Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Mələkxanım Eyyubova

Mələkxanım Eyyubova

Mələkxanım Eyyubova Bakıda anadan olmuşdur 1969-cu ildən 1979-cu ilə kimi Bakıdakı 155 saylı ota məktəbdə təhsil almışdır.
Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakultəsində təhsil almışdır.

1980-cı ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985- ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov adına Xalq Çalğı Aətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışmışdır.

Dünyanın bir çox ölkələrində ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İran, İraq, Hollandiya, Belçika, Moskva və bir çox başqa şəhərlərdə konsert proqramları ilə çıxış etmişdir.
Mələkxanım Eyyubova



1995 ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşdur.

10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət ə İncəsənət Universtetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışır. Respublikanın Əməkdar və Xalq Artisti adına layiq görülmüşdür.
Almaniya, Fransa və Türkiyədə muğam albomları buraxılmışdır.
Prezident və Heydər Əliyev Fondunun mükafatçısıdır.
Səslərin sayı: 12
0
8142
loading...
Şərhlər
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )