəyə gətirir? İnsan sevgi aclığı duyur, bunu ana qayğısı ilə doyurmağa başlayır, sonra tədricən ata sevgisinə, özünü atasının gözündə təsdiq etməyə meylli olur. Erix Fromun da qeyd etdiyi şərtsiz sevgi yalnız analara məxsusdur. Sən pis olsan da sevəcəklər. Təsəvvür edin ki, bu cür şərtsiz sevginin varlığından xəbərdar olmayan, doğulan kimi atılan körpələr var. Bu cür insanlar hər zaman bədbəxt olaraq qalırlar, çünki mənən aclıq çəkirlər, mənəviyyatları tox deyil. Bu travma heç bir başqa travma ilə müqayisə edilə bilməz. Atılmısansa, özü də səni qeyd-şərtsiz sevməli olan biri tərəfindən, daha bir ömür heç kimi nə həqiqətən sevəcəksən, nə də sevildiyinə inanacaqsan. Ana sevgisini duymayan insanlar yadların sevgisinə çətin ki, inanar... Bu travma dəhşətlidir. Bu cür valideynlər isə bağışlanılası deyillər. 

Uşaqlıq travmaları – oğurlanmış həyatlar…

Ata travması.. Yenə də Froma müraciət etsək, görərik ki, o ata sevgisini şərtli sevgi adlandırır. Atalar analar kimi şərtsiz sevmirlər, yəni əgər sən atanın sevgisini qazanmaq istəyirsənsə, mütləq onun adına layiq qız və ya oğul olmalısan. Atan səni ancaq ona layiq olduqdan sonra qəbul edəcək, onun ümidlərini doğrultduqdan sonra onun gözündə var olacaqsan, sənlə fəxr edəcək.. Amma burda bir məqam var – atanın istəkləri kölgəsində itmək məsələsi… Yəni seçiminiz var – ya ideal oğul, tənəsiz həyat ya da istədiyiniz məniniz, öz ağlınız, öz məntiqiniz, mübarizəniz. Əlbəttə, bəzi hallarda ata ilə oğulun ideal mənləri eyni ola da bilər. Buna deyirlər, atasının oğlu. Və mövzumuz olan, travmalar.. Ata travması olan uşaqlar, yəni atasız böyüyənlər. Ya şəhid, ya boşanmış, ya da vəfat etmiş olanlar – fərqi yoxdur. Bu cür uşaqlarda isə sevgiyə inam olur, lakin çox irrasional olurlar, hissiyatcıl, həssas. Çünki ana sevgisindən var olublar, analar isə şərtsiz seviblər. Bu cür uşaqlar kövrək, tez küsəyən, daima özünü təsdiq etməyə çalışmaq üçün bir obyekt axtarışında olurlar.. Məsələn, həmin uşaq hansısa bir insanın gözündə özünü təsdiq etmək üçün ondan vəzifə, iş, əmək istəyir, ona imkan verilməsini istəyir. Onun şərtli sevigiyə, onunla etdiklərinə görə fəxr edəcək insana ehtiyacı var. Atasız uşaqların bu ehtiyacını duyan və ümumiyyətlə başa düşən çox az insan olur. 

Uşaqlıq travmaları – oğurlanmış həyatlar…

İndi bu şərtli və şərtsiz sevgilər barədə xəbərimiz oldu. Yəni, ana və ata sevgisi.. Amma bir də var, həm anası, həm atası olub, bu iki sevginin də travmatik üzünü görən bədbəxt uşaqlar. Döyülən, daima bədbəxt olan ana və ya qazanc gətirmədiyi üçün daim üzü danlanan ata obrazı, dava-dalaş zamanı ona da bir sillə dəyməsin deyə çarpayı altında gizlənən və ya özünü anasına sipər edib, iki-üç silləni canına yeyən bədbəxt uşaqlar. Bu cür uşaqların uşaqlığı heç yoxdur, onların uşaqlığı öz sevgi özəkləri – ana və ataları tərəfindən məhv edilib, oğurlanıb. Onlar cəmiyyətdə normal ailənin olduğuna çətin inanırlar, düşünürlər ki, ailə dediyin elə budur – daimi, mənasız söz-söhbət, göz göyərtməsi, can ağrısı, ürək ağrısı..  Ailə bu deyil, ailə sevgidir, etməyin bu pisliyi uşaqlarınıza.

Sizə edilənləri, uşaqlarınıza etməyin, dava-dalaşdan uzaq, sevgi dolu həyat bəxş edin onlara. Küsdürməyin uşaqlarınızı, sağalması mümkün olmayan yaralar vurmayın. İnanın ki, uşaqlığın ağrıları unudulmur. Elə ailələr qurun ki, yer üzü sevgi uşaqları ilə dolub, daşsın...

Ülviyyə

Səslərin sayı: 6
19
4349
loading...
Şərhlər
Offline
Azadə Həbibzadə
Tesekkurler Xeyale xanim bu cur xeber ucun
29 mart 2015 01:04
Offline
Rəmziyyə Verdiyeva
ÇOX TƏSİRLƏNDİM TƏŞƏKKÜRLƏR
20 may 2014 21:42
Offline
GülnaR
Xəbər elə ruhda yazılıbki-oxuduqca həm öz uşaqlıgım canlanır gozümdə,həmdəki-öz uşaqlarım.Mənim məncə ogurlanmış həyaTım olmuyub,amma qorXuram-birdən gələcəkdə özümüzü düşünüb uşaqlarımızın arzusuna qarşı gedərik.ALLAH qorusun
İndi çox valideyn uşaga sevgini-pulda gorür,ona istədiyi hər şyi alırki.uşaq fikirləşsinki-valideynim məni çox sevir,amma bu səhv yoldur-uşaq acgozləşir,harınlaşır.Ruslarda 1 qəşəng soz var-deyrlərki cəmiyyətə xoşbəxt uşaq vermək istəyirsənsə,ona az pul,çox vaxt sərf et...
Gənc valideynlərlə bu cür lazımlı xəbəri bolüşdüyünüz üçün çooox sag olun Xəyalə xanım,yararlanaq inşaALLAH
25 aprel 2014 11:17
Offline
aylin youlin
Maraqlidi təşəkkürlər
17 aprel 2014 12:22
Offline
Zehra.
Təşəkkür Xəyalə xanım,gözəl xəbərdir.
16 aprel 2014 22:38
Offline
Narin...
Təşəkkürlər Xəyalə xanım. air_kiss Nə yatdımki nədə yuxu görəm ata sevgisini anlamağa başlayanda itirdim atamı demək olarki bu duyğu yaddır mənə. recourse Anam canım anam həm sevilən həm sevəndir kiss
3 aprel 2014 12:35
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Qəribə
Çox gözəl mövzuya toxunmusunuz. Uşaqlıq dövrü hər bir insanın gelecek taleyində vacib rol oynayır. Allah butun aileleri qorusun. Allah hec bir usagi atasiz anasiz qoymasin. Amin! Cox saqolun Ülviyyə xanim.
Xəyalə xanım siz də sağ olun ki, onu bizlərlə paylaşmısınız.
Təşəkkürlər... girl_ang give_ros
31 mart 2014 03:01
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
toma676
Bezi analara atalara lazim olam xeberdir
30 mart 2014 16:18
Offline
AFET
Tesekkur edirem movzu ucun, Allah butun aileleri qorusun.
30 mart 2014 11:48
Offline
Sevgi.
Mende atasiz boyumusem ona gorede istemirem oglum menim kimi atasiz boyusun calisiram ailemi qoruyub saxlayim hemde soz sohbet olandada istemirem balam esitsin isteyirem ancaq sevgiyle boyusun Allah hec bir usagi atasiz anasiz qoymasin
30 mart 2014 07:45
Offline
Aysun Memmedova
Cox gozel xeberdir tesekkur Xeyale xanim.
29 mart 2014 20:57
Offline
Gulnarə
Xəbərinizi çox duyğulanaraq oxudum...Elə məqamlara toxunmusunuz ki, gerçək və incə, çox incə...Sanki, insanin ürəyindəki o sarı simi hədəf almısınız...

Bəli, yazıda deyildiyi kimi. "sevgi uşaqları", şərtsiz sevgi, şərtli sevgi....Fikirləriniz çox maraqlıdır...Bir məqam daha çox silkələdi məni...

Amma bir də var, həm anası, həm atası olub, bu iki sevginin də travmatik üzünü görən bədbəxt uşaqlar......Bu cür uşaqların uşaqlığı heç yoxdur, onların uşaqlığı öz sevgi özəkləri – ana və ataları tərəfindən məhv edilib, oğurlanıb.

Düzdür və bu bədbəxt, sevgisiz böyüyən uşaq da səhər özü valideyn olaraq bu ənənəni öz ailəsində davam etdirəcək....Beləcə bu xoş olmayan ənənə yaşayacaq,yaşayacaq,yaşayacaq...
Amma nə gözəl olardı bütün ailələr "sevgi uşaqları" adlı bir "ənənə"ni yaşadaydı və yerüzü sevgi uşaqları ilə dolub daşaydı....

Ülviyyə xanım, mən sizə dərin təşəkkürümü bildirirəm ki.bu cür həssas mövzuya toxunmusunuz,...
Xəyalə xanım siz də sağ olun ki, onu bizlərlə paylaşmısınız...
Təşəkkürlər...

give_ros give_ros give_ros
29 mart 2014 20:33
Offline
canim
Çox gözəl mövzuya toxunmusan . indi valideynlər ayrılır uşaqlar heçnədən əziyyət çəkib travma alırlar
29 mart 2014 20:06
Offline
Ceylan Mumoğlu
Xəyalə, belə əhəmiyyətli mövzunu paylaşdığın üçün təşəkkürlər sənə.
Uşaqlıq dövrü hər bir insanın sonrakı taleyində vacib rol oynayır. Əvvəllər bu haqda kitablar oxusam da, hazırda məndən mənəvi kömək istəyən insanlarla danışıq zamanı onların problem hesab etdikləri rahatsızlıqların kökünü əslində uşaqlıqda tapırıq. Ona görə də uşaqlarınızın sevgi ilə , diqqətlə böyüməsinə nəzarət etmək lazımdır.
29 mart 2014 19:51
Offline
Seninle Bir Omur
Gözəl xəbərdi təşəkkürlər
29 mart 2014 19:33
Offline
Ruhəngiz
Xəyalə bacım,çox gözəl mözudur.Gənclərimiz ailə qururlar,övlad sahibi olurlar.Övlada da lazımı sevgini,qayğını göstərməyəcəklərsə onda onlar- ATA,ANA adını daşımağa da layiq deyillər.
29 mart 2014 18:48
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Happiness-lady
XEYALE XANIM COX GOZEL MOVZU BOLUSMUSUZ BIZIMLE.
HEQIQETENDE INDIKI ZEMANEDE SEVGI ACLIGI CEKEN USAQLAR COXDUR BUNLAR ARALARINDA SEVGI HORMET OLMAYAN VALIDEYNLERIN OLMASINDAN IRELI GELIR.SEVGISIZ MECBURI AILE HEYATI QURANDA BELE HALLAR COX OLUR,VALIDEYNLER YOLA GETMEYENDE BUNUN ACISINI USAQDA CEKIR. VALIDEYNLER MUBAHISE EDENDE USAGIN YANINDA ETMESELER USAGADA PIS TESIR ETMEZ CUNKI USAQLARIN BEYNI AG VEREQDIR NE OLUR ONU YAZIRLAR VE TRAVMA KIMI QALIR GELECEKDEDE BEZILERI OZ HEYAT YOLDASLARINA ELE OLURLAR ONA GOREDE HER SEYI USAGIN YANINDA ETMEK DUZGUN DEYIL
29 mart 2014 18:46
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Farida_Asadova
Atanın sevgisin sonralar qazanildiğını bilirdim. Ülviyyə xanım da gözəl izah edib.Milana xanım təşəkkürr ...
29 mart 2014 17:53
Offline
איסון ממדוב.
Xeyalə xanim bu cur gozel xeberi bizle bolusduyunuz ucun cox aqolun.
29 mart 2014 17:49
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış