Bakıda hava 20°
USD AZN
EUR AZN
10:41aysel hesenli Sizinlə bahəm 08:38Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 08:38Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinii salamlayırıq!
41080

Uşaqlarda dəmir çatışmazlığının səbəbləri

Uşaqlarda dəmir çatışmazlığının səbəbləri

Narahatlıq, iştahsızlıq, halsızlıq və tez yorulma… Bunlar körpələrdə və uşaqlarda görülən dəmir çatışmazlığının ən əhəmiyyətli əlamətləri arasındadır. Bir çox xəstəliyə işarə edən dəmir çatışmazlığı zəka geriliyinin də səbəbləri arasında göstərilir. Mütəxəssislər ana südüylə bəslənməyən körpələrdə dəmir çatışmazlığının olduğunu söyləyir.

Qansızlığın hər yaşda ortaya çıxa bilən bir problem olduğunu, ancaq xüsusilə körpə və uşaqlıq çağında daha çox rast gəlindiyini ifadə edən həkimlər uşaqlarda dəmir çatışmazlığından qaynaqlanan problemlər və müalicə haqqında belə məlumat verir:

Dəmir çatışmazlığının əsas səbəbi körpənin ana südü ilə qidalanmaması və tərkibində dəmir az olan qidalarla qidalanmasıdır. Dəmir çatışmazlığı ilə əlaqədar anemiya yalnız fiziki narahatlıqlara səbəb olmur, eyni zamanda körpələrdə zəka səviyyəsinə də təsir edir. Buna görə də körpə və uşaqlarda tez-tez yaranan anemiyanın əlamətlərini yaxşı müşahidə etməsi və həkimə müraciət etməsi lazımdır.

Uşaqlarda dəmir çatışmazlığının səbəbləri

 Diqqətli olun

Südlə qidalanan uşaqlarda narahatlıq, davranış dəyişiklikləri, iştahsızlıq, yuxusuzluq kimi hallar görünür. Daha böyük uşaqlarda və yetkinliyə keçiş dövründə isə yorğunluq, halsızlıq, baş gicəllənməsi, baş ağrısı, tez yorulma və nəfəs darlığı kimi şikayətlər ortaya çıxır.

  Dəmir çatışmazlığı anemiyası nədir?

Anemiya - qanda hemoqlobin konsentrasiyasının və ya qırmızı qan hüceyrələrinin sayının birlikdə və ya ayrı-ayrı normal dəyərlərinin azalmasından ibarət olan kliniki cədvəldir. Bu dəyərlərin azalması nəticəsində qanın oksigen daşıma tutumu və toxumalara gedən oksigen miqdarı azalar.

 

Uşaqlarda dəmir çatışmazlığının səbəbləri

Körpələrdə və yetkinlərdə anemiyaya daha çox rast gəlinir

Uşaqlarda anemiyanın əmələ gəlməsində pəhrizin çox böyük əhəmiyyəti vardır. Pəhrizin ən əhəmiyyətli olduğu yaş qrupları 6 ay - 2 yaş arası və uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Böyüməyin çox sürətli olduğu bu iki dövrdə dəmiri az olan yeməklərlə qidalanma nəticəsində dəmir çatışmazlığı anemiyası əmələ gələ bilər. Adolesan (uşaqlıqdan yetkinliyə keçid dövrü) qızlarda adətən aybaşının nizamsız və çox olması da dəmir əskikliyinə səbəb olan bir faktordur. Qan istehsalında əhəmiyyətli rol oynayan digər iki qida faktoru B12 vitamini və fol turşusudur. Ancaq bu iki qidanın əskikliyinə bağlı anemiyalar uşaqlardakı dəmir əskikliyinə bağlı anemiya qədər çox görülmür. Yalnız pəhriz deyil, bəzi dərmanların istifadəsi də uşaqlarda anemiyaya səbəb olar. Uşaqlarda xroniki xəstəliklərin və tez-tez keçirilən infeksiyaların anemiyaya səbəb olduğu gerçəkdir. 

Uşaqlarda dəmir çatışmazlığının səbəbləri

 Mütləq mütəxəssis yardımı alın

6 aylıq ikən aparılan təkrar qan araşdırmasında və ya müayinədə hemoqlobin, dəmir və ya ferritin səviyyələrinin azalması ilə diaqnoz qoyulur. Tədqiqatın nəticələrinə görə dəmirlə zəngin pəhriz və ya dəmir preparatları ilə müalicə planlaşdırılır.

loading...
Şərhlər
Offline
Nezrin
Xebere gore tesekkurler give_ros
20 aprel 2014 17:43
Offline
aylin youlin
Lazimli melumatdi tewekkur.
20 aprel 2014 10:34
Offline
Rəmziyyə Verdiyeva
MARAQLI XƏBƏR ÜÇÜN SAĞOL AXIRINCI ŞƏKİLDƏKİ UŞAQ OĞLUMUN BALACA VAXTINA ÇOX BƏNZİYİR YAMAN DARIXDIM ONUN ÜÇÜN TƏŞƏKKÜR
4 aprel 2014 23:38
Offline
AIDE AZADQIZI
Teşekkür ederim
2 aprel 2014 22:10
Offline
canim
Faydalı məlumatdı təşəkkürlər
2 aprel 2014 21:46
Offline
Zeyneb-Esger
ANALARİN EHDİYACİ OLAN BİR XEBERDİR COX SAG OLUN give_ros
2 aprel 2014 20:28
Offline
MAYA EL
Allah bütün körpələr qorusun amın.faydalı məlumat üçün çox sağ olun
2 aprel 2014 18:50
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
ღМоя большой любовьღ(Ailəli)
Məndə hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm,ALLAH balalarınızı qorusun,olmayanlara da qimet olsun inşaALLAH!
2 aprel 2014 17:46
Offline
toma676
nemisede evde meyvenin olmasini vacib bilirem
2 aprel 2014 17:29
Offline
AFET
Melumat ucun cox sagolun.
2 aprel 2014 17:15
Offline
Zehra.
Maraqlı məlumatdır. boredom
2 aprel 2014 17:09
Offline
Aysun Memmedova
Maraqli xeber ucun cox sag ol baci
2 aprel 2014 16:32
Offline
Ayka Eliyeva
Marqli ve lazimli xeberdi tesekkurler....
2 aprel 2014 15:31
Offline
Qəribə
Xəbərə görə təşəkkürlər.
2 aprel 2014 15:13
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ruhəngiz
Xəbərə görə təşəkkürlər,bacı.Bu xəstəlik bir çox uşaqlarda var.Vaxtında müalicə edilməlidir.ALLAH balalarımızı qorusun Amin.
2 aprel 2014 15:07
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Guler ismayilova
FİDAN RAFAEL ÇİFTÇİ,

Men verirem 2 kapli hekim 2 den artiq demiyib
2 aprel 2014 14:42
Offline
FİDAN RAFAEL ÇİFTÇİ
Burada hər anadan olan körpəyə d vitamini yağı verməyi önərirlər hər gün 5 damcı 2 yaşına kimi.
2 aprel 2014 14:13
Offline
Guler ismayilova
Menim Oglum cemi 20 gun Ana sudu ile qidalanib sonra istedi mende suxoy simes verdim indiye kimide ichir 1 yash 7 ayliqdi ama uje imtina edir meyveleri ise mecbur yedizdirirem hech ushtahi olmur yemeyide zeif yeyir
2 aprel 2014 13:33
Offline
Ceylan Mumoğlu
Uşaqlar həssas yerim olduğu üçün onlara qulluq edən Analara hər zaman deyirəm, sağlamlıqlarına qarşı çox diqqətli olun, əsas uşaqlarımızın sağlam böyümələridir.
2 aprel 2014 12:59
Offline
Happiness-lady
MELUMATIM VARDI BU HAQDA BILMEDIKLERIMIDE OYRENDIM CANIM COX SAGOL FAYDALI XEBER BOLUSDUYUNCUN air_kiss
2 aprel 2014 12:56
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!