Onun sözlərinə görə, bu dövrdə kəndlərdə əhalinin sayı 9,4 min nəfərdən 29,4 min nəfərədək artıb və bu da istisadi rayonun bütün kənd əhalisinin 70%-ni təşkil edib. Qeyd edilən dövrdə iqtisadi rayonun 5 kəndinin - Masazır, Novxanı, Məhəmmədi, Fatmayi və Goradilin əhalisinin sayı daha sürətlə artıb. Buna görə də bu kəndlər artıq qəsəbə statusu almalıdırlar.
E.Bədəlov deyib ki, region kənd əhalisinin sayına və ümumi əhali arasında xüsusi çəkisinə görə ölkədə iqtisadi rayonlar arasında sonuncu yeri tutur. Abşeron iqtisadi rayonunda 32 kənd var ki, onların 25-i Xızıda, 7-si Abşeron rayonunda yerləşir.
Mütəxəssisin sözlərinə görə, Abşeronun Bakı və Sumqayıt şəhərlərinin yaxınlığında yerləşən kəndlərinin əhalisinin sayı sovet dövrünün sonunda və müstəqillik illərində daha sürətlə artdığı halda, Xızının dağ kəndlərində demoqrafik tənəzzül prosesi gedib: "Xızının 14 kəndinin hər birinin əhalisinin sayı 100 nəfərə kimidir. 2009-cu ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə, onların 3-də - Əngilan, Yuxarı Əngilan və Qarsda artıq əhali yaşamır. Xızının Qızılqazma, Tüdar, Güney Qışlaq kəndlərinin hər birində isə 10 nəfərə kimi adam yaşayır".
E.Bədəlov deyib ki, iqtisadi rayonda ən böyük kəndlər Abşeron rayonunda, kiçik kəndlərsə Xızı rayonunda yerləşir. 1999-2009-cu illər ərzində iqtisadi rayonda olan kiçik kəndlərin (əhalinin sayı 0-100; 101-500 nəfər) sayı 20-dən 22-yə qalxıb, lakin əhalinin sayına görə onların payı azalıb. Orta və nisbətən böyük kəndlərin sayı 7-dən 5-ə enib. Əvəzində isə ən böyük kəndlərin (əhalisinin sayı 2000 nəfərdən çox ) sayı artıb, onların əhali sayına görə payı isə 3 dəfəyə yaxın artaraq 62,4% təşkil edib. Əhalisi 1000 nəfərdən çox olan kəndlərin sayı 10 il ərzində dəyişməsə də, onların əhali sayına görə payı 6,7% artaraq 91,7% olub. Belə kəndlərdən ancaq 2-si Xızı rayonunda yerləşir.
E.Bədəlov bildirib ki, sadalanan problemlər nəzərə alınaraq, iqtisadi rayonda məskunlaşma sistemi nizama salınmalı, Xızı rayonunda mövcud kənd yaşayış məntəqələri inkişaf etdirilməli, rayonun Sitalçay və Yeni Yaşma kəndləri ətrafdakı kəndlərlə birləşdirilərək onlara qəsəbə statusu verilməli, Abşeron rayonunun kəndlərinin hamısına qəsəbə statusu verilməlidir. Abşeron rayonu özü də Bakının tərkibinə qatılaraq şəhər rayonu statusu almalıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Kompüter siçanının yaradıcısı öldü
Hamiləlik zamanı saçları kəsmək və boyamaq olarmı?
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir
Sobada quzu ətli badımcan
Sabah leysan olacaq
Cərimələr azalır
"Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir"
Suxarili salat (foto resept)
Cennifer Lopez milyonlarından danışdı
Türkiyə prezidenti şəhidlərin və öldürülən terrorçuların sayını açıqladı
Yevlaxda bayram namazı qılınıb
Körpə pudrası ilə dəri baxımı
Ceyhun Bayramov xaricdə təhsil almaq istəyən tələbələrə səsləndi
Yaddaş zəifliyi yaşla əlaqədar deyil
Şərq komandalarının Avropa "dominantlığı"
Tarkan prezidentin valyuta çağırışına cavab verib
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Mövsüm dəbi
Koronavirus mutasiyaya uğradı
Ermənilər Azərbaycanı müdafiə edən niderlandlı deputatı təhdid edirlər
Temperatur 45 dərəcəyə çatacaq-Alimlərdən ŞOK XƏBƏRDARLIQ
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə görüşüb
Ət dükanları yoxlanıldı
İnfeksionist koronavirus əlamətlərindən danışdı
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
“Facebook” yenə çökdü
Stressi azaldan möcüzəvi çuğundur
Hande Ataizi yenidən ana olmaq istəyir-FOTO
Oğurluq edən uşaq anasını axtarar
"Viber"də yeni funksiya
Virusoloq “dinc koronavirus” barədə proqnoz verdi
Kişilər bu ölkələrdə evlənməyə qadın tapmırlar
Yalnız üzündəki döymələri sildirir, səbəbi... - FOTO
Yay yeməyi (foto resept)
Erməni siyasətçidən şok açıqlama: "Sarkisyan Qarabağı satıb, biz hələ də anlamırıq"
İspaniyada möhtəşəm duel: "Barselona" – "Atletiko"
Sabundan güllər
Hadiseden sevgi Etirafı
HAVA necə olacaq?
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
Cehizlik yataq üzləri
Peskovdan Rusiyanın vurulmuş helikopteri ilə bağlı AÇIQLAMA
Günün ulduz falı
Artıq çəki ilə mübarizədə nəzərə almadığımız faktorlar
İdmançılarımız Almaniya Qran-Prisində
Natalia Oreiro Rusiyada -VİDEO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Kredit kartları cibimizə zərər, yoxsa fayda verir?
- ŞƏRHLƏR