Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Özünüz olun – azad olun!

Özünüz olun – azad olun!

Bu dəfəki xəbərimdə də sizə Ülviyyə xanımın fikirlərini təqdim edirəm. Düşündükcə onun dediklərində həqiqət olduğunu hər birimiz anlayacağıq. Odur ki, diqqətlə oxuyub, özümüzü tapmağa çalışaq.

“Özümdən utanırdım, zəifliklərimdən, olmaq istəyib də ola bilmədiyim mənin güclü tərəflərindən utanırdım. Mən niyə istədiyim mən olmadım? Niyə ətrafdakı insanlar hamısı məndən daha güclü, daha ağıllıdır, niyə məndən başqa hamı belə mükəmməl görünür?” Hə baxın açar söz “görünür”dür. “Uşaq idim, yeniyətmə idim, gənc idim – amma bu fikir daima məni rahat qoymurdu. Niyə mən zəifəm? “ Bunun üçün bir yol qalır, yalan, uydurma, virtual məkanın və az ünsiyyətcil olmağın “rahatlığı”… Uydur nə qədər istəyirsən, yaşamadığın həyatı nəql et, nəql etdikcə təsəvvür et və həzz al.. Ola bilmədiyin, olmağa şəraitinin olmadığı mənini özün yarat, təsəvvürlərdə, yalanlarda, uydurmalarda. Xoşbəxtlik maskası tax, yalançı sima düzəlt, ya xoşbəxt maskası tax ki, bununla ətrafdakıları cəlb edəsən, ya da bədbəxt ol ki, sənə bəlkə yazığı gələn tapılar. Mükəmməl görünmək arzusu çoxumuza xas olduğundan, adətən uydurma mükəmməliyi, xoşbəxtliyi seçirik. Niyə də yox? ! Axı az da olsa itirilmiş arzuları təsəvvürümüzdə bərpa edə bilirik…

Özünüz olun – azad olun!

Tanışdır sizə də? Mənə tanışdır. Amma indi sizə bir sirr açacağam… Hamısı boş şeydir. Müvəqqətidir, axmaqlıqdır. Bir çox insan uydurma həyat xəstəliyinə tutulur. Yalan, arxasınca daha bir yalan, daha bir…. və nəticədə bəlkə də təsəvvürlrinizdə Britaniya kralının nəvəsisiniz və ya Oksfordu bitirmisiniz.  Əzizlərim, özümüzə bu pisliyi etməli deyilik. Bu ən çox sizi incidəcək, ətrafdakılar yenə də özü həyatına davam edəcək, siz isə bəlkə də ən yaxşı olduğunuz halda, özünüzə yalançı damğası vuracaqsınız.

Mən əvvəllər bir çox edə bilmədiklərimi zəiflik hesab edib, onlardan utanırdım. Amma sonra vaxt keçdikcə, yeni-yeni insanlarla tanışdım, iş yoldaşları, virtual məkandan tanıdıqlarım, həyatın müxtəlif məqamlarında qarşıma çıxanlar və ən əsası həyatı mənə qıraqdan daima mükəmməl görünənlərlə tanış oldum, təkcə üzdən tanış olmadıq, onlarla söhbət etməyi, paylaşmağı öyrəndim. Və danışdıqca anladım ki, illər ərzində zəifliklərimi ört basdır etmək üçün təkcə yalan danışmamışam, həm də çox çalışmışam, oxumuşam, öyrənmişəm və hələ də davam edirəm, edəcəyəm də. Və mən həmin insanlarla bunlar barədə danışdıqda, onlar mənim zəifliklərimi başqa cür qəbul etməyə başlayırlar – böyük güc kimi. Məsələn, bir xanım mənə dedi ki, o mənim həyatımı yaşasaydı, yəqin ki, çoxdan hər şeyin daşını atmışdı. Əslində ona elə gəlirdi. Əslində çətinliklər bizi möhkəmləndirir, irəliyə aparır, mübarizəyə səsləyir. Və bizə mükəmməl görünən hər şeyin pərdəarxası tamam başqadır. Heş kəsin həyatı mükəmməl deyil, hər kəs mübarizə aparır… 

Özünüz olun – azad olun!

Çətinliklər və zəifliklər bizi yalana deyil, mübarizəyə yönləndirməlidir, biz yalançı deyil, mübariz olmalıyıq. Yaşamaq istədiyiniz həyatı uydurmayın, onu yaradın. Və inanın ki, sizin kimi insanlar çoxdur, sizin zəiflik hesab etdiyiniz şeylər hər kəsdə var. Lakin biz paylaşmayıb, gizlətməyi üstün tutduğumuz üçün, hamımız bir küncdə dayanıb utanmağa davam edirik.. Özünüzü sevməkdən əvvəl, qəbul etməyə çalışın və heç bir ağrınızı, zəifliyinizi ört basdır etməyin, açın ki, yara bağlasın, yara bağlayıb sonra qopub gedəcək və güclü olmağa bir addım daha atacaqsınız. Özünüzü içinizdəki ağrılardan azad edin… Azad olun.. Və siz həqiqətən özünüz olmağı öyrəndiyinizdə, həyatınızda da sizi olduğunuz kimi sevən, sizi olduğunuz kimi mükəmməl hesab edən insanlar peyda olmağa başlayacaq..

Ülviyyə

Səslərin sayı: 9
32
3636
loading...
Şərhlər
Offline
S.S.E.
Özünüzü içinizdəki
ağrılardan azad edin… Azad olun..
Və siz həqiqətən özünüz olmağı
öyrəndiyinizdə, həyatınızda da sizi
olduğunuz kimi sevən, sizi
olduğunuz kimi mükəmməl hesab
edən insanlar peyda olmağa
başlayacaq..
3 aprel 2015 01:10
Offline
Fatma xanım
bir xanım mənə dedi ki, o mənim həyatımı -Hamıya elə gəlir ki onun həyatı çətindi əslində biz özümüz çətinləşdiririk həyatımızı
11 fevral 2015 13:42
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Deniz N-va
Azadammmmmmmmmmmmmm Azaddddddd
18 iyun 2014 22:25
Offline
Aysel İ.
Əlbəttə ən kiçik yalan daha böyük yaklanlar doğurur. Özün kimi ol, ki heç kimin və ən əsası öz yanında utanmayasan. Sağ ol.
16 iyun 2014 18:28
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
aylin youlin
Gozel movzudu tewekkur. give_ros
20 aprel 2014 12:52
Offline
ZEHRAM
MENCE insan mubarize aparmalidi.men evvelden ne istemisemse onada nail olmusam .HEYATDAN ne istediyimide bilirem.xebera gore tesekkurler
12 aprel 2014 00:20
Offline
Narin...
Gözəl mövzu üçün təşəkkürlər Xəyalə xanım. give_ros
2 aprel 2014 00:07
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Hacət-i Vuslat
"Özü" olmaq yaxşıdır.Amma vay o gündən ki, o "özü" pis ola... Gərək "özü"ndə olan səhvləri görüb düzəldəsən ki, "özü"n olanda heç kimə zərərin dəyməyə.
1 aprel 2014 18:36
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
AFET
Mende nece varamsa eleyem, tesekkurler xeber ucun.
28 mart 2014 09:01
Offline
Farida_Asadova
Şəxsən mən özümü çox gec tanımışam. Nə istədiyimi çox gec anlamışam.Hazırda isə çükürlər olsun ki, nə istəyimi bilən və məqsədli insanam. o zamanlar özümdən zəhləm gedirdi. Özümü bacarıqsız sayırdım. indisə özümü cox sevirəm. kiss
27 mart 2014 09:54
Offline
Seninle Bir Omur
Maraqlı xəbər üçün təşəkkürlər
25 mart 2014 20:26
Offline
Aytac-off
Maraqli xeberdir tesekkur winked
25 mart 2014 18:22
Offline
lala aliyeva
Insan ozu olmalidir ne varsa o. tesekkurler movzu ucun
25 mart 2014 16:31
Offline
Ellada Babayeva
H
eç kəsin həyatı mükəmməl deyil, hər kəs mübarizə aparır…

Düzdü.Çətinlikləri dəf etmək lazımdı.Nəyə lazım yalan.Necə varam eləyəm.
Yalan söyləmək –yalan söylədiyin adamın üstünlüyünü qəbul etmək deməkdir..
24 mart 2014 21:39
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
nihat eliyev
Xebre gore tesekkurler
24 mart 2014 19:37
Offline
Aytac-off
Cox maraqli xeberdir tewekkur
24 mart 2014 18:54
Offline
Gulum
Mencə hayatda insanın ozunu aldatmaqdan boyük yalan ola bilmez ele duşunurem ki eger insan ozunde olan yararsiz keyfiyyetleri haqqa yozaraq ozune haqq qazandırırsa bu ele onun ozünə ziyandır Cünkü bu menfilikleri kimse onun üzünə vurduqda özü özünün gözünden düşmüş kimi olacaq
24 mart 2014 18:52
Offline
Nergiz
Cox deyerli fikirler yazmisiz, sadece faydalanmaq gerekdir, tewekkurler
24 mart 2014 18:27
Offline
QARA QIZ
Gozel movzudur tewekkur give_ros
24 mart 2014 18:00
Offline
Şəri Babayeva
Əslində çətinliklər bizi möhkəmləndirir, irəliyə aparır, mübarizəyə səsləyir. Və bizə mükəmməl görünən hər şeyin pərdəarxası tamam başqadır. Heş kəsin həyatı mükəmməl deyil, hər kəs mübarizə aparır… good doğrudu razıyam. Özünüzü içinizdəki ağrılardan azad edin… Azad olun.. Və siz həqiqətən özünüz olmağı öyrəndiyinizdə, həyatınızda da sizi olduğunuz kimi sevən, sizi olduğunuz kimi mükəmməl hesab edən insanlar peyda olmağa başlayacaq.. girl_ang Gözəl sözlərdi...təşəkkür give_ros blush
24 mart 2014 17:41
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış