Bakıda hava 11°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

Milli Qəhrəman Namiq Allahverdiyev

Milli Qəhrəman Namiq Allahverdiyev

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.

Bu yüksəkliyə ucalan insanlar ölmürlər. Əksinə, ölümləri ilə əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üç rəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
Milli Qəhrəman Namiq Allahverdiyev
İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç zaman unudulmur. Həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirirdi: "Biz gəldi-gedərik, təki Vətən yaşasın!"
Milli Qəhrəman Namiq Allahverdiyev

Namiq Müslüm oğlu Allahverdiyev (1967-1992) Beyləqan rayonunda anadan olmuşdur. Şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1985-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Moskva ətrafında başa vurduqdan sonra ata yurdu Beyləqana qayıdıb.

1990-cı ildə Xalq Cəbhəsinin xətti ilə könüllü surətdə torpaqlarımızı yağılardan qorumaq üçün Qubadlı rayonunun Əmiquluuşağı kəndinin müdafiəsinə yollanıb. Döyüş yolu Laçın, Qubadlı rayonlarından və Xocavəndin Tuğ kəndindən keçib. 31 avqust 1991-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinə daxil olub.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində, Dağlıq Qarabağda, onun ətrafındakı Cəbrayıl, Füzuli, Goranboy, Ağdam, Xocalı, Qazax, Laçın və Tərtər rayonlarında azğın düşmənə qarşı qəhrəmanlıqla vuruşub. 
1992-ci il iyunun 2-də polis serjantı Namiq Allahverdiyevin vuruşduğu dəstə Tərtər rayonuna yola düşür. Az müddət içində Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci çaylı kəndləri düşmənlərdən azad edilir. Bu uğurlu qələbələr düşmənlərimizi daha da azğınlaşdırır. Düşmən Tərtərdə Cəmilli adlanan təpəyə hücuma hazırlaşırdı. Namiqgilin dəstəsi düşməni qabaqlamaq üçün iyulun 9-da, səhərin ala-toranında həmin zirvəyə yola düşür. Onlar zirvəyə qalxan zaman güclü partlayış baş verir. Namiqin qara gözlərinə qatı zülmət çökür. O, Vətən torpağı uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olur.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Namiq Allahverdiyev subay idi.
Səslərin sayı: 4
25
5121
loading...
Şərhlər
Offline
Aysel İ.
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üç rəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər. recourse
3 fevral 2015 08:18
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Rəmziyyə Verdiyeva
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN.MÜHARİBƏDƏ ÇOX GƏNCLƏRİMİZİ İTİRDİK
21 mart 2014 00:29
Offline
AFƏR
Allah butun shehidlerimize rehmet etsin,cox tesirli xeberdi,hazirlayana cox sag ol dushur.
12 mart 2014 13:12
Offline
siamək
Allah rəhmət eləsin yaşasın azərbaycan

یاشاسین اذزربایجان
1 mart 2014 00:14
Offline
HUSNA
Mekani cennet olun!
28 fevral 2014 23:08
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allah rehmet elasin..Mekani cennet olsun.
28 fevral 2014 18:12
Offline
Narin...
Allah rəhmət eləsin məkanı cənnət olsun Amin İnşAllah. Şəhidlər heç vaxt ölmür onlar bizlərin qəlbimizdə daim yaşayır.
28 fevral 2014 15:13
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
AYKA
Allah rehmet elesin
28 fevral 2014 12:03
Online
Xəyalə Murad
Allah ölənlərivizə rəhmət eləsin.Namiq mənim dayımdı və fəxr edirəm ki Vətən uğrunda şəhid olub!

Allah rəhmət etsin Nilüfər. Namiq təkcə sənin dayın olmaqla yanaşı,Azərbaycan xalqının daha bir qəhrəman igid oğludur. Və məhz bu xəbərinlə onu bizlərə tanıtdığın üçün sənə təşəkkür edirəm. Hər bir azərbaycanlı şəhidləri ziyarət etməli, onlara Allahdan Rəhmət diləməlidir. Şəhidlərimizin qanı bahasına indi Azərbaycan ayaq üstdədir. Vətən uğrunda ölmək ən böyük şərəfdir.
28 fevral 2014 08:36
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
kamile
Sehidler olmurler!unudulmurlar!mumkunse xeberinizi silsile hazirlayin,her defe bir qehreman haqda melumat verin buna her birimizin ehtiyacimiz var!Bu xeber ucun minnetdaram size.
27 fevral 2014 23:11
Offline
Xedice 033
Allah rəhmət etsin
27 fevral 2014 21:53
Offline
Happiness-lady
ALLAH CEMI SEHITLERIMIZE REHMET ELESIN girl_ang
27 fevral 2014 21:12
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Moon♥sun
Allah rehmet elesin, usaqliqda sehid olmaq isteyirdim, indi de istiyirem.bir muellimim demisdi ki sehid olanlarda agil yoxdu gedib olurler orda.ondan sonra o muellimime nifret etmisdim
27 fevral 2014 20:53
Offline
Ruhəngiz
ALLAH rəhmət eləsin.Məkanı Cənnət olsun.
27 fevral 2014 20:31
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Aysun Memmedova
Allah sehidlerimize rehmet etsin Amin
27 fevral 2014 18:41
Offline
Fatma xanım
Allah bütün şəhidlərimizə rəhmət eləsin
27 fevral 2014 18:15
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
aishvarya rai
Allah rehmet elesin.Yeri cennetlik olsun Insallah
27 fevral 2014 17:51
Offline
Gülbəniz
Allah rehmet elesin dayina
27 fevral 2014 17:27
Offline
איסון ממדוב.
NiCaT_NiLuFeR,
Canim allah dayini rehmet elesin bacim yeri cennet olsun insallah.Halal olsun Masqvada herbi xidmetin basa vurub konulludu vetinen de esger gedib bunu gerek papasinin puluna guvenib giznenen qirnaq arasini oqlanlarda oxusun.Belke bir qram ureylerine veten sevgisi daxil olar
27 fevral 2014 16:46
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Gulum
NiCaT_NiLuFeR teşəkkülər bu cür dəyərli yazıya gore Biz hər birimiz Namiq kimi igid veten ogulları ilə fexr edirik,
27 fevral 2014 15:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur aktyor 65 kq arıqladı-FOTO

    "Möhtəşəm yüz il" serialında Şeker ağa obrazını canlandıran aktyor Yüksel Ünalı görənlər tanımır.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Türkiyə mediası Bekir Saçar, Berk Suyabatmaz və Berrak Tüzünataç ilə bağlı qalmaqallı xəbər yayılayıb.
  • Piylənməyə səbəb olan 3 hal

    Piylənmədə genetik faktorların vacibdir. Normal çəkidə olan ana və atanın uşağında piylənmə riski 10%-dir. Artıq çəkili ana və atanın övladında bu risk 80%-dir.
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем добрый вечер. Боялась заказывать за за частичную оплату. Но все прекрасно. До Твери шла ровно 8 дней шведская стенка как и обещали. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо большое.
  • Nazir müavinindən Yeni illə bağlı - XƏBƏRDARLIQ

    Nazir müavinindən Yeni illə bağlı - XƏBƏRDARLIQ
  • Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO

    Qaskell əklili Təbiət Elmləri Muzeyinə aparıb. Orada bu canlının adi su ilanı ("Natrix natrix") olduğunu bildiriblər.
  • Evdə uşaqlarla oynaya biləcəyiniz 2 oyun

    Oyunçu sayı: 2 nəfər və ya daha çox
  • Məşhur cütlüyün evi satışa çıxarıldı - FOTO

    Qeyd edək ki, malikanə 1934-cü ildə inşa edilib. Onun ilk sakini isə "Oskar"lı aktyor Fredrik Març olub. Ulduz cütlük 2000-ci ildə evləndikdən sonra bu evə köçüb və 3 il burada yaşayıblar.
  • Amber yeni paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO

    yeni görüntüsünü sosial şəbəkədə paylaşıb.
  • Nazir müavinindən Yeni illə bağlı - XƏBƏRDARLIQ

    Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Yeni il bayramı ilə bağlı tapşırıq verib.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış