Tərkibi:
Xəmiri üçün:
1 ədəd yumurta
100 qram"Best Cow" kərə yağı
1 çay qaşığı maya
Bir çimdik duz
5 stəkan un
Apardığı qədər süd
İçliyi üçün:
5 stəkan üyüdülmüş, qovrulmuş qoz və ya fındıq ləpəsi
4 stəkan şəkər tozu
Yarım çay qaşığı hil
Yarım çay qaşığı mixək
Üzəri üçün:
Yumurta
Fındıq, ya da qoz ləpəsi
Şərbəti üçün:
3 stəkan şəkər tozu
2 stəkan su
1 xörək qaşığı limon suyu
Yayılmış xəmirin arası üçün:
250-300 qram "Best Cow" kərə yağı
Hazırlanması:
Əvvəlcə ləpəni təmizləyib qovururuq, sonra istədiyimiz ölçüdə doğrayırıq, ya da qoz maşınından keçiririk. Sonra onu şəkər tozu və ədviyyatlarla qarışdırırıq.
Xəmirə lazım olanları qarışdırıb xəmir yoğururuq və mayalanmağa qoyuruq.
Sonra xəmiri 16 ədəd kündəyə ayırırıq.
Nazik lavaşlar yayırıq, çalışın ki, çox incə alınsın.
Bişirəcəyiniz listə ərinmiş yağdan fırça ilə çəkirik.
Sonra 3 ədəd lavaşın arasına yağ sürtərək üst-üstə qoyuruq, içliyi üçüncü qata səpirik və beləcə iç tökməyə davam edirik.
Həmin qayda ilə bütün lavaşları edirik, yalnız yerdə iki dənə kündə qalınca yenə iki lavaşı içliksiz üst-üstə qoyuruq, amma hər qatı da yağlayırıq.
Sonra eyni qayda ilə paxlava formasında doğrayırıq və üzərinə qoz ya da fındıq dənəsi düzürük.
180-200 dərəcədə bişməyə qoyuruq. Şərbətimizi paxlava bişənə yaxın qaynadırıq, bir dəfə qaynasa bəs edər, əks halda xarlana bilər. Paxlavamız tam qızarıb bişdikdən sonra sobadan çıxarıb yenidən doğrayırıq və isti-isti şərbəti də əlavə edib, sobaya yenidən qoyuruq və sobanı dərhal söndürürük, 5 dəqiqə saxlayıb paxlavanı sobadan çıxarırıq.
Dadı damağınızdan getməyəcək paxlavamız hazırdır.
Nuş olsun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qadın.Net-dən öyrəndiklərim
28 may Respublika günü
2019-un trendi: Rəngli papaq və şərflər
Restoranlarda qablardan koronavirusa yoluxmaq mümkündür? - AÇIQLAMA
Bakıda dünya çempionatı olacaq
“Instagram” öz messencerini sınaqdan keçirəcək
Ölüləri dirildir, insanları 500 il yaşadırlar...
Dekorasiyada mərmər dəbi
Şeron Stoundan yeni FOTOsessiya
Azərbaycan və Çexiya hərbçiləri təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparacaqlar
Keçmiş sevgilisinin anasından BEREN SAATA MESAJ
Pınar Altuğ İMİCİNİ DƏYİŞDİ-FOTO
Uğrunda can verdiyimiz müqəddəs bayrağımız
Azərbaycanın dövlət saytları çökdü
Lolipop keks ( foto resept)
Ermənilərin Türkiyə qorxusu
Manana ailəsindən danışdı - FOTO
Yun çırpdığı üçün dəlixanaya salınan azərbaycanlı
Qara Qısa Saç modelləri 2014-2015
“WhatsApp"da YENİLİK!
Qarın bölgəsindəki yağları əridən içki
Meryem Üzerli anasını belə təbrik etdi-FOTO
“Gün keçdi” filmi (1971) haqqında
Bakı sakinlərinə XƏBƏRDARLIQ: 18:00-dan sonra çalışın küçəyə çıxmayın
Bakıda 64 yaşlı qadın əkiz anası oldu-FOTO
Bayram süfrəsi arxasında sərxoş olmamaq üçün 5 MƏSLƏHƏT
Yaşıl çay necə içilməlidir?
Hillari Klinton: "Putin çox dikbaş adamdır"
Rusiya COVID-19 peyvəndini uşaqlar üzərində sınayacaq - RƏSMİ
Bu şəxslərin PENSİYA YAŞI ARTIRILDI
Qarabağ həllini tapacaq
17 yaşlı azərbaycanlının heyrətamiz uğuru – ABŞ-da 6 UNİVERSİTET!
Xoşbəxtliyin ayaq səsi
Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var
Azərbaycanlı şagirdlərin üz qarası
Külək nə vaxtadək davam edəcək?
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Rəngli mətbəx dekorasiyası
Məntiqsiz qorxu – fobiya
Carnival Row-un fraqmentləri yayımlandı - VİDEO
Rinanna Geyimi ilə seçildi - FOTO
Alkoqola görə 226 sayt bloklandı
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
İkinci bahar
Pizza dilimləri ilə böyüyən körpə
Nazirlikdən turistlərə xəbərdarlıq
Bayraq, himn və gerblə bağlı layihələr yenidən müzakirəyə çıxarılır
İdeal Ailənin "İnqridiyentləri"
Fərqli istedada malik gəncimizi siz də tanıyın! - VİDEO
Avtobusların normadan artıq sərnişin daşıması qadağan edildi - RƏSMİ
- ŞƏRHLƏR