“Təxmini hesablamalara görə, hər il Bakıda orta hesabla 8 min ev alınıb-satılır. Ancaq bu il ”Sovetski"də evlərin sökülməsi, həm də "Ağ şəhər" layihəsi ilə bağlı oradan təzminat alan sakinlər mənzil bazarına üz tutublar. Bu da bazarda tələbatı kəskin şəkildə artırıb. Demək olar ki, tələbat 2-3 dəfə artıb. Tələbatın artması da qiymətlərin bahalaşmasına səbəb olub. Yəni mənzillərin bahalaşmasında əsas faktor budur. Hesab edirəm ki, qiymətlərin artımı tendensiyası il boyu davam edəcək və ola bilər, ciddi qiymət artımları olsun. Hətta bundan sonra 70-80 faiz mənzillər bahalaşa bilər".
Q.İbrahimli evin bir kvadrat metrinin neçəyə başa gəlib, hansı qiymətə satıldığına da aydınlıq gətirdi: “Evin bir kvadrat metrinin neçəyə oturduğuna gəldikdə isə tikinti şirkətlərinin qeyri-rəsmi məlumatlarından belə bəlli olur ki, evin bir kvadrat metri 200-250 manata başa gəlir. Söhbət təmirsiz mənzillərdən gedir. Bu səbəblərdən ən yaxşı halda ilkin bazarda satış 600 manatdan başlayır. Şəhərin bir qədər kənar yerlərində isə evlərin maya dəyəri bir qədər ucuz başa gəlir. Ancaq şəhərin mərkəzinə doğru irəlilədikcə maya dəyəri çoxalır".
Ekspert dedi ki, hazırda Rusiyada hər hansı bir işlə məşğul olub Bakıda mənzil alışına yatırım qoyan vətəndaşlarımızın sayı hazırda çox deyil: “Rusiyanın özündə də ciddi iqtisadi problemlər var. Orada biznes getdikcə pisləşir. Bu baxımdan hazırda o alıcı qrupu bazara ciddi təsir edə bilmir”.
Evlərin qiymətinin nə vaxt ucuzlaşacağı məsələsinə gəlincə Q.İbrahimli bunun söküntü işləri yekunlaşdıqdan sonra olacağını dedi: “Həm “Ağ şəhər", həm də ”Sovetski"də söküntü işləri yekunlaşdıqdan, yəni oranın sakinləri özlərinə ev aldıqdan sonra bazarda endirim olacağı gözlənilir".
Evlərin qiymətinin bahalaşması kirayə verilən mənzillərin də qiymətinə təsir edib. Onu da bildirək ki, kirayə bazarında qiymətləndirmə mexanizmləri bir neçə prinsip əsasında aparılır. Bunu “Neftçilər” metro stansiyası yaxınlığında “Maklerlər bağı” kimi tanınan yerdə maklerlərlə söhbətimiz zamanı öyrəndik. Burada əsas rol oynayan amillər evin çoxmənzilli binada yerləşməsindən və ya fərdi həyət olmasından, eləcə də ərazidən asılı olaraq dəyərləndirilir. Evin pəncərələrinin məhəlləyə, mərkəzi küçəyə, ya dənizə açılması da qiymətə təsiri edir. Digər tərəfdən, onun metroya yaxınlığı, su və qazla təminatı, binanın yaxınlığında ticarət obyekti, sənaye obyektinin yerləşməsi də dəyərə təsir edir...
Makler Allahyar Qaramollayev deyir ki, son vaxtlar onlara müraciət edənlərin sayı artıb: “Əvvəllər qış aylarında evlərin qiymətində bahalaşma olmurdu. Kirayə evlərin qiyməti adətən yeni dərs ili başlayan zaman bahalaşırdı. Ancaq indi söküntü ilə əlaqədar kirayə mənzillərində qiymətini 50-100 manat arasında artıb”.
Kirayə mənzil axtardığını, ancaq cibinə uyğun bir mənzil tapa bilmədiyini deyən Aqil Ələkbərov münasib evlərin baha olduğunu dedi: “Şəhərin mərkəzində ailəmlə sığına biləcəyim normal evin qiyməti 350 manatdan başlayır. Bu da mənim büdcəmə uyğun deyil. Bilmirəm nə edəcəm. Mən 250 manata ancaq ev tuta bilərəm. Bu qiymətə də 5 nəfər ailə üzvümlə sığına biləcəyim normal bir ev yoxdur”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Tanış olun: iPhone bu qadının səsi ilə danışır
Aprelin 1-dən Azərbaycanda 80 mindən çox vətəndaşın təqaüdü artırılacaq
Kakao yağının dərimizə faydaları
Səmadan şokolad yağdı
2011-ci ilin milyarderləri
Bred Pitt "Oskar"dan imtina etdi-SƏBƏB
Seren Serengil əlil arabasında oturur-SƏBƏB
Sabahın HAVAsı
​Mart ayında 6 gün dərs olmayacaq
Mətbəx üçün künc dəstləri modelləri
Sinqapurda yeni super otel tikiləcək
Ermənilərdən yeni təxribat
Yaponiyanın şərqində güclü zəlzələ baş verib, təkanlar Tokioda da hiss edilib
Bitkilər üçün 3 təbii gübrə
Hava haqqında
Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Keniya gözəlinə ölüm hökmü - Şok səbəb
Belə ömrü kişilər yaşayır...
Abraham Linkolnun oğlunun müəlliminə yazdığı məktub
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
BÜRCLƏR bizə nə vəd edir? - 16 mart
"Bu iş qadınlar üçün deyil"
Bu da Toyota Avalon
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Türkiyədə matəm elan olundu
Cəbhədə atəş səsləri eşidildi
Berkay olan otelə fanatları hücüm etdi
Yeni il qabağı avtomobillərə qadağa
Ağ Evin qarşısında atışma
Siqaret tərgitmək üçün.
Qubadlıya rayonun adı yazılmış yeni lövhə quraşdırıldı - VİDEO
Makiyajı kremlə təmizləmək
Günün ulduz falı
Həzi Aslanov yad edildi
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq
20-50 yaşlı dolu xanımlara stil təklifləri
Noxud şorbası (foto resept)
COVID-19-a yoluxmamış şəxslərin qanında koronavirusa qarşı immunitet aşkarlandı
İbrahim Tatlıses paylaşımı ilə diqqət çəkdi
Müsəlman ixtiraçılar dünyaya nə veriblər?
Yaşı az olsa da, ürəyi Vətən boyda olan 18 yaşlı şəhidimiz - VİDEO
İnsanı öldürən 10 ərzaq
Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA
Muncuqlu və qızıl-gümüş bilərziklər
Qiyməli kartof dolması (foto-resept)
Azərbaycanın adı dünyaca məşhur serialda
Rəngarəng ideyalar
Beyonsenin tətil xərci dodaq uçuqladır-FOTO
Səhər yeməyində 3 qidadan uzaq olun
- ŞƏRHLƏR