Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
14:26Ayla Ayla Qızlar istilərlə neyniyirsiz? 09:39Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40598

Çarə axtarıram

Çarə axtarıram

Mən adım Leyladır. 20 yaşım var. Uşaqlıqda, yəni 15 yaşımda həyatımın ən böyük səhvini etdim. Birini sevdim, daha doğrusu sevdiyimi sandım. Əvvəllər hər şey normal idi. Evdən bildilər və çox problemlərim oldu. Amma mən ondan ayrılmadım. Əvvəl sevdiyimi sanırdım, getdikcə evdəkilərlə görə, sonra isə məcburi münasibətlərimizə davam etdim. 3 il sevgili olduq. Aramızda çox şey oldu və sırf olanlar üçün onunla birlikdə olmağa davam etdim. Onda bəzi şəkillərim və sms-lərim var idi. Məni onlarla əlində saxlayırdı. "Hamıya deyəcəyəm, şəkillərini yayacağam" deyə qorxudurdu. Başda cox qorxurdum, amma sonradan gücümü yığıb ondan ayrıldım. 19 yaşımda çox yaxşı bir insanla rastlaşdım. İlk əvvəl gəlib evdə anama hər şeyi danışdım. O da "Olar, əgər istəyirsənsə, sən də ona şans ver, uşaq deyilsən" dedi. Onunla danışdım, qısa vaxtda onu çox sevdim. Əsl sevgini yaşayırdım. Aramizda sevgidən əlavə hörmət, dostluq var idi. Xoşbəxt idim. Hətta bu yay nişanlanmaq istəyirdik. Ailəsi bilirdi, mənim də ailəmdə atamdan başqa hamı bilirdi.

 Çarə axtarıram

Sonra bir gün yenidən əvvəlki sevdiyim qarşıma çıxdı. Sevgilim olduğunu öyrənib qayıtmışdı. Onu tapıb gözlərimin qabağında döyəcəyini dedi. Şəkillərimi ona göstərəcəyini, ailəmi məhv edəcəyini dedi. Qorxdum, çox qorxdum. "Nə istəyirsən?" dedim."Ondan ayrılacaqsan və mənimlə olacaqsan. Sonunda ölmək, yaxud öldürmək belə olsa, mənim olacaqsan", dedi. Çox sevdiyim insandan ayrıldım. Sırf onun başına bəla olmasın deyə, ailəm kimlərinsə yanında biabır olmasın deyə ayrıldım. Onunla qaçmağımı istəyir, mənsə istəmirəm, çünki ona nifrət edirəm. Amma bununla belə, onunla danışmağa davam edirəm. Çünki o belə istəyir. Hər gün ona "Səni sevirəm" deməyə məni məcbur edir. Gələcəklə bağlı planlar qurur. O, hər dəfə mənə "Sevirəm" deyəndə içimdən sanki bir şeylər qopur. Çox sevdiyim bir söz indi həyatda eşitmək istədiyim ən axırıncı söz belə deyil.

Çarə axtarıram

Onun sayəsində sevgiyə, sevməyə nifrət edirəm. Onun yaninda olmaq mənə cəhənnəm əzabından pisdir. Amma məcburam, mənim səhvlərimin cəzasını yaxınlarım çəkməməlidir. Çox əzab çəkirəm. Çünki birinə dəlilər kimi bağlı olarkən başqasıyla bir yerdəyəm. Birinin səsinə möhtac ikən başqası məni səsini dinləməyə məcbur edir.

aq ikən etdiyim bir səhvin cəzası bu olmalıdırmı?!

Xahiş edirəm, mənə bir yol göstərin. Ondan canımı qurtarmaq üçün bir yol deyin. Dayanmağa gücüm qalmayıb. Çox çarəsiz və acizəm. Yaşamağa səbəbim qalmayıb. Məsləhətinizə böyük ehtiyacım var, çünki mənim ətrafımda bunları danışıb məsləhət ala biləcəyim heç kimim yoxdur.

Səslərin sayı: 10
57
9431
loading...
Şərhlər
Offline
......
ALLAH ozu komeyiniz olsun... recourse
23 fevral 2016 19:00
Offline
aliyeva aynur
Polise wikayet et ve bu eclaf.barede istediyin.oglana daniw.eyer heqiqeten.dediyin kimi aranizda sevgiden cox hormet ve.dostluq.varsa oglan seni bawa.duwecey.emin edirem seni baci!

Cunki.men de heyatimda cox pis sehv etmiwdim
ama niwanlima daniwdim.hele teze taniw.olmuwduq niwanlimla.ona herweyi danwdim.duzdu cox eseblewdi.ama ona haqq verirem.ama meni atmadi.bagiwladi.hetta ele.bagiwladi ki indiye qeder.hec o temani acmir.mene o sehvimi.unutdurdu.indi artiq niwanliyiq WUKUR ALLAHima.yeni baci herweyi onla paylaw,boluw.INWALLAH yaxwi olar tezlikle.AMIN!
19 fevral 2015 21:37
Offline
איסון ממדוב.
Oncun men her zaman qeti suretde kimlee sekil cekdirib saxlayanlari qinayiram bilmirsen saba ne olacaq sekiller niye cekdirirsen?
27 oktyabr 2014 22:55
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
sebine ismayilova
Salam leyla xanım sıze bırwey dıyecem ınanmayacagsız. Men telebelıyımde bele bır eclafla rastlawdım gıüuman edırdım edırdımkı onu sevırem ama sevgı deyılmıw.ındıgor men onu bawımdan nece redd etdım.demelı menım de ondawekıllerım smslerım vardı menı onla hedeleyırdı men onnan ayrılmaq ıstedıyımde hemınvaxtlar o qeder agladım hetta ozumunoldurmek ısteyırdım.yaxwıkı etrafımda mene dayaq olan ınsanlar vardı,onların sayesınde men o eclafa qalıb geldım.demelı bu oglana dedım ayrılaq razılawmadı dedım sevmırem senu redd ol heyatımdan,anam atamında xeberı yox ıdı bunnan.mende telebe ıdım deye atam anamdan uzaq qalırdım bırdefe evde oturmuwdum mamam zng eledı kı gel saba eve menımde hecneden xeberım yoxdu,gedım eve gordum ama deyırkı bele bır oglan elcı gelmıwdı sene,bızım aıledede bele wey qetı olmazdıda qız nedı oglanla danıwmaq nedı.men agladım ah nale cekdım kı mama bagıwla sehv etmıwe. Yaxwıkı anam arxamda dayandı mene dedıkı eger mennen gızlın bırwey etmeyeceksense komey edecem oglanı heyatından cıxaracam. Mene atamın qohumndan elcı geldıler atam verdı menı nıwanım olacaqdı,bırde gordumhemın oglan nıwanlıma zeng edıb harweyı danıwıb ona, yaxwıkı nwanlım menı bawa duwdukı uwaqlım sehvım olub,menı anladı,bele bır vezıyyetı anama danıwdımkı bes mama oglan zeng edıb nıwanlıma herweyı danıwıb falan fılan,bunu papamda ewtdı zeng etdık polıse bes bele bır oglan var qızımı narahat edır polıslerde evlerıne getdı tohmet vuruldu oglana kı bırde o qızı narahat etsen tutulacaqsan.ındı evlıyem cox sukur bır qızımda var cox xowbextem.Allahıma mın wukur yenı demek ıstedıyım qorxma atan ananan danıw herweyı onlar hell edecekler.sadece qorxu bızı bugune salıb.sebrlı ol yalnız Allaha dua et o senı xoüılas edecek,Namaz qız zekat ver.Allah komey olsun canım
27 may 2014 12:39
Offline
ZEHRAM
Valideynlerine de mence .onlar duzgun olani ederler.Allah komeyin olsun
10 aprel 2014 17:04
Offline
Aysel
ALLAH komeyiniz olsun. Bele biri aile qurmaga deymez, mecburiyyetle qurulan ailelerin sonu melumdu, ancaq yene de ozunuz daha yaxsisini bilersiniz cunki isin icinde olan sizsiniz, INSALLAH duzgun qerari verersiniz
7 aprel 2014 21:31
Offline
AFƏR
Ne yazacagimi bilmedim,mence anana danis baci,bele eclafla aile qurmaqda menasizdi,onsuzda ailede qursan sene indi nece davranirsa onda bir azda pis davranacaq,yol yaxinken don baci ailene danis mence,allah komeyin olsun.
2 aprel 2014 11:36
Offline
toma676
sebine haciyeva,
meslehet vermey asandire ay baci sen bele ederdinmi?

PƏRVANƏ ƏLİYEVA......,
hec heyecanlanma baci ele bu zemanede olur bele isler. allah qizimiza komey olsun.

Happiness-lady,
mence seninde problemlerin buna benzeyir ola bilermi,
1 aprel 2014 23:40
Offline
♥Gülay♥
ALLAH KOMEYİNİZ OLSUN. AMA ONA BAŞ ƏYMƏYİN
1 aprel 2014 13:47
Offline
sebine haciyeva
Yaxsi iki qolu quvveli oglan tapirsan birinci onu tutub yaxsi ezisdirirler sonrada dilinden kagiz yazdirirsanki men bu qizi shantaj edirem/ bunun basina ne gelse bundan sonra menem gunahkar. onu da saxlayirsan lazim gelende verirsen polise. ozunde saxlama ama yaxin refiqene ver basina nese gelse polise catdirsin. ozunde sevdiyin oglanla onun gozunun qaba];nda gezirsen
28 mart 2014 15:16
Offline
ღМоя большой любовьღ(Ailəli)
ALLAH komeyiniz olsun,basqa hecne deye bilmerem,ne sizi qinaya bilerem ne de qarwi terefi
22 mart 2014 18:16
Offline
---------------
Men ozumu senin yerine qoya bilmirem cunki senin yerinde olsam indi daniwdigimla hec vaxt daniwmazdim hetda onun wantajlarinada boyun eyme sen onunla cesaretli daniw sen ona de, ki get ne eliyirsen ele get elinden geleni bew qaba cek Cunki o zaman siz cavan olubsuz sevib sevilmek isteyib o ecilafin telesine duwubsuz vessalam Eyer sen bunu o cox sevdiyin oglanina daniwsan uwaqliq etdiyini men inairamki sevdiyin seni bagiwlayar O birisi ecilafdan da qeti qorxma soy agzina geleni de vessalam nomrenide deyiw Seni narahat etmesin Yox eger bu sevdiyin seni qebul etmese ozman uzulme heyatini yawa seni sevib qebul edib anlayan biri cixar biri yaxwi qiz axtaranda qonwuda qohumda adini cekerler qorxma evde qalmazsan Heyatini o ecilafa qurban verme cunki evlensezde o senin bawina her oyunu acar, acacaq Bunlara emel et bacim yazmiwam yaxwi yaxwi oxu unutma empathy Birce cesaretli ol!!!
22 mart 2014 00:58
Offline
sevinc sever
Oxudum cox uzuldum.Bele baxanda senin 15 yawin olub sen sevdiyin oglana bunlari deseydin belkede seni anlayardi.Esl seven insan qarwisindaki insani anlamaga caliwir.Mencede demelisen.O bawa duwecek ki,sen o zaman uwaq olmusan.baci qurban o insana ayriliq sebebini de cunki senin xowbextlyinden soz gedir burda.Gec olmamiw gotur qoy et bir wirin dille anlat sevdiyine.Hec kim de seni qinaya bilmez.Zehmet olmasa menim profilime daxil ol men sene yardim edecem.Eger heqiqeten isteyirsense.menim elimde o imkan var.
21 mart 2014 10:46
Offline
ruhiyye sofayeva
Salam baci.burda hecbirimizin seni qinamaga haqqi yoxdu.sen 15 yasinda usaq olmusan hele cox seyi derk etmiyibsen.qadinlar varki aileli olur usaqlarini atib gedir ammam ona deyirlerki sevir.sen sehvini basadusubsen lap yaxsi.ama bunnan sonra gerekki daha diqqetli olasan.Allah elemesin sonra daha cox pesman olarsan.sene bir meslehet verecem caliski edesen.nifret elediyin insannan ayril.sekildi,smsdi tehdid edir qoy elesin.denenki atama deyecem,polisegedecem.seninle bedbext olmaqdansa atamin evine rahat olmagim daha yaxsidi.bacim lap o oglanla danisdigin belli olsada zamanla hersey unudulacaq.hele ne yasin varki.heyatini deyis.nomreni yenilehebir refiqene,tanislarina verme.calicki bir universitete qebul olasan.cox demirem 1 ilden sonra bu gunlerini yada salib qorxdugun gunlere heyfin gelecek.ailene sigin eybi yox seni danlaslarda hecvaxt seni bedbext etmezler,sahibsiz qoymazlar.Insaalah laim olan vaxtda oz qismetinde qarsina cixacaq.Allaha dua et...
17 mart 2014 21:58
Offline
Ulka Gulaliyeva
Sen oz heyatini cox dolawdirmisane oz ellerinle, sennen 3 yaw balacaym sene meslehet vermek mene duwmez, ama sadece fikrlerimi yaziram. birncisi sen 15 yawindayken gerek hec oglanla daniwmayaydin ozude sevmediyini anlayanda ele ayrilmaliydin 3 il az muddet deyil... sora 19 yawinda bawqasiyla sevgili olmusan bunada anan icaze verib, eger o evvelki sevgilin olan oglan seni bele hedeliyrdise sen gerek bu sevdiyin oglana herweyi daniwardin.bawdan...sen cox sehv elemisen o oglannan ayrilib yene bu oglana donmusen. hedeleyir hedelesinde weklin olanda nosunki ne varki burda. cox uwagca daniwrsane anlamiram....
17 mart 2014 18:12
Offline
sevinc qurbatova
Salam bacim. Sen onun qulu deyilsen.biz hamimiz Allahin quluyuq.sen ona de ki qoy ne isteyir etsin sen de onun dedikleri ile oturub durma nomreni de deyis butun eleqelerini kes de ki telefonunu elinden aliblar.bu senin heyatindir onun deyil oz heyatini yasa.
17 mart 2014 12:37
Offline
Qəribə
Oxudum çox pis oldum, Allah köməyiniz olsun girl_ang
17 mart 2014 02:56
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
aska
Ananizla mutleq her seyi danisib -o adamdamdan ayrilmalisiz-Ananiz onun anasiyla danisin-santaj ne vaxta kimi davam ede biler-ne olacaqsa olsun sende heyatini duzgun sekilde davam et.Ozunde oglanin anasiyla elaqe saxla onun sene etdiklerini basa sal-inanmiram ki hansisa ana ogluda olsa bele biabirciliga goz yumar.Sene ugurlar! give_ros
16 mart 2014 16:50
Offline
♥NiLuFeR♥
Allah köməyiniz olsun...
15 mart 2014 21:22
Offline
Şəri Babayeva
Mənə maraqlıdı o şəkillərdə elə nə varki siz belə qorxursuz???Oğlan diyəsən xəstədi,əsəbləşdime.Ananıza danışın,gizlətməyin.
15 mart 2014 19:07
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )