Bakıda hava 29°
USD 1.7009 AZN
EUR 2.0003 AZN
10:21Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər! Necəsiniz?
37589

Sevginin əlamətləri

 

Kişilər necə sevir?

Sevən qadınlar bəzən kişilərin bütün mənfi xüsusiyyətlərini də müsbət hal kimi dəyərləndirirlər. Bəs görəsən kişilər necə sevir?

Hansı davranışlarından müəyyən etmək olar ki, güclü cinsin nümayəndələri həqiqətən də seçdiyi qadın üçün hər şeyə hazırdır? Sevən kişinin əlamətlərini aydınlaşdırmağa calışaq.

1. O, seksual hisslər kecirir.

Təbii ki, bu hisslər əyləncə kimi yanaşdığı qadınlara da ola bilər. Əgər kişi qadınla gələcək həyat və nəsil artırmaqdan danışırsa, deməli ömrünü onunla keçirməyə hazırlaşır. Qadınlar unutmamalıdır ki, nə qədər əlçatmaz olsalar belə qarşı tərəf üçün bir o qədər də arzuolunan olacaqlar. Odur ki, əziz xanımlar unutmayın ki, istək həmişə sevgi demək deyil.

2. O, könül həmdəmini axtarır.

Sizinlə daim bir yerdə olmağa can atır. Tez-tez zəng edir, özü haqqında danışır, sizin uşaq vaxtı etdiyiniz dəcəllikləri dəfələrlə maraqla qulaq asır, bir sözlə hər addımınızda sizin kölgənizə çevrilir. Kişinin hər davranışından sevgini biruzə verməyi gözləmək də ağılsızlıqdır. Bəziləri gözəl sözlər deməyi bacarsa da, digərləri iki cümləni düzüb-qoşa bilmir. Kimisi müxtəlif hədiyyələr etsə də, bəziləri ancaq vədlər verməklə kifayətlənir. Ən əsası odur ki, sizi olduğunuz kimi qəbul etsin.

3. Sizi öz həyatına daxil edir.

Kişilər həyatlarına kimisə daxil etməklə azadlıqlarını itirmək fikrinə nadir hallarda düşürlər. Xanımlar, diqqəti əldən verməyin. Əgər o sizə öz mənzilində yerdəyişmə etməyə, dağılmış əşyaları yığışdırmağa, onun üçün yemək bişirib, hətta köynəyini yumağa icazə verirsə, bu o demək deyil ki, sizi dəlicəsinə sevir. Ola bilər ki, bütün bu işləri özü görməyə tənbəllik edir. Bununla yanaşı sizinlə hər hansı addımı atmadan əvvəl məsləhətləşir.

4. Fədakarlığa hazırdır.

O sizə görə bütün planlarını dəyişməyə hazırdır. Sizin istəyinizdən asılı olaraq bəzi vərdişləri tərqidir hətta dostlarından da keçməyə hazır olurlar. Daim zövqünüzlə maraqlanır, hər şeyi ürəyinizcə etməyə cəhd göstərirsə sizcə fikirləşməyə dəyərmi ki, o sizi sevir?

5. Qayğınızı çəkir, qeydinizə qalır.

Maddiyyat hər şey demək deyil. Əsas odur ki, o sizi başa düşsün. Ola bilsin ki, maddi vəziyyəti imkan vermir ki, o, sizin hər istəyinizi yerinə yetirsin. Amma cəhdlərini cavabsız qoymayın. Sizin arzunuz, istəklərinizlə maraqlanıb siz tərəfdən soyuqluq görürsə nəzərə alın ki, bu qarşı tərəfə cox pis təsir edir.

6. Xətrinizə dəyməmək üçün əlindən gələni edir.

O, hec vaxt bilərəkdən sizə qarşı pislik etməz. Aldatmaq və xəyanət etmək isə onun heç ağlına belə dəlmir. Ola bilsin ki, ara-sıra sözünüz çəp gəlir. Bir-birinizlə kobud danışırsınız. Amma nəzərə alın ki, çəkişməsən bərkişməzsən. Bəzən qadınlar kişilərin etdikləri kobudluqları yataqda unudurlar. Psixoloqlar qadınlara məsləhət görürlər ki, göz yaşları və inciklikərini çox böyütməsinlər. Çünki vaxt keçdikcə bu adi hala çevrilir. Kişilər artıq qadınlara inanmamağa başlayırlar.

Əziz qadınlar, sevin, sevilin, sevginizə layiq olmağa çalışın. Unutmayın ki, sizin bir qadın kimi buna haqqınız var.

Səslərin sayı: 8
69
6860
Loading...
Şərhlər
Offline
Iceberg
bele kişi hardadır ki))))))))
28 iyun 2017 09:02
imza: shafaabdulla.blogspot.com
Offline
Mələksima
çox gözəl məsləhətlər üçün çox sağ ol
25 iyun 2015 00:59
Offline
Gultekin
Sevmek gozeldir tebiiki qarsiliqli
26 aprel 2015 00:45
Offline
.
ne bilim vallah casib qalmisam
9 aprel 2015 16:18
Offline
.....
maraglidi tesekkurler give_ros dance1 air_kiss
11 mart 2015 11:35
Offline
S.S.E.
ehhhh sevgii sevgiii sevgiii
12 yanvar 2015 02:15
Offline
Xanim_Xatun
Gozel xeberdi amma artiq evliyem ve cox xosbextem

Daima xoşbəxt olasız...
4 yanvar 2015 12:55
Offline
PƏRVANƏ ƏLİYEVA......
Gozel xeberdi amma artiq evliyem ve cox xosbextem

Allah xoshbextliyinizi ebedi etsin.. give_ros
28 oktyabr 2014 22:10
Offline
°ღ Zayka •.°ღ
Gozel xeberdi amma artiq evliyem ve cox xosbextem give_ros love
24 oktyabr 2014 13:50
Offline
Ulker.Agamali
Pervane xanim xeberi oxuya-oxuya ne serh yaxacagimi dusunurdum ki,fikirlerimiz toqqusdu Əziz qadınlar, sevin, sevilin, sevginizə layiq olmağa çalışın. Unutmayın ki, sizin bir qadın kimi buna haqqınız var.
21 iyul 2014 23:37
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Turkan Bayramli,
❤qanadsiz_melek❤,
Sizler saqolun var olun.. give_ros
3 iyun 2014 00:38
Offline
❤qanadsiz_melek❤
PƏRVANƏ ƏLİYEVA......,
cray Ela xeberdi darixdim lap sevgilimcun
31 may 2014 20:16
Offline
Turkan Bayramli
Tewekkurler xəbərə görə
4 may 2014 21:45
Offline
PƏRVANƏ ƏLİYEVA......
aylin youlin,
give_ros
22 aprel 2014 17:12
Offline
aylin youlin
GOZEL XEBERDI TEWEKKUR. love
19 aprel 2014 10:57
Offline
PƏRVANƏ ƏLİYEVA......
KRASAVITSA KUKOLKA,
Cox saqol canim..NiCaT_NiLuFeR,
Beyendiyine sevindim gozelim... give_ros
15 aprel 2014 10:46
Offline
♥NiLuFeR♥
Pəriş bacım xəbərini çox bəyəndim good give_ros
15 aprel 2014 10:42
Offline
Aytac-off
Gozel xeberdi təşəkkür
14 aprel 2014 23:03
Offline
PƏRVANƏ ƏLİYEVA......
Narın,
Lavinya,
yagmur atasoy,
Sizler saqolun menim gozel meleklerim.. give_ros
14 aprel 2014 19:29
Offline
yagmur atasoy
Cok guzel movzu.simdi demek benim sevdiyim oda beni seviyor.cunku bunlarin hepsi onda var.yazi icin tesekkurler
14 aprel 2014 15:23
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!