Bakıda hava 10°
USD AZN
EUR AZN
08:38Xəyalə Murad Cüməniz mübarək! 08:37Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41223

Eldar Mansurov

Eldar Mansurovun melodiyaları insan ruhuna nüfuz edir və orada əbədi qalır. Onun melodiyalarını dinlədikcə sevgi, sədaqət, vətənə və torpağa məhəbbət, hüzn, kədər hissləri ayrı-ayrılıqda insan qəlbinə yol tapır.

Azərbaycanın xalq artisti, mahir musiqişünas, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi, gözəl bəstəkar Eldar Mansurov 1952-ci il fevral ayının 28-də xalq artisti, tarzən Bəhram Mansurovun ailəsində dünyaya göz açıb. Musiqiyə uşaq yaşlarından maraq göstərən, Fikrət Əmirov, Qara Qarayevin simfonik musiqilərinə həvəslə qulaq asan Eldar anasının təkidi ilə fortepiano üzrə təhsil alır. Təkmilləşmək üçün Asəf Zeynallı adına Musuqi Kollecinin fortepiano şöbəsinə, daha sonra Üzeyir Hacibəyli adına Milli Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə daxil olur və Cövdət Hacıyevin tələbəsi olur.

O, yaradıcılığa plan kimi baxmır. Hər şeyi əhval-ruhiyyə ilə bağlayır. "Məni əhatə edən yaxşı insanlar, gözəl atmosfer, çox zaman da qəmli vaxtlarım mənə yazmağa ruh verir." 

Eldar Mansurov

O, daha çox lirik musiqilər yazmağa üstünlük verdiyini və bunun onda daha yaxşı alındığını da etiraf edir.

1968-ci ildə hələ Asəf Zeynallı adına Musiqi Kollecinin 1-ci kursunda oxuduğu və Oqtay Kazımovun "Eksperiment" adlı qrupunda ifa etdiyi müddətdə atasının məcmuələrindən - "Bağçadan gələn səs" xalq mahnısının sözlərinə musiqi bəstələyir. Uzun illər musiqi bəstələməkdən uzaq düşən gənc Eldar 70-ci illərdə Olqa Vasilyevnadan musiqi bəstələməyin sirlərini öyrənir və artıq 1974-cü ildə Konservatoriyaya daxil olanda musiqi bəstələməyin incəliklərini bilirdi. Cövdət Hacıyevin sinfində o, bəstəkarlığın klassik prinsiplərini öyrənməyə başlayır. Kiçik fortepiano prelüdiyaları ilə yaradıcılığa başlayan Eldar Mansurov çoxjanrlı əsərlər yazmağa başlayır - fortepiano pyesləri, xor üçün müxtəlif janrlı musiqilər, instrumental əsərlər, simfoniyalar, marş, kontatalar. Bu janr müxtəlifliyi bəstəkarın inkişafına zəmin yaratdı.

O, opera və baleti rok üslubunda yazmaqla Azərbaycan musiqisinə yenilik gətirib. Bunlar "Yeddi gözəl" rok-operası və "Kleopatra", "Olimp" rok-baletləridir. Atasının ən çox sevdiyi muğam "Mahur-hindi"ni öz tərzinə uyğun işləmişdir. Atasına olan məhəbbəti onu daha bir əsər üzərində işləməsinə sövq etdi və "Bəhramnamə"adlı simfoniyasını yazdı. Bu əsər də öz üslubu ilə fərqlənirdi, o, burada muğam, caz, rok və simfoniyanı bir araya gətirməyi bacarmışdır.

Daha çox ciddi janrda əsərlər yazmağı xoşlayan bəstəkar mahnı janrında yazmağa çox gec başlamışdır. Bunun tələbatdan irəli gəldiyini etiraf etsə də bir-birindən fərqli və yaddaqalan mahnıları hər kəsin ürəyini fəth edə bilmişdir.

1989-cu ildə ilk dəfə olaraq Brilyant Dadaşovanın ifasında səslənən "Bayatılar" mahnısı təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyə, Yunanıstan, Rusiya, Almaniya, Fransa, İtalya, İspaniya, İsveçrə, İngiltərə, ABŞ, Kanada, Braziliya, Ərəb ölkələrində də sevilərək dinlənildi və çox böyük populyarlıq qazandı.

Eldar Mansurovun mahnılarını sadalamaqla qurtarmaq olmaz, onun hər hansı bir əsərini bir dəfə dinləmək kifayətdir ki, ona vurulasan. Eldar Mansurovun musiqiləri "qəlbin musiqisi"dir desək, yəqin ki, yanılmarıq. Hər kəsin dillər əzbəri olan mahnıları - Ağadadaş Ağayevin ifasında "Halımı sorma!", "İstəmirəm", "Oyna gözəl", "Yarı məndə, yarı səndə", "Ay yalançı", "Karvan", Aygün Kazımovanın ifasında "Xan qızı", "Uzaqlıq", "Bu sevgi", "Gecələr kecir", "Mən aydan gəlmişəm", "Sən hardasan", "Dosvidanye leto", "Həyatımla oynama", "Namə yaz göndər", "Mən Aygünəm", "Legenda o lubvi", Brilyant Dadaşovanın ifasında "Qara gözlüm", "Bilmədin", "Gözlə məni", "Hayıflar olsun", "Əsir Azərbaycanım", "Ötür qatarlar", "Sevinc nəğməsi", "Mən deyən oldu", "Sən getsən", "Dağlar", Manana Japaridzenin ifasında "Vətən sağ olsun", "Mir lubvi", "Neyləyim", "Yol", "Bu necə məhəbbətdir", "Sənin qara gözlərin", "Sönməz eşqimiz",  Mübariz Tağıyevin ifasında "Ulu torpaq", "Ömür keçir", "Həyat bir tamaşa", "Yada sal məni", "Bağçadan gələn səs",  Faiq Ağayevin ifasında "Ola bilməz", "Biləydin kaş", "Ən əziz gün", İlhamə Qasımovanın ifasında "Gəlirəm", Tünzalə Ağayevanın ifasında "Neyləyim", Aygün Bəylərin ifasında "Bahar bir yol olur, ömür bağında", "Sevirik səni həyat", Cavan Zeynallınin ifasında "Yadındamı", "Qoca qartal", "Bakılıyam mən", Ədalət Şükürovun ifasında "Axtarma məni", Zülfiyyə Xanbabayevanın ifasında "Həsrət yağışı", Flora Kərimovanın ifasında "Dünya köhnə dünyadır", İlqar Murodovun ifasında "Dərdimi soruşma", Rəşad İlyasovun ifasında "Sən getsən", Ruhəngiz Allahverdiyevanın ifasında "Dərdimdən kim öləcək", Səməd Səmədovun ifasında "Ümid sönsə", Natəvan Həbibinin ifasında "Vətənim" və s. - saymaqla qurtarmaq olmaz. 

Eldar Mansurov

Eldar Mansurov kinofilmlərdə də öz sözünü deyib. "Bəxt üzüyü", "Toy", "Abşeron lövhələri", "Daşdan tikilmiş şəhər", "Almas İldırım", "Bakı bağları", "Qisas günü", " Qeybdən gələn səs", "Güzgü", "Heydər Əliyev 10-cu film", "İlham Əliyev "Olimp"in fəthinə doğru" və s. filmlərdə onun bəstələdiyi musiqilər səslənir.

Eldar Mansurov musiqisinin səsləndiyi teatr tamaşalarından "Dar ağacı", "Mənim ağ şəhərim", "Məşuqələr", "Bu dünyanın adamları", "Dərviş və ölüm", "Pul dəlisi", "Aktyor", "Kələkbaz qızlar" və s. göstərmək olar.

Eldar Mansurov ailəlidir, iki oğlu var. Özünü xoşbəxt hesab edir və ən böyük arzusu nəvələrinin toyunu görməkdir!

Səslərin sayı: 9
34
3757
loading...
Şərhlər
Offline
Aysel İ.
Dəniz84,
Bu xeberlere görə yazılan serhlərə nə dərəcədə mənim Təşəkkür etdəyim doğrudur bilmirəm,Heç bu təbrik və xoş sözləri Eldar bəyə də çatdırmaq imkanım yoxdur,amma yene de xeberi Eldar beyin dilinden çixan sozlər əsasında yazmışaq və təklifə görə Xəyalə xanıma çox sağ ol deyirəm,çox maraqlı məlumatlar öyrənmiş oldum

Təşəkkürlər canım.
3 fevral 2015 08:17
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
Allah ömür versin çox gözəl bəstəkardı

Aminnnnnnnnnn
10 yanvar 2015 14:06
Offline
MAYA EL
Allah ömür versin çox gözəl bəstəkardı
1 mart 2014 15:32
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Ulker.Agamali
Hər bir şərh yazan xanima tesekkur edirem! give_ros
28 fevral 2014 23:17
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
aishvarya rai
Gozel bestekardi cox sag ol baci tesekkurler
28 fevral 2014 18:45
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allah can saqliqi versin..Gozel bestekardi.. give_ros
28 fevral 2014 18:31
Offline
Seninle Bir Omur
Lirik musiqilərin bəstəkarına ALLHuzun ömür versin təşəkkürlər
28 fevral 2014 17:02
Offline
Happiness-lady
En böyük arzusu nəvələrinin toyunu görməkdir!
ALLAH ARZUSUNA CATDIRSIN ALLAH SAG CANLI UZUN OMUR VERSIN
28 fevral 2014 14:13
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
cicek
Xoslayiram ad gunu mubarek
28 fevral 2014 13:22
Offline
Gülbəniz
Hörmət etdiyim bəstəkardır.
Təşəkkür Ülkər bacı bu cür insan haqda xəbər hazırladığınız üçün
28 fevral 2014 12:49
Offline
Aminim
Gözəl mahnıların besleyicisi kimi tanıyıram.Allah ömr versin
28 fevral 2014 12:19
imza: qadin.net
Offline
Sonay Quluzade
Ceylan Mumoğlu,
Mən onu müzakirə etsəydim, davam etdirərdim.
28 fevral 2014 12:13
Offline
Narin...
Allah uzun ömr can sağlığı versin give_ros Ətraflı məlumat üçün çox sağ olun Ülkər bacım kiss
28 fevral 2014 12:12
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ceylan Mumoğlu
Sonay Quluzade,
mən nə yazmışam ki, bu qədər əks səda yaratdı. Xəbərlər bura mədhiyyə üçünmü qoyulur? Mən də bilirəm ki, dini sayt deyil.

"Musiqi haramdır" cümləsini gedin dini saytlarda yazın və müzakirə edin. Bu sayt belə müzakirələr üçün deyil! Artıq söz-söhbətə gərək yoxdur.
28 fevral 2014 12:07
Offline
Sonay Quluzade
Ceylan Mumoğlu,
Ceylan xanım, mən nə yazmışam ki, bu qədər əks səda yaratdı. Xəbərlər bura mədhiyyə üçünmü qoyulur? Mən də bilirəm ki, dini sayt deyil. Bir şəxs haqqında münasibət bildirilir və mən də öz fikrimi bildirirəm. Heç irad da bildirməmişəm.
28 fevral 2014 12:03
Offline
Ceylan Mumoğlu
Ulker.Agamali,
Həmişə fikirləşirdim ki, Ceylan xanım nə vaxtsa mənim de xeberimə şərh yazar?!

Zamanım yetsə, bütün xəbərlərə şərh yazaram əvvəlki kimi laughing
Təklifim var, əsasən klassik musiqi haqqında xəbərlər hazırlayıb təqdim edə bilərsinizmi Təbii ki, kopya olmadan.
Eyni zamanda facebook səhifəmizdə bir xanım da var dini musiqilər oxuyurlar qrup halında, onlardan da xəbər hazırlamağı xahiş edərik, maraqlı olar. Səsləri də gözəldir həmin xanımların.
28 fevral 2014 12:00
Offline
Ulker.Agamali
Ceylan Mumoğlu,
Men de sizin kimi düşünürəm
P.S. Həmişə fikirləşirdim ki, Ceylan xanım nə vaxtsa mənim de xeberimə şərh yazar?! request
28 fevral 2014 11:55
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
AYKA
Xebere gore tesekkur
28 fevral 2014 11:53
Offline
Ceylan Mumoğlu
http://www.youtube.com/watch?v=gzeubrfNkj4
Nə yaxşı musiqi haqqında xəbər hazırlamısınız, şad oldum. Belə xəbərləri çox edin laughing

P.S. Yenə musiqi haqqında ifrat dini düşüncələri şərhlərdə sərgiləməyin! Allah musiqi dinləməyi qadağan etməyib. Bu absurd dünyagörüşü özünüzdə qalsın. Musiqi bir terapiyadır. İstər dini olsun, istərsə də , məsələn klassik. Hər birinin ayrı-ayrılıqda öz dinləyiciləri var və hər zaman da belə davam edəcək.
Və yenə də xatırladıram, bu sayt dini sayt deyil, şərhlərinizi də bu fikri əsas tutaraq bildirin !
28 fevral 2014 11:43
Offline
Elif♡
Bayatilar musuqisini men de cox sevirem. Ətraflı məlumat üçün təşəkkürlər Ülkər xanim
28 fevral 2014 11:37
imza: Her insan ölecek yaşdadır.....
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • “Aşk ağlatır” serialı FİNAL edir-SƏBƏB

    Serial dünyaca məşhur “Love That Makes You Cry” serialının motivləri əsasında çəkilirdi.
  • 10 milyon dollarlıq alma satılır-FOTO

    Becərilməsi 20 il davam edən və bir il soyuducuda saxlanıla bilən yeni alma növü bazar günü ABŞ-da satışa çıxarılıb.
  • Bu göbələyin kilosu 20 min dollardır

    Çinin Qədim İpək Yolu üzərində Qərbi Himalay Vadisinin olduğu bölgədə yarım əsrdən çoxdur tərk edilmiş Hind kəndləri yerləşir.
  • Merve Özbey əməliyyat olundu-SƏBƏB

    Pilləkanlardan yıxılaraq, ayaq barmaqları sınan türkiyəli müğənni Merve Özbey əməliyyat olunub.
  • Bu göbələyin kilosu 20 min dollardır

    Çinin Qədim İpək Yolu üzərində Qərbi Himalay Vadisinin olduğu bölgədə yarım əsrdən çoxdur tərk edilmiş kend var
  • Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

    Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə olunacaq.
  • Tavada kərə yağlı kartof (video-resept)

    dadli gorunur qis yemeyi
  • 06:22 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (371)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 02:16 - Müəllif: Владимир
    Hüquqşunas məsləhəti (371)

    Hüquqşunas məsləhəti

    Всем здравия. Обыскал весь рунет в поисках реального вида заработка, который не требует много денег и времени. Попадаются одни мошеннические схемы и прочий хлам. Многие умники пишут о "возможностях заработать большие деньги", но когда спрашиваешь: "Ты уже много зарабатываешь?" - ничего показать не могут. Кто может предложить что-то стоящее? Бады, хайпы, криптовалюты и пирамиды, в которых нет реального товара - не рассматриваю. Теоретики и те, кто "не может" поделиться скриншотами выплат - внимательно читайте подпись! Те, кто верит в сказки (волшебные сайты с опросами, клики, оплаты за просмотры) и не может четко и понятно обьяснить, откуда берутся деньги - не засоряйте пожалуйста тему. Жду адекватных предложений от здравомыслящих людей.
  • 20:22 - Müəllif: #newssuRE
    Hüquqşunas məsləhəti (371)

    Hüquqşunas məsləhəti

    Уважаемые участники форума приглашаем вас посетить наш портал Яндекс Директ Модерация Обзор самых свежих методик, рассмотрение вопросов связанных с блокировкой по п.15.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!