Bakıda hava 33°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:46Sima yaxsiligdi sukur ders qurtarib kefdeyik) 12:46Surayye Qorxma Survivoru ağ yuyub qara sərirəm 12:46Surayye Ayla canım mesajda bax nələr yazdım nələr 12:40Surayye Salam canım sen necesen? 12:28Sima salam hervaxtiz xeyir 09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Nettlilər! 09:04Xəyalə Murad Yeni iş həftəsində hər birinizi salamlayıram!
40606

Sizin işgüzar tərziniz

 

Sizin işgüzar tərziniz

 

Sərbəst və əsl xanım kimi görünməniz üçün ilk növbədə geyim düzgün seçilməlidir. Fransız aktrisası Janna Moro müsahibələrində qeyd edirdi ki, o, rolunu oynamamışdan əvvəl sanki obrazının "çantasını" yığır. "O, hansı geyimlərə üstünlük verir? Gündəlik həyat tərzi necə keçir? Keçmişdə və indi necə biri olub? Dünyagörüşü necədir?" və s. xüsusiyyətlərini bir araya gətirərək özündə ilk öncə həmin obrazı yaradır.

Təbii ki, seçdiyimiz və özümüzə uyğun gördüyümüz geyimlə bizi ilk görən insanda müəyyən fikir formalaşdırmış oluruq. Heç düşünmüsünüzmü ki, siz öz geyiminiz ilə qarşıdakı insana müəyyən informasiya ötürmüş olursunuz? "Mən çox şən insanam", "Mən romantikəm", "Mən cazibədaram" "Mən güvənilə biləcək biriyəm", "Mən sizin məsələnizi həll etmək üçün uyğun biriyəm","Mən iş xanımıyam".

 

Sizin işgüzar tərziniz

 

 

Əgər iş xanımısınızsa və sizə etibar etmələrini istəyirsinizsə, ilk növbədə geyiminizə fikir verin. Ən ideal iş geyimi ətək və pəncək və ya düz sadə don və pəncək dəstidir.

Amerikan modelyeri Edit Hedin fikirincə, "Qadının geyimi əyninə nə qədər oturmuş olarsa, o, iş həyatında güvəniləcək sima olmasını bildirmiş olur."

İş geyimi üçün nəzərdə tutulan pəncəklər nisbətən boş olmalıdır, onların dar seçilməsi məqsədə uyğun deyil. Bir də nəzərə almaq lazımdır ki, qısa pəncəklər sizi qamətli göstərəcək, uzun seçilmiş pencək isə əksinə sanki boyu kəsir. Qolların uzunluğu 3/4-dən qısa olmamalıdır. Pəncəyin yaxalığını üz quruluşunuza uyğun seçin. Əgər üzünüz ovaldırsa, uzun yaxalıqıardan rahatlıqla istifadə edə bilərsiniz. Uzun üz quruluşu olanlar isə yumru yaxalıqlara üstünlük verməlidirlər.

 

 

 

Sizin işgüzar tərziniz

 

Hədsiz dar ətəklərin geyinilməsi yolverilməzdir. Dar ətəklərdə yarıqların olmasına diqqət edin, onlar 2 sm-dən az olmamalıdır. Yarıqlar qadağan olmasa da o, sizə karyereda irəliləməkdə mane olacaq, odur ki ətək seçimində çox diqqətli olmaq lazımdır.

Kostyumun uzunluğu fərdi xarakter daşıyır. Oturan zaman o diz qapağının ortasında olmalıdır.

 

 

Sizin işgüzar tərziniz

 

Çox zaman iş geyimlərində qara rəngə üstünlük verilir. Qeyd etmək lazımdır ki, qara çox təhlükəli rəngdir. İlk növbədə sizi yaşlı göstərəcək, həm də qara rəng sizi əhatə edən insanların psixikasına əks təsir göstərir, siz intensiv çalışsanız belə digərlərinə təsir gücünə malik olmursunuz. Rəng seçimi də fərdi xarakter daşıyır, yaxşı olar ki, yaşılın tonları, boz, metallikdən qrafit rənginə kimi olan çalarlardan istifadə edəsiniz. "İşgüzar həyatın ənənəsi"nə əsasən parlaq rənglərdən və qəhvəyidən uzaq olun.

 

 

Sizin işgüzar tərziniz

 

 

 

 

Sizin işgüzar tərziniz

 

Köynək seçimində də ağ rəngdənsə mirvari rəngi, süd rəngi, açıq mavi, yaşıl və mavinin kölgəli çalarları, sarı və limon sarısı rənglərinə üstünlük verilməsi məsləhətdir.

 

 

Sizin işgüzar tərziniz

 

Sizin işgüzar imicinizi dəri rəngində seçilmiş corablar tamamlamalıdır. Qara rəgdən iş vaxtı istifadə etməmək tövsiyə olunur.

Ayaqqabı seçimində tuflilər 4-5 sm dabanlı, çəkmələr qısaboğazlı olmalı, uzunboğaz çəkmələr və üstü açıq ayaqqabılar ofisdə qadağandır.

"Yazılmamış qanunlara" görə ayaqqabı rəngi tünd olmalıdır. Tamamilə ağ ayaqqabı geyinmək olmaz.

 

 

Sizin işgüzar tərziniz

 

Saç düzümünüzə xüsusi fikir verin. Saç rəngi ilə oynamayın, saçınızı təbii rəngindən çox fərqlənən rənglərlə boyamayın. Saç düzümü dəqiq konturlu olmalıdır, səliqəli, arxadan yığılmış, ya da düz daranmış olması məsləhətdir.

Dırnaqlara da xüsusi önəm verilməlidir. Ən yaxşı forma ovaldır, dırnaqlarınız uzun saxlamayın. Dırnaqlarına parlaq rəngli boyaları moda və kosmetika biznesi ilə məşğul olan xanımlar istifadə edə bilərlər. Tünd rəngli göz kölgələri, parıltılı dodaq boyası, al yanaqlar yalnız gecə ziyafətləri üçündür, iş yerində isə bu vulqar görüntü verəcək.

 

 

Sizin işgüzar tərziniz

 

 

 

Sizin işgüzar tərziniz

 

İşgüzar xanım professional görünməlidir, bununla yanaşı,öz cazibədarlığını və gözəlliyini saxlamalıdır. Təbii aksesuarlardan da istifadə etmək olar, bir şərtlə ki, onlar ciddi və eleqant görünüşlü olmalıdır. Dəri kəmərli ciddi saat, nəzərəçarpmayan sırğa və hər əldə bir ədəd üzük sizin seçiminiz ola bilər. Əgər boyunbağı da taxacaqsınızsa, müxtəlif mənalar daşıyan kulonlardan istifadə etməyin. Ofis ciddi bir yerdir və müasir işgüzar xanım hər bir aksesuarını necə və nələrlə taxmağı bacarmalıdır. Məsələn, sırğa və qolbaq, broş və üzük, saat və üzük, boyunbağı və saat və s. dəstlər seçilməlidir. Bütün bəzək əşyalarını birlikdə taxmaqdan çəkinmək lazımdır. Dəst taxılmış zinət əşyaları sizdə diqqətsiz, işində dəqiq olmayan bir imic yarada bilər. Bütün qeyd olunan nüanslaradan istifadə edərək və öz zövqünüzə güvənərək siz təbii çox gözəl işgüzar imic yaratmış olacaqsınız.

Səslərin sayı: 8
24
13754
loading...
Şərhlər
Offline
Aysel İ.
Cox ciddi geyimleerdir is qadinlari bu geyimleri daha cox sever

Elə xəbər və geyimlər işgüzar xanımlara aiddir.
Çox gözəl məsləhətlərdir. Çox bəyəndim.
7 aprel 2016 12:59
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
H.M
Klassik geyimleri sevirem, amma cox istifade etmirem, herden bir.
30 dekabr 2014 01:53
Offline
Gülçin Rüstəmova
Cox ciddi geyimleerdir is qadinlari bu geyimleri daha cox sever
10 iyul 2014 21:01
Offline
Ulker.Agamali
Cox maraqli xeberdir.Menim qarderobumda klassik geyim uslubunun xususi yeri var

Ciddiliyi seven ve daima inkisaf etmek istiyen xanimlarin secimidir.Ksassik iş uslubu! smile
26 aprel 2014 23:44
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
LENA 90
Cox maraqli xeberdir.Menim qarderobumda klassik geyim uslubunun xususi yeri var
20 aprel 2014 22:57
Offline
Ulker.Agamali
Ləman Hüseynli,
Madam_MadonitaM,
Xeberi beyendiyinize memnun oldum! Her zaman maraqli xebeler hazirlamaga calisiram,ne derecede alinir bilmirem! Buna siz qiymet verin request
8 aprel 2014 17:24
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Elvida
Cox sagolun xebere gore give_ros
8 aprel 2014 14:00
Offline
Flowers
Klassik iş geyimlərini çox sevirəm, özüm də elə geyinirəm. girl_smi Digər günlərdə də klassik geyimlərə üstünlük verirəm. love
Təşəkkürlər, davamlı olsun. wink
7 aprel 2014 16:33
Offline
Ulker.Agamali
Qeribe,
Bu geyimler hem de seliqeli gorunus yaradir,ciddi imic işinde bacariqli olmaq demekdir!

Guler ismayilova,her yasin oz geyim terzi var,insan yasa dolduqca geyime olan munasibeti de deyisir
♥ஐ♥ JAKO♥ஐ♥, give_ros

Xəyalə Murad,
Size de tesekkur Xeyale xanim yol gosterdiyiniz ucun kiss
4 aprel 2014 17:45
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Ulker.Agamali
Ceylan Mumoğlu, Sizin işgüzarlığınıza söz ola bilmez,terzi de o üzden sevirsiz give_ros
Gulum,Özünüz necə istifadə edirsiz ya da etmisiniz? smile
Ayka Eliyeva,OLar,bilmirem yasiniz necedir,amma güman edirem ki, hele islemirsiz ona gore bele fikirlesirsiz pardon
PƏRVANƏ ƏLİYEVA......, niye ki debde deyil,ciddi offislerde bu geyim terzidir.Amma gündülik de ele de ustunluk verilmir,o da var unknown
canim,Sağ ol Canim beyendiyinize sevindim give_ros

AFET ,
milane sirinova,
T E Ş E K K Ü R L E R give_ros
Aysun Memmedova,deme deme deme dash

Rəmziyyə Verdiyeva,Beli,men de deb haqqinda ele fikirlesirem hi
♥♡AyTaDj HəSəNzAdƏ♡♥,serhiniz ucun cox sag olun give_ros
3 aprel 2014 19:33
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Xəyalə Murad
Klassik geyim tərzi həqiqətən gözəl və səliqəli görünür. İşgüzar xanımlar üçün bu geyim tərzi çox vacibdir. Ən azından onların işgüzarlığına bir növ vəsiqə kimidir. Ulkər xanım hər zaman olduğu kimi maraqlı xəbər təqdim etmisiz. Davamlı olsun
3 aprel 2014 13:58
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Guler ismayilova
Men bele geyimler geyine bilmerem menimki sport cins futbolka bele sheylerdir bully
3 aprel 2014 12:15
Offline
♥ஐ♥ JALICKA♥ஐ♥
İs qadinlarina yarasir bu geyimler
3 aprel 2014 11:15
Offline
Qəribə
Men de cox sevirem bele geyimleri,menim isguzar geyim terzimdir bele fasonlar.Duz telebe dovrunnen geyinirem,ve cox da sevirem.Bu geyimde ciddi və eleqant görünüşlü olur qadin. Tesekkur edirem,cox sag ol baci. good give_ros kiss
3 aprel 2014 01:43
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥AyTaDj HəSəNzAdə♥
Mence hansinda rahatsansa onu geyin.tewekkur
2 aprel 2014 23:50
Offline
Rəmziyyə Verdiyeva
XOŞLADIĞIM STİLDİR.ƏYNİNƏ GEYİNDİYİN LİBAS YARAŞIRSA DEMƏK DƏBDƏDİR TƏŞƏKKÜR give_ros
2 aprel 2014 23:36
Offline
Aysun Memmedova
Isguzar qadinlar ucun eladir.Menim isguzar geyim terzimde isim metbex biggrin ,geyim terzim fartuq crazy
2 aprel 2014 22:33
Offline
milane sirinova
Elaaaaa ela tesekkurler
2 aprel 2014 22:12
Offline
AFET

Mende cox beyenirem bele geyimleri,tesekkurler.
2 aprel 2014 21:59
Offline
canim
Əla çox gözəl geyimlərdi.
2 aprel 2014 21:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )