Mərd oğul gərəkdir Azərbaycana
Dağları yerindən oynada bilən
Namuslu, vicdanlı, bəxtəvər, ərən
Düşməni torpaqdan yox edən, silən
Vətən həsrətiylə alışa, yana-
Mərd oğul gərəkdir Azərbaycana.
Eşidin səsimi dostum, qardaşım
Duyun ah-naləmi, sirrim-sirdaşım.
Başsızlar içində məhv oldu başım
Qoymayın namərdi vicdanın dana-
Mərd oğul gərəkdir Azərbaycana.
Qoruyun torpağı, sevin torpağı
Qəlbin millət desin, dilin torpağı
Quran, Zəbur,Tövrat bilin torpağı
Düşmənlər yığıbdır milləti cana -
Mərd oğul gərəkdir Azərbaycana.
Babalardan vəsiyyətdi bizlərə
Vuruşmuşuq bircə dəfə, bir kərə.
Əsrlərcə tikan olduq gözlərə
Yıxın düşmənləri, salın talana,
Mərd oğul gərəkdir Azərbaycana.
Mən atəş olmadım, özümçün yanım,
Kişitək söz deyib namərdtək danım.
Qurbandı Vətənə bu şair canım
Məni ondan ötrü doğub ki ana -
Mərd oğul gərəkdir Azərbaycana.
7 may 2009
Vətən
Gəzdim bu dünyanı mən başdan yenə,
Gördüm ki, tay yoxdur heç yanda sənə,
Bildim ki, sənsənmiş tək məlhəm mənə,
Nə qədər gözəlsən, şirinsən, Vətən!
Səninlə qaynayır damarda qanım,
Sənsən mənim fəxrim, şöhrətim şanım.
Sənə qurban olsun bu şair canım
Nə qədər gözəlsən, şirinsən, Vətən!
Doyammıram çəmənindən, gülündən
Kür çayından, lal çeşməndən, gölündən.
Ceyranlar oynaşan yaşıl çölündən
Nə qədər gözəlsən, şirinsən, Vətən!
Bir nəğmədir küləyin də, yelin də
Bir saflıq var yağışında, selində.
Sanki, cənnət saxlamısan əlində
Nə qədər gözəlsən, şirinsən, Vətən!
Yolum düşüb, bax, yenə də qürbətə
Dözəmmirəm səndən ayrı həsrətə.
Özümü salmışam yaman əzyətə
Nə qədər gözəlsən, şirinsən, Vətən!
3 iyul 2009
Can borcum qalıb
Ey əcəl, canımı gəl alma belə
Mənim vətənimə can borcum qalıb.
Kiçik zaman verib bir insaf elə
Mənim vətənimə can borcum qalıb.
Qan töküb alıbsa o boyda yeri
Daha öz xoşuyla qaytarmaz geri.
Nə qədər mən sağam, nə qədər diri
Mənim vətənimə can borcum qalıb.
Yağılar bal çəkir dodaqlarına
Torpağı alıblar qucaqlarına.
Qaçqınsa həsrətdir ocaqlarına
Mənim vətənimə can borcum qalıb.
Babamdan almışdım yadigarımı
Ancaq qorumadım bəxtiyarımı.
Vətənlə itirdim ixtiyarımı
Mənim vətənimə can borcum qalıb.
Qarabağ "türk oğlu" deyə səslənir
"Ey Babək, Koroğlu" deyə səslənir.
O, "Mütaliboğlu" deyə səslənir
Mənim vətənimə can borcum qalıb.
30 iyun 2009
Elvin Mütaliboğlu.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıda bir neçə prospekt yenidən qurulacaq
Engin Altan “Diriliş Ərtoğrul”dan gedir
Yeni prezident ölüm hökmünü bərpa etmək istəyir
Prezident : "Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır"
Rusiya Türkiyəyə hücum etdi
Bella Hadid növbəti FOTOsu ilə diqqət çəkdi
Latviya buz festivalı
Monika Belluçidən yeni FOTOlar
Tarkandan bayram təbriki
Ətsiz kələm dolması (foto resept)
Uşaq otağı 2
Ən yaradıcı insanlar - REYTİNQ
2012-nin yaz-yay modası
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - SİYAHI
Ingilis dili-XXII-2 Dərs
Azərbaycanda koronavirusa yoluxanların sayı rekord həddə çatdı
Magdanın qəribə əl işləri
Sabahın HAVAsı
Bakı, Sumqayıt və Abşerona giriş dayandırıldı
Həftə sonunun HAVAsı
Rublun düşməsi Azərbaycanlı sahibkarları müflis edib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
2200-cü ildən gəlmiş zaman elçisindən ŞOK AÇIQLAMA
Nazirlikdən hava xəbərdarlığı
Qırmızı kələm salatı (foto-resept)
Günün qoroskopu: təəssüf doğura biləcək addımlar atmamaq üçün...
BDU-nun müasir tələbə şəhərciyi salınacaq
Çəhrayı ürək tortu(foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-30 Mart
Ən güclü şəbəkə yaradılacaq
Təhsil naziri: “Müəllimlərin maaşları artırılmalıdır”.
Dünyanın dahi məşqçisinin adını küçədə əbədiləşdirdilər
Düşmənin yüksək rütbəli zabiti məhv edildi - RƏSMİ
Onu unuda bilmirəm...
Rusiyadan təyyarə sərnişinlərinə yeni məhdudiyyət
Ömür yolu
Heyvanlar insanlara donor olacaqlar
Hər qadını maraqlandıran sual: ağrısız doğuş mümkündürmü?
"Qisas alınmayana qədər, 0:8-i unutmaq mümkün olmayacaq"
Təkamül nəzəriyyəsi əleyhinə ən axmaq 10 iddia
Makiyaji incəsənətə çevirən Luna
Rus qırıcıları türkmən ərazilərini bombaladı
Aşbaz 5 milyon avroya təyyarə alır
İlanla evləndi-FOTO
Mark Sukerberqdən riyaziyyatçılara 3 milyon dollar
Meyvələrdən portret çəkdi
İnternetdə viruslara kimlər inanmır ?
5 gözəllik trendi
Qadınlar, ah bu qadınlar...
- ŞƏRHLƏR