Bakıda hava
USD AZN
EUR AZN

Haram tikə

Haram tikə
İnstitutu bitirdikdən sonra Rusiyanın Lipetsk şəhərinə əsgərliyə getdim. Mənimlə eyni hissədə dörd azərbaycanlı da xidmət edirdi. Onlardan Kamil adlı nəhəng cüssəli oğlanın heç nədən, heç kimdən qorxusu-hürküsü yox idi. Bizim güclə qaldırdığımız ştanqları o, bir əli ilə birdəfəyə qaldırıb kənara atırdı. Kamil bizim vuran əlimiz, atan damarımız idi. Amma hər gözəlin bir eybi olduğu kimi, Kamilin də bir eybi vardı. Komandirin və bizim öyüd-nəsihətlərimiz onun başına girmirdi. Deyirdi, mən “ustav-mustav” hərləmirəm. Nə düşünürdüsə, onu da edirdi. Hətta tribunalın özünü də milçək vızıltısı hesab edirdi.
Hərbi hissənin komandiri Kamilin əlindən cana doyduğundan məcbur qalıb, onun atasına teleqram vurdu. Rəhim kişi komandirin teleqramını alan kimi özünü yetirdi. Onun komandirlə nə danışdığından sonralar xəbər tutduq.
Amma ertəsi gün Rəhim kişi bizi yanına çağırıb dedi:
- Sizi də öz övladlarım sayıram. Sizi Kamildən ayrı tutmuram. Bu qərib yerdə bir-birinizə həyan olun, bir-birinizə arxa durun. Ancaq bir ata kimi sizdən bircə xahişim var: Kamilə o qədər də ciddi fikir verməyin. O, sizə qarşı kobudluq belə etsə də, onunla mülayim davranın. Çünki Kamil bəzən özündə olmur: nə dediyini, necə hərəkət etdiyini bilmir. Bütün bunlar onun özündən asılı olmayan səbəblər üzündən baş verir. Bu gün günorta yeməyindən sonra şəhərə çıxmaq üçün komandirdən sizə də icazə almışam. Şəhərdə olarkən sizə cavanlıqda başıma gələn bir əhvalatı danışacağam. Cavanlıqda buraxdığım bir xətanın acısını bu gün də çəkirəm...
Rəhim kişi şəhərdəki restoranların birində bizə yaxşıca qonaqlıq verdi. Qonaqlıqdan sonra Rəhim kişiyə dedim:
- Rəhim əmi, siz bizə cavanlıqda başınıza gələn hansısa bir əhvalatı danışacaqdınız.
- Hə, oğul, yaxşı yadıma saldın. Gedək parka. Orada bir oturacaqda əyləşib rahatca həmin əhvalatı sizə söyləyəcəyəm, - deyə Rəhim kişi bizə yaxınlıqdakı parka getməyi məsləhət bildi.
Biz oturacaqda əyləşəndən sonra nəzərlərimizi Rəhim kişiyə dikdik. Rəhim kişi ona baxdığımızı görüb söhbətə başladı: “Cavanlıqda mən də boylu-buxunlu, pəhləvan cüssəli, yaraşıqlı bir gənc idim. Amma sizin kimi ali təhsil ala bilməmişdim. “Zil” maşını sürürdüm. Güzdək daş karxanasından kubik daşıyırdım. Evlənmək istəyirdim, amma pulum yox idi. Pul qazanmaq üçün gizli daş aparıb satmalı olurduq. Bir gün Şamaxıdan bir nəfər mənə ev tikmək üçün 5 min ədəd daş lazım olduğunu bildirdi. Bu barədə yoldaşlarıma söylədim. Yoldaşlarımdan üç nəfəri işə qol qoydu. Əlbəttə, biz bu daşı Şamaxıya xəlvəti torpaq yolla elə bir vaxtda aparmalıydıq ki, kimsə görməsin. Həmin zamanlar gizli daş aparmaq qorxulu idi. Mənə isə evlənmək lazım idi...
Haram tikə

Biz üç yoldaş gecə saat 2-3 arası Şamaxıya yola düşdük. Birimizin maşınının işığı yanmadığı üçün ortaya salmışdıq. Mən arxadan gəlirdim. Getdiyimiz yerlərdə heç bir ins-cins yox idi. Hər tərəf dağlıq, təpəlikdi, insan yaşamırdı.
Yolu yarı etmişdik ki, qabakı maşın dayandı. Məlum oldu ki, cinlər maşını sürməyə imkan vermir, maşının qabağında əcaib məxluqlar atılıb-düşür. Biz gülüşdük. Dedik ki, a kişi, yuxulu olduğun üçün gözünə cin-şeytan görünür, tərpən görək. Yoldaşımız ona inanmadığımızı görüb, and-aman elədi ki, söylədikləri doğrudur. Ona inanmadığımı görüb dedi ki, elə isə qabaqda mən gedim. Razı oldum. Nə qədər getdiksə, maşınımın qabağına heç bir cin-şeytan çıxmadı. Ancaq bir az da getdikdən sonra maşının işığında gördüm ki, bir əlində çəlik, o biri əlində bağlama tutmuş qoca kişi mənə əl elədi. Mən də yaşlını maşına mindirmək üçün saxladım. Əyilib sağ tərəfdən qapını açdım və qoca qalxıb maşına mindi. Onun üzündən nur yağırdı. Maşına minər-minməz soruşdum:
- Əmi, xeyir ola gecənin bu vaxtı, hara belə?
- Yaxına gedirəm, oğul. Bax, qabaqdakı o təpənin yanında düşəcəyəm - nurani adam dilləndi.
- Əmi, məncə, bu yerlərdə yaşayış-filan yoxdur - dedim.
- Yaşayış var, oğul, siz bilmirsiniz. Sizin haraya getdiyinizi də bilirəm - nurani adam gülərək üzümə baxdı.
- Necə, yəni! - təəccüblə ona baxdım.
- Siz Şamaxıya, Səlimgilə daş aparırsınız. Narahat olmayın, daşları sağ-salamat aparıb mənzil başına çatdıracaqsınız. Səlimgilə çatanda onlar şirin yuxuda olacaqlar. Siz taxta darvazanı açıb, ev sahibini oyatmadan daşları həyətə boşaldarsınız, sonra çıxıb gələrsiniz - dedi.- Hə, siz həyətə çatanda ev sahibinin iti ətrafınıza fırlanıb yalmanacaq, ancaq it sizə hürməyəcək.
Mən ağzımı açıb ona demək istəyirdim ki... Amma o, nə demək istədiyimi dərhal anlayıb dedi::
- Daşın pulundan ötrü siz narahat olmayın. Səlim həmin pulu sizə tezliklə çatdıracaq.
 

 

Haram tikə

 

Nurani adam nişan verdiyi təpəyə çatanda maşını saxlamağımı bildirdi. Maşını saxladım və qoca sağollaşıb maşından düşdü. Bir az getmişdim ki, gözüm oturacaqdakı qocanın unutduğu bağlamasına sataşdı. “Aman Allah, bağlamasını unudub! İndi nə edim?!” İstər-istəməz, üst tərəfdən əlimi bağlamaya sürtdüm. Bağlamanın içindəkilər kağız idi. Maraq məni bürüdü. Tez bağlamanı açdım. Gözlərimə inanmadım. Bağlama hamısı pul idi. Ətrafıma boylandım. Kimsə gözə dəymirdi. Bağlamanı oturacağın altında gizlətdim. İkinci dəfə maşını saxladığımı görən yoldaşlarım gəlib niyə dayandığımı soruşdular. Və gülərək dedilər ki, mən də hökmən cin-şeytan görmüşəm. Əhvalatı onlara danışdım, ancaq bağlama barəsində bircə kəlmə də söyləmədim. Onlar da dedilər ki, bu yerlərdə heç bir yaşayış yoxdur. Mən isə özümdən uydurdum: “Qoca dedi ki, təpənin arxasında onlar mal-heyvan saxlayırlar.” Biz yenidən yolumuza davam etdik. Sağ-salamat Şamaxıya, Səlimgilə gəlib çıxdıq. Doğrudan da, qocanın dediyi kimi onlar yatmışdılar. Həm də gecənin bu vaxtı kim oyaq qalar ki. Taxta darvazını açdıq. Bu zaman bir it gəldi və bizə hürmədən ətrafımızda fırlandı, yalmandı. Biz gətirdiyimiz daşları həyətə boşaltdıq və geri qayıtmaq istərkən yoldaşlarım məndən soruşdular:
- Bəs, daşların pulunu almayacağıq?
- Pul barəsində heç narahat olmayın. Səlim pulu axşama kimi bizə çatdıracaq, - deyə yoldaşlarımı arxayın etdim.
Haram tikə

Həmin gün günortadan sonra həqiqətən də Səlim ona apardığımız daşın pulunu gətirdi. Mən isə bağlamadakı həmin pullarla kasıbçılığın daşını birdəfəlik atdım. Qocanın mənimçün qoyub getdiyi bağlamadakı pullarla əvvəlcə bir ev tikdirdim, sonra evləndim. Qalan pulları isə istədiyim kimi sağa-sola xərclədim; yoldaşlarımla hər gün restoranlarda yeyib-içmək, eyş-işrətlər, sanatoriyalar... Bir sözlə, həmin pulların hesabına ancaq özümçün yaşadım, həyatdan istədiyim kimi zövq aldım, əyləndim. İlk öncə iki qızım oldu. Amma onlar çox yaşamadılar. Daha sonra üç qızım da oldu. Onlar sağ qalsalar da, anormal oldular.
Sonra son ümidim, oğlum Kamil dünyaya gəldi. O da ki, gördüyünüz kimi yarımçıq...
Sonradan ailədəki bu uğursuzluğum barədə ağsaqqalların yanına məsləhətə getdim. Onlar dedilər ki, çox cahillik etmişəm. Allahın mənə bəxş etdiyi o var-dövlətdən kimsəyə bir qəpik belə sədəqə verməmişəm. Mən həmin pulları təmizə və halala çıxartmaq üçün yetimləri, imkansızları, əlsiz-ayaqsızları, kimsəsiz uşaqları, qocaları sevindirməliydim. Amma bunların heç birisini etmədim. Bizi Yaradana qarşı nankorluq etmişəm. Buna görə də sonda Allah-Təala övlad acısıyla məni imtahan etdi, cəzalandırdı. Çünki haram tikədən əmələ gəlmiş övladlar hökmən qüsurlu olurlar...
Komandirlə Kamil barəsində söhbət etdim. Yəni, istədim oğlumu “komsovat” elətdirim, ancaq komandir bunun mümkün olmadığını bildirdi. Uşaqlar, indi sizdən bir ricam olacaq. Kamildən muğayat olun! Onun əlindən bir xəta çıxmasına izn verməyin! Bir sözlə, Kamil sizə əmanət! Çalışın gəncliyinizdə mənim kimi xətaya yol verməyəsiniz. Bacardıqca haram tikə yeməkdən uzaq olun! Mən anladım ki, haram tikədən əmələ gəlmiş övlad heç bir zaman nə ruhi cəhətdən, nə də ki, fiziki cəhətdən sağlam ola bilməz! Halal-haram unudulan yerdə xeyir-bərəkət olmaz! Xeyir-bərəkətin olmadığı yerdə böyük-kiçiklik, mənəviyyat yox olub gedər. Bir günlük xəlifəlik kimi. Harama tutulmaq da müvəqqəti “xoşbəxtlik”dir...
Bakı, 23 aprel 2011- ci il.
Camal Zeynaloğlu.
Səslərin sayı: 6
24
3462
loading...
Şərhlər
Offline
Deniz N-va
Hami calismali oz alin teri ile halal tikesini qazanmalidir winked
7 may 2014 21:18
Offline
Xedice 033
Allah bizləri haram tikəyə möhtac etməsin bir parça çörəyimiz oldun ama halal tikə olsun
3 aprel 2014 20:15
Offline
HUSNA
ALLAH halal tike qazanib,Onun yolunda serf etmeyi nesib etsin!
3 aprel 2014 16:20
Offline
Farida_Asadova
Haramda bərəkət olmaz.......Allahım nəfsimin şərindən sənə sığınıram.
27 mart 2014 14:44
Offline
Minira Aslanzade
Maraqli idi,teşekkürrrrrrrrrrr
22 mart 2014 15:24
Offline
ÖzDüNyAm
 Şəri Babayeva, give_ros
Narın, give_ros
22 mart 2014 14:52
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Narin...
Haram tikə yeyib milyonlarım olmaqdansa, halal quru çörək yeməyi üstün tutaram. Təşəkkürlər Fira maraqlı hekayə üçün. air_kiss
19 mart 2014 23:06
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Şəri Babayeva
Maraqla oxudum çox sağolun yazan əlləriniz var olsun.... Bacardıqca haram tikə yeməkdən uzaq olun! Mən anladım ki, haram tikədən əmələ gəlmiş övlad heç bir zaman nə ruhi cəhətdən, nə də ki, fiziki cəhətdən sağlam ola bilməz! Halal-haram unudulan yerdə xeyir-bərəkət olmaz! Xeyir-bərəkətin olmadığı yerdə böyük-kiçiklik, mənəviyyat yox olub gedər. Bir günlük xəlifəlik kimi. Harama tutulmaq da müvəqqəti “xoşbəxtlik”dir... good
17 mart 2014 15:30
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
ÖzDüNyAm
Aytac Mva , give_ros
Aylin Memmedova, give_ros
16 mart 2014 22:19
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Seninle Bir Omur
Allah hər birimizi haram olan hər bir yoldan qorusub Amin!
16 mart 2014 22:18
Offline
AFET
Maraqli hekayedi maraqla oxudum tesekkurler.
16 mart 2014 17:52
Offline
ÖzDüNyAm
Fatma xanım, give_ros
Angel, give_ros
AYSUN MEMMEDOVA, give_ros
PƏRVANƏ ƏLİYEVA......, give_ros
Qeribe, give_ros
Happiness-lady, give_ros

cox sagolun xanimlar. give_ros
16 mart 2014 16:45
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Fatma xanım
Allah heç kimə haram yol haram tikə nəsib etməsin az tapaq halallıqla tapaq , kim dünyadan nəaparıb ki
16 mart 2014 14:35
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Angel
ALLAH bizleri haramdan qorusun INSALLAH
16 mart 2014 14:08
Offline
איסון ממדוב.
Doqurdanda bir haram tike birde yetimin haqqini yeyenlerin aqibeti yaxshi olmur

Beli bacim allah özü bizi haram tikelerden qorusun inşallah amin allah
16 mart 2014 13:05
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
PƏRVANƏ ƏLİYEVA......
Cox maraqli hekaye idi..Doqurdanda bir haram tike birde yetimin haqqini yeyenlerin aqibeti yaxshi olmur..Bu hekayeni cox boyuk maraqla oxudum..Teshakkur edirem canim..Davamli olsun..
16 mart 2014 12:56
Offline
Qəribə
Haram tikə insanın burnundan gec-tez gəlir bir gün.Çox sağ olun.Təşəkkürlər Fira give_ros
16 mart 2014 11:54
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Happiness-lady
BELE HEKAYELER OXUMAGI SEVIREM BU CUR KINOLARADA BAXIRAM.
HARAM TIKE YEMEK ASANDIR AMA ONU HEZM ETMEK CETIN OLUR.COX INSAN DUNYA MALI USTUNDE NELER EDIRLER.MEZARDAKILARIN PESMAN OLDUQLARI SEYLER UCUN DUNYADAKILAR BIR-BIRLERINI YEYIR.
REBBIM BIZE HARAMI CETINLESDIRIB HALALI ASANLASDIRSIN AMIN insALLAH.
COX SAGOL BACIM GOZEL HEKAYEDIR give_ros
16 mart 2014 11:06
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
ÖzDüNyAm
Mahmudzade, give_ros
Seadet Sexavet, give_ros
Dəniz84, give_ros
Ellada Babayeva, give_ros
♥♡AyTaDj HəSəNzAdƏ♡♥, give_ros

Serh yazdiqiniz ucun cox sagolun. kiss
16 mart 2014 10:38
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Aida M-ova
Haram tikeni yeye bilersen amma hezm ede bilmezsen ... insan gerek nefsine qul olmuya qul oldu nefsi onu otaracaq insanin heyvandan ferqi olmuyacaq... insaAllah her kes nefsine hakim olar
16 mart 2014 08:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış