Yer üzündə hər bir nemətin bir faydası, xeyri vardır. Təbiətdə elə bir qida, elə bir meyvə və yaxud tərəvəz, bitki tapılmaz ki, nəyəsə xeyri olmasın. Bu gün sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar Həkimovanın şəxsi araşdırması nəticəsində bir yerə topladığı bu məlumatları sizə təqdim edirəm.
* Sarı çiçək dəmləməsi soyuqdəymənin, zökəmin, bəlğəmin, sinə ağrılarının, qan təzyiqinin qarşısını alır və normallaşdırır, xüsusilə qadın xəstəliyi olan qanaxmanın qarşısını alır.
* Balıq kababından sonra qatıq, ayran içmək, yemiş, bal yemək olmaz.
* Piylənmədən, kökəlmədən, böyrək ağrılarından, iştahasızlıqdan əziyyət çəkən adamlara hər dəfə yeməmişdən və həmçinin yatmazdan əvvəl bir-iki fincan (stəkan) kəmşirin limonlu çay içmək məsləhətdir.
* Qəhvə insanı ətalətdən, süstlükdən, çox yatmaqdan azad etmək üçün ən yaxşı müalicə üsuludur. Qəhvə insanı gümrahlaşdırır, əzələlərə qüvvət gətirir, hər iki cinsi fizioloji cəhətdən aktivləşdirir. Qəhvə həmçinin şiddətli qarın, mədə-bağırsaq, ishal xəstəliklərinin müalicəsi üçün də əhəmiyyətlidir. Ürək ağrısından, yuxusuzluqdan əziyyət çəkən xəstələrə günorta və ya gün batmamışdan əvvəl çox da tünd olmayan bir fincan südlə qarışdırılmış qəhvə içmək məsləhətdir.
* Qanlı bəlğəmdən, göy öskürəkdən əziyyət çəkənlərə ispanağın sıxma pencərini qatıqla yemək, üstündən də bir fincan (stəkan) həlimini içmək məsləhətdir. Bu, bəlğəmi və sinəni təmizləyir, həm də göy öskürəyin qarşısını alır.
* Böyrəyində ağrılar, daş, qum olan xəstələrə hər gün yemək vaxtı çoxlu yarpız, turp, şüyüd, reyhan, tərə, xiyar yemək məsləhətdir.
* Gözünə mirvari suyu gələn xəstələrə 15-20 gün, gündə üç dəfə tənzifi köhnə zeytun yağında isladıb gözün üstünə qoymaq məsləhətdir.
* İsti xörəyi yeyərkən, çayı içərkən onu üfürmək gunahdır. Bu, evdən bərəkəti qovmaqdır.
* Bütün fəsillərdə ağsoğlaq, sarımsaqlı sıxma pencər, tünd sarımsaqlı xəngəl, başayaq, sarımsaqlı qatıq, sarımsaq turşusu-tutması yeyən adamın göz nahiyəsində qızartı olmaz, dişləri, diş yuvaqlarının əti şişməz, ağrımaz, ağız nahiyəsində xora, səpinti olmaz, mədə-bağırsağda qurd olmaz, xərçəng xəstəliyinə tutulmaz. Dırnaqları qırılmaz, iştahası, görmə qabiliyyəti artar, canı sağlam olar, boy vəziləri inkişaf edər, saçı gec ağarar, tez tökülməz.
* Başında bit, sirkə olanlara başını bir həftə, gündə bir dəfə çuğundur suyu ilə yuyub-daramaq məsləhətdir.
* Saç dibinin möhkəm olması üçün üç gündən bir gicitkəni qaynadıb, suyu ilə başı yumaq məsləhətdir.
* Saçın uzun müddət qara qalması, ağarmaması üçün qatıq-ayranla saçı üç gündən bir yumaq məsləhətdir.
* Kəskin sinə, oynaq ağrılarından, qan təzyiqi yuxarı olub, əziyyət cəkənlərə, görmə qabiliyyəti zəif olanlara, tez-tez ürək döyüntülərindən əziyyət çəkənlərə 1 kq qoz ləpəsini, 1 kq bal, 1 qram zəfəran, 0,5 qram sarı-kök, hil, mixək və 3-4 hind qozunu əzib yarım stəkan qaynadılmış suda qarışdırıb hər gün (15-20 gün) səhər-səhər acqarına bir qaşıq udmaq məsləhətdir. Bu, həm də qadın və kişiləri fizioloji cəhətdən aktivləşdirir.
* 24 ədəd limonu, 200 qram sarımsağı ətçəkən maşından keçirməli (qədimlərdə bu həvəngdəstə ilə döyülərdi), sonra onu iri bankaya doldurmalı, ağzını qapayıb qara parçaya bükməli, soyuducunun alt gözündə 10 gün saxlamalı, hər gün səhər-səhər acqarına ondan bir çay qaşığı udmalı. Bu şiş-xərçəng, daxili hillət, oynaq (qol-qıç, əl-ayaq, bel) ağrılarını, həddən çox piylənməni müalicə edir və qarşısını alır. Qadın və kişilərdə fizioloji aktivliyi artırır.
* Yel xəstəliyindən, oynaqlarında küt ağrılar, sızıntılar olan, ürək döyüntülərindən əziyyət çəkənlərə məsləhətdir ki, alma sirkəsini adi qaynanmış soyuq su ilə qarışdırıb hər gün (10 gün) yeməkdən qabaq 1 stəkana 10 çay qaşığı, sonra (10-15 gün) isə alma sirkəsi
olan 1 stəkana 5 çay qaşığı qarışdırıb içmək məsləhətdir.
* Yarım litr arağı tən yarı bölüb, onun qalan yarımçığını sarımsaq dişlərini tən yarı bölüb ağzına qədər doldurub, normal otaq havası şəraitində 21 gün qaranlıq yerdə, qara parçaya büküb saxladıqdan sonra hər gün yeməkdən əvvəl, 3 dəfə, 20-25 gün bir çay qaşığı içmək lazımdır. Bu müalicə üsulu qaraciyər, öd kisəsində, qan damarlarında qanın qatılaşmasının qarşısını alır-tənzimləyir. Həmçinin mədə -bağırsaq, qan təzyiqi, şəkər xəstəliyinin də müalicəsi üçün çox faydalıdır. Bu, həm də qadın və kişilərdə fizioloji aktivliyi artırır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Donlar
Gələn aydan sayğaclara baxış keçiriləcək
Tez arıqlamağa kömək edən 3 idman hərəkəti
2012-nin yaz-yay modası
Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi
Bu addım xərçəngə səbəb ola bilər
Azərbaycanda İslam ipotekasının verilməsi dayandırıldı
Sabahın HAVAsı
Bu ölkədə vizasız YAŞAYA BİLƏCƏKLƏR
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Möhtəşəm binalar
Tramp prezident seçkilərdən əvvəl Putinlə görüşəcək
Duz istifadəsini azaltmaq üçün tövsiyələr
15 yaşlı qız eşqi üçün üzünü dəyişdi
“Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya
Məşhurların gözəllik sirləri
Urban geyim tərzi
Dünyanın ən böyük iti öldü
Duzlu bisküvit (foto resept)
Brüssel kələmi yeməyi (foto-resept)
Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlandı
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Dünyanın ən qorxunc zəlzələləri
Gülşen prokurorluğa verildi -SƏBƏB
Ronaldonun sevgilisi 1 milyonluq aksessuarları ilə DİQQƏT ÇƏKDİ-FOTO
10 yaşlı uşaq zəhərli ilanı əlinə götürüb yoldan kənarlaşdırdı
Adi vətəndaş buna görə 800 manatadək mükafat alacaq
Ərdoğandan Avropaya çağırış: “Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoyun”
TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir
Klassik mətbəx dekorasiyası
Burun tıxanmasına qarşı tədbirlər
Kondisionerli avtobuslar gəlir
Ramazan ayının 30-cu gününün duası
"Çukur"un aktyoru evlənir?-FOTO
Uşaqda skoliozun əlamətləri
Doğum çantası
Təkrar zəlzələ gözlənilirmi? – RƏSMİ AÇIQLAMA
Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər
Harri Meqanın növbəti istəyini reallaşdırdı-FOTO
Bergüzar Korel ağladı-SƏBƏB
Ziq-zaq formalı saç düzümü necə yığılır?
Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlanıb
Yuxuda çevrilmə hallarının səbəbi
Limonlu peçenye (foto resept)
Heyvanları bu cür gəzdirənlər CƏRİMƏLƏNƏCƏK!
Azərbaycan Gürcüstandan silah alacaq?
Ən ağır "bir həftəm"
"Milli sərvətimizdir Muğam"
Tələbə qız şəkilləri sayəsində varlandı-FOTO
Haxıştalar
- ŞƏRHLƏR