Bakıda hava 10°
USD AZN
EUR AZN
09:31aysel hesenli Siznen bahem 08:38Xəyalə Murad Cüməniz mübarək! 08:37Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41224

10 mart - Milli Teatr Günüdür!

10 mart - Milli Teatr Günüdür!

Azərbaycan  milli  teatr sənətinin kökləri xalqın məişəti, fəaliyyəti,  həmçinin, şənlik və toy ənənələri, dünyagörüşü ilə bağlıdır. Azərbaycan xalq teatrı yarandığı vaxtdan realist xüsusiyyətlər daşımışdır. 1873-cü ilin martın 10-da M.F.Axundovun "Lənkəran xanın vəziri" və “Hacı Qara” tamaşaları ilə əsası qoyulmuşdu.  Azərbaycan teatrı zəngin keçmişə malik olub, zamanın mühakiməsində öz yerini tapmışdır. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər İttifaqı" yaradılması peşəkar teatrın inkişafına yol açdı. Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, H.Vəzirov, N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, C.Məmmədquluzadə və başqalarının pyesləri ilə zənginləşməklə yanaşı, rus  və Qərbi Avropa dramaturqlarının əsərlərinə də yer verildi. V.Şekspir,  H.Heyne, F.Şiller, J.B.Molyer, İ.S.Turgenev, N.V.Qoqol, L.N.Tolstoy kimi klassiklərin əsərləri ilə səhnəmiz zənginləşdi. Azərbaycan teatrı yarandığı ilk andan bəri maarifçilik və demokratik ideyalara sadiq qaldı.

10 mart - Milli Teatr Günüdür!

Çox keçmədən teatra olan tələbata görə 1906-cı ildə Bakıda Cahangir Zeynalovun rəhbərli altında "Müsəlman dram artistləri" şirkəti yaradıldı.  Maddi çətinliklərə, müxtəlif təqiblərə baxmayaraq, şirkət bir birindən maraqlı tamaşalar hazırlayır, öz repertuarını genişləndirirdi. 1905-ci il inqilabından sonar bir sıra mədəni ocaqların yaradılması teatr həyatında mühüm rol oynadı. Onlardan biri də “Nicat” idi.  1908-ci ildən bu cəmiyyətdə S.Ruhulla, Ə.Vəli, H.Ərəblinski kimi peşəkar aktyorlar birləşdirildi. Yeni ruhda, yeni məzmunda, yeni ideyada olan əsərlər teatra tamaşaçı axını bəxş etdi. Truppa hər həftə Tağıyev teatrında və fəhlə rayonlarında tamşalar verirdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan", N.Neynenin "Əlmənsur",  N.Nərimanovun "Nadir şah",  "Ağa Məhəmməd şah Qacar", Ş.Saminin "Qaveyi ahəngar", N.Vəzirovun "Pəhləvanani-zamanə", F.Şillerin "Qaçaqlar", N.V.Qoqolun "Müfəttiş", V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib", "Evlənmə", L.N.Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu. 1910-cu ildə "Səfa" adlı yeni Mədəni Maarif Cəmiyyəti və teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Qısa zamanda "Nicat"ın aktyorları "Səfa"ya keçdilər. Cəmiyyətin işində D.Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan A.M.Şərifzadə, C.Zeynalov  fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan M.A.Əliyev, H.Sarabski, S.Ruhulla, H.Ərəblinski  və başqaları dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməklə yanaşı, teatın inkişafı üçün mədəni-maarif işləri görürdü.

10 mart - Milli Teatr Günüdür!

1910-cu ildə  C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M.F.Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppası eyni zamanda Azərbaycanın şəhər və kəndlərində, hətta Cənubi Qafqaz, Şimali Qafqaz, Orta Asiya, Həştərxanda, Kazanda və s. qastrol tamaşaları təşkil edirdi. "Nicat" və  "Səfa" cəmiyyətlərinin Azərbaycan teatrının inkişafında və yaradıcılıq baxımından möhkəmlənməsində xüsusi rolu oldu. 1908-ci il yanvar ayındaBakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları  nümayiş edilirdi. Beləliklə, repertuarlarını zənginləşdirmək məqsədi ilə Z.Hacıbəyovun "Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay", musiqi komediyaları, M.M.Kazımovskinin "Vurhavur" musiqili komediyası, M.C.Əmirovun "Seyfəlmülk" operası, M.Maqomayevin "Şah İsmayıl" və başqalarının əsərləri göstərildi. Ayrılıqda repertuara malik olmasına baxmayaraq,  musiqili teatrda peşəkar ifaçılara ehtiyac çox idi. Musiqili tamaşalarda M.Məmmədov, Ə.Ağdamski, H.Hacıbababəyov, H.Sarabski,  H.Terequlov, M.Bağırov kimi opera müğənniləri ilə yanaşı, dram aktyorları Ə.Hüseynzadə, H.Ərəblinski, H.Abbasov, A. və R.Darablı, Ə.Anaplı, Y.Olenskayalar  və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü yox idi. Repertuarında həm dram, həm də musiqili əsərlərə yer ayrılmışdı. Onu da qeyd edim ki, 1910-cu  illərdə musiqili tamaşalar daha çox üstünlük təşkil edirdi. 

1916-cı ildə Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən, mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənən tamaşa səhnələşdirildi. Bu C.Məmmədquluzadənin "Ölülər" komediyası idi. 

Tezliklə "Müsəlmən artistləri ittifaqı" (1917) yaradıldı. A.M.Şərifzadənin başçılığı altında bütün teatr dəstələri yoldaşlıq münasibətləri əsasında tamaşalar verməyə başladı. Lakin bu ittifaq cəmi bir il ömür sürdü. Mayılov teatrının anterprenyorları eyni binada Azərbaycan aktyorlarının çıxış etməsinə mane olurdular. Aktyorların çoxu qastrola çıxırdı. Təkcə Ü. və Z.Hacıbəyov qardaşlarının truppası digərlərinə nisbətdə demək olar ki, müntəzəm fəaliyyət göstərirdi. Burda dram, opera və operetta artistləri qabaqcıl, demokratik ideyalarla bağlı tamaşalar göstərərək xalqın mədəni inkişafında mühüm rol oynayırdı. Bütün bunlara baxmayaraq, həmin illərdə  teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı. 

Azərbaycan Demokratik Cumhuriyyəti dağıdıldıqdan sonra 1920-ci  il 1 iyul tarixli qərara əsasən  Birləşmiş Dövlət Teatrı yaradıldı. Həvəskar aktyor və peşəkak aktyorların cəmləşdiyi bu truppa öz fəaliyyətini davam etməyə başladı. Lakin 1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil oldu. Eyni ildə M.F.Axundovun "Hacı Qara" komediyasının yeni quruluşda tamaşaya qoyulması ilə Azərbaycan Dövlət Dram Teatrının möhtəşəm açılışı oldu. Dramaturgiyanın inkişafında xüsusi rolu olan, teatr sənətinin inkişafında böyük xidmətlər göstərən N.Vəzirov, C.Məmmədquluzadə, S.S.Axundov, Ə.Haqverdiyev  kimi realist-demokrat yazıcıların fəaliyyəti milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin göstərilməsində xüsusi rol oynamışdır. 

XX əsrin 20-ci illərində tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək  məqsədi ilə tərcümə pyeslər, eləcə də Azərbaycan dramaturqlarının əsərləri, xüsusilə C.Cabbarlının pyesləri səhnələşdirilirdi. Həmin illər "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı),  "Ölülər" (C.Məmmədquluzadə), "Laçın yuvası" (S.S.Axundov), "Şeyx Sənan", "Knyaz" (H.Cavid), "Müfəttiş" (N.V.Qoqol), "Qaçqınlar" (F.Şiller), "Otello" (V.Şekspir), "Zaqmuk" (A.M.Qlebov), "Həyatın dibində" (M.Qorki),  "Lyubov Yarovaya" (K.A.Trenyov), "Gülən adam" (V.Hüqo) və s. əsərlər tamaşaya qoyulmuşdu. 

Həmin illərdə aktyorlardan A.M.Şərifzadə, Ü.Rəcəb, İ.Hidayətzadə, M.A.Əliyev, S.Ruhulla, M.Davudova, R.Təhmasib, K.Ziya, M.Mərdanov, Ə.Məmmədova, M.Vəlixanlı, Ə.Qurbanov, S.Hacıyeva, M.Sənani, Q.Topuriya, M.Yermakova (Məxfurə xanım), Bakı Teatr Texnikumunun ilk məzunlarından F.Qədiri, R.Əfqanlı, İ.Dağıstanlı və başqaları fəaliyyət göstərirdilər. 1935-1941-ci illər isə  Azərbaycan Dövlət Dram teatrının yetkinlik dövrü hesab edilir. Çünki həmin illərdə teatrda müasir mövzuda "Həyat" (1937, M.İbrahimov), "Qaçaq Nəbi" (1940, S.Rüstəm), "Toy" (1939, S.Rəhman) pyesləri, "Vaqif", "Xanlar" (1938, 1939, S.Vurğun) tarixi qəhrəmanlıq dramlar göstərilirdi. 

Azərbaycan teatrının 75 illik yubileyi  1949-cu ildə keçirlmişdi. SSRİ Ali Sovetinin Fərmanına əsasən teatra “Qırmızı Əmək Bayrağı” Ordeni təqdim olundu.  S.Ruhulla, M.Əmirov, M.Davudova SSRİ xalq artisti adına layiq görüldülər. Eyni zamanda rejissor A.İskəndərov, aktyorlar M.A.Əliyev, M.Davudova, S.Ruhulla, R.Əfqanlı, K.Ziya, İ.Dağıstanlı, rəssam N.Fətullayev "Şərqin səhəri" (Ə.Məmmədxanlı) tamaşasına görə SSRİ Dövlət mükafatına layiq görüldülər. 

1955-60-cı illərdə teatrda klassik və müasir mövzuda bir sıra maraqlı tamaşa hazırlanmışdı: "Göz həkimi" (1955, İ. Səfərli), "Əliqulu evlənir", "Yalan" (1960, 1965, S. Rəhman), "Alov" (1961, M. Hüseyn), "Kəndçi qızı", "Közərən ocaqlar" (1962, 1967, M. İbrahimov), "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" (1964, 1968, 1969, İ. Əfəndiyev), "Ölülər" (1966, C. Məmmədquluzadə", "Sənsiz" (1967, Ş. Qurbanov), "İkinci səs" (1969, B. Vahabzadə, və s. Bunlarla yanaşı həmin illərdə teatrda milli və xarici ölkə dramaturqlarının bir sıra əsərləri  tamaşaya qoyulmuşdur: "Şeyx Sənan" (1956, H. Cavid), "Cavanşir" (1957, M. Hüseyn), "Pəri cadu" (1957, Ə. Haqverdiyev), "Qəribə adam" (1957, N. Hikmət), "Vanya dayı" (1959, A.P. Çexov), "Mariya Tüdor" (1962, V. Hüqo), "Antonii və Kleopatra" (1964, V. Şekspir), "Köç" (1964, C.F. Başkut), "Orlean qızı" (1965, F. Şiller), "Nakam qız" (1968, A. Şirvanzadə), "Canlı meyit" (1968, L.N. Tolstoy) və s.

10 mart - Milli Teatr Günüdür!

Teatr sənət sahəsinin intibah dövrü məhz 1970-ci illər  hesab olunur. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında dəstək olan Heydər Əlirza oğlu Əliyevin köməyi nəticəsində milli teatr sənətimiz  inkişaf yoluna qədəm qoydu. Azərbaycan teatrının 100 illik yubileyi 1974-ci ildə xüsusi təntənə ilə qeyd olundu. Məhz həmin ildə Azərbaycan Dövlət Akademik Dram teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər.  Teatr eyni zamanda Lenin ordeni ilə də  təltif edildi. S.Vurğuun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşaları səhnələşdirildi.

!980-ci illərin sonlarında teatrda xalq artistləri S.Bəşirzadə, , R.Əzimov, N.Əliyev, Ə.Qədirov, N.Məlikova, Y.Nuriyev, M.Sadıqova, Səyavuş Aslan, H.Turabov, əməkdar artistlər M.Avşarov, Z.Ağakişiyeva, M.Mirzəyev, M.Novruzova, A.Vəlixanlı, H.Qurbanov, A.Pənahova,  R.DadaşovƏ.Əliyeva, B.Əsgərov, İ.Əhmədov, S.İbrahimova, H.İsmayılov, H.Mehbalıyeva, R.Məlikov, L.Məmmədbəyov, M.Sadıqov, K.Xudaverdiyev, M.Hacıbəyov, E.Haşımzadə, B.Cəfərova, rejissorlardan əməkdar incəsənət xadimləri A.Kazımov, M.Fərzəlibəyov, rəssamlardan Elçin (baş rəssam), İ.İsmayılov və b. fəaliyyət göstərirdilər.

1988-ci ildə  Azərbaycanın iqtisadi-siyasi həyatında söküklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi aparxiya talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi.

10 mart - Milli Teatr Günüdür!

Azərbaycan teatrına müsair dövrümüzdə dövlət tərəfindən xüsusi diqqət ayrılmışdır. Teatrları Azərbaycan Prezidenti  İlham  Əliyev Sərəncamına əsasən təmir və bərpa etdirilir. Bu proses ardıcıl olaraq davam etdirilir. Azərbaycan teatrı dünya standartlarına uyğun səviyyədə müasir avadanlıqlarla təchiz olunur. Bu gün Azərbaycan teatrı böyük ruh yüksəkliyi ilə Milli Teatr Gününü qeyd edir. Xüsusi olaraq, qeyd edək ki, teatrın belə bir səviyyəyə yüksəlməsində peşəkar aktyorların da rolu müstəsnadır. 

Cəlil Məmmədquluzadənin "Ölülər"  dramı -Akademik Milli Dram Teatrının təqdimatında.

Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdimatında.

"Hicran" tamaşası Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təqdimatında

Səslərin sayı: 4
17
4508
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Caamahat coreyi gucle qazanir teatra kinoya vaxt ve pul catdirmaq olmur

Haqlısız..
10 yanvar 2015 14:14
Offline
Deniz N-va
Bunlara baka baka Azerbaycanin na kadar madani bir ulke oldugunu daha iyi anliyorum cray yes
27 aprel 2014 15:51
Offline
toma676
Caamahat coreyi gucle qazanir teatra kinoya vaxt ve pul catdirmaq olmur

Qeribe,
size ise hesed aparmamaq mumkun deyi
28 mart 2014 19:50
Offline
Aysun Memmedova
Xebere gore tesekkur
12 mart 2014 20:03
Offline
Qəribə
Bizim evde,bir iki aydan bir gedilerdi teatra,ele indi de,yaxsi xosa gelen tamasa olanda gedirik.Bu zamanede niye goren az gedirler teatra? Men bilen,bu insanlari internet ve xarici kanallar goymur ki,milletde heves olsun,ele yerlere getmeye.Amma,hansisa mugenni gelib konsert verende,onda mutleq gedirler,niye? Cox sag olun,tesekkur edirem. unknown pardon give_ros
11 mart 2014 11:17
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
Teatr haqqında çox geniş məlumat vermisən burda Xəyalə, təşəkkür. Əvvəllər valideynlərim çox aparıb. Nəsibə xanım, Siyavuş Aslan və Hacıbalanın İştirak etdiyi teatrda çox olmuşuq.Allah onlara rəhmət eləsin. Kukla teatrına da aparıb atam bizi. Ancaq indi həvəs də yoxdur. Düzü istedadlı aktyorlar da görmürəm müasir zəmanəmizdə(

Sizcə teatr sənətinə belə soyuq münasibət nədən yaranıb?

Çünki, demək olar ki, hər kəsin evində ən azından teatr səhnəsi boyda televizor var laughing . Və həmin teatrlara orda da baxa bilirlər bəlkə ondandır))
11 mart 2014 00:42
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ruhəngiz
Xəbərə görə təşəkkürlər,Xəyalə bacım.Mənim də teatra həmişə marağım olub.Məktəb vaxtı gedirdik,uşaqlarımı da aparırdım.Amma nədənsə indiki dövrümüzdə hamı lazımsız konsertlərə qaçır.Mənim də ən çox getdiyim Opera və Balet teatrıdır.
10 mart 2014 21:34
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Hacət-i Vuslat
Xəyalə çox sağol dəyərli xəbər üçün.
Uşaqları aparıram kukla teatrına, bir də gənc tamaşaçılara, çalışıram hər mövsümdə getsinlər. (yeri gəlmişkən, yay aylarında heç olmasa uşaq teatrları işləsəydi, heç olmasa həftənin müəyyən günləri yaxşı olardı, yoxsa ki, uşaqlar tətildə, uşaq teatrları da tətildə unknown)
Məni az aparıblar, amma marağım çoxdur. Televiziyada tamaşa veriləndə uşaqlıqdan yapışardım ekrana. Bizdə belədir də, nə yalan deyək, içimdəki istəyi - "teatra getmək istəyirəm" - demişəm və... Nəticədə arsız, bekar adam münasibəti görmüşəm... recourse
10 mart 2014 21:20
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
❤Xəyalə Dilək❤(Ələkbərova)
1883cu ilde Haci Zeynalabdin Tagiyev ilk teatr binasini tikdirib girl_smi
10 mart 2014 19:04
Offline
Ceylan Mumoğlu
Xəyalə Murad,
sözün əsl mənasında ürəyim açılmadı.

Bəli, xəbərə yazılan şərh sayından, müzakirə zəifliyindən də münasibət bəlli oldu zatən laughing
10 mart 2014 15:50
Offline
Nigar
Tebrik edirem cox tessuf heyatimda teatra getmemiwem
10 mart 2014 15:21
imza: Allahın cümləmizə yar olsun amin
Offline
PSIXOLOQ
TEATR COX GOZEL BIR YERDIR TEATRI HELEDE YASADANLAR VAR ONLARA ESQ OLSUN AMA KI EVVELIK TATRCILARININ YERINI HEC NE VERE BILMEZ BIR DAHA BUTUN TEATRCILAR BAYRAMINIZ MUBAREK...
10 mart 2014 15:15
Offline
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰
Cox gözəı məndə təbrik edirem butun milli teatrin uzvlərini🎉?
10 mart 2014 14:46
Offline
Xəyalə Murad
Xəyalə, Azərbaycan teatrı haqqında dolğun məlumat verdiyinə görə təşəkkür bildirirəm.
Bilmədiyim məqamlar var idi, oxumuş oldum.

Siz sağolun Ceylan xanım. feel

Gəlin bu suala cavab yazaq. Aramızda (saytda olanları nəzərdə tuturam) bir dəfə də olsun teatra gedənimiz olubmu? Mən öz adıma deyim, uşaq vaxtı ailəlikcə Sumqayıt Dövlət Dram teatrında "Bəxt üzüyü" teatrına getmişdik, bir də uşaqlar üçün olan teatrlara, vəssalam, onun xaricində getməmişik.

Teatra orta məktəbdə ədəbiyyat müəlliməmlə gedərdim. Hər il bayramlarda. Onun peşəsinə olan sevgisi məni də ədəbiyyata bağlamışdı. Hətta özüm bir neçə bədii əsəri canlı ifa etmişəm. Peşəkar deyildim və deyiləm. Amma əsərlərə olan sevgim sayəsində orta məktəbdə məhz ədəbiyyat müəlliməmizin şəxsi dəstəyi ilə əsərləri ssenari üzrə paylaşıb rollarımızı öyrənirdik. Səhnədə hər hansısa obrazı ifa etmək, onu canlı olaraq bir neçə saatlıq vəya dəqiqəlik yaşamaq çox gözəl hissdir. Ömrü boyu unudulmazdır.

Sizcə teatr sənətinə belə soyuq münasibət nədən yaranıb?

Teatra həqiqətən də ildən ilə axın, maraq azalıb. Bunu statistik göstəricilər də sübut edir. Bu xəbəri hazırlayarkən bir-birindən maraqlı məqalələr oxudum və müasir günümüzdəki vəziyyətindən sözün əsl mənasında ürəyim açılmadı. Məncə bütün bunlara səbəb kimi televizyanı, interneti və s. sadalayan olacaq. Bəli, virtual aləmin təsiri vardır. Amma insan üçün ən gözəl istirahətlərdən biridir tamaşaya canlı olaraq baxmaq. Ən çox sevdiyim tamaşalardan biri "Hicran"dır. Hətta o cür məşhur aktyor (Şəyavuş Aslan və Hacıbaba Bağırov) və aktrisalarımız (Nəsibə Zeynalova) canlı çıxışları zamanı unutduqları misaranı elə peşəkarcasına "ört basdır" edirlər ki, çoxları həmin anı hiss etmir və ssenaridən bir hissə olduğunu düşünürlər.
10 mart 2014 06:31
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Xəyalə, Azərbaycan teatrı haqqında dolğun məlumat verdiyinə görə təşəkkür bildirirəm.
Bilmədiyim məqamlar var idi, oxumuş oldum.
Gəlin bu suala cavab yazaq. Aramızda (saytda olanları nəzərdə tuturam) bir dəfə də olsun teatra gedənimiz olubmu? Mən öz adıma deyim, uşaq vaxtı ailəlikcə Sumqayıt Dövlət Dram teatrında "Bəxt üzüyü" teatrına getmişdik, bir də uşaqlar üçün olan teatrlara, vəssalam, onun xaricində getməmişik.
Sizcə teatr sənətinə belə soyuq münasibət nədən yaranıb?
10 mart 2014 06:14
Offline
איסון ממדוב.
Teatra ne vaxt getdiyim artiq yadima gelmir amma telvizorda baxiram cox saqolun Xeyale xanim
10 mart 2014 03:22
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
AYKA

Zemane oldugu kimi durur ama insanlar o qeder deyisibki teatra geden yoxdu ancaq turk seriallari
10 mart 2014 02:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!