Bakıda hava
USD AZN
EUR AZN
08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41216

Süleyman Rüstəm

Süleyman Rüstəm

Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. O, Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindən biridir. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. O, XX ərs Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub. Süleyman Rüstəm öz yaradıcılığında Azərbaycanın bütün dilbər qüşələrini vəsf edib, vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edib. Yaradıcılığında Sovet dövrünün tələbinə uyğun rejimi təbliğ edən şerlərə də yer ayırdığı üçün bu günün baxışı ilə şair tənqidlərə məruz qalsa da onun yaradıclığını bir heç saymaq olmaz. Tənqidçi Bəkir Nəbiyev Süleyman Rüstəmi Azərbaycan poeziyasının müxtəsər, poetik ensiklopediyası adlandırırdı.

Süleyman Rüstəm 1906-cı il 12 mart tarixində Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, yaradıclığınında da fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi öz poeziyasında işıqlandırıb.

Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil alıb. "Gəng işçi" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinin müdiri kimi fəaliyyətə baslayıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərq fakultəsinə daxil olur və 1929-cu ildə Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülür.

 "Unudulmuş gənc" adlı ilk mətbu şeiri "Maarif və ədəbiyyat" jurnalında çap edilir və bundan sonra onun şeirləri dövrü mətbuatda yer alır. XX əsrin 20-ci illərində öz şeir, məqalə və çıxışları ilə Süleyman Rüstəm yeni həyatı tərənnüm etdirdi. Onun ilk çapdan çıxmış "Ələmdən nəşəyə" adlı şeirlər kitabı bütün yaradıcılığının əsas kompozisiyasını təşkil edir.

Uşaqlıq illəri Novxanı bağlarında, dəniz sahillərində keçdiyindən o, Xəzərə başqa bir məhəbbət bəsləyirdi. Azərbaycan şairləri içində Xəzərə ən çox şeir qoşan şair də məhz Süleyman Rüstəmdir. "Xəzərdə", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərin səhəri", "Xəzər və durnalar", "Xəzərim olsun", və s. şerlərində o bu mavi gözəli xəyallar qanadında tərənnüm etməkdən doymurdu.

Məndən soruşursunuz:

De görək səhər-səhər

Nəyə bənzəyir Xəzər?

-Xəzər göyə bənzəyir, göy Xəzərə bənzəyir

Xəzər qızıl həşyəli göy məxmərə bənzəyir.

Hər qarışı üzümlü, əncirli qum təpələr,

Sahilin qulağına pıçıldaya ləpələr

Çiçəklər, otlar üstə iməkləyən körpələr

Hələ bəstələnməmiş nəğmələrə bənzəyir.

İkiknci Dünya müharibəsi şairin yaradıcılığına çox böyük təsir etmişdir, onun vətənpərvərlik mövzusunda yazdığı əsərləri bu dövrə təsadüf edir. Bir-birindən maraqlı və dillər əzbəri olan "Ana və poçtalyon", "Ana ürəyi", "Gün o gün olsun ki", "Durnalar" bu dövrdə çapdan çıxmışdır. Onun şerləri bu günümüzdə də aktualdır. 

Süleyman Rüstəm

Süleyman Rüstəm Cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirmiş oldu. O, Cənubi Azərbaycanda olmuş, orada yaşayan soydaşlarımızın ağır həyat tərzini görmüş və könlündən keçənləri kağızlara köçürmüşdür. "Təbrizim" adlı şeiri şairin bu səpkili şerlərindən ən təsiredicisidir. Bundan başqa, "Könlümə Təbriz düşdü", "İşıq", "Yenə Araz qırağında", "Yaralarım", "Görsəm" kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışırdı.

 Süleyman Rüstəm nəğməkar şair kimi də tanınırdı. Gülağa Məmmədovun ifasında sevilən "Qurban adına", Nəzakət Teymurovanın "İlk məhəbbətim", "Külək", Məmmədbağır Bağırzadənin "Qubalı qız", Fidan və Xuraman Qasımovaların "Gözəl Bakı", Zeynab Xanlarovanın ifasında "Sənsən yoxsa mən" musiqiləri hər dəfə sevə-sevə dinlənir.

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayıb. Daha sonra "Qaçaq Nəbi" məzmun dramı, "Durna" komediyası Süleyman Rüstəm dramaturgiyasının inciləridir.

Süleyman Rüstəm bəzi məsul vəzifələrdə də işləmişdir. 1934-cü ildə AYB-nin üzvü, 1943-cü ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi, 1960-cı ildə Azərbaycanın Xalq Şairi, 1960-cı ildə SSRİ dövlət Mükafatı Laureatı,1976-cı ildə Sosial Əməyi Qəhrəmanı,"Ədəbiyyat" qəzetinin baş redaktoru, M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru, "Azərbaycan", "Kirpi" jurnallarının və "Sovetski pisatel" nəşriyyatının redaksiya heyyətinin üzvü, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsini üzvü, Azərbaycan Ali Sovetinə deputat, ölümünə yaxın - 1971-ci ildə SSRİ Ali Sovetinin sədri vəzifəsində çalışmışdır. Xidmətlərinə görə iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, üç dəfə Lenin Komitəsinin Fəxri Fərmanı, bir sıra medalları ilə təltif olunmuşdur.

 

Səslərin sayı: 8
16
55957
loading...
Şərhlər
Offline
Aysel İ.
-Xəzər göyə bənzəyir, göy Xəzərə bənzəyir

Xəzər qızıl həşyəli göy məxmərə bənzəyir.

Hər qarışı üzümlü, əncirli qum təpələr,

Sahilin qulağına pıçıldaya ləpələr

Çiçəklər, otlar üstə iməkləyən körpələr

Hələ bəstələnməmiş nəğmələrə bənzəyir.
3 fevral 2015 08:14
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
en cox sevdiyim yazarlardan biri olub, onuda deyim ki men azerbaycanin ele bir yazicisi ve sairi olmayib ki onu oxumayim

Halaldı sizə.
10 yanvar 2015 14:08
Offline
toma676
en cox sevdiyim yazarlardan biri olub, onuda deyim ki men azerbaycanin ele bir yazicisi ve sairi olmayib ki onu oxumayim
31 mart 2014 01:09
Offline
Ulker.Agamali
ღМøя бøльшая любøвьღ,
Tanitdirma ve xatirlatmaq borcumuzdur,seve-seve edirek bu ishi
19 mart 2014 13:28
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
ღМоя большой любовьღ(Ailəli)
Azerbaycanimizin gozel sairlerinde biri Suleyman Rustem,tesekkurler xebere gore
15 mart 2014 22:49
Offline
Ulker.Agamali
R.G.AL-SU,
Duz deyirsiz men de serh yazanda ele o seri yazmaq istiedim smile
14 mart 2014 10:20
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
GülnaR
ANA VƏ POÇTALYONU elə əzbərləmişdimki,aradan 1o il keçib hələ də əzbər bilirəm,dahi şair idi
14 mart 2014 10:07
Offline
Ulker.Agamali
Her birinize sehleriniz ucun cox sag olun
12 mart 2014 23:13
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Aysel İ.
Təbrizimin bitməyib, heyhat, qanlı günləri,
Sonsuz ahlı, fəryadlı, həyəcanlı günləri.
Bir zaman Yer üzündə çox yaxşı bilir ellər,
Şöhrətdi tarixlərə ulu, şanlı günləri.

Bu gün də əvvəlkitək nəğmələrdə səslənir
Bağırxanlı günləri, Səttarxanlı günləri.
Göz ağrıyır görəndə şairlər vətənində
Bu qəssablı günləri, bu qurbanlı günləri.

Əfsus, başda oturan əqrəb yuvalı başlar
Azadlıq adlandırır bu zindanlı günləri.
Yox, belə getməyəcək xalq ömründən siləcək.
Bu dəhşətli günləri, bu tufanlı günləri.

Yaz, Süleyman, durma, yaz, qoy var olsun Təbrizin
Şəhriyarlı günləri, Süleymanlı günləri.

Çox sevdiyim şairlərdən biridir.
Günəşli yollarda
Xəzərimin səhəri
Ürəyimin gözüylə
Mənim günəşim
Cənub həsrəti
Ürək döyüntüləri (şeirlər)
Təbrizim (şeirlər və poemalar)
Azərbaycana gəlsin (şeirlər)
Gecənin romantikası
Ana ürəyi
Ana və poçtalyon
Gün o gün olsun ki...
İki sahil
Sülh nəğmələri
Lirik şeirlər
Bu kitablarını oxumuşam. Təşəkkür edirəm Ülkər.
12 mart 2014 20:22
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Qəribə
..Allah rehmet elesin.Xeber ucun teshakkur edirəm.
12 mart 2014 12:05
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Gulum
Tewekkurler Ulkercan give_ros herden bizim dovrun de wairlerin yada salirsan sanki gencliyimizi qaytarirsan
12 mart 2014 11:53
Offline
Ruhəngiz
Süleyman Rüstəm sevimli şairlərimizdən biridir.Qohumumuz olub.Bir dəfə orta məktəbdə oxuyanda S.Rüstəmin "Ana və poçtalyon"şeirini keçirdik.Gəlib nənəmə dedim mənə dedi ki bax o şeiri yaxşı əzbərlə,gör kimin şeiridir smile
Ülkər bacım bu gözəl şairimizi bizlərə xatırlatdığın üçün sənə təşəkkür edirəm.
12 mart 2014 11:07
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Gozel shair olub.Yaxshi sheirleri var..Allah rehmet elesin.Xeber ucun teshakkurler give_ros
12 mart 2014 11:06
Offline
Elif♡
"Oxuma tar, oxuma tar, seni sevmir proletar"-deyen sairimiz. Amma yaxsi seirleri var. tesekkurler
12 mart 2014 10:27
imza: Her insan ölecek yaşdadır.....
Offline
Aysun Memmedova
Gozel sair olub.Xeber ucun tesekkur
12 mart 2014 09:11
Offline
AYKA
Suleyman Rustem gozel sair olub
12 mart 2014 07:59
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )