Hamı istəyir ki, mükəmməl insan olsun. Hamı onu sevsin, ona dəyər versin, ona hörmət etsin. Necə deyərlər "Supermen" kimi birisi olmaq istəyir hamı. Heç səhv etməsin, səhvi olanda belə hamı ona güzəştə getsin... Bunlar gözəldir... Bir insanın bunları istəməsi də ən təbii haldır. Bunun üçün bir qızıl qaydanı həmişə yadda saxlamaq lazımdır: "Sevilmək və dəyər görmək istəyiriksə, seviləsi və dəyər veriləsi biri olmalıyıq!". Yalnız öz mənfəətini düşünməklə, başqalarının narahatlığı naminə belə olsa özünə rahatlıq əldə etməyə çalışmaqla, ətrafdakı hər kəsin yalnız pis xüsusiyyətlərini görməklə, insanlar arasında açıb ifşa etməklə, hər bir problem qarşısında anlayışsızlıq göstərməklə səni heç kəs sevməz və dəyərləndirməz... Səni adam yerinə belə qoymazlar. Düz də edirlər. Belə bir insan modeli kimə və ya hansı cəmiyyətə lazımdır? Heç kəsə... Heç kimə... Bəziləri sayılıb, seçilmək üçün olmazın yollara əl atırlar. Özünü Polat Alemdara oxşatmağa çalışanlar kim, tanışlarının danışıqlarında səhv tutub camaat içində onu ona bildirib özünü ağıllı göstərməyə çalışanlar kim, yolda Terminator kimi gəzənlər kim, xoruz kimi qollarını yana açıb özünü göstərənlər kim və daha kimlər, kimlər, kimlər... Zavallılar heç fərqində belə deyillər ki, belə etməklə nəinki sevgi və hörmət qazanırlar, əksinə cəmiyyət içində dəyərsiz və mənasız bir ət yığını olaraq görülürlər. Bəziləri isə özlərində seviləsi və dəyər veriləsi heç bir xüsusiyyətin olmadığını çox gözəl bilir və mədəti Facebook, Twitter, İnstagram kimi sosial şəbəkələrdən umurlar. Yazdıqları yekəxana statuslarla, saxta və süni şəkillərlə öz eqolarını doyurmağa çalışırlar. Öz aləmlərində bir anlığa özlərini belə aldadırlar və o saxta kimliyin həqiqətən də onlarda olduğunu zənn edirlər... Belələrinə aqressiv də olsa bir söz demək istəyirəm: "Puah! Sizə fikir verərlər!" İnanın, sizi heç kəs vecinə almır. Nə həmcinsləriniz, nə də əks cinsin nümayəndələri... Bu kimi üsullarla əsla sevilə və dəyər görə bilməzsiniz. Dəyərsiz və lazımsız biri olaraq görüldüyünüz bir cəmiyyətdə isə heç vaxt xoşbəxt ola bilməzsiniz. Bax, qaqa, sənə üzümü tuturam, qəlyanda tüstünü üfürən yerdə şəkil çəkib paylaşmaqla səni heç kəz "zor oğlan" kimi tanımayacaq! Blackberry, Kent-8, maşının açarları, alışqan və bıçağın birgə şəklini çəkib paylaşmaqla heç bir qız "Oy da bu imkanlıdır, mən bununla əlaqə yaradım" deməyəcək, arxayın ol... Trenajora gedib ştanq qaldıran yerdə şəklini paylaşmaqla heç kəs səndən qorxub sənə hörmət etməyəcək...
Xoşbəxt olmaq üçün qızıl qaydaları sizə açıqlayıram:
1) Maddi durumunuzu, ətrafınızdakıların sizə münasibətini, heç vaxt başqalarınkılarla müqayisə etməyin, Allahın verdikləri ilə qane olub, yalnız Allahı razı salacaq şəkildə yaşamağa çalışın...Allah bir qulunu sevsə, onu başqa insanlara da sevdirər. Bunu Peyğəmbər Əfəndimiz buyurub, haqq olduğuna əmin olun!
2) İnsanların yox, Allahın razı olacağı şəkildə davranın, o zaman özünüzü minlərlə zövqə əsasən minlərlə cildə girərək yox, yalnızca tək olan Allahın istədiyi şəkilə girərək yaşamış hiss edəcəksiniz və bu sizə əcaib bir rahatlıq verəcək.
3) Bunları etdiyiniz andan etibarən Allah dəyərinizi və sizə olan sevgini, sayğını artıracaq... O zaman buğda kimi bar verdikcə başınızı aşağı dikin, sizə hər nemət kimi sevgi və hörməti də verənin Allah olduğunu unutmayıb Ona şükr edin.
4) Hər zaman özünüzü haqlı çıxarmağa çalışmayın, səmimi olun, günahı ilk olaraq özünüzdə axtarın. Ətrafı dəyişməzdən əvvəl ilk olaraq özünüzü dəyişməyə başlayın, haqlı olmağa yox, xoşbəxt olmağa niyyətlənin. Özünüzə və ətrafınızdakılara hörmət edin, onların da mənfəətlərini düşünün ...
Və buyurun, artıq xoşbəxtsiniz. Özünüzü indi "Supermen" hesab edə bilərsiniz inşaAllah.
XƏBƏR LENTİ
Düşmən Madagizdə döyüşə girməkdən imtina edir - RƏSMİ
Sellofanda toyuqla kartof
Avropa çempionatında inanılmaz dəyişiklik
Putin bir gündə beş naziri istefaya göndərdi
Gözəl saçlar üçün 9 məsləhət
Azərbaycan milli uşaq oyunları-5
Cavan olmam bir də mən?
Arktikada yeni ada və boğaz tapıldı
Qadınları cəlbedici edən xüsusiyyətlər
Məşhur tərzi: Billie Eilish
Yataq örtüyü modelləri
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Michael Grab
Farmanyana cavab: "Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?"
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü gördü
Çap edilmiş sümüklər insanı xilas etdi
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Əncirli keks (foto-resept)
Gut xəstəliyi ilə mübarizə aparmağın 12 yolu
Ayaqqabı alarkən nələrə diqqət etməliyik?
Castin Timberleykdən GÖZLƏNİLMƏZ ADDIM
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə başlayır
Bakı-Qazax qatarı ləğv edilir
Azərbaycanda 500-ə yaxın insana orqan köçürülüb
Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünə ilkin baxış keçirilib
Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...
Ermənistan və Azərbaycan arasında status-kvo partladılır
Eşitmə qüsurları
Sürətli saç uzadan kök maskası
Zander (foto resept)
Eyni şəxs üçüncü dəfə koronavirusa yoluxdu
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Daha bir türk serialı başlayır
Alişan 100 min dollar istəyib
"Uğursuz" dahilər
Manatın taleyi necə olacaq?
Bakıda yeni metro stansiyası
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Sobada tərəvəzli salat (foto resept)
Məşhur aktrisa xəstəxanalıq oldu
Məşhur aktrisa gəncliyindən danışdı
Məşhur cütlüyün Boşanma Səbəbi məlum oldu-FOTO
Yeni dollarlar
Enerji içkilərinin satışı ilə bağlı mühüm dəyişiklik
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
"Beyni qan" uşaqları necə qoruyaq?
Pensiya və maaş qalxacaq
Məşhur fransız brendi saxta çıxdı - FOTO
Bu azərbaycanlı Cocuq Mərcanlıya 3 milyon ayırdı
Rəngli görmə
- ŞƏRHLƏR