Bakıda hava 13°
USD AZN
EUR AZN
10:46Sima salam herkese necesiz 08:48Xəyalə Murad yeni dərs və iş həftəsində hər birinizi xoş gördük!
41235

Niyə rus dilində danışırıq?

Niyə rus dilində danışırıq?

Biz hazırda müstəqil bir dövlətdə yaşayırıq. Əlbətdə ki, bizim öz dilimiz, öz dinimiz, öz adət-ənənələrimiz vardır. Və biz əlimizdən gəldikcə onları qoruyur, dilimizə, dinimizə, adətlərimizə hörmət edirik. Məsələn, hər il öz milli bayramlarımızı qeyd edirik - Novruz bayramı, Bayraq bayramı və s. Həm də özümüzü “əsl” azərbaycanlı sayırıq. Bəli ”əsl” azərbaycanlı. Ancaq hansısa çatışmazlıq var axı?! Dilimiz... Niyə? Bir anlıq düşünün, biz azərbaycanlılar hər zaman Azərbaycan dilindəmi danışırıq? Hazırda demək olar ki, Bakı əhalisinin əksəriyyəti rus dilində danışır. Əlbəttə, başqa dil bilmək pis iş deyil. Əksinə, olduqca yaxşıdır. Amma biz, bu dili artıq öz ana dilimizə çevirmişik sanki. Əslində çoxlarını qınamaq olmaz. Çünki biz azərbaycalılar illərlə SSRİ-nin tərkibində yaşamışıq. Bu da bizim dilimizə, adət-ənənəmizə təsir edib. Valideynlərimiz, hətta nənə-babalarımız, qohum-əqrəbalarımızın əksəriyyəti rus dilini bilirlər.

 Niyə rus dilində danışırıq?

Axı indi mustəqil dövlətik. Niyə hələ də rus dilində danışırıq? Hansısa bir mağazaya girsəniz, oradakı satıcıların əksəriyyəti rus dilində danışır. İçəri girənə  rus dilində “salam”, çıxana rus dilində “sağ ol” deyir. Sanki bura Azərbaycan deyil. Hələ Azərbaycan dilində danışanlara yuxardan aşağı baxanlar da az deyil. Bütün bunlar yalnız satıcılara aid deyil, ümumilikdə xalqımıza adiddir. Bir də səviyyə məsələsi var əlbəttə. Hansısa bir məkan necə deyərlər “rusdilli” dirsə, orada Azərbaycan dilində danışanda insana elə baxırlar ki, elə bil nə isə pis bir hadisə baş verib. Cəmiyyət arasında insanlar var ki, tam bilmədiyi halda rus dilində danışır, bununla da özlərini daha səviyyəli, daha savadlı göstərməyə çalışırlar. Lakin anlamırlar ki, kənardan çox gülünc görünürlər. 

Niyə rus dilində danışırıq?

Ulu öndərimiz Heydər Əliyev cənablarının bir kəlamı heç vaxt yadımızdan çıxmamalıdır: "Mən fəxr edirəm ki, azərbaycanlıyam." Əlbəttə, hər birimiz bununla fəxr etməli, dilimizi sevməli və qorumalıyıq. İnsan nə qədər çox dil bilərsə, bir o qədər yaxşıdır. Bununla biz dövlərimizə, xalqımıza xeyirli vətəndaş ola bilərik. Ancaq bu o demək deyil ki, başqa dili biliriksə, öz dilimizi unutmalıyıq. Əksinə, dilimizə hörmət etməli, bütün dillərdən uca tutmalıyıq. Çünki bu dildə analarımız bizə layla deyib, bu dildə sevib, bu dildə əzizləyib, bu dildə nağıllar söyləyib. Azərbaycan dili bizim ana dilimizdir.

Nə olur-olsun, kim nə deyir-desin, gəlin öz adət ənələrimizi və dilimizi qoruyaq! Əsl Azərbaycan vətəndaşı kimi də yaşayaq!

Səslərin sayı: 9
54
4072
loading...
Şərhlər
Offline
Pərvanə
Öz dilində danışmaga utanan şəxslərə ar olsun.
13 dekabr 2014 19:42
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
ayhel,
Xanim dil bilmek pis deyil ki,eksine cox gozel seydir.amma ki,biz,oz veteninde ecnebi dilde danisib ozunu boyuk hesab edenleri qinayiriq.
Hz.Mehemmmed demisdir: "Elm Çinde bele olsa,arxasınca get..."
11 may 2014 19:44
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
ayhel
Vallah rus dilin bilmirem hec oyrenmek de fikrim yoxdu.o ki qaldi bilmediyim dilde danisam
7 may 2014 20:11
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
YaZ-yAgMuRum,
Beli eyen.raziyam baci sizle...
7 may 2014 00:19
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Nurka Glamurka
Eger Azerbaycanda yasayirsan sa buranin coreyini yeyib suyunu icirsense canin cixsin dilinide oyren
Oz dilimiz de daniwanlara QIJI deyir "ozumuzkiler"

qaldiki bu meseleye beli raziyam deyenler var azerbaycanda bele qijilar coxdu AZerbaycanca danişanlara qiji deyen şexslerin yox şexsiyyetsizlerin toxumunu kesmek lazimdi angry
7 may 2014 00:11
Offline
Ilahe A-va
Oz dilimiz de daniwanlara QIJI deyir "ozumuzkiler"
30 aprel 2014 11:38
Offline
Deniz N-va
Çox maraqli yazmisan canim superrrrrr cok dogrudur
27 aprel 2014 15:48
Offline
Minira Aslanzade
Çox düzgün yazılıb həqiqətəndə belədi sovet dövründən bu bizdə bir xal qaldı.
23 aprel 2014 23:34
Offline
♥NiLuFeR♥
Çox gözəl mövzudur.Moskvada qərar çıxardıblar ki şəhərdə Azərbaycan dilində danışan olsa şəhərdən çıxarılacaq,qovulacaq həmin insanlar.Amma bizim millət elə danışırki rus dilində elə bil Azərbaycanın çörəyini yeyib,suyunu içən həmin rus dilində danışan insan deyil.Biz Azərbaycanlıyıq!!!Öz dilimizə hörmət etməliyik ki başqa millətin insanları da bizim dilimizə hörmət etsin!!!Dil bilmək yaxşıdır amma yekəxanalıq edib,yersiz yersiz rus dilində danışan insanlara nifrət edirəm!!!
23 aprel 2014 16:27
Offline
Aşk Meleği
Çünkü sovet bizde iz qoyub gedib de..
23 aprel 2014 14:33
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑

Ən gözəl dil öz ana dilimizd

Beli////raziyam laughing
21 aprel 2014 20:23
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Fatma xanım
Ən gözəl dil öz ana dilimizdi
20 aprel 2014 18:49
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Xanım, görürəm ki, hələ də şərh izləməkdəsiniz. Elə izləyirsiniz, onda dəqiq izləyin. Mən orda bir real hadisəni qeyd edib, daha sonra bu cümləni vurğulamışam. Mənim anam-atam da mama-papa deyib. Ancaq bizə bunu məcbur edən yoxdur. Biz azərbaycanlıyıqsa, öz dilimizdə də müraciət etməliyik. Ana adından gözəl ad varmı, dünyada? Soruşun görək, rus "mama"sına ana deyə səslənir? İngilis "mather" əvəzinə ana deyir? İspan "madre" yerinə ana deyə müraciət edir? və s. və ilaxır. Üç dildə danışırsınız, lap gözəl. Uğurlar sizə. Burada neçə dil bildiyimiz yox, öz dilimizi nə dərəcədə bilirik və əməl edirik söhbəti müzakirə olunur.


Xanim,cox super terif etmisiniz fikirlerinizi.oxuyarken qurur duydum,cox sevindim sizin kimi vetendaslarin olmagina!

Niye ar olmalidir xanim Realist (A-N)...biz evde 3 dilde danishirik, amma bu o demek deyil ki, Azerbaycanli olmaqimizi unutmushuk,men evde anama-mama atama papa deyirem,Ataminda anaminda qedrini yaxshi bilirem ve deyerlendirirem,

Xanim biz demirik ki rus dilinde danisanlar azerbaycan vetendasi deyil.biz harda siz harda....bizim problemimiz basqadir ki,onu da Realist (A/N) xanim cox yaxsi anladib.
19 aprel 2014 22:46
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Realist
Niye ar olmalidir xanim Realist (A-N)...biz evde 3 dilde danishirik, amma bu o demek deyil ki, Azerbaycanli olmaqimizi unutmushuk,men evde anama-mama atama papa deyirem,Ataminda anaminda qedrini yaxshi bilirem ve deyerlendirirem,

Xanım, görürəm ki, hələ də şərh izləməkdəsiniz. Elə izləyirsiniz, onda dəqiq izləyin. Mən orda bir real hadisəni qeyd edib, daha sonra bu cümləni vurğulamışam. Mənim anam-atam da mama-papa deyib. Ancaq bizə bunu məcbur edən yoxdur. Biz azərbaycanlıyıqsa, öz dilimizdə də müraciət etməliyik. Ana adından gözəl ad varmı, dünyada? Soruşun görək, rus "mama"sına ana deyə səslənir? İngilis "mather" əvəzinə ana deyir? İspan "madre" yerinə ana deyə müraciət edir? və s. və ilaxır. Üç dildə danışırsınız, lap gözəl. Uğurlar sizə. Burada neçə dil bildiyimiz yox, öz dilimizi nə dərəcədə bilirik və əməl edirik söhbəti müzakirə olunur.
19 aprel 2014 22:31
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Sevda Azeri
Realist (A-N) ----Nə deyim ar olsun, eyib olsun belə valideyinlərə...
Niye ar olmalidir xanim Realist (A-N)...biz evde 3 dilde danishirik, amma bu o demek deyil ki, Azerbaycanli olmaqimizi unutmushuk,men evde anama-mama atama papa deyirem,Ataminda anaminda qedrini yaxshi bilirem ve deyerlendirirem,
19 aprel 2014 22:07
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
ZEHRAM,

Beli xanim raziyam sizle.herden fikirlesende deli olurameeee.biz harasa getsek gerek olarin dilinde danisaq bes niye olar bizim olkeye gelende oz dillerinde danisir,ve bizi bunu basa dusmeye mecbur edirler?offff offfff.amma onu bilirem ki,insallah ALLAH nesib etse oz ovladim olduqda,ona her dil oyrederem,amma oz ana dilinin yerini ayri tutaram.

Fidan Ayan,

Men de qinamiram,elbetdeki.basa dusurem.hetta menim nenelerim babalarim bele rus dilini bilirler.amma indi ki oz vetenimiz ve dilimiz var?!o yetkin insanlari,o dovrde yasayanlaei anladim.bes niye oz ovladlarinin geleceyine pis tesir gosterirler?!ayrica azerbaycanda hara getsen beledir.men ona hirslenierem.
19 aprel 2014 21:59
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
ZEHRAM
Çox gozel movzudu.Mende pis baxram veteninde ola ola oz ana dilinde danismayanlara.bir Rusda gelende bizim vetenimize AZERBAYCAN DILIN DE danissinda.biz adice qonsu Turkiyeyede gedende dilimizi tez deyisib olarkimi danisiriq,niye olar gelib konsert verirlere Bakida danissinlarda bizim ana dilimizde .yox danismazlar biziye oz dilimizide satan...
19 aprel 2014 19:03
Offline
AFET
Cox duzgun qeyd etmisiz hamisiyla raziyam,xarici dil bilmek yaxsi seydi amma lazim oland danisasan.
19 aprel 2014 16:39
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Ruhəngiz,
Cox tesekkurler fikirlerinize gore))Ne de gozel tesvir edibsiniz dilimizi!

Realist (A-N),
Beli,eynen/sizinle raziyam/men de nece defe sahidi olusam bunun/men hetta oz anama bele mama deyirem/ana demeyi cox isterdim
19 aprel 2014 15:22
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Qəribə
Çox maraqlı mövzudur.Menim ozum de rus dilinde bitirmisem mektebi,amma oz dilimzde danişmaga usttunluk vermisik her zaman.
19 aprel 2014 13:46
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 12:25 - Müəllif: Sima
    Qadınlara 25 milyon ödəyəcək (2)

    Qadınlara 25 milyon ödəyəcək

    Qalmaqallı prodüser Harvi Vaynşteynlə bağlı məhkəmə qərar verib.
  • 12:14 - Müəllif: Sima
    Məşhur müğənni yeni İMİCDƏ (1)

    Məşhur müğənni yeni İMİCDƏ

    Məşhur müğənni yeni İMİCDƏ
  • Ərdoğan məşhur aşpazın qonağı oldu

    Ərdoğan məşhur aşpazın qonağı oldu
  • Həssas dərilər üçün makiyaj tövsiyələri

    Həssas dərilər üçün makiyaj tövsiyələriHəssas dərilər üçün makiyaj tövsiyələri
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем привет. Боялась заказывать за за % оплату. Но все отлично. До Твери шла ровно 8 дней шведская стенка как и говорили. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо огромное.
  • BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr

    BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
  • Tonal krem ləkəsini necə təmizləməli?

    Qab yuyan şampundan ləkənin üstünə damladın və bir neçə dəqiqə gözləyin
  • Həftənin ən zövqsüz ulduzu oldu-FOTO

    Sert 2 xal verdiyi Belçimin ünvanına "Bədəninə uyğun olmayan, yanlış bir tərzdir. Bütün parçalar uyğun gəlmir. Çəkmələr isə heç uyğun deyil" deyib.
  • Məşhur Maqnat 150 milyonluq ev aldı

    Avstraliyalı media maqnatı Rupert Mördok oğluna 150 milyon dollara malikanə satın alıb.
  • Qadınlara 25 milyon ödəyəcək

    Qərar hələ tam qüvvəyə minməyib. Bunun üçün həm şikayətçilərin, həm də qarşı tərəfin razılığı tələb olunur.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!