Bakıda hava 11°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Bədənimizin dili

Bədənimizin dili

Ünsiyyətin yalnız sözlərlə olduğunu düşünürsünüzsə, yanılırsınız. Ağzınızdan çıxanlar əksini söyləsə belə bədən diliniz qarşınızdakına tam fərqli bir mesaj verə bilər. Nə yaxşı ki, bədən dilinin şifrələrini öyrənməyiniz mümkündür. 

Özümüz çox fikir verməsək də, digərləri ilə qurduğumuz ünsiyyətin əhəmiyyətli bir hissəsi bədən dilimiz vasitəsi ilə olur. Fikir vermədən həm onların mimikaları, əl, qol və baş hərəkətləriylə nələr izah etdiyini qəbul edir, həm də duyğularımızı qarşımızdakına verərkən bədən dilimizdən istifadə edirik. Bu mövzuda bir az daha biliklənməyə, yəni bu hərəkətlərin nə anlama gələ biləcəyini öyrənmək, özümüzü daha yaxşı ifadə etməyimizə yardım edə biləcək. Eyni zamanda ətrafımızda olanları daha yaxşı başa düşməyə də kömək ola bilər. Xüsusilə də duyğularını ifadə etməkdə çətinlik çəkən, ya da çox romantik olmayan bir insansınızsa, bədən dilinizdən daha çox istifadə edərək, ətrafınızla daha yaxşı ünsiyyət qura bilərsiniz. Əslində mövzu mimikalar və jestlərdirsə, bir çoxları buradakı ən əhəmiyyətli vasitənin üz olduğunu düşünür. Halbuki, mütəxəssislərə görə, ünsiyyət zamanı ayaq barmaqları da daxil olmaqla bütün bədən üzvlərindən istifadə edirik. Əlləriniz, ayaqlarınız, qollarınız duyğularınızı digərlərinə köçürmək ya da əksinə gizlətmək üçün bir vasitə kimi istifadə oluna bilər. Və yuxarıda da qeyd etdiyimiz kimi, çox vaxt bütün bunları şüursuz şəkildə edirik. Halbuki, bir az da səbr etsəniz, bədən dilinizi daha effektiv şəkildə istifadə etməyin yollarını öyrənə bilərsiniz. 
Bədənimizin dili
Üzünüz və başınız
Üz ifadəsi insanlarda zamanla yerini alır və bunu dəyişdirmək üçün edə biləcəyimiz çox şey yoxdur. Amma yenə də psixoloqlara görə, xüsusilə üz və göz ətrafındakı əzələlərin hərəkəti düşüncələriniz haqqında qarşınızdakına çox əhəmiyyətli mesajlar verə bilər. Üstəlik, bu mesajlar bəzən doğru, bəzən də tamamilə səhv ola bilər. Yəni, çox xoşbəxt olan birisi yalnız aşağı doğru dayanan ağız ətrafı əzələləri və ya qaşlarının çatıq olması ucbatından qarşısındakında kədərli olduğu təəssüratı yarada bilər. Əgər siz də belə bir probleminiz olduğunu düşünürsünüzsə, daha çox gülümsəməyə çalışın.
İnsanların nəzarət etməkdə çətinlik çəkdikləri daha bir nahiyə də alın hissəsidir. Sıxıntılı və narahat olduqda bir çoxları alnını qırışdırır və qaşlarını yuxarıya qaldırır. Nə isə izah etdiyiniz zaman, məsələn, ofisdəki iclasda təqdimat zamanı qaşlarınızın arasının yuxarı qaldırılması və üzünüzü turşutmağınız inandırıcı görünməməyinizə səbəb ola bilər. 
Bədəniniz
Yuxarıda qeyd edildiyi kimi, başınızı dik saxladığınız təqdirdə, kürəyiniz və onurğanız da dik, düz bir vəziyyət alar. Buna diqqət etmək özünə inamı yüksək olan insan imici yaratmaq üçün atacağınız ilk addım ola bilər. Çiyinləriniz aşağı olduqda özünüzə olan inam haqqında ətrafdakılarda müsbət fikir yaratmayacaqsınız. Amma bir istisna var: sizə kömək etməsini, ya da sizə mehriban davranmasını istədiyiniz şəxslə birlikdəsinizsə, dik dayanmaq yerinə bir tərəfə daha çox ağırlıq verin, ya da oturursunuzsa, sağa və ya sola söykənin. 
Bədənimizin dili
Qollarınız və əlləriniz  
Qollarınız və əlləriniz də qarşınızdakına daxili dünyanız haqqında bir çox mesaj verə bilər. Və əgər diqqət yetirməsəniz, onlar vasitəsilə başqalarının çox da bilməsini istəmədiyiniz duyğularınızı asanlıqla ələ verə bilərsiniz. Qollarınızı möhkəm şəkildə özünüzə sıxmaq gərgin və hirsli, əllərinizi belinizə qoymağınız isə qürurlu biri olduğunuza işarə edəcək. Mütəxəssislərin məsləhəti isə sakit və özünə inamlı görünmək üçün qollarınızı təbii şəkildə yana salmaq və oturarkən də çox sıxmadan, yüngülcə qucağınızda birləşdirməkdir.
Bədənimizin dili
Ayaqlarınız
Siz heç diqqət etməsəniz də, bədən dilinin əhəmiyyətli bir parçası da ayaqlarınızdır. Əgər bir şəxs, sizi təpədən dırnağa qədər görürsə, istər oturmuş olun, istərsə də ayaq üstə olun, ayaqlarınızın şəkli ilə ona bir çox şey izah edə bilərsiniz. Nəyimi? Məsələn, stulda oturaraq ayaqlarını möhkəm şəkildə bir-birinə sıxanlar özünə qapanmış  və ətrafla çox ünsiyyət qurmağı sevməyən, utancaq bir insan imici yaradır, bədən diliylə "Mənimlə çox səmimi olmağını istəmirəm" deyir. Ayaqlarının şəklini davamlı dəyişdirmək, onları silkələmək da narahat bir rəftara səbəb olur. Unutmayın ki, ayaqlarınız bədəninizin ən böyük hissələrindən biridir və onları davamlı hərəkət etdirməyiniz də mütləq diqqət çəkir. Nə vatsa ayaqlarınızı əsəbi şəkildə hərəkət etdirməyinizi, ya da ayağınızı yerə vuraraq temp tutmağınızı görsəniz, dərhal bu pis vərdişdən xilas olmalısınız. 
Duruşunuz, yerişlər
Çox vaxt güclü və yerə möhkəm basan addımlar eyni sifətlərlə xarakterizə edilən bir xarakterlə qarşılaşdırılır. Onsuz da dik və doğru dayanmağı bacaranların addımları da buna uyğun olaraq düzəlir və daha yaxşı görünürlər. Digər tərəfdən, kiçik, ürkək addımlar, çox yellənərək və ya yaylanaraq getmək daha utancaq görünməyinizə yol aça bilər. Düzgün şəkildə addımlamaq üçün seçilən ayaqqabılar da çox böyük əhəmiyyət daşıyır. Ayaqlarınızı olduğundan daha böyük göstərən kobud ayaqqabılar, yerişinizi pozan çox düz ayaqqabılar və ya tam əksinə, addım atmağınız bir tərəfə qalsın, ayaq üstə dayanmağınızı belə çətinləşdirən incə dikdaban ayaqqabılar həm duruşunuzu, həm də yerişinizi və təbii ki, ətrafa nümayiş etdirdiyiniz imici korlayacaqdır. Xüsusilə də iş yerlərində...
Bu kimi detallar sizinlə əlaqədar səhv təəssürat yarada bilər, diqqətli olun!
Səslərin sayı: 3
20
3166
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Qulaq gündə bir söz eşitməsə kar olar buna deyiblərmiş.
12 dekabr 2014 22:00
Offline
Deniz N-va
Inanilmaz men ele bilirdim tekce bir danisiriq bir baxin her sey danisirrr love
23 iyul 2014 21:37
Offline
♥NiLuFeR♥
Hər birinizə şərhləriniz üçün təşəkkür edirəm give_ros
5 iyun 2014 12:29
Offline
canim
Maraqlıdır məlumatdı təşəkkürlər
1 aprel 2014 09:11
Offline
Minira Aslanzade
MARAQLI MÖVZUDU TESEKKUR
22 mart 2014 02:44
Offline
Gulnarə
Nilufər, maraqlı xəbərdi xəbərin....türk kanallarının birində bir mütəxəssis də bədən üzvlərinin dili

haqqında danışmışdı, mənə maraqlı gəlmişdi...Dediyin hərəkətlərin çoxunu mən eləyirəm, amma mənalarını

bilmirdim, sayəndə öyrəndim...Təşəkkürlər... give_ros

22 mart 2014 00:21
Offline
AFET
Movzu ucun cox sagolun give_ros
12 mart 2014 19:05
Offline
GUNES
Maraqli xeberdi tesekkur
3 mart 2014 10:17
Offline
Ruhəngiz
Maraqlı xəbər idi,təşəkkürlər.
1 mart 2014 20:10
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Nigar
Maraqlidir cox sagolun
1 mart 2014 17:50
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Fatma xanım
Maraqlı yazıdı bədənimizin dilinidə öyrəndik
1 mart 2014 17:15
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
♥Aynişka Gülüm♥
Maraqli idi tesekkurler give_ros
1 mart 2014 15:38
Offline
Happiness-lady
MARAQLI MOVZU HAZIRLAMISAN BACIM COX SAGOL air_kiss
1 mart 2014 13:50
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Narin...
Bədənimin dili-məndə güclü danışıq hissinə malikdi,məs:mən üz ifadəmlə danışmasam belə,yoldaşım nə dediyimi çoox gozəl anlayır əl dilim ilə uşaqlarım məni yaxşı başa düşür,bircə tərpənişi kifayətdirki yerini bilsinlər ayyaqlarım qaldıgı yerdə tərpənirsə artıq ətrafımdakılar his edirki-yaman əsəbiyəm ....

Vauv biz nətərdə eyni xüsusiyyətliymişik biggrin
Təşəkkür Nilufer canım hər zamankı kimi maraqlı mövzuda yazmısan kiss
1 mart 2014 13:30
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Gulum
Maraqli movzudu good Bundan sonra her qarwimizda olani bawdan ayaqa suzsek onun nece adam oldugunu bu xeberin sayesinde bilerik greeting Lap psixoloqa cevrilereme birden Tewekkurler Nicat Nilufer give_ros
1 mart 2014 13:21
Offline
Aylinka
Maraqli movzudu..qizlar mene qariwiq deri ucun efektini gorduyunuz maskalar deyerdiz xaiw...
1 mart 2014 11:50
Offline
Irane
Maraqli movzu ucun tesekkurler give_ros
1 mart 2014 11:10
Offline
איסון ממדוב.
Bədənimin dili-məndə güclü danışıq hissinə malikdi,məs:mən üz ifadəmlə danışmasam belə,yoldaşım nə dediyimi çoox gozəl anlayır əl dilim ilə uşaqlarım məni yaxşı başa düşür,bircə tərpənişi kifayətdirki yerini bilsinlər ayyaqlarım qaldıgı yerdə tərpənirsə artıq ətrafımdakılar his edirki-yaman əsəbiyəm ....bax belə,movzu üçün sag olun.deməli bədənin də dili varmış

Allah seni guldursun ne qeder guldum serhine.
Canim gozel movzuycun cox saqol give_ros
1 mart 2014 10:56
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Zehra.
Çox bəyəndim.Maraqlı məluatdır.
1 mart 2014 10:51
Offline
GülnaR
Bədənimin dili-məndə güclü danışıq hissinə malikdi,məs:mən üz ifadəmlə danışmasam belə,yoldaşım nə dediyimi çoox gozəl anlayır biggrin əl dilim ilə uşaqlarım məni yaxşı başa düşür,bircə tərpənişi kifayətdirki yerini bilsinlər biggrin ayyaqlarım qaldıgı yerdə tərpənirsə artıq ətrafımdakılar his edirki-yaman əsəbiyəm winked ....bax belə,movzu üçün sag olun.deməli bədənin də dili varmış give_ros
1 mart 2014 10:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )