Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

O bunu necə bacarır?

O bunu necə bacarır?

Qadın.Net saytında hər şeydən, hər kəsdən danışılıb, tək saytın baş redaktoru Ceylan xanımdan başqa. Ceylan Mumoğlu 1976-cı ildə Azərbaycanda doğulub. İlk təhsilini Sümqayıt şəhəri 24 saylı orta məktəbdə alıb. 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 1997-2006-cı illərdə təhsili üzrə müxtəlif məktəblərdə tarix müəlliməsi kimi çalışıb. Ailə qurması ilə əlaqədar olaraq 2007-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb. 2009-cu ildən Qadin.Net saytının rəhbər işçilərindən biri, baş redaktorudur.

Azərbaycan qadınının özünəməxsus imici var. Bu imic onu ömür boyu izləyir, istər ailədə, istər karyerada bütün sosial həyatına təsir edir - ya irəli aparır, ya geri... Bu imici korlamadan, ona zidd getmədən, onun boynumuza qoyduğu məsuliyyəti kiçiltmədən, yaratdığı buxov daxilində xəfifcə hərəkət edərək uğur qazanmaq, irəli getmək, özünü təsdiq etmək, stereotipləri qırmaq, gücünü kobud deyil, incə şəkildə göstərmək bu günün tələbidir. Bu tələbin öhdəsindən gəlmək hər qadının işi deyil. Çünki işgüzar qadın olmaq heç də asan deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Bunlar əlbəttə, ümumi amillərdir, fərdi bacarıqdan da çox şey aslıdır. Hər işgüzar qadının özünəməxsus “sirləri” var. Bu yazıda mən bu qadınlardan biri və onun “sirləri” haqqında yazacağam.

Hər bir qadın kimi Ceylan xanımın da hədəfi bacarıqlı iş qadını olmazdan əvvəl gözəl ana olmaqdır. Bu öz yerində, lakin qayğıkeş ana, ləyaqətli qadın kimi insanlığın zinəti sayılan saf və ülvi dəyərləri parlaq xarakterində cəmləşdirən, sanballı araşdırmalar aparan Ceylan xanım 6 illik virtual dünya təcrübəsindən qaynaqlanan, bu dünyanın içində qazanıla bilinəcək böyük uğurlardan birini əldə etmişdir.

O bunu necə bacarır?

Bununla da Azərbaycan qadınlari ilə internet fəaliyyəti arasında sağlam körpü yaratmış, onların bilik və fəaliyyəti xəzinəsini daha da zənginləşdirməyə çalışmış və buna nail olmuşdur. Onun yorulmaz fəaliyyəti müasir evdar qadının internetdən istifadə anlayışına yeniliklər gətirmiş, onlara evdə kompüter arxasında oturaraq həm özünə, həm də cəmiyyətə faydalı olmağın yollarını öyrətmişdir. Saytın yaradıcılıqla məşğul olan xanımlarının bəzilərinin elektron kitablarının təşkili ideyası ilə onlara yeni stimul vermiş, özlərini lazımlı və dəyərli hiss etmələrinə şərait yaratmışıdr.

Ceylan xanım geniş yaradıcılıq potensialı ilə yanaşı, həm də təşkilatçılıq bacarığı ilə seçilir. Onun təşkilatçılığı və təşəbbüskarlığı sayəsində saytın xəbər bazası möhkəmlənmiş, mövzuların tədqiqat işlərinin miqyası genişlənmiş, onların nəzəri səviyyəsi yüksəlmişdir. Orijinal düşüncələri, hadisələrə özünəməxsus baxışı, tələbkarlığı və bir o qədər də qayğıkeşliyi onun baş redaktor portretinin ayrılmaz cizgiləridir. Bununla yanaşı, maraqlı qələm sahibi olan Ceylan xanım bir çox saytın köşəsini öz dəyərli yazıları ilə bəzəyir. Qələmə aldığı məqalələr özünün orijinallığı, mövzu müxtəlifliyi və aktuallığı, ensiklopedik səciyyə daşıyaraq bir sıra mətləblərə işıq salması, bir sözlə, yüksək sanbalı ilə diqqəti çəkir. Baş redaktor özünü həm də tərcümə sahəsində sınamış, hərtərəfli işə yarayacaq məlumatların bir sıra nümunələrini dilimizə çevirmişdir. Bu tərcümələri ilə tanışlıq göstərir ki, Ceylan xanım bu işin də incəliklərinə dərindən bələd olmuş, tərcümələrində yüksək poetik ruhu, orijinal dəst-xətti, məna və məzmunu qoruyub saxlaya bilmişdir

Virtual əməkdaşlarını seçmək baxımından püxtələşmiş Ceylan xanım vaxtının hamısını heç də bu işə həsr etmir. Nə qədər gərgin, diqqət və vaxt tələb edən işlə məşğul olsa da, yeni-yeni biliklər əldə etməyi, hər gün yeni məlumatlarla tanış olmağı, müxtəlif mövzularda maraqlı kitablarlı oxuyub dostlarına tövsiyyə etməyi də unutmur. “Hər gün yeni bir şey öyrənməsəm, özümü yaşamış hiss etmərəm” – deyir. Ətrafına “silahdaşlarını” seçərkən onlarda öz xasiyyətindən nəsə axtarır, belə ki, ilk öncə seçdiyi insanlarda dürüstlük, xeyirxahlıq, səmimilik, zəhmətkeşlik, etibarlılıq kimi xüsusiyyətlərə üstünlük verir. Ən əsası, ünsiyyət qurduğu insanlarda İNSANİ xüsusiyyətləri axtarır və əgər onu tapırsa, deməli, onu komandaya almağa dəyər.

Baş redaktorun özünəməxsus tədqiqatçılıq məharəti də var. Müxtəlif saytlardan araşdırmalar edərək xanımlarımız üçün lazımi məlumatları toplayıb onlara təqdim edən baş redaktor ictimai həyatdakı fəallığı ilə də həmişə ucalmış, ümdə insani keyfiyyətləri ilə vəhdət təşkil etmiş, bununla da çoxlarının sevimlisinə çevrilmişdir. Gözəllik, dərin zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, səmimiyyət, xeyirxahlıq, yüksək əxlaq - bütün bunlar Ceylan xanıma xas olan keyfiyyətlərin toplumunu təşkil edir. Bütün varlığı ilə milli kökə, xalqa bağlı şəxsiyyət olaraq, bütün fəaliyyətində xanımların, gənclərin maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə doğru irəliləməsi kimi nəcib niyyətlər daim özünü qabarıq göstərmişdir.

Ceylan xanım dinləməyi bacarır. Yaşından, cinsindən, mövzudan, statusundan aslı olmayaraq onunla danışmaq, dərdini bölüşmək, məsləhət almaq istəyən hər kəsi səbrlə, həvəslə dinləyir, həyat təcrübəsindən qaynaqlanan dəyərli məsləhətlərini əsirgəmir. Müsahibi ilə uzun müddətli dost olmasının və ya yeni tanış olmasının fərqi yoxdur, o, insanlarda inam yaradır. Özünün də dediyi kimi, səbrlə dinləmək bacarığı Tanrının ona verdiyi hədiyyədir.

Ceylan xanımın iş üsulu onun xarakterinin göstəricisidir. Baş redaktor kimi üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətin öhdəsindən gəlmək, hər kəslə onun dilində danışmaq böyük hünər tələb edir. Bunun üçün bir az da gözüaçıq, dünyagörüşlü olmaq lazımdır. Belə ki, baş redaktor hər gün onlarla istifadəçi ilə danışmalı olur, bu özü böyük psixi gərginlik yaradır, böyük diqqət tələb edir. Eyni zamanda efirə gedən bütün xəbərlərə xüsusi nəzarət edilir ki, yanlışlıq olmasın. Bununla yanaşı, hər gün redaksiyaya reytinq məqsədli müxtəlif xəbərlər daxil olur. Bu xəbərlərin içində heç ortalığa çıxası olmayanı da var, ortababı da, lazımsızı da. Sayt qaydalarına uyğun görülmədikdə həmin xəbərlər silinməli olur. Bu da xəbərin müəllifi olan istifadəçiyə psixoloji cəhətdən mənfi təsir bağışlayır. Bunun qarşısını almaq üçün baş redaktor zaman ayırıb həmin istifadəçi ilə söhbət edir, ona alternativ xəbər hazırlamağı təklif edir, hətta tərcümə etməsi üçün ona xəbər mətni də verir. Bu yolla onun incikliyinin qarşısı alınmış olur, istifadəçi yeni fəaliyyətə həvəsləndirilir. Baş redaktor bütün bunlara məcbur olmasa da bu, onun daxilindən gələn gözəl şəxsi keyfiyyətidir. Kollektivdə işləməyin əsas prinsipi kimi ümumi maraqlar, ideyalar və tələbatları önə sürən Ceylan xanım həmişə her şeyin doğru həll olunmasına üstünlük verir.

Ceylan xanım sübut etdi ki, uğur qazanmağı qarşısına məqsəd qoyan qadın bunu ailə daxilində, məişət işləri ilə birlikdə də edə bilər. Onun ən böyük hədəf isə layihəni, saytı beynəlxalq saytlar sırasında görməkdir.

Bizə isə Ceylan xanıma sadəcə uğurlar diləmək düşür. Amma təbii ki, belə bir sual verməkdən özümü saxlaya bilmirəm: o bunu necə bacarır?

Səslərin sayı: 14
100
5135
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
QARA QIZ,
toma676,
Təşəkkürlər, xanımlar smile
10 may 2014 12:21
Offline
toma676
Ne vaxtsa gore bileremmi sizi.
24 aprel 2014 04:50
Offline
QARA QIZ
CEYLAN XANIM UGURLAR SİZƏ HƏR ŞEYİN YAXŞISINA LAİQSİZ give_ros
23 aprel 2014 19:21
Offline
Ceylan Mumoğlu
Agat_♥,
Ceylan xanım, siz bunu necə bacarırsınız?

kiss
23 aprel 2014 11:20
Offline
Agat_Kris
Ceylan xanım, siz bunu necə bacarırsınız? girl_smi
23 aprel 2014 02:07
imza: Pozitiv olun!
Offline
Ceylan Mumoğlu
Pervin Ezmaliyeva,
Happiness-lady,
canim,
Xoş sözləriniz üçün təşəkkür edirəm laughing
4 aprel 2014 15:44
Offline
canim
Sizə uğurlar arzulayıram Allah oğlunu qorusun .Sorağı zirvələrdə gəlsin . Afərin sizə uğurlarınız bol olsun
30 mart 2014 13:34
Offline
Happiness-lady
AAAAAAAAAA BU XEBER NEVAXT CIXIB MEN GORMEMISEM scratch_
CEYLAN XANIMI HER GORENDE FEALIYYETLERINI GORENDE MENDE OZUME SUAL VERIREMKI GORESEN CEYLAN XANIM BUNLARI NECE BACARIR. HALAL OLSUN SIZE CEYLAN XANIM VE COX SAGOLUNKI BIZLER UCUN BU CUR GOZEL VE FEALIYYETI GUNDEN GUNE ARTAN SAYT YARATMISIZ.ALLAH UZUNUZU HER ZAMAN BELE GULER ELESIN BALANIZDA GOZUNUZE ISIQ OLSUN HER ZAMAN BALANIZIN XOS GUNLERINI GORESIZ VE UGURLARINIZ BUNDANDA ARTIQ OLSUN insALLAH girl_ang
29 mart 2014 19:01
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Pervin Ezmaliyeva
supersiniz
22 mart 2014 14:22
Offline
Ceylan Mumoğlu
Gunay Aliyeva,
Təşəkkür edirəm laughing
27 fevral 2014 18:38
Offline
Gunay Aliyeva
Ceylan xanim, supersiz, allah ne arzunuz var yerine yetirsin inwaallah love
21 fevral 2014 22:43
Offline
Ceylan Mumoğlu
Narın ,
Çox təşəkkürlər :)
16 fevral 2014 20:40
Offline
Narin...
Gözəl xanım, qayğıkeş ana və ən əsası bütün işlərini çox səviyyəli şəkildə layiqincə yerinə yetirən gözəl insan. Allah sizi xoşbəxt eləsin Ceylan xanım üzünüzdən və gözlərinizdən təbəssüm heç vaxt əksik olmasın Allah (c.c) Alpay balanızı gözünüzə nur başınıza tac eləsin. Böyüyüb sizə laiqli övlad olsun indi o, sizinlə necə fəxr edirsə sizdə gələcəkdə daim onunla fəxr edəsiniz İnşAllah. Təşəkkürlər dəyərli yazarımız Şəfa xanım give_ros
16 fevral 2014 18:35
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ceylan Mumoğlu
garibe mamedova,
cox isteyirem, cox gozel insandı.Gozel ANA,numunevi bir xanim,cox boyuk hormetim var bu xanima

Çox təşəkkür edirəm, hörmətiniz artıq olsun laughing
14 fevral 2014 16:16
Offline
Qəribə
CEYLAN xanımı cox isteyirem, cox gozel insandı.Gozel ANA,numunevi bir xanim,cox boyuk hormetim var bu xanima,tesekkur edirem Sefa xanim size ki,bize CEYLAN xanimi tanitdidiginiz ucun,amma en boyuk tesekkur CEYLAN xanima edirem,cox sag olun.Bundan da yuksek vezifelerde olasiniz.Ne yaxsi ki,siz varsiniz,bu sayt da var. kiss hi give_ros give_ros give_ros give_ros give_ros
13 fevral 2014 17:15
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ceylan Mumoğlu
 Şəri Babayeva,
Ceylan xanımı çox istəyirəm, çox gözəl insandı.

Təşəkkür edirəm,xətriniz əziz olsun laughing
12 fevral 2014 15:53
Offline
Şəri Babayeva
Ceylan xanımı çox istəyirəm, girl_ang air_kiss blush çox gözəl insandı.Üzünüzdən təbəssüm heç vaxt əskik olmasın Ceylan xanım give_ros Amin!! Xəbərə görə təşəkkür give_ros [/color]
12 fevral 2014 14:38
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
ToRmEnTo
Haqqımda yazdığın xoş sözlər və münasibətin üçün minnətdaram sənə

Siz cox daha fazlasina laiqsiz girl_ang
12 fevral 2014 00:40
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
Ceylan Mumoğlu
ToRmEnTo,
Sevindiyimnen gedib gelib xeberimi oxuyurdum.

Can winked
En boyuk arzum olan kulinariya kitabimi virtual da olsa hazirlayib mene dunyalari verdi. O kitabi kime versem heyran olurlar,aferin deyirler.

Bu həm də sənin öz zəhmətindir , canım. O qədər reseptin bir kitabı mütləq olmalı idi smile
Onun mesleheti ile tam eksini etdim ve cox sukur pesmanliq yasamadim.Ne yaxsi ki meslehet almisam deyirem.

Sənin səbrinə heyran qalmışdım )
Anam hele de deyir ki nece ureyime yatibsa,istiyerdim yene gorusum,gedis gelisimiz olsun

Elmira xanıma salamlar və hörmətlər laughing
demeli onda Ilahi bir guc var.

Əğstəğfurullah, Ayselcim, mən adi bir insanam ))
Haqqımda yazdığın xoş sözlər və münasibətin üçün minnətdaram sənə kiss

Xedice 033,
Titi,
Xanımlar, təşəkkür edirəm laughing
12 fevral 2014 00:23
Offline
ToRmEnTo
Demeli men nece vaxtdir ki uzun yazilari hisselere bolub bir nece gune oxuyuram.Hem sebrim catmir,hemde tenginefes oluram ele bil.
Amma bu deyerli xeberi fasilesiz oxudum,ustelik de yazilan butun serhleri oxudum boyuk hevesle smile
Kecim metlebe smile
Yayda 4 il olacaq ki Ceylan xanimi taniyiram. Saytda qeydiyata dusmemisdim hele,onunla mail vasitesiyle sohbetimiz oldu. Ilk defe idi virtualda kiminlese tanis olmusdum. Nece heyecanliydim bir Allah bilir smile Onun teklifi ile saytda qeydiyatdan kecdim ve adima xeber derc etdi. Sevindiyimnen gedib gelib xeberimi oxuyurdum. Ardi da onun sayesinde,onun desteyi ile geldi. En boyuk arzum olan kulinariya kitabimi virtual da olsa hazirlayib mene dunyalari verdi. O kitabi kime versem heyran olurlar,aferin deyirler. Bunlar hamisi Ceylan xanimin sayesinde olub.
Heyatda atacagim ciddi addimimi onunla bolusub meslehet almisdim. Onun mesleheti ile tam eksini etdim ve cox sukur pesmanliq yasamadim.Ne yaxsi ki meslehet almisam deyirem.
Yayda Bakiya geldi,goruse gede bilmedim,gecem gunduzum olmadi ki,niye men bu qeder ildir sebirsizlikle yolunu gozlediyim,gorusumuz haqqinda planlar qurdugum insani gore bilmedim. Dedim yox e,bele qoya bilmerem bu isi. Anami da yanima alib onun yanina Sumqayita getdim. Yaxsi ki de getmisem,yoxsa cox pesman olardim. Anam hele de deyir ki nece ureyime yatibsa,istiyerdim yene gorusum,gedis gelisimiz olsun smile
Bir sozle men ozume boyuk baci bilirem Ceylan xanimi. O da hemcinin menle sirrlerini bolusmekden cekinmeyib. Biz bir birimizin yaxsi gunuyle de,problemli gunuyle de tanisiq, Menim pis xusisiyyetimi ozume deyib yol gosterib. Onun sayesinde saytda sirindil olmaga calisdim smile eveller hami menden Ceylan xanima shikayet eliyirdi ki ozunden razidi,dili acidi smile O da meni basa salirdi ki dilivi sirin ele.
O bunu nece bacarir?- siz dusunun ki, Ceylan xanimin Alpayina nadinclikde catan usaq ola bilmez smile Her seyi bir kenara qoyuram,sadece Alpayla o bu qeder isi bacarirsa,demeli onda Ilahi bir guc var.Allah bu xanima xususi istedad bexs edib. InsAllah bu istedad daim olsun. Sixilib bizleri yalniz qoymasin. Onun sayesinde heyatda addimlarini berkidecek cox xanim var hele. give_ros

11 fevral 2014 21:52
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )