Yəmən ölkəsinin şimalında geniş bir düzənlik var idi. Burada çox qədim qəbilələrdən biri olan Ad qəbiləsi məskən salmışdı. Ulu Tanrı öz nemətlərini bu qəbilədən əsirgəməmişdi. Sularını bol, torpaqlarını bağlı-bağçalı etmişdi. Qəbilə adamları sağlam və güclü idilər, şən və qayğısız gəzib dolanırdılar.
Ad qəbiləsi bütpərəst idi. Adamlar daşlardan bütlər düzəldir, onları Allah sayırdılar. Bəxtləri gətirən kimi bütlərin yanına qaçar, onlara minnətdarlıq edərdilər. İşləri dara düşəndə də bu daşlardan yardım diləyərdilər.
Bu adamlar haqqın yolunu tanımırdılar. Ona görə də zalım və daşürəkli idilər. Qoluzorlular zəifləri əzir, varlılar yoxsulların üstünə hücum çəkirdilər. Oğurluq və yolkəsənlik, adam aldatmaq və yalan danışmaq ar hesab olunmurdu.
Ulu Tanrı qəbiləni bu yoldan çəkindirmək, insanları bu yaramaz həyatdan xilas etmək istədi. Qəbilənin içindən Hudu peyğəmbərliyə seçdi ki, onlara rəhbərlik etsin. Ağıl və kamalda, səbr və dözümdə Hud qəbiləsində hamıdan üstün idi. O, öhdəsinə qoyulmuş bu ağır vəzifəsinə başladı. Hud qəbiləsinin yığışdığı meydana gəlib camaata dedi:
- Ay camaat, bu daşlara ibadətdən əl çəkin. Axı onları özünüz yonub hazırlayırsınız. Başa düşün ki, yalnız Uca Allah ibadətə layiqdir. Sizi yaradan da, ruzinizi verən də Odur. Mən də Onun peyğəmbəriyəm. Sizi Uca Allaha iman gətirməyə çağırıram. Tərslik və inadkarlıq etməyin, yoxsa Nuhun tayfasının gününə düşərsiniz.
Hud güman edirdi ki, ürəkdən dediyi bu sözləri qəlblərə yol tapacaq və qəbiləsi ağıllanıb imana gələcək. Ancaq gözlədiyinin tam əksi oldu. Adamların qəzəbli baxışları bir anda Huda tuşlandı. Onlar dedilər:
- Sən nə cürətlə belə sözləri dilinə gətirirsən? Bilmirsən ki, bütlərə nəyə görə itaət edirik?! Onlar olmasa kim dualarımızı Tanrıya çatdırar, kim bağışlanmağımızı diləyər?
Hud qəbiləsini diqqətlə dinləyib dedi:
- Ay camaat, Allah birdir. Özü də sizdən uzaqda deyil. Özünüzə vasitəçi seçdiyiniz bu bütlərin sizə heç bir faydası yoxdur! Onlar sizin avamlığınızı, başıboşluğunuzu göstərir.
Onlar bu dəfə Huda daha sərt cavab verdilər.:
- Biz heç bilməzdik ki, sən bu qədər düşüncəsizsən?! Axı bu adət bizə ata-babalarımızdan irs qalmışdır! Sən nə ixtiyarla bizə ağıl öyrədirsən?! Nəyin bizdən artıqdır? Nəyə görə Allah məhz səni peyğəmbər seçmişdir? Qorxuruq ki, sən yalançı olasan.
Hud qəbiləsini yola gətirmək üçün yumşaldı. Camaatla bir az mehriban danışmaq qərarına gəldi. Həm də istədi ki, Uca Allaha inanmağın faydalarını başa salsın. O, üzünü qəbilənin ağsaqqallarına tutub dedi:
- Ey mənim qəbiləm! Siz ki, məni yaxşı tanıyırsınız! İndiyə kimi məndən heç pis hərəkət görmüsünüzmü? - Hud camaatın susduğunu görüb sözünə davam etdi:
- Bəs onda mənim peyğəmbər seçilməyimə niyə təəccüb edirsiniz? Mən sizdən incimirəm. İstəyirəm ki, gözünüzü açıb, huşunuzu başınıza toplayasınız. Hər şeydə - göydə də, yerdə də Allahın birliyini dərk edəsiniz. Ona iman gətirib bağışlanma diləyəsiniz. Əgər belə etsəniz, Uca Allah sizə bərəkətli yağış yağdırar, var-dövlətinizi artırar. Güc və qüdrətinizi ikiqat edər. Bir də ki, gələcəyinizi fikirləşin, qiyamət gününün əzabından qorxun.
Boşboğaz qəbilə adamları isə tutduqlarını buraxmaq istəmirdilər. Onlar inadkarlıqla dedilər:
- Sözsüz ki, bizim allahlarımızın sənə qəzəbi tutub. Ona görə də ağlın korlanıb. Belə olmasaydı, bu cür boş sözlər danışmazdın. Biz nəyə görə üzr diləməliyik? Sən ki, lap sayıqlayırsan! Qiyamət günü nədir? Hanı dediyin o əzab? Göstər onu bizə görək necə olur?
Hud qəbiləsinin bu qədər tərs olduğunu bilmirdi. O sakitcə dedi:
- Allah şahiddir ki, mən vəzifəmi yerinə yetirdim. Sizə düzgün yol göstərməkdə var qüvvəmi əsirgəmədim. Bu yolda yenə də çalışacağam.
Bu söhbətdən bir müddət keçdi. Hud yenə də camaatı yola gətirməyə çalışdı. Onlar isə inadkarlıqlarını daha da artırdılar. Yalnız bir neçə adam Ulu Tanrıya iman gətirib Huda qoşuldu.
Bir gün göyün üzündə qara bulud göründü. Camaat elə bildi ki, yağış yağacaq. Odur ki, əkinlərini suvarmaq üçün tədbir gördülər. Hud onlara dedi:
- Bu bulud özü ilə yağış gətirməyib. Bu həmin o sizi xəbərdar etdiyim əzabın əlamətidir. Tezliklə görəcəksiniz ki, üstünüzə necə bəla küləyi əsir. Adamlar yenə də Huda inanmayıb sözlərinə güldülər. Ancaq Hudun dedikləri doğru çıxdı. Bir azdan külək əsməyə başladı. O get-gedə gücləndi. Qarşısında nə vardısa, özü ilə götürüb uzaqlara apardı. Camaat qorxudan evlərinə girib qapılarını bərk-bərk bağladılar. Onlar elə bilirdilər ki, bu yolla canlarını qurtara biləcəklər. Külək isə dayanmaq bilmirdi. O səkkiz gün, səkkiz gecə durmadan şiddətlə əsdi. Allahın göndərdiyi bu əzab bütün Ad qəbiləsinin bütpərəstlərini məhv etdi. Bu fırtınadan yalnız Hud və ona qoşulanlar salamat çıxdılar və onlar başqa bir diyara köçdülər.
Quranda da Hud əleyhissalamla bağlı ayələr vardır:
“Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Siz ancaq iftira yaxırsınız. Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradandadır. Məgər anlamırsınız? Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin". Onlar dedilər: "Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə məbudlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq. Biz ancaq onu deyə bilərik ki, bəzi məbudlarımız səni bəlaya düçar edib". O dedi: "Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Həqiqətən, Rəbbim ədalətlidir.Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir". Əmrimiz gəldikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq. Bu Ad qövmü idi! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun elçilərinə asi oldular və hər bir inadcıl təkəbbür sahibinin əmrinə uydular.Onları həm bu dünyada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Həqiqətən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qövmü Ad!” (Hud, 50-60)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Arnold Şvartsneqqer son görünüşü ilə təəccübləndirdi-FOTO
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu
Göz rəngini 20 saniyədə dəyişən ÜSUL - Linzalardan daha rahat
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı
Netanyahu Fransanın baş nazirinin qəlbini qırdı
Ağcaqanadlar məhz BU İNSANLARI SANCIR
“Eurovision-2015” bu şəhərdə olacaq
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları nə zaman açıqlanacaq?
HAVA necə olacaq?
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Şeyma Subaşı yeni döyməsi ilə gündəm oldu - FOTO
Döş böyütmə əməliyyatı haqda ümumi informasiya
Bakının yeni seysmik riski öyrənilir
Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?
Zövqlü divar rəsmlər
Şəkər tozu və qənd məhsullarını alarkən nəyə diqqət etməliyik?
Emin atası və oğulları ilə - FOTO
Yaylıq istafədə etməyin 5 yolu
Bakı metrosu sabah açılır - RƏSMİ
Kişilərin sevdiyi 4 qadın tipi
Roqaliki (foto resept)
Yalanı bəzəməklə "həqiqət" kimi satanların məqsədi nədir?
Alimlər yeriyən balığı videoya çəkə biliblər
Ətli rulet (foto resept)
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Ermənilərin itkisi təsdiqləndi
Günün qoroskopu:Bədxərclik etməyin!
Cem Yılmazdan yeni film gəlir
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Ətli və pendirli qutab (foto resept)
Heydər Əliyev Mərkəzində "Qarabağın səsi" layihəsinin təqdimatı olub
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Mayın 20-də qəbul imtahanı olacaq
Məşhur ulduz ilk dəfə ata oldu
Latviyaya səyahət
Osteoporoz
Milyarder qaçqınlar üçün iki ada alacaq
Qızıl boyunbağılar
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
Bakıdakı bahalı avtomobil dayanacaqları
Amerikansayağı dərsliklər
Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Həyatınızın açarı olun
Rusiyadan ABŞ-a xəbərdarlıq
Kral və dəyirmançı
"Atiye" serialının təqdimatı oldu-FOTO/VİDEO
- ŞƏRHLƏR