Bakıda hava 13°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Görünməmiş möcüzədir qadınlar

Görünməmiş möcüzədir qadınlar

Gəlin bir qadın olaraq düşünək. Bizi nə xoşbəxt edir?  Bizə ilham verən, “qanadlarımızı” asanlıqla açıb uça biləcəyimizə səbəb verən nədir? Ucsuz-bucaqsız üfüqlərə baxaraq, ciyərlərimizə havanı rahatlıqla alıb-verməyə kömək olan nədir? Nədir bizə inam verən? Əlimizə aldığımız hər işi bitirə biləcəyimizə inandıran. Nədir?  Həyatda hər şeyin (hətta mümkünsüzlərin belə) ola biləcəyinə inandıran nədir? Ümid, arzu, istək və ən əsası sevgi. 

Görünməmiş möcüzədir qadınlar

Bu gün qadın varlığından bəhs edəcəyəm. Mümkünsə, qadın olaraq bu məsələyə daha ürəklə yanaşaq.  

Hər gün müxtəlif kitab evlərinin qarşısından keçirik. Bir gün o rəflərə nəzər salsaq, müxtəlif ölkənin şair və yazıçıları tərəfindən yazılmış qadınlar haqqında əsərlərə rast gələ bilərik.  Bizim varlığımız, yaradılışımız haqqında fərqli dillərdə əsərlər mövcuddur. Hər biri özünə məxsus tərzdə ifadə və  təsvir etməyə çalışmışlar. Kiminin yazdığı fikirlə razılaşarsınız, kiminin fikri ilə qəti barışmazsınız. Bəzən isə məhz sizin öz düşündüklərinizin əksini görə bilərsiniz. Əlinizdə tutduğunuz kitabda qadının təsvirində istifadə edilmiş hər bir “cizgi” sanki sizin fikirlərinizin əksi ola bilər. Tarix boyu qadınlar ilham mənbəyi, yazı səbəbi, təsvir mövzusu olmuşlar.

Görünməmiş möcüzədir qadınlar

Elena Roqun “Kişilər və qadınlar” adlı kitabından bəzi fikirlərə nəzərən mətnimizi davam edək.

“Qadın olmaq nə deməkdir? Bu o deməkdir ki, yanında güclü kişinin olması naminə yetərincə zəyif olmalısan. Gücsüz olmaq qədər ağıllı olmalısan. Enli kürək axtarmaq əvəzinə, geniş qəlb axtarasan. Hesab evliliyi əvəzinə, sevərək ailə qurasan. Qadın xoşbəxt olmağa borcludur. Başqa heç kimə heç nə borclu deyil.   

Qadın olmaq- qadın kimi düşünmək, qadın kimi hiss etmək və qadın kimi addım atmaq deməkdir. Baxımlı olmaq, bəzənmək, şıltaqlıq etmək, sevmək, həyat vermək və bağışlamaq deməkdir.

Qadın olmaq-ibadət etmək, səhflərini düzəltmək, aldatmamaq, cəlb etmək deməkdir. Özünə xoş gələcək qədər gözəl olmaq deməkdir. Başqaları tərəfindən qəbul ediləcək qədər istedadlı olmaq deməkdir. Heç pula ehtiyac yoxmuş kimi işləməkdir. Hər günü son gün kimi yaşamaqdır.

Qadına nə lazımdır? “Sevgi” adlı ölkəyə düşmək. Bu ölkədə heç bir əziyyət çəkmədən qeydiyyatda olmaq və hər kəsin səs verdiyi tək namizəd olmaq. Kimsədən asılı olmayaraq ömür sürmək.

Görünməmiş möcüzədir qadınlar

Biz tamamilə fərqli varlıqlarıq.

Qadınlar yemək arası danışarlar. Kişilər yemək yediyi zaman.

Kişi hiylə işlədəndə alçaq olur. Qadın hiylə işlədəndə hiyləgər.

Boşanmış kişi azaddır.  Boşanmış qadın tənhadır.

Kişilər pulları ilə şəxsiyyətdir. Qadınlar – pulları ilə insan.

Kişilər yer üzündə hər şeyə gücləri ilə nail olurlar. Qadınlar isə çəkişmələrlə.

Kişinin xoşbəxtliyini kişilər və qadınlar istəyər. Qadının xoşbəxtliyini yalnız kişilər istəyər.

Kişilər əlaqəsiz sevgini istəmirlər. Qadınlar isə sevgisiz əlaqəni.

Kişilər fərqli xasiyyətdə “qardaşlardır”. Qadınlar isə pis günün “bacıları”.

Qadınlarda arzular var. Kişilərdə planlar.

Qadınlar üçün ən vacibi toyun baş tutmağıdır. Kişilər üçün toydakı qazanc daha vacibdir.

Qadın yaşını gizlədər, kişi qazancını.

Kişi gözləri ilə sevər, qadın qulaqları ilə.

Qadınlar arıqlamağa meyillidirlər. Kişilər əzələ artırmağa.

Görünməmiş möcüzədir qadınlar

Fərqli olduğumuzu təsdiqləyən çox faktları sadaladıq. Bəs oxşar cəhətlərimiz hansılardır?

Bəli, biz hər birimiz ikinci yarımızı axtarırıq və hər birimiz xoşbəxt ömür yaşamağı arzu edirik. Birimiz gözümüzlə, digərimiz qulaqlarımızla sevsək də hər birimizdə sevgi orqanı -ürəkdir. Hər kəs tərəfindən anlayışla qarşılanmağı, fikirlərimizin hər kəsə aydın olmağını istəyirik".

Səslərin sayı: 10
35
3764
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Kişilər əlaqəsiz sevgini istəmirlər. Qadınlar isə sevgisiz əlaqəni.
bu lap düzdü.
28 yanvar 2015 16:01
Offline
Gulu Isgenderova
Deniz84 - halaldi baci duz yazibsan give_ros
10 dekabr 2014 09:43
Offline
♥Selena♥
Əbəs yerə qadını kitaba bənzətmirlər, hər səhifəsi sirlidir, dinlədikcə mənalı nəsə öyrənmək olur. Ən əsası isə qadın-anadır.
Xəbərə görə təşəkürlər, Xəyalə give_ros
12 noyabr 2014 20:38
Offline
Aysel İ.
Boşanmış kişi azaddır. Boşanmış qadın tənhadır.

Kişilər pulları ilə şəxsiyyətdir. Qadınlar – pulları ilə insan.

Kişilər yer üzündə hər şeyə gücləri ilə nail olurlar. Qadınlar isə çəkişmələrlə.

Kişinin xoşbəxtliyini kişilər və qadınlar istəyər. Qadının xoşbəxtliyini yalnız kişilər istəyər.

Kişilər əlaqəsiz sevgini istəmirlər. Qadınlar isə sevgisiz əlaqəni.

Kişilər fərqli xasiyyətdə “qardaşlardır”. Qadınlar isə pis günün “bacıları”.

Qadınlarda arzular var. Kişilərdə planlar.

Qadınlar üçün ən vacibi toyun baş tutmağıdır. Kişilər üçün toydakı qazanc daha vacibdir.

Qadın yaşını gizlədər, kişi qazancını.

Kişi gözləri ilə sevər, qadın qulaqları ilə.

Qadınlar arıqlamağa meyillidirlər. Kişilər əzələ artırmağa.
12 noyabr 2014 19:59
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
nurane haciyeva
Maraqliydi tewekkurler
9 may 2014 18:29
Offline
Nurka Glamurka
Maraqli movzudur yazilanlarin hamisiyla raziyam tesekkurler

yes
7 may 2014 22:01
Offline
nura
Yazdiqlariniz tamamile dogrudur.Tesekkurler.kas kisiler ureyimi gore bilerdi,belke belke nese deyiserdi.... cray girl_cray
7 may 2014 21:44
Offline
Seher Nur
Xeyale xanim, bu yaziyla qadinlarin urek vce qelb dusturun cox gozel formada sherh etmisiniz.Bu xeberi oldugu kimi cox beyendim.Qadinlar en cox basa dusulmeyi ister.Xebere gore tesekkurler.
12 aprel 2014 10:38
Offline
Murad Fikret R.....e
Tamamile raziyam
12 aprel 2014 01:03
Offline
Narin...
Çox gözəl və maraqlı xəbərdir təşəkkürlər Xəyalə xanım give_ros
19 mart 2014 23:55
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
lala aliyeva
Ah qadinlar qadinlar. Qadin boyuk quvvedir bu 1 daha tesdiqlenir muellife cox cox tesekkur edirem
18 mart 2014 16:07
Offline
Ellada Babayeva
Kişi gözləri ilə sevər, qadın qulaqları ilə.

Bu deyim həmişə məni düşündürüb.Maraqla oxudum.İndiki zamanda qadın qulaqlarıyla sevmir artıq.Kişilər hələ gözləriylə sevir amma..Çox sağ olun xəbərə görə.
Bəli, biz hər birimiz ikinci yarımızı axtarırıq və hər birimiz xoşbəxt ömür yaşamağı arzu edirik. Birimiz gözümüzlə, digərimiz qulaqlarımızla sevsək də hər birimizdə sevgi orqanı -ürəkdir. Hər kəs tərəfindən anlayışla qarşılanmağı, fikirlərimizin hər kəsə aydın olmağını istəyirik".
18 mart 2014 15:46
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aminim
"Qadınlar zəifdir, amma analar qüvvətlidir".Her bir deyimle raziyam
17 mart 2014 23:13
imza: qadin.net
Offline
Flowers
Qadın bir bağlı kitabdır və yoldaşı onu hər dəfə oxuduqca nə qədər yeniliklər görür. fellow
Qadın incəliyi, zərifliyi, gözəlliyi, sadəliyi, səmimiliyi ilə sevilir. love
17 mart 2014 22:17
Offline
sssss
Her biri ile raziyam tesekkurler xebere gore
17 mart 2014 19:40
Offline
Seninle Bir Omur
Qadın sirlerle dolu varlıqdir onu anlamaq və çözməyə bir ömür də yetməz
16 mart 2014 21:29
Offline
тихая
Qadınlarda arzular var. Kişilərdə planlar.

Gözəl mövzudur. Çox sağolun Xəyalə xanım give_ros
16 mart 2014 21:24
Offline
AFET
Hamısıyla razıyam teşekkürler Xeyale xanım
16 mart 2014 14:02
Offline
Gulnarə
Qadına nə lazımdır? “Sevgi” adlı ölkəyə düşmək. Bu ölkədə heç bir əziyyət çəkmədən qeydiyyatda olmaq və hər kəsin səs verdiyi tək namizəd olmaq. Kimsədən asılı olmayaraq ömür sürmək.
Çox xoşuma gəldi Elena Roqun bu fikri... Bütün yazılanlarla mən də razıyam...Xəbər üçün təşəkkürlər...
16 mart 2014 13:58
Offline
PƏRVANƏ ƏLİYEVA......
Qadınlar yemək arası danışarlar. Kişilər yemək yediyi zaman.

Kişi hiylə işlədəndə alçaq olur. Qadın hiylə işlədəndə hiyləgər.

Boşanmış kişi azaddır. Boşanmış qadın tənhadır.

Kişilər pulları ilə şəxsiyyətdir. Qadınlar – pulları ilə insan.

Kişilər yer üzündə hər şeyə gücləri ilə nail olurlar. Qadınlar isə çəkişmələrlə.

Kişinin xoşbəxtliyini kişilər və qadınlar istəyər. Qadının xoşbəxtliyini yalnız kişilər istəyər.

Kişilər əlaqəsiz sevgini istəmirlər. Qadınlar isə sevgisiz əlaqəni.

Kişilər fərqli xasiyyətdə “qardaşlardır”. Qadınlar isə pis günün “bacıları”.

Qadınlarda arzular var. Kişilərdə planlar.

Qadınlar üçün ən vacibi toyun baş tutmağıdır. Kişilər üçün toydakı qazanc daha vacibdir.

Qadın yaşını gizlədər, kişi qazancını.

Kişi gözləri ilə sevər, qadın qulaqları ilə.

Qadınlar arıqlamağa meyillidirlər. Kişilər əzələ artırmağa.

O qeder duz qeyd etmisenki bacim..Yazdiqlarinin qarshisina soz tapmiram.. give_ros Cox gozel xeberdi..Allah razi olsun sennen bacim. give_ros
16 mart 2014 13:26
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış