Bakıda hava 14°
USD AZN
EUR AZN
08:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41128

Sevgimizə sahib çıxaq

Bu axşam evə gəldiyim zaman həyat yoldaşım axşam yeməyini hazırlayırdı. Əlini tutdum və ona vacib söz demək istədiyimi söylədim. Stula əyləşdi və səssizcə yeməyini yeməyə başladı. Yenə gözlərində həmin qorxunu gördüm.  Bir an qəlbim sıxıldı, ağızımı aça bilmirdim. Amma düşüncələrimi onunla bölüşməli idim.  Odur ki, dedim: "Mən boşanmaq istəyirəm". Əsəbiləşmədi. Sözlərimə cavab vermədi, yalnız səbəbini soruşdu.  

Sevgimizə sahib çıxaq

Cavab verə bilmədim və məhz buna çox əsəbiləşdi. Əlindəki çəngəl-bıçaqları atdı. Mənə qışqırdı və insan olmadığımı dedi. Həmin gecə heç bir söz danışmadıq. Həyat yoldaşım bütün gecə ağlamışdı. Hiss edirdim - evliliyimizin necə olacağını düşünürdü, amma onu təmin edəcək bir şey söyləyə bilməzdim. Mən Jannaya aşiq olmuşdum. Həyat yoldaşımı isə artıq sevmirdim.

Bu vicdan əzabı ilə bir boşanma müqaviləsi hazırladım. Evi, maşını və şirkətin 30%-ni ona verəcəkdim. Müqaviləyə qısa bir müddət baxdıqdan sonra cırdı. 10 il həyatımı paylaşdığım bu qadın mənə yad olmuşdu. Onun xərclədiyi zamana və enerjiyə kədərlənirdim, amma geri dönə bilməzdim. Jannaya çox aşiq olmuşdum. Sonra hıçqıra-hıçqıra ağlamaya başladı. Bu, məhz mənim gözlədiyim bir reaksiya idi. Onun ağlaması mənim yüngülləşməyimə səbəb olmuşdu. Neçə vaxt idi boşanmaq haqqında düşünürdüm və indi bu duyğunu daha da güclü hiss edirdim və doğru qərar verdiyimdən əmin idim.  

Sevgimizə sahib çıxaq

Ertəsi gün axşam evə gec gəlmişdim və həyat yoldaşımın masa arxasında yazı yazdığını gördüm. Yuxum gəldiyi üçün axşam yeməyini yemədən yatağa getdim. Janna ilə keçirdiyim saatlar məni yormuşdu. Gecə yarısı yuxudan oyandım və onu hələ də yazı yazarkən gördüm. Amma bu mənim vecimə də deyildi, başımı yastığa qoyub yatmağa davam etdim. 

Ertəsi səhər mənə şərtlərini yazılı şəkildə təqdim etdi. Məndən heç bir şey istəmirdi. Təkcə boşanmağımzı elan etmək üçün bir ay icazə istədi və bu vaxt ərzində normal bir ailə kimi rəftar etməyimizi xahiş etdi. Bunun səbəbi oğlumuzun bir ay sonra imtahanlarının olması idi. Bir şərti yenə vardı: "Bu bir ay müddətində hər səhər toy gecəmizdəki kimi yataq otağından qapıya qədər məni qucağında aparmalısan". Əvvəl ağlına şübhə etdim, amma son günlərimizin yaxşı keçməsi üçün qəbul etdim. 

Həmin gün bu şərtlər haqda Jannaya danışdım. O da ürəkdən gülüb bunun çox axmaq fikir olduğunu və onsuz da boşanmanı qəbul etmək məcburiyyətində qalacağını dedi.  

Sevgimizə sahib çıxaq

Həyat yoldaşımla boşanma mövzusunu açdığımdan bəri heç bir fiziki təmasda olmamışdıq. Buna görə də ilk gün onu qucağıma götürüb qapıya apardığım zaman qəribə bir duyğu yaşamışdım. Oğlumuz arxamızda dayanıb, alqışlamağa başladı: "Atam anamı qucağında aparır". Buna çox sevinmişdi. Amma sözləri qəlbimi çox incidirdi. Yataq otağından evin qapısına qədər 10 metr apardım. Həyat yoldaşım gözlərini bağladı və qulağıma: "Oğlumuza boşanacağımız barədə heç nə demə" deyə pıçıldadı. Mən də  razılaşdım. Qapıya çatanda onu yerə qoydum. Hər səhər olduğu kimi avtobus dayanacağına gedib, işə gedəcəyi avtobusu gözləməyə başladı. Mən də şirkətə tələsdim. İkinci gün xoşbəxt evlilik oyununu oynamaq bizə daha asan gəlmişdi. Həyat yoldaşım başını bir anlıq sinəmə qoydu. Bu an onun qoxusunu hiss etdim. Ona uzun zamandır heç baxmadığımı anladım.  Üzünə baxıb ailə qurduğumuz zamankı gəncliyindən əsər-əlamət qalmadığını gördüm. Üzündə yüngül qırışlar yaranıb, saçları bir az ağarmışdı. Ötüb keçən illər onu çox dəyişdirmişdi. O an özümdən ona niyə belə davrandığımı soruşdum. Cavabım olmadı... 

Dördüncü gün onu qucağıma alanda etibar hissini duydum. O, mənə həyatının 10 ilini hədiyyə edən xanım olub. 

Beşinci gün etibar duyğusu daha da böyüdü. Bu yaşadığım hissləri Jannaya danışmadım. Günlər keçdikcə onu daşımaq daha da asanlaşmışdı.

Sevgimizə sahib çıxaq
Bir gün səhər nə geyinəcəyini fikirləşdiyini gördüm. Bütün paltarları əyninə geniş olduğu üçün fikir edirdi. Elə bu vaxt onun nə qədər arıqladığını hiss etdim. Demək ki, onu hər səhər daha asan daşıya bilməyimin səbəbi məhz bu idi. Bu qədər dərdi, qəmi ürəyində daşıyırdı. Fərqində olmadan başına sığal çəkdim. Həmin vaxt oğulumuz da gəldi: "Ata, anamı qucağında aparmalısan" dedi. Bu, həyatımızın bir parçası olmuşdu. Atasının anasını otaqdan qapıya qucağında aparması onun üçün xoş idi. Həyat yoldaşım oğlumuzu yanına çağırdı və onu möhkəm-möhkəm qucaqladı. Mən başımı çevirdim. Son anda qərarımdan imtina etmək istəmirdim. Onu qucağıma alıb yataq otağından qapıya qədər apardım. Əlini boynuma qoymuşdu. Mən də onu bərk-bərk tutmuşdum. Eynilə evləndiyimiz gün kimi. 

Artıq narahat olmuşdum bu qədər arıqladığına görə. Son gün onu qucağımda aparanda hərəkət etmədim. Oğlumuz məktəbdə idi və həyat yoldaşıma həyatımızdaki yaxınlığın nə qədər azaldığını dedim. Şirkətə getdim. Maşından düşdüm, qapını kilidləməyə belə vaxtım yox idi. Hər anın qərarımı dəyişdirməyindən qorxurdum. Pilləkənlərlə  yuxarı çıxıb, qapını döydüm. Janna qapını açdı. Ona xanımımdan boşanmayacağımı dedim.

Donub qalmış bir üz ifadəsi ilə əlini alnıma qoydu: "Sənin qızdırman var?" deyə soruşdu. "Təəssüf edirəm, Janna. Amma mən artıq boşanmaq istəmirəm" dedim. "Evliliyimizin rəngsiz qalması sevgi əskikliyindən deyilmiş. Bir-birimizin qiymətini, dəyərini unutduğumuzdan imiş. İndi ağlıma gəldi ki, evləndiyimiz gün onu qapıdan içəri aparanda ömrümüzün sonuna qədər sadiq qalacağıma söz vermişdim". Janna üzümə bir sillə vurub, qapını bağladı. İçərdən ağlamaq səsi gəlirdi. Buna əhəmiyyət vermədən pillələri ildırım sürəti ilə endim. Yolda ilk işim çiçək mağazasına girib, həyat yoldaşım üçün bir dəstə gül almaq oldu. Üzərindəki kağız parçasına "Səni həyatımın sonuna qədər hər səhər qucağımda daşıyacağam" yazdım.  

Sevgimizə sahib çıxaq

Evə çatanda yanağıma təbəssüm qondu. Əlimdə çiçəklərlə yataq otağına getdim və həyat yoldaşımın yatağın üstündə öldüyünü gördüm. Yoldaşım neçə aydır xərçəng xəstəliyi ilə mübarizə aparırmış. Mən isə Janna ilə maraqlandığımdan bunu hiss etməmişdim. Çox yaşamayacağını bilirdi və məni oğlumuzun gözündən salmamaq  üçün bu şərtləri qoymuşdu. Heç olmasa oğlumun gözündə yaxşı bir həyat yoldaşı olaraq qalmağımı istəmişdi...

Əhəmiyyətli olan münasibətlərdəki xırdalıqlardır. Villalar, avtomobillər, çoxlu pul deyil. Bunlar həyatı asanlaşdırır, amma əsla xoşbəxtliyin təməli deyil.  Birlikdə olduğunuz insana vaxt ayırın. Münasibətlərinizə güvənərək rahatlıq bəxş edən xırdalıqlarla məşğul olun. Xoşbəxt bir evlilik yaşayın.

Səslərin sayı: 14
40
4469
loading...
Şərhlər
Offline
S.S.E.
Çox təsirli hekayədir,təşəkkürlər
17 yanvar 2015 00:25
Offline
Xanim_Xatun
Cox tesirli hekayedi inan goz yawimi saxlaya bilmedim....her bir meqamin vaxtinda qedrini bilmek lazimdi

bəli..təsüffki qədir bilməyən insanlar daha coxdu..
3 noyabr 2014 16:08
Offline
Gulnarə
Nece teirli hekaye idi...Aqladim, etibariz kiwiler...Kaw Janna oleydi axirda....

Halal olsun o qadina ki cox temkinle,duwunerek addim atdi, Bawqasina baqlanan kiwini, ona qarwi sevgi

hissleri tamamile yox olan kiwini o qadin yeniden ozune awiq etdi, sanki bir qeflet yuxusunda olan

yoldawini silkeleyib ayiltdi, amma ne fayda?





Kaw bu hekayeni ailelerine xeyanet eden kiwiler oxuyaydi...Muellife tewekkurler....
20 mart 2014 01:28
Offline
Minira Aslanzade
Çox təsirli hekayədi əlbətdəki sevdiklərmizin qədrini bilməliyik.
20 mart 2014 00:19
Offline
lala aliyeva
Cox qeribedir gozlerim doldu cox maraqli hekayedir tesekkurler
19 mart 2014 23:23
Offline
baki
Cox tesirli hekaye idi .
19 mart 2014 21:31
Offline
♥ﷲ Sevda Memmedova♥ﷲ ◕
Cox tesirli hekayedir tesekkur edirem
13 mart 2014 14:35
Offline
Şəri Babayeva
"Evliliyimizin rəngsiz qalması sevgi əskikliyindən deyilmiş. Bir-birimizin qiymətini, dəyərini unutduğumuzdan imiş. İndi ağlıma gəldi ki, evləndiyimiz gün onu qapıdan içəri aparanda ömrümüzün sonuna qədər sadiq qalacağıma söz vermişdim" cray maraqla oxudum kövrəldim ..... cray

Əhəmiyyətli olan münasibətlərdəki xırdalıqlardır. Villalar, avtomobillər, çoxlu pul deyil. Bunlar həyatı asanlaşdırır, amma əsla xoşbəxtliyin təməli deyil. Birlikdə olduğunuz insana vaxt ayırın. Münasibətlərinizə güvənərək rahatlıq bəxş edən xırdalıqlarla məşğul olun. Xoşbəxt bir evlilik yaşayın. good
4 mart 2014 17:19
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Narin...
Çox təsirli hekayə idi dünən oxumuşdum şərh yazmamışdım bu gündə gəldim oxudum və eynən dünən keçirdiyim hissləri keçirdim gözlərim doldu bu çox qəribdir heç vaxt belə olmamışdım cray Təşəkkürlər Xanım_Xatun xanım give_ros
28 fevral 2014 13:34
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Moon♥sun
Sevgi bitmesin, her gun seni sevirem sozunu esitmek derman kimidi teki o sevgi bitmesin kiss
27 fevral 2014 22:19
Offline
♥NiLuFeR♥
Çox təsirli hekayədir,təşəkkürlər
27 fevral 2014 20:17
Offline
sakit eqreb
Cox kovreldim.sagolun xebere gore.
27 fevral 2014 09:13
Offline
aishvarya rai
Cox kederli hekayedi tesekkurler
26 fevral 2014 23:41
Offline
איסון ממדוב.
Xatun xanim dunen bu hekayeni gordum amma uzun olduqu ucun oxumadim bu gun yenede baxdim ve oxumaqa qerar verdim amma oxudum cox kovreldim bu kisilerin coxu bu curdu oz yarlarinin qedrin bilmir nese olduqdan sonra basi dasa deydiksen sonra ayilir amma ondada cox gec olur bu hekayedede olduqu kimi cray
26 fevral 2014 21:12
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Xedice 033
Bunu axşam oxudum ama şərh yaza bilmədim çox kövrəldim kaş axırı belə olmayaydı bəzi laqeyd kişiıər var heç ailələrindən xəbəri yoxdu maraqlanmır xəstədi bəlkə bir dərdi var
26 fevral 2014 19:13
Offline
PƏRVANƏ ƏLİYEVA......
Ayyy bu neidi bele cox kovreldim.Inanki goz yashlarimi saxliya bilmedim.Ne deyim bilmirem.Allah Janna kimilerin bashina oz aqirliqlarinda dash salsin.Kishiyede hem esebiyem hemde aciyiram.Qadinin olmesinede cox uzuldum.Amma gor nece qadindiki yoldashini son nefesine kimi oqlunun gozunnen salmadi.Bele qeriyetli yalniz biz qadinlar ola bileriy..Janna kimiler yuzude gelse hec bir yaxshi heyat yoldashinin yerini vere bilmez..Onlar yalniz eylencedi oteri bir hissdi kishilerin heyatinda..Eyer o kishi Jannani doqurdanda sevseydi hec neye baxmadan qacib onun yanina gederdi..Neise cox yazsam Janna kimileri ucun ureyimnen daha neler kecir yazaram..Muellife teshakkur edirem.Elleriniz var olsun.Cox saqolun.
26 fevral 2014 18:26
Offline
MAYA EL
Oxuduqca çox kövrəldim Allah heç bir ailəni belə bir vəziyyətə salmasın əlbətdəki kişilərin belə ağılsızlıqlar nəticəsində təssüfflər olsun neçə-neçə ailələr dağılır
26 fevral 2014 17:33
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Ellada Babayeva
Əhəmiyyətli olan münasibətlərdəki xırdalıqlardır. Villalar, avtomobillər, çoxlu pul deyil. Bunlar həyatı asanlaşdırır, amma əsla xoşbəxtliyin təməli deyil. Birlikdə olduğunuz insana vaxt ayırın. Münasibətlərinizə güvənərək rahatlıq bəxş edən xırdalıqlarla məşğul olun. Xoşbəxt bir evlilik yaşayın.

Maraqla oxudum.Təsir edici həmdə ibrət götürücü bir hekayədir.Çox sağ olun.
26 fevral 2014 14:01
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Senem
Cox tesirli hekayedi inan goz yawimi saxlaya bilmedim....her bir meqamin vaxtinda qedrini bilmek lazimdi
26 fevral 2014 10:58
Offline
Xəyalə Murad
elə bil üreyimi oxudun yazdın...Oy oy oy Jannalar olmasa ailələr dağılmazdı...Bir tərəfdən Jannalarıda qınamıram.Kişilərin şorgözlüyü olmasa lap əla olardı...

give_hea Qəlbdə sevgi var olduqca hər şey həyatda gözəl olur. Axı hər kəs cəmi bir dəfə yaşayır
26 fevral 2014 09:59
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!