Peyğəmbərimizin (s.a.s) öz ümməti üzərində bir çox hüquqları vardır. Yəqin ki, bunları çoxlarınız bilirsiniz. Düşünürəm ki, yenə də xatırlamaq və bizlər üçün də Peyğəmbərimizin (s.a.s) haqlarını yerinə yetirmək lazımdır.
1. Onun peyğəmbərliyinə mütləq olaraq, qəti şəkildə iman gətirmək və onun şəriətinin bütün digər şəriətləri aradan qaldırmasına etiqad etmək. Buna görə də onun dediklərini təsdiq etmək, onun qadağan etdiyi şeylərdən çəkinmək və Allaha yalnız onun buyurduğu şəkildə ibadət etmək lazımdır. Uca Allah buyurur: “Elə isə Allaha, Onun Elçisinə və nazil etdiyimiz Nura (Qurana) iman gətirin!” (ət-Təğabun,8) Həmçinin buyurur: “Elə isə Allah və Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin ki, doğru yolu tapa biləsiniz" (əl-Əraf,158). O, həmçinin buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə ondan çəkinin. (əl-Həşr, 7).
2. Peyğəmbəri (s.a.s) (Allahdan başqa) hər şeydən, hamıdan, hətta özündən belə çox sevmək. Uca Allah buyurur: De: Əgər atalarınız, oğullarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan və Onun Rəsulundan və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri(əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz” (ət-Tövbə, 24).
3. Peyğəmbərə (s.a.s) ehtiram göstərmək və hörmətlə yanaşmaq. Bu da hər bir müsəlmanın üzərinə düşən, vacib buyurulan Peyğəmbərin(s.a.s) haqlarındandır. Uca Allah buyurur: “Biz belə etdik ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız” (əl-Fəth, 9). Həmçinin buyurur: “Ona iman gətirən, Onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır. (əl-Əraf,157) Həmçinin buyurur: “Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın” (ən-Nur, 63)
4. Peyğəmbərin (s.a.s) öz vəzifəsini yerinə yetirməsinə, əmanəti ümmətə çatdırmasına, habelə ümmətinə nəsihət etməsinə iman gətirmək. Elə bir xeyirli əməl yoxdur ki, O, ümmətinə onu göstərməsin. Həmçinin elə bir zərərli şey yoxdur ki, onu ümmətinə xəbər verib onlardan çəkindirməsin. Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” (əl-Maidə, 3) Əbu Dərdə (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allaha and olsun ki, sizlərə gecəsi gündüzdən fərqlənməyən ağappaq (aydın) bir yol qoyub gedirəm.”
5. Allahın buyurduğu kimi Peyğəmbərə (s.a.s) salavat və salam oxumaq, üstəlik bunu tez-tez təkrarlamaq gərəkdir. Uca Allah buyurur: “Həqiqətən də, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib onu kamil ədəb-ərkanla salamlayın” (əl-Əhzab, 56) Abdullah ibn Amr ibn As Peyğəmbərin(s.a.s) belə dediyini rəvayət etmişdir: “Hər kim mənə bir salavat oxuyarsa, Allah ona bunun sayəsində onunu yetirər”. Hz.Əli (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Paxıl o kimsədir ki, yanında mənim adım çəkildikdə mənə salavat gətirmir.”
6. Peyğəmbərimizin (s.a.s) hüquqlarından biri də, onun Əhli-Beytini, zövcələrini, səhabələrini sevmək və dost tutmaq. Müsəlman olan kəs onların haqqını tapdamamalı, onları söyməməli və onlara tənə vurmamalıdır. Uca Allah bu ümmətə səhabələri dost tutmağı, qəlblərində onlara qarşı kin-küdurətə yol verməməyi əmr etmişdir. Uca Allah mühacir və ənsarları qeyd etdikdən sonra belə buyurur: “Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də Sən Şəfqətlisən, Rəhmlisən” (əl-Həşr, 10) Peyğəmbərimizin Əhli-Beytini sevmək onun ən önəmli haqlarından biridir. Müslimin “Səhih” əsərində Zeyd ibn Ərqamdan rəvayət etmişdir ki, bir dəfə Rəsulullah(s.a.s) insanlara nəsihət edib demişdir: “Ey insanlar, bilin ki, mən də bir insanam, tezliklə Allahın elçisi gələcək və mən onun çağırışını qəbul edəcəyəm. Mən sizə iki dəyərli şey qoyub gedirəm, onlardan birincisi içərisində hidayət və nur olan Kitabdır. Allahın kitabını tutub ondan möhkəm yapışın.” İnsanlara Allahın Kitabına möhkəm sarılmağa çağırdıqdan sonra dedi: “İkincisi isə Əhli-Beytim! Odur ki, Allah xatirinə əhli-beytimlə gözəl rəftar edin! Allah xatirinə əhli-beytimlə gözəl rəftar edin. Allah xatirinə əhli-beytimlə gözəl rəftar edin!”- dedi. Beləcə, Peyğəmbər əhli-beytə ehtiram göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Çünki onlar Peyğəmbərin yaxınlarıdır, habelə fəzilətli, şərəfli, hörmətli insanlar hesab olunurlar.
İnşaAllah bizlər də Peyğəmbərimizin (s.a.s) layiqli ümməti olarıq. Allah hər birimizi əməli-saleh bəndələrindən qərar versin inşaAllah.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünya bu anı gözləyir!
Valideynlər üçün testlər
Təmizlik şirkətlərinə niyə inam yoxdur?
Hava haqqında
Saçların ağarmasına qarşı maska
2021-ci ilin büdcəsindən işğaldan azad edilən ərazilərə nə qədər vəsait ayrılacaq? - RƏSMİ
Orhan Gencebayın vəziyyəti ağırlaşdı
Eyeliner çəkilmə qaydası
Azərbaycanda iş sahiblərinə isti hava xəbərdarlığı
Hərbçilərimiz müharibəyə hazırdır?
Hava haqqında
Qışın son ayı necə başlayacaq?
2016-cı ilin rəngləri
Azərbaycanda daha bir qadağa ləğv olundu
Qiymətlər dəyişdi - Bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Beynəlxalq təşkilat Rusiyanı hərbi cinayətdə günahlandırdı
Şahzadə haqda çəkilən film qalmaqala səbəb oldu
Qriplə mübarizənin 5 yolu
Geyimlərinizi xilas edəcək tövsiyələr
Eviniz həmişə işıqlı olsun
Hava haqqında
6 min gənc "Azərbaycan" yazdı
Azərbaycanda benzinin qiymətində dəyişiklik gözlənilirmi?
Azərbaycanda koronavirusu yüngül keçirən xəstələr evdə qalacaqlar - QƏRAR+VİDEO
Necati Şaşmazdan Amerikada evlilik xəbərlərinə AÇIQLAMA
Həmyerlimiz Hollandiyada erməni idmançının çənəsini oynatdı
Təkrarlanan öskürək xəstəlik xəbərçisidir
Hollivud ulduzu İçərişəhərdə
Azərbaycanda vulkanların aktivləşməsi zəlzələdən xəbər verir?
İlin ən bahalı aktrisası oldu-FOTO
Körpə fabriki: burada sifarişlə uşaq doğacaqlar
Bilsəydim kaş...
Hava haqqında
Kliçko Yanukoviçlə razılığa gəldi
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
ABŞ-da ilin ən gözlənilən hadisəsi
Məktəbli olmağın qiyməti neçəyədir?
"Google" əlavə reallıq displeyi yaradacaq
Bir insan da sənin göz yaşlarına layiq deyil
Yeni doğulmuş QOCA - Körpə görənləri dəhşətə gətirdi
Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
Məktəblilər üçün şad xəbər
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
Məşhur aparıcı “Fox TV”dən getdi
Rejissorlarmızın filmləri beynəlxalq kinofestivalda iştirak edəcək
“Qalatasaray” yeni mövsüm formalarını satışa çıxardı - VİDEO
Uğur Pektaşa gözlənilməz QADAДћA- FOTO
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Şirələr və kompotlar
Hadı Rəcəbli: Ünvanlı sosial yardım qoyunla verilsin
- ŞƏRHLƏR