Uşaqlarını kənar təsirlərdən qorumaq istəyən valideynlər bəzən istəmədən uşaqların zehni və psixoloji vəziyyətinə zərər verə bilərlər. Ana və ataların bu qayğıları uşaqlarda özünə inamın itməsi, özünə qapanma hallarını ortaya çıxarır. Uşağının hər atdığı addımı izləyən, hər an onun başına pis bir hadisə gələcəyini düşünən, bu hərəkətlərlə hər an beyinə pis hadisələrin siqnalını verən analarda qayğı pozğunluğu ola bilər. Həddindən artıq qayğı göstərən analar adətən uşağa belə müraciət edirlər:
- Aman, diqqət elə!
- Yıxılarsan!
- Ağrıdar!
Bu cümlələri deyən ana uşağına bu mesajı verir: "Həyat təhlükəlidir və hər an başına bir şey gələ bilər".
Uşaqlar analarından örnək alırlar. Hər uşaq valideyni üçün dəyərlidir. Uşaqlar böyüyüb öz qərarlarını özləri verənədək valideynlərin himayəsi və qoruması altındadırlar. Uşaq 3 yaşında hər şeyi anlamağa başlayır. Bu yaşda hər şeyi yavaş-yavaş anlamağa başlayan uşaq ətraf mühitin necə olduğuna dair fikirləşməyə başlayır.
Analar istəmədən də olsa ananın yanından ayrılmayan, yeni dost tapmaqda çətinlik çəkən, anası yanında olmadıqda kədərlənən, özünü yalnız hiss edən uşaqlar yetişdirə bilərlər.
Həddindən artıq qayğıkeş analar hər an uşağın başına gələ biləcək təhlükə ehtimalını fikirləşir. Nümunə üçün deyək ki, sağlam düşüncəli ana da uşağının məktəbdə oynayarkən yıxılma ehtimalını fikirləşib bir qədər kədərlənir. Ancaq o, bunun adi bir hal olduğunu düşünərək "Hər şey ola bilər" deyə özünü rahatladır. Həddindən artıq qayğıkeş ana isə hər məktəbə getdiyi gün uşağı öz əlləriylə təhlükəyə atırmış kimi fikir çəkir, həddindən artıq məsuliyyət hissi yaşayır və ya uşağı özü məktəbə aparıb-gətirir. Həddindən artıq qayğıkeş anaların beyinləri təhlükə görüntüləri ilə məşğuldur. Bunun səbəbi həyatda etməli olduğu digər məsələləri bir kənara qoyub, özünü sadəcə ana roluna qapdırması ola bilər. Belə anaların nəzəri hər an uşaqlarının üzərində olur:
- Yemək yedimi?
- Dərsini oxudumu?
- Rahat yatdımı?
- Əllərini yudumu?
- Xəstə deyil ki?
Sonra da uşaqları evdən çölə çıxarkən "Maşın vurarmı?" kimi şübhələrlə özlərini yorurlar.
Valideynlərin səhvlərindən biri də uşaqlarının nədən qorxduqlarını bilə-bilə onları qorxutmalarıdır. Bəzən uşaqlar yatmayanda "Yatmasan, qoca qarılar gəlib səni aparacaq", yeməyəndə "Yeməyini yeməsən, gəlib cinlər, şeytanlar səni qorxudacaqlar" deyirlər. Uşaqları bu qorxulardan uzaq tutsalar, onların sağlam və qorxusuz yaşamalarına kömək edərlər.
XƏBƏR LENTİ
Şuşasız 22 il...
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
İlin ən bahalı "İnstagram" blogeri kimdir?
"Andromeda" satıldı - 3,6 milyon avro
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
Yataqda utancaq qadın
TaTu qrupu illər sonra-FOTO
Təbii qazdan istifadədə limiti keçənlərə – ŞAD XƏBƏR
Energetik içkilər qadağan olundu
İzolyasiyadan sonra immuniteti qorumağın sadə yolu
Bakıda uşaq musiqi məktəbi açıldı
Ana ilə atanın fərqi - İnfoqrafika
Qoruxularınız arıqlamağa mane olur
Baydenin alacağı maaş hesablandı
Azərbaycanda may ayının hava proqnozu açıqlandı
Hansı daha yaxşıdır: çay yoxsa qəhvə
Bu şəxslər “WhatsApp”dan istifadə edə bilməyəcəklər
Bu telefonlardan istifadə etməyin
Fahriye Burak Özçviti belə təbrik etdi-FOTO
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Məşhurların ləqəbləri
Bülbülün 120 illik yubileyi keçiriləcək
Rəngarəng saçlar
Bakı metropolitenində nəzarət profilaktik tədbirləri gücləndirilib
"Kömək et, ata!" (Füzulinin işğalı gününə)
YouTube yalan məlumatlarla mübarizə aparır
Evdə yetişdirmək üçün şəfalı bitkilər
Nurlu insan
Cümə günü, ayın 13-ü: ilin sonuncu “qara” günündən nəyi gözləmək olar?
İnstagram fenomeni sərvət toplayır-FOTO
Yeni imperatorun ilk əmri sizi də çox çaşdıracaq
Pəhriz dondurması necə olmalıdır?
Yataq otaqları dizaynı
Unikal enerjili avtomobil
Saxta dollarla aldana bilərsiniz
Qeyri-adi fotoşop
Hava necə olacaq?
Əxlaq insanın etdiyi davranışlara başqalarını dəvət etməsidir
"Ustad"dərgisinin 26-cı sayı işıq üzü gördü-FOTO
Tayland plastik paket istifadəsinə qadağa qoydu
HAVA necə olacaq?-27 İyul
AVRO-2016-da 1/8 finalın ilk oyunları - BU GÜN
Südlü şirniyyat (foto-resept)
Azərbaycan dili - VII dərs
Barmağınızdakı bu nöqtəni 60 saniyə sıxın - DƏRMANSIZ MÜALİCƏ
Facebook parolunuzu təcili dəyişin
Davamlı aclıq hiss etməyin 3 səbəbi
İŞİD-ə qarşı böyük müharibə planı
Erməni ordusu Tərtərdə türkiyəli jurnalistləri hədəfə aldı - VİDEO
BÜRCLƏR bizə nə vəd edir? -15 İyun
- ŞƏRHLƏR