Bakıda hava 13°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Əxlaqi degenerasiya

Əxlaqi degenerasiya

Bu yazımla dövrümüzdə baş alıb gedən əxlaqi degenerasiya, onun səbəbləri və bu bəladan xilas olmaq üçün düşündüyüm subyektiv çıxış yollarını sizlərə təqdim etmək istəyirəm.

Son dövrlər əxlaqi degenerasiya ən yüksək həddə çatıb. Səbəb nədir? İnsanların özlərini tam müstəqil və məsuliyyətsiz hesab etmələri... Artıq  iş o yerə gəlib çatmışdır ki, insanlar əxlaqsızlığı müasirlik, müstəqillik kimi qələmə verirlər. Bir neçə on il bundan əvvəl insanların ağızlarına belə almağa çəkindikləri şeylər təəssüflər olsun ki, artıq normal qəbul edilir. Edilən əxlaqsızlıqlar cəmiyyətin hər təbəqəsinə, xüsusilə də saf gənclərə müasirlik və mədəniyyət kimi təlqin olunur. Kişilərin özlərini qadın kimi aparmaları, qadın üslubu ilə geyinmələri və qadın kimi danışmaları bu təlqinin nəticəsidir. Ya da evlilikdən kənar qeyri-qanuni münasibət, narkotik maddə istifadə etmək məşhurlar tərəfindən “dəbə” mindirilmişdir. Savadsız insanlar da bu şəxsləri özlərinə örnək götürüb onların danışıq və geyim tərzindən tutmuş həyat fəlsəfələrinə qədər hər şeylərini təqlid edirlər. Cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq örnəklərini daha ətraflı şəkildə təhlil edərək  onların səbəblərini və hansı üsullarla qarşısının alınacağını təqdim etmək istəyirəm.

Əxlaqi degenerasiya

Birinci bəla: Narkomaniya

Bugün narkobiznes virus kimi bütün dünyada sürətlə yayılır. Bəzi insanların və ya qrupların sırf pul qazanmaq istəyi insanları məhz narkomaniya bataqlığına sürükləyir. Lakin təkcə səbəbkarları qınamaq doğru deyil. Çünki hər kəsə Allah istifadə etmək üçün ağıl və şüur vermişdir. Bir insan narkotik maddənin zərərlərini bilə-bilə qəbul edirsə deməli, bu onun iradəsizliyinin və şüursuzluğunun nəticəsidir. Hər kəs bilir ki, narkotik maddə insanın səhhətinə çox zərər vurur. Eynilə zəhər kimidir. Beyin və sinir sistemini sıradan çıxarır. Dəlilik,  tez qocalma, şüur və hafizəni itirmə,  yuxusuzluq və qarabasma narkotik istifadəçilərini rahat buraxmır. Narkotik maddə istifadə edən insanın sosial həyatı da məhv olur. İşləyib pul qazanması, ehtiyaclarını təmin etməsi get-gedə çətinləşir. Bir tərəfdən də, narkotik maddə almaq üçün pul tapmalıdır. Buna görə də narkomanların əksəriyyəti oğurluq, fırıldaqçılıq, cinayət törətməklə, qanuna zidd üsullarla pul tapmağa çalışırlar. Bugün narkobiznesi və istifadə şəklini aradan qaldırmaq üçün istifadə edilən üsullar heç də həll yolu gətirmir. Narkomanları məcburi xəstəxanalara yerləşdirirlər, müalicə etməyə çalışırlar. Yaxud da həbs edirlər. Bir müddət sonra şəxs xəstəxana və ya həbsdən çıxanda yenə köhnə vərdişinə “qaldığı yerdən” davam edir. Narkotik istifadəçisini düşdüyü bataqlıqdan xilas etməyin tək yolu ona iradə qazandırmaqdır. Bir insana sarsılmaz iradə verən şey səbir, təmkin və sevgi ilə ona verilən dəstəkdir.

Əxlaqi degenerasiya

İkinci bəla: Fahişəlik

Dünyada fahişəliyin yaşı əvvəlki illərlə müqayisədə çox gəncdir. Dünyanın bir çox ölkəsində uşaq dediyimiz yaşdakı oğlan və qızlar pul müqabilində, hətta bəzən öz ailələri tərəfindən satılırlar. Fahişəliyin nəticəsində yaranan maddi və mənəvi zərərlər ictimai quruluşa çox təsir edir. Evlilikdən kənar doğulan uşaqlar və hələ erkən yaşda, özü də evli olmadığı halda övlad sahibi olan anaların həyat tərzinin nə qədər yanlış olduğu göz qabağındadır. Belə bir sistemdə yetişən uşaqların da aqibəti bəllidir. Əxlaqi degenerasiyanın son həddində yaşandığı başqa mövzu da homoseksuallıqdır. Əvvəllər anormallıq kimi qəbul edilən bu bəla indi sürətlə bütün dünyaya yayılır. Artıq bəzi ölkələrdə homoseksuallar evlənə bilirlər, “icarəyə götürülmüş” analar vasitəsilə övlad sahibi olurlar. “İnsan cinsi şəxsiyyətini təyin etməkdə azaddır” kimi ifadələrlə “müasirliklərini” sübut edirlər. Amma diqqət edilsə, homoseksualların və fahişələrin digər əxlaqi yönləri də zəifdir. Aqressiv, söyüşcül, söz başa düşməyən, evləri və bədənləri kir içində, yoluxucu xəstəliyini digər insanlara bilə-bilə keçirəcək qədər kindar və nifrət dolu, heç bir mövzuda sərhəd tanımayan, ar-namusunu tamamilə itirmiş insanlara çevrilirlər. Anormal psixoloji vəziyyətləri ucbatından intihara və cinayətə də çirkin cəsarət nümayiş edə bilirlər. Bu insanların cəmiyyətə heç bir xeyirləri yoxdur. Sadəcə hüzursuzluq, gərginlik, xəstəlik və əxlaqsızlıq gətirirlər. Sosial qurumların bu vəziyyətə olan münasibəti isə həqiqətən də düşündürücüdür...Gözəl tədbirlər hazırlana bilər, gənclərə bu mövzuların mənfi tərəflərini göstərən mühazirələr, layihələr təşkil edilə bilər. Televiziya kanallarında gözəl əxlaqa təşviq edən proqramlar təqdim oluna bilər. Davamlı bu mövzular gündəmə gətirilsə, daha müsbət nəticələr əldə etmək olar.

Əxlaqi degenerasiya

Daha bir təhlükə: Qumar

Bir çoxları üçün əyləncə sektorudur. Sırf zövq almaq üçün bu pul sərfiyyatı bir çox möhtac insanın rahatlığa qovuşmasına səbəb ola bilər. Halbuki, qumarın insanlara nə qədər böyük zərər verdiyini hər gün qəzet və televiziya kanallarında görmək olur. Qumar borcunu ödəyə bilmədiyi üçün intihar edən, hər şeyini itirdiyi üçün ailəsi dağılan, illərlə çalışıb qazandığı pulunu  bir neçə saata itirərək sarsıntı keçirən, buna görə gözünü qırpmadan cinayət törədə bilən insanların xəbərləri hər gün qarşımıza çıxır.

Məsuliyyətsiz buraxılacağına, kiməsə hesab verməyəcəyinə arxayın olan insanlarda sərhəd tanımayan, həddi aşmada və əxlaqsızlıqda bir təhlükə görməyən, nəfsinin və çirkin ehtiraslarının hər əmr etdiyini edən, iradəsini istifadə etmək üçün heç bir səbəb görməyən, etdiyi hər hərəkətə “Mən də insanam, özümü çərçivəyə salaraq bədbəxt ola bilmərəm” məntiqi ilə haqq qazandıran bir anlayış formalaşır. Vicdanlı şəxslərə düşən məsuliyyət bu əxlaqsızlıqlara qarşı mübarizə aparması, insanları bu pisliklərdən təmizləmək üçün cəhd etməsidir. Yoxsa “mənə nə” məntiqi ilə  yanaşmaq olmaz. Narkotik maddə qəbul edən ibtidai sinif şagirdi, cinsi azğınlığın “dəb olduğunu” söyləyən yeniyetmə, “Mən sərbəst yaşamaq istəyirəm” deyərək fahişəlik, “Həyatıma rəng qatmaq istəyirəm” deyərək qumar oynayan, utanma və həya duyğularını itirən gənc bizim də övladımız ola bilər. Heç kim bundan sığortalanmayıb. Ona görə də nə qədər ki, gec deyil, cəhd etmək lazımdır. Öz əxlaqımızı tərbiyələndirdiyimiz kimi, ətrafımızdakı insanların da əxlaqını düzəltməyə çalışaq. Gözəl əxlaqa təşviq edək insanları. Səbri, təvəkkülü, iradə və əzmkarlıq göstərməyin vacibliyini öyrədək. Müvəqqəti həvəslərimizə görə bir gün hesab verəcəyimiz məsuliyyətini aşılayaq. Onda dünyamız yaşamaq üçün daha rahat və gözəl yerə çevrilər. Ünsiyyətindən, varlığından zövq alacağımız insanların da sayı artar.

Səslərin sayı: 1
20
3579
loading...
Şərhlər
Offline
Elvina Sayar
ALLAHIM SEN BİZİ QORU.UNUTMA BİZİ ALLAHIM.
12 aprel 2014 17:38
Offline
toma676
Allah qorusun evladlarimizi bu belalardan
27 mart 2014 20:24
Offline
Farida_Asadova
Nuridə xanım düşündürücü mövzuda olan məqaləniz üşün təşəkkür edirəm. Bu saytda belə xəbərlər görmək nə xoşdu.Nə demisinizsə düz demisiz
27 mart 2014 15:10
Offline
AFET
Bu belalar gunu -gunu artir.Maraqli movzu ucun cox sagolun
12 mart 2014 19:40
Offline
Qəribə
Allah qorusun her kesi bu beladan.
11 mart 2014 10:10
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Narin...
Allah qorusun bütün gəncləri bu bəlalardan recourse Çox sağ olun xəbər üçün təşəkkürlərgive_ros
9 mart 2014 14:00
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ruhəngiz
Nuridə xanım çox gözəl mövzudur.Bu bəlalar hər dövrdə olub,düzələcəyinə də inanmıram.ALLAH özü rəhm eləsin,gənclərimizi şeytanın şərindən,vəsvəsəsindən qorusun Amin inşaAllah
8 mart 2014 19:42
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Seninle Bir Omur
Bütün dünya bu pisliklərlə mübarizə aparır məncə bunların qarşısı alınacaq kimi də görünmür
8 mart 2014 13:06
Offline
Ulker.Agamali
Heqiqi dehsetli belalardir amma hec duzelene de oxsamir,cunki ne qeder deyilmesine baxmayaraq ele de boyuk tebligatlar aparilmir
8 mart 2014 12:50
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Gulum
Bu gunku gunde demek olar ki ele bir olke yoxdur ki bu pisliklerle mubarize aparmasin
8 mart 2014 12:33
Offline
Nigar
Cox sag olun,Nuride xanim,aktual movzuya toxunmusuz.Ictimai belelardir bunlar.Bu cirkin yollara adeten exlaqsiz ailenin ovladlari daha tez duwurler,mence.Ailede tehsilli,tedbirli,terbiyeli valideynler varsa,ovladin pis yollara duwmeyi bir az mumkunsuzdur.Ola biler ki,ovlada kenarda,colde pis dostlarinin tesiri kecsin mueyyen qeder.Amma yene de exlaqli,agilli valideyn ovladini vaxtinda bu tesirden cekindire biler.Yeni ki,normal ailede dogulan,terbiye alan uwaq,yeniyetme her halda aile terbiyesinden,dunyagoruwunden cixiw ederek ozune durust yol secmek iqtidarindadir,saniram
8 mart 2014 11:30
Offline
Happiness-lady
ALLAH BUTUN GENCLERI QORUSUN BU BELALARDAN REBBIM BIZLERE HARAMI ZORLASDIRSIN HALALI ISE ASANLASDIRSIN AMIIIIIIIIIIIN girl_ang
8 mart 2014 11:14
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Moon♥sun
Allah qorusun her kesi bu beladan.Allah bilir usaqlari cox sevirem ama gelecekde bunlardan yaxinlarımı, uşaqlarımı necə qoruyacagimi fikirləsirəm indidən
8 mart 2014 09:25
Offline
mira-kerim
Dövrün bəlalari deyerdim mən bunlara.. Alllah bizləri pis əməllərdən uzaq tutsun.. girl_ang
8 mart 2014 09:00
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Gülbəniz
Hamisi nezaretsizlikdendir ve valideynlerin taxsiri ucbatindan bas verir bunlar.Usaga korpe vaxtindan Allahin boyukluyunu her seye qadir olmasini asilamaq ve Allah sevgisini usaqlara korpe iken bildirmek ve usaqlari dine imana yoneltmek lazimdirki sonrasindada bele aci netice olmasin.Allah balalarimizi qorusun bu belalardan amin insAllah

Tesekkur gozel yaziya gore
8 mart 2014 08:37
Offline
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑
Cox vacib bir movzuya toxunmusuz.heqiqeten valideynleden cox shey asilidi amma gerek insan ozu de sey gostersin. icinde Allah qorxusu dashiyan insan bele yolllardan uzaq olar.Allah kimsenin aglini bashindan almasin hec kimin bashina bele acilar getirmesin.Amin.
8 mart 2014 07:14
Offline
Айшан
Allah butun genclerimizi pis verdiwlerden uzaq elesin.Cox maraqli xeber idi elleriniza sagliq.
8 mart 2014 06:20
Offline
איסון ממדוב.
Cox gercek amma urek aqridan yazidi biz goresen niye bele korlandiq axi?ve bu insanlarin elinde bir bayraq varki zemane deyisib xeyr zemane deismeyibe biz deismisik zemane bize eyaq uydurmaqa calisir allah usaqlarimizi bu cur belalardan uzaq etsin insallah bu haqda ureyim doluduye valla gunlerle yazaram esasende narkotikin zererlerin qonsuluqumuzda bu cur bedbexler cox amma lap coxdu allah bizlerin aqlimizi elimizden almasin amin insallah.
Nuride xanim bu cur gozel xebercin cox saqolun.
8 mart 2014 05:30
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Rəmziyyə Verdiyeva
ALLAH BÜTÜN GƏNCLƏRİMİZİ,BALALARIMIZI PİS VƏRDİŞLƏRDƏN QORUSUN.AMİN
8 mart 2014 05:30
Offline
AYKA
GENCLERIN BU YOLA DUSMESINDE AILELERININDE GUNAHI BOYUKDU AZ YASLI QIZLARI OXUTMAQ EVEZINE ELINE TELEFON VERIRLER SORADA DEYIRLER PIS YOLA DUSDU KIMDIR GUNAHKAR OVLAD YOXSA AILE?
8 mart 2014 05:03
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )