Dırnaq yemə zamanla xroniki hal aldığı təqdirdə əllər görkəmini itirir, barmaqların dırnaq olan hissəsi yaralı, kəsilmiş kimi görünür. Tibb dilində dırnaq yemə vərdişi onikofagiya adlanır. Bəzi insanlar bütün gün dırnaqlarını yeyirlər. Əksəriyyət isə ancaq stress vəziyyətində dırnaq yeməyə başayır. İnandırıcı olmaya bilər, amma tibb aləmində ayaq dırnaqlarını yeyən insanlara da rast gəlinir.
Dırnaq yemək çox zaman psixoloji problemlərlə bağlı olur. Yaş qruplarına görə insanların dırnaq yemə səbəbləri müxtəlif ola bilər.Dırnaq yemə ən çox uşaq və yetkin yaşlarında müşahidə olunur. Kiçik yaşlarında uşaqlarla yanlış davranılma, dayənin dəyişdirilməsi, ananın işləməsi, uşağın bağçaya getməsi kimi stress yaradan faktorlarla bağlı olur. İmtahan dövrləri, məktəbə başlama uşaqlarda dırnaq yemənin ən çox müşahidə edildiyi dövrdür. Mütəxəssislərin fikrincə, ailədə dırnaq yemə vərdişi varsa, bu, uşaqlara da keçə bilir. Dırnaq yeyən uşaqlarda barmaq əmmə, saçını qoparma kimi digər problemlər də olur.
Psixoloq Aynur Əlibəyli deyir ki, uşaqlarda dırnaq yemə çox kiçik yaşlardan, bəzən bir yaşından etibarən görülə bilər. Yetkinlik, dırnaq yemənin ən yüksək nisbətdə görüldüyü dövrdür: "Yetkinlik dövründə xüsusən qızlar bu vərdişin kənardan normal qarşılanmadığını başa düşüb, problemlərini həll etməyə çalışırlar. Çox zaman dırnaq yemək vərdişi valideynlər tərəfindən problem kimi görülmür. Amma bu vərdişin xronikiləşməsi uşaqların əllərini görkəmsiz hala gətirən zaman valideynlər təşvişə düşürlər".
Məktəb fobiyası, depressiya, ciddi ailəvi qarşıdurma yaşayan uşaqlarda dırnaq yemə müşahidə edilir. Uşaqları dırnaq yeməkdən çəkindirmək heç də düşünüldüyü qədər asan deyil. Çünki bu mövzuda uşağın üzərinə gedildiyi təqdirdə o daha da aqressivləşir. Valideynlərlə sağlam ünsiyyət qura bilməyən uşaq dırnaq yeyərək öz hirsini, əsəbini sakitləşdirir. Mehribanlıq, sevgi görməyən uşaqlar yetkin yaşlarına, bəzən isə orta yaşlarda belə dırnaq yemə vərdişini tərgidə bilmirlər. Uşaqla bu mövzunu danışmaq, bunun estetik olaraq gözəl və sağlam bir davranış olmadığını izah etmək lazımdır: "Uşaq dırnaq yeməyə başladığında, onun fikrini yayındırmaq lazımdır. Amma əsas uşağı dırnaq yeməyə məcbur edən səbəbi ortadan qaldırmaqdır. Valideynlər olaraq sizi nümunə götürməməsi üçün uşağın qarşısında dırnaq yeməməlisiniz".
Həmsöhbətimizə görə, uşaqda dırnaq yemə vərdişinin öz-özünə keçdiyi zamanlar da olur. Xüsusilə yetkinlik çağında dırnaq yemə ilə dırnaqdakı pis görünüş gəncləri narahat edir və vəziyyətin ortadan qalxması üçün çalışırlar. Stress faktorlarının ortadan qalxması ilə uşağın bu tip davranışlardan özbaşına xilas olması mümkündür.
Uşaqlarda görülən dırnaq yemə vərdişi maraq duyğusu, can sıxıntısı, streslə mübarizə üsulu və zaman keçirmək məqsədilə yarana bilər. Dırnaq yemə vərdişi olduqca məşhur olmasına baxmayaraq, bu günə qədər elmi olaraq çox az araşdırılıb. Bəzi psixoloqlara görə, bu vərdiş insanların içində olduğu daxili qarşıdurmanı əks etdirir. Mütəxəssislərin fikrincə, dırnaq yemə bəzən ağır bir psixoloji pozuntunun əlaməti ola bilər. Dırnaq yeyən insanlar çox zaman nə etdiklərinin fərqində olmurlar. Onlar dırnaqlarını yeməklə əsəblərini sakitləşdirirlər.
Dırnaq yemənin sağlamlığıa da zərərləri az deyil. Dırnaq yeyən insnalarda bulanma və qusma, həzmsizlik, halsızlıq, kilo itkisi və pis ağız qoxusu müşahidə edilə bilər. Bəzi insanlarda mədə və bağırsaq tıxanması meydana gələ bilər. Bununla yanaşı uzun müddət dırnaq yemək dişlərin kəsici kənarlarını aşındırır. Dırnaq içindəki bakteriya və mikroblar diş ətlərinə infeksiya keçməsinə səbəb olur. Ağızda mikrobik narahatlıqlar və bunun gətirdiyi zərərlər ortaya çıxa bilər. Bu mikrob və bakteriyalar, bədənə yayılaraq başqa orqanlara zərər verə bilər. Ürək qapaqcıqlarına yapışa bilən bu bakteriya və mikroblar, ürək-damar narahatlıqlarına səbəb ola bilər. Bu mikrob və bakteriyaların zərərləri, ağır antibiotik istifadəsində belə keçməyə bilər.
Buna görə də bütün deyilənləri nəzərə alıb uşaqlarınızı bu vərdişi tərgitməsinə çalışmalısınız.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İnsanı tanımağın ən rahat yolu...
Bitkilər və təbabət (3)
Bel bölgəsindəki piylər infarkta səbəb olur
Qırmızı ürək muffin (foto-resept)
Dünyanın ən möhtəşəm mağaraları
Bu il manat yenə ucuzlaşacaq
Beyonsun səhnə geyimi sevənlərini heyran etdi-FOTO
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Kreativ əşyalar
Gözəlliyə kölgə salan vərdişlər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Koronavirusun əsas daşıyıcıları açıqlandı
Şokoladlı top (foto resept)
Xoşbəxtlik bizim içimizdədir
Su fitnessi
İnanılmaz: 24 saata 11 kq arıqladı
Günün qoroskopu: zövq müzakirə olunmur
AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə MÜRACİƏT
Obama İŞİD-i məhv edəcək
Nikah kağızı yoxdursa...
Sürücülərin işi lap asanlaşdı
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Əqrəb bürcü qadını
Günün qoroskopu: Risk etməyin!
Fransa erməniləri "Türk hava Yolları"nın "Marsel" klubuna sponsurluq etməsinə etiraz edirlər
Rusiyada sabahdan koronavirus peyvəndi üçün elektron qeydiyyat başlayır
Dünyada uşaqların yarısı piylənmə təhlükəsi ilə üz-üzədir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Marafonu 2016"da iştirak edir
Günün ulduz falı
Bu vətəndaşlar cərimələnəcəklər - VİDEO - FOTO
Quru meyvə alarkən nəyə diqqət etməli?
Demet Akalından intihar etirafı
Qalkinin dəhşətli xəstəliyi üzə çıxdı
BÜRCLƏR bizə nə vəd edir? 8 İyul
Sabahın HAVAsı
Xiyar salatı (foto resept)
Yemək otağı modelləri
Çiyələk yağından necə istifadə etməli?
Qeyri-iş günləri AÇIQLANDI
Aspirin xərçəngə qarşı vasitədir.
10 halda heç zaman peşman olmayacaqsınız
Bu tərəvəz pis qoxu yaradır
Dərinizi gözəlləşdirəcək köhnə üsullar
Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək? - RƏSMİ
Zəlzələ onu da çökdürdü
Putindən Serjə yeni qadağa
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Ayda qeyri-adi obyekt aşkarlandı-FOTO
Qarnındakı piy həyatını xilas etdi-FOTO
Azərbaycanın ən yaxşı futbolçusu "Qarabağ"lı oldu
- ŞƏRHLƏR