Bakıda hava 24°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

"Özünü kəşf et!" - 6

Hörmətli istifadəçilər!
Qadin.Net - İlk milli qadın portalı 24 oktyabr 2011-ci il tarixindən Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsinə başlayıb. Layihənin məqsədi istedadı, fərdi xüsusi bacarığı olan bütün şəxslərin üzə çıxarılması, ictimaiyyətə, geniş kütləyə təqdim eidlməsidir.

Bir çox insanlar vardır ki, müxtəlif səbəblərdən yaradıcılıq, bacarıq və qabiliyyətləri nümayiş etdirə bilmirlər. Nəticədə uzun illər sonra nə zamansa, vaxtında atılmamış addımlar üçün bir çox heyifsilənirlər...
Qadin.Net portalı belə bir şans yaradır ki, bu cür təəssüflənmələr olmasın!

Əgər həqiqətən də sizin qeyri-adi bacarığınız, istedadınız varsa o zaman, niyə sizi hər kəs tanımasın?! 
Bu günə qədər lahiyə daxilində saytda çox fəallıq göstərən, xüsusi qabiliyyətli istifadəçilərin bacarıqları, istedadları kəşf edilərək onlara məxsus beş ədəd elektron kitab hazırlanıb ərsəyə gətirilmişdir. Hətta bu elektron kitablardan biri (Xəyalə Murad  "Görünməyən həqiqət" ) "Azərbaycan" Nəşriyyat Evində nəşr olunub.

Layihə ilə tanış olmayan yeni istifadəçilərimiz üçün əvvəlki kitabları təqdim edirik:
Kitab 1 - 24 oktyabr 2011-ci il - "Pərvanə ilə ləzzət süfrəsi"
Kitab 2 - 22 noyabr 2011 - ci il - "Ömür boyu arzulanan sevgi" Müəllif - Gülşən Qaraşova
Kitab 3 - 27 dekabr 2011 - ci il - "Ayselin mətbəxindən"
Kitab 4 - 27 yanvar 2012-ci il - "İslamı elə yaşa ki..." Müəllif - Şəbnəm Ağayeva
Kitab 5 - 14 mart 2013-cü il - "Görünməyən həqiqət" Müəllif - Xəyalə Murad
Qeyd olunan layihə daxilində özünün fərqli foto reseptləri ilə böyük oxucu kütləsinin diqqət və marağına səbəb olmuş növbəti iştirakçımız (Ləman_) Nigar Hüseynovadır.

Nigar xanım üçün 106 foto reseptdən (rəsimli izahı olan) ibarət "Nigarın ləzzət dünyası" elektron kitabı hazırlandı.

Qadin.Net redaksiyası Nigar xanımın fəaliyyəti, mətbəx sahəsindəki bacarığı, saytda yayımladığı reseptləri toplayaraq bir kitab halına gətirdi və bu kitabı Nıgar xanıma böyük sevinclə hədiyyə edir!

 Ənənəyə sadiq qalaraq elektron kitabın ilk səhifəsində Nıgar xanımın ürək sözlərinə yer verilib:

Ön söz

Əziz oxucular!

Qeyd edim ki, bu mənim ilk kitabımdır. Mətbəxə hələ uşaqlıqdan böyük marağım vardı. Hər gün fərqli bir resept əldə edib bişirməyə can atardım. Qadın.Net saytına rastladığım andan arzularım çin olmağa başladı. Yaxınlarımın, əzizlərimin sevərək daddığı həmin reseptləri sizlərə məhz Qadın.Net saytı vasitəsi ilə təqdim edirəm.

İlk gündən qəlbimi ovsunlayan Qadın.Net saytı isti ev təəsüratı bağışlamaqla yanaşı, mehriban və səmimi insanların görüş məkanıdır. Mən burada bir-birindən maraqlı reseptlərlə tanış olduqdan sonra öz hazırladığım və "icad" etdiyim reseptlərimi sizə təqdim etməyə başladım.

Bu uğurlarımda saytın baş redaktoru Ceylan Mumoğlunun şəxsi dəstəyini xüsusilə qeyd etmək istərdim. Onun əməyimi doğru yöndə idarəsi nəticəsində tezliklə reseptlərim ən çox oxunan xəbərlər sırasında oldu. Bu məni günü-gündən həvəsləndirməklə yanaşı, gələcək günlərdə bir-birindən fərqli yeməklər hazırlamağıma stimul verdi.

Ceylan xanım reseptlərimi bir "e-kitab" variantında, toplanaraq hazırlana biləcəyini deyəndə çox sevindim.  Bu imkanı mənim üçün yaratdığına görə Qadin.Net və əlbəttəki Ceylan xanıma hər zaman minnətdar olacağam.
Oxuyacağınız elektron kitabda siz bir-birindən maraqlı və dadlı reseptlərlə tanış olacaqsınız. Kitabda Azərbaycan yeməkləri ilə yanaşı, dünya mətbəxindən olan nümunələr və həmçinin öz “icadlarım” da yer alır. Reseptlərin mənbəyi müxtəlifdir: ailəm, dostlarım, qohumlarım, mənim resept dəftərim, müxtəlif yemək kitabları və jurnallar.
Təqdim etdiyim foto reseptlər sayəsində çətinlik çəkmədən istənilən resepti hazırlayaraq yaxınlarınızı sevindirə bilərsiniz.
Süfrəniz hər zaman ruzili, bərəkətli olsun!

Nigar

 "Özünü kəşf et!" - 6 "Özünü kəşf et!" - 6 "Özünü kəşf et!" - 6
 

Növbəti istedadları gözləyin...

Səslərin sayı: 12
82
4568
loading...
Şərhlər
Offline
Nurka Glamurka
Maraqlidir..tesekkur
11 may 2014 20:25
Offline
Nigar
Ləman Hüseynli,
Cox sagolin tewekkur edirem
20 aprel 2014 23:47
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Elvida
tebrik edirem give_ros give_ros
30 mart 2014 18:05
Offline
Nigar
♥Fira♥,
InwAllah qoyulacaq tezlikle
4 mart 2014 20:44
imza: Allahın cümləmizə yar olsun amin
Offline
ÖzDüNyAm
Ləman_,
bilirem mende onu diyiremde ele. blush
4 mart 2014 20:42
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Nigar
♥Fira♥,
Bakuji,
Asi,
ღМøя бøльшая любøвьღ,
Coz sagolun Allah cumlenizden razi olsin amin hele kitabin linki qoyulmayib qoyulsun soram yuklemek olacaq
4 mart 2014 20:41
imza: Allahın cümləmizə yar olsun amin
Offline
ÖzDüNyAm
Yukleme linki niye qoyulmur bes? sebirsizlikle gozleyirem eyy girl_ang
4 mart 2014 20:35
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Bakuji
Ləman_, - Tebrikler! Qadin.net'in metbex sahesinde bacariqli xanimlari coxdur, ama Nigar x. yeni ideya, gozel teqdimat, ardicilliq vasitesile estafeti tehvil alib, yorulmayasiz.
28 fevral 2014 15:06
Offline
Asi
Bacim seni tebrik edirem.. elektron kitab yazilib ama yukleme linkini gormedim nece yukleye bilerem????????????????
25 fevral 2014 21:36
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
ღМоя большой любовьღ(Ailəli)
Coox gozel,tebrikler,ugurlariniz daim olsun
23 fevral 2014 23:16
Offline
Nigar
chr,
Cox sagolun Allah razi olsun
23 fevral 2014 12:16
imza: Allahın cümləmizə yar olsun amin
Offline
chr
Aaa nə yaxşı təbriklər uğurlarınız bol olsun hər bir kitabı hazırlanan xanımı təbrik edirəm give_ros
22 fevral 2014 20:27
Offline
Nigar
Ulker.Agamali,
Cox sagol gozelim tewekkur edirem
22 fevral 2014 15:18
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Ulker.Agamali
Leman-Nigar tebrikler! Cox gozel layihe,cox boyuk bir ugurdur!
22 fevral 2014 15:11
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Nigar
《YEGiŞ》,
N.(SaTuOr),
HUSNA,
 Xelilova Sehla,
Ellada Babayeva,
Rəmziyyə Verdiyeva,
GUNIS,
♥ TƏRİŞ♡H ♥,
Cox sagolun Allah razi olsun
Arzu,
Can cox sagol bacim Allah razi olsun)))
قلب  Ro-Xe-Sa قلب,
Cox sagol gozel bacim Allah razi olsun ele mende leman adina oyrenmiwem burda)))amin Allah Ceylan xanimdan da razi olsun
21 fevral 2014 12:44
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Aminim
Niquşun demək olarki olar 80%reseptlerini sınamışam.Helə bəyənmədiyim olmuyub.Belədə davam edər inşAllah
21 fevral 2014 12:01
imza: qadin.net
Offline
N.(SaTuOr)
Leman yeni Nigar seni urekden tebrik edirem, sen buna layiq qizsan.Hec vaxt bisiren ellerin yorulmasin, sebrin tukenmesin.InseAllah ikinci kitabin da cixar.
21 fevral 2014 11:20
Offline
HUSNA
Leman xanim, seni urekden tebrik edirem.Ugurlarin bol olsun! give_ros
21 fevral 2014 11:15
Offline
Xelilova Sehla
Leman xanim tebrik edirem insallah axarinci olar ugurlar size qadin naliyyeti her zaman meni valeh edir give_ros
21 fevral 2014 08:19
Offline
أحبك
Ləman (Şirin bacımız) səni ilk öncə Təbrik edirəm give_ros , ugurlarin bol olsun, bir-birindən gözəl reseptlərinlə bizlərin həmisə agız dadını dəyişdirəsən inşALLAH girl_ten, menyularımıza yenilik gətirirsən kiss . Adınında Nigar oldugunu indi bilmişəm scratch_ , Amma nə yalan deyim, sənə ləman kimi öyrəşmişəm blum hələki belə müraciət edəcəm. Saytımızda belə gözəl lahiyyələri gördükcə adamın ürəyi açılır, təbiiki Hörmətli Ceylan xanımımızın sayəsində. Ceylan xanım sizədə cox təşəkkür edirik, hansısa arzuların həyata kecməsində yardımcı olursunuz biz istifadəçilərə. Cox sag olun, sizində arzularınız çin olsun, çəkdiyiniz əziyyətlərinizin bəhrəsini görəsiniz, AMİN
21 fevral 2014 00:57
imza: فراق
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!