Fevral ayının 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) günüdür. 1992-ci ildən bəri hər il qeyd olunan bu bayramın qısa tarixcəsini xatırlamazdan əvvəl ilk hərbi təyyarəçimiz Fərrux ağa Qayıbovdan bəhs etmək məqsədəuyğun olar. Fərrux ağa Qayıbov 1891-ci il oktyabr ayının 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində dünyaya gəlmişdir. Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri Məmmədkərim ağanın oğlu idi. Atasını cavan ikən itirən Fərrux ağa Qayıbov əmisi Səməd ağa Qayıbovun himayəsində böyüyür. Qeyd edim ki, Səməd ağa Qayıbov öz dövrünün maarifçilərindən idi və Fərrux ağa Qayıbovun təhsili ilə yaxından məşğul olurdu. Elə həmin kənddə 5 sinifli məktəbi bitirib, uzaq qohumu Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyur.
1910-cu ildə təhsilini əla qiymətlərlə bitirdikdən sonra, Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. 1913-cü ildə hərbi məktəbi başa vurub podporuçik rütbəsi alır. Fərrux ağa Qayıbov xidmət etmək üçün 39-cu artilleriya briqadasına göndərilir. Daha sonra isə məşhur İlya Muroments -16 ekipajına qəbul edilir. I Dünya Müharibəsi başlayanda Fərrux ağa Qayıbovu Qərbdəki 11-ci Aviasiya korpusuna göndərirlər. Poruçik Fərrux ağa Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü məhv edir, lakin aldığı zərbədən təyyarə ilə yerə çırpılaraq həlak olur. Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Sabahsı gün almanlar tərəfdən Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və həmin ərazidə şərəflə dəfn edildiyi yazılmış kağız atılır. Fərrux ağa Qayıbovun təyyarəsi almanların müharibə boyunca vurduğu yeganə rus bombardmançı təyyarə olur. Uzun müddət poruçik Fərrux ağa Qayıbovun dəfn olunduğu yer naməlum olaraq qalırdı. Belarusiyalı könüllülər Boruna qəsəbəsi yaxınlığında Fərrux ağa Qayıbovun məzarını aşkar etmişlər.
1992-ci il aprel ayının 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələrinin ilk qırıcı təyarəsi olaraq qəbul edilir. Hacı Zeynalabdin Tağıyev adına hərbi aviasiya alayının komandiri, polkovnik V. Kravtsov (Qeyd edim ki, o, Azərbaycan HHQ-nin ilk komandanı olmuşdur) və polkovnik-leytenant A.Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilir. 1992-ci ildən Azərbaycanda Hərbi Hava Qüvvələri ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Sonra Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.
Atəşkəs müqaviləsi (1994) imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatların mərkəzini HHQ və HHMQ təşkil edib. Çünki işğal olunmuş Azərbaycan əraziləri yüksək relyefə malikdir və geri qaytarmaq üçün qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur.
Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi milli hərbi təyyarəçilərimizin buraxılışına 1997-ci ildən başlayıb. 2005-ci ildən etibarən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitin bir hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilir.
İndiki dövrdə Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar hesab edilir. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlansa da, Türkiyə, Ukrayna, ABŞ və bir sıra ölkələrdə ixtisasartırma kursları keçirlər.
Vətənimizi qoruyan "şahinlərimizi" bu gözəl bayram münasibəti ilə təbrik edir, onlara cansağlığı, uzun ömür və aydın səma diləyirik.
XƏBƏR LENTİ
Kişinin əsas düşmənləri: alkoqol və tütün
Yuxu pozuntuları
Spagetti
Qadınlar haqqında 10 unudulmaz AFORİZM
Böyüklüyünə görə dünyanın beşinci almazı tapılıb
Hadise və Kaan Yıldırım ilk dəfə şəkil paylaşdı
Samsung böhtanın cəzasını istəyir
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Xarici pasportlar haqda qanuna dəyişiklik edildi
Tər qoxusunun qorxulu səbəbləri
Çinlilər Nokia-ya etiraz edirlər
Van Damın Bodrum sərgüzəştləri-FOTO
Bakıda bu yol da bağlandı
Kökəldikdən sonra həyatı inanılmaz dəyişdi - FOTO
HAVA Xəbərdarlığı!-18 dekabr
Biskivit tortu
HAVA necə olacaq?-6 yanvar
"Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi"
ABŞ-ın Azərbaycandakı səfirliyi: Ümid edirik ki, Azərbaycanda bu il şəffaf prezident seçkiləri keçiriləcək
Toxumaq dərsi-7
Güney Azərbaycana səyahət-Zəncan
Azərbaycana 19 sm hündürlüyündə qar yağdı
Qarşılıqsız sevginin öhdəsindən necə gəlməli?
Sellülitə qarşı ən sadə resept
Həyatın mənasını itirənlər üçün psixoloji və dini cavab
Virus fövqəladə vəziyyətə səbəb oldu
Vanqadan 2021-ci il PROQNOZU
Vaxtı keçmiş məhsullar doğrudanmı zərərlidir?
Düşünmək lazımdır
Rəşidi xatırlayaq..
Şaftalı cemi (foto-resept)
Prezident İlham Əliyev İstanbulda Ərdoğanla görüşdü
Devid Bekhem kosmetikadan istifadə edir?
Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə tədbirlər keçirilib
İtaliyada "Hitler şərabları" - FOTO
İlham Əliyevdən xəbərdarlıq
Ermənilər sutka ərzində 98 dəfə atəşkəsi pozdular
Ölkədə ilk: Ordu qadına tapşırıldı
Düşmən orduda çaxnaşma
Qış üçün 8 milyonluq maşın aldı-FOTO
2050-ci ilə qədər dünya əhalisinin... - ŞOK STATİSTİKA
Qadin.Net Facebook-da (100.000)
Arutyunyan: “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
Ən çox qazanan müğənnilərin reytinqi
Duruşunuz sağlamlığınıza necə təsir edir?
Baş ağrısı
Temperatur 40 dərəcəyə çatacaq
İnsanların xarakterlərini göstərən rəsmlər
Tez uzanan və güclü saçlar üçün 7 maska
- ŞƏRHLƏR