Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Qadin.Net - 5 YAŞ

İlk öncə kiçik tarixcə və statistika haqda...
www.qadin.net - Azərbaycanın ilk milli qadın portalı 2009-cu il 4 fevral tarixində fəaliyyətə başlayıb.
Saytda istifadəçilər üçün açıq qeydiyyat 2010-cu il 13 fevral tarixindən başlanıb.

4 fevral 2011-ci il tarixinə olan statistika:

4000 qeydiyyatlı istifadəçi, 1500 xəbər sayı və 45 fərqli bölmə.
4 fevral 2012-ci il tarixinə olan statistika:
18000 qeydiyyatlı istifadəçi, 6000 xəbər sayı və 125 fərqli bölmə.

4 fevral 2013-cü il tarixinə olan statistika:
41500 qeydiyyatlı istifadəçi, 13000 xəbər sayı, 635.000 şərh sayı və 112 fərqli bölmə.

Bu gün, bu il ötən illərdən daha da fərqlidir. Səbəblər çoxdur. Lakin ənənəyə sadiq qalaraq kiçik hesabat və məlumatlardan sonra, bizim üçün ötən ilin 5 ən əlamətdar hadisəsini qeyd edəcəyik.

İlk növbədə qeyd etmək istərdik ki, komandamız heç bir zaman statistik göstəricilər, rəqəmlərlə öyünməyib. Günlük ziyarətçi sayının milyonlarla olması, yaxud qeydiyyatlı istifadəçi sayının astronomik rəqəmlərə çatması və s. – bütün bunlar bizim üçün prioritet məsələ olaraq heç bir zaman gündəmdə olmayıb.
İşimizi nə üçün, necə, hansı düşüncələrlə gördüyümüzü də  artıq bilirsiniz ))

Lakin qeyd etdiyimiz kimi ənənəyə sadiq qalaraq göstəriciləri sizlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik.

04 fevral 2014-cü il -  82000 qeydiyyatlı istifadəçi, 26000 xəbər sayı, 885.000 şərh sayı.


Beləliklə ötən ilin 5 ən mühüm hadisəsi:

1.  Bildiyiniz kimi təxminən bir il öncə saytın ümumi görünüşü və funksionaldan istifadə hal-hazırda gördüyünüz təqdimatda deyildi. Texniki şöbənin səyləri nəticəsində müxtəlif zamanlarda görülmüş işlər, layihəni hal-hazırki görünüşünə gətirdi. Nəticədə bu gün, dizayn və proqramlaşdırma baxımından göstəricilər qəbul edilmiş beynəlxalq standartlara cavab verir və ən əsasi bütün ziyarətçilərin rahat istifadəsi üçün şərait yaradılmış oldu.

2.  Geridə qalan ilin növbəti əlamətdar hadisəsi televiziya layihələri, verilişlərlə etdiyimiz əməkdaşlıqda növbəti uğurumuz idi. Uzun müddət ölkənin ən baxımlı kanalının, Azad Azərbaycan (ATV) televiziyasının ən reytinqli səhər, mətbəx verilişi olan "Süfrəmiz" verilişi ilə əməkdaşlığımız ilin son rübündə başa çatdı və televiziya layihəsi öz fəaliyyətini dayandırmış oldu.

Bu hadisədən qısa bir müddət əvvəl isə, regiondan – vətənimizin gözəl guşələrindən biri Şəki şəhərindən gələn təklif bizləri çox qürurlandırdı. Regional kanallar şəbəkəsinin üzvü, Şəkinin "Kanal S" televiziyası ümumi regional blokda, Respublikamızın əməkdar artisti Sənubər xanım İsgəndərlinin təqdimatında yayımlanacaq “Gəlin danışaq” televiziya layihəsi ilə birgə əməkdaşlıq təklif edildi. Bu təklif eyni zamanda bir daha sübut etdi ki, bizləri tək paytaxtda və ölkə xaricində deyil, həmçinin vətənimizin hər bir bölgəsində izləyib, tanıyırlar. İsti münasibət, bizə olan etibar və inam, yaradılan iş şəraiti -  bütün bunlardan dolayı başda "Kanal S" televiziyasının direktoru Rəşad bəy Məmmədov cənabları olmaqla bütün şirkət əməkdaşlarına dərin təşəkkürlərimizi bildiririk.
Vətənimizin hər bir bölgəsində, guşəsində görülən işlər haqqında məlumat vermək, ən son informasiyalara cəmiyyətin ilk olaraq məhz bizim vasitəmizlə sahib olmaları – bu bizlər üçün fəxrdir! Bu gün üçün də sözügedən əməkdaşlıq davam etməkdədir. Ölkənin demək olar ki, bütün ərazisinə yayımlanan verilişin video yazılarını hər gün sevimli saytınızdan izləyə bilərsiniz.

3.  Belə demək mümkünsə, bu qeyd ediləcək mühüm məqam nəinki ötən ilin, geridə qalan 5 ildə görülmüş işlərin ilk imtahani idi. Şükürlər olsun ki, bütün komandamızla bu imtahandan uğurla keçdik. Azərbaycan İnternet Forumun təşkilatçılığı, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə hər il keçirilən MilliNet – Milli İnternet Mükafatının Ailə, uşaq və sağlamlıq nominasiyası üzrə qalib adına layiq görüldük. Layihəyə verdikləri dəyərə görə Azərbaycan İnternet Forumun Prezidenti Osman Gündüz cənablarına, bütövlükdə bütün təşkilat komitəsi və münsiflər heyəti üzvlərinə dərin minnətdarlığımızı bildiririk.
Bu qalibiyyət, yeni görəcəyimiz işlərdə bizlər üçün böyük stimuldur.
P.S. – Mükafatlandırma mərasiminin sonunda bir xanım yaxınlaşıb bütün komandamızı təbrik etdi və təbəssümlə, türk dilində  “Siz zaten gönüllerin şampiyonusunuz!” ifadəsini işlətdi. Bu sözləri eşitmək uzun illərin bütün çətinliklərinin, yorğunluqlarının bir anda itməsi demək idi. Bizi qürurlandıran, gündən günə daha da irəliyə aparan məhz bu nüanslardır.

4. Uzun zamandır düşündüyümüz və üzərində çalışdığımız bir layihəni də nəhayət ki, ötən il ərzində yekunlaşdırdıq. Bizlər üçün hər zaman ən mühüm məqamlardan biri, birincisi ziyarətçilərin maariflənməsidir. Bu da təbii ki, sizlərə təqdim edilən məlumatların, məqalələrin, xəbərlərin köməkliyi ilə edilir. Xəbər müəllifləri yayımlanan xəbərlərin qarşılığında öz hesablarına “QN” xalları yazdırırlar və bu xallardan layihə daxilində onlarla funksionaldan yararlanmaq üçün istifadə etmək olar.
Bir çoxlarının bildiyi kimi, təxminən yüzlərlə xəbər müəllifi mövcuddur. Rəhbərlik olaraq müzakirələrimizin birində düşündük ki, növbəti bir ilkə imza ataq və xanımları maarifləndirməklə kifayətlənməyib, onların əziyyətlərinin qarşılığında müvafiq, real pullarla ödənişlər edək. Bəli, bəli düzgün oxuyursunuz ) İlk dəfə məhz biz, bütün xəbər müəlliflərimizə, öz xəbərlərinin reytinqinə uyğun olaraq (baxış sayı, şərh sayı, səs sayı) toplanmış məbləği real olaraq, Azərbaycan Manatı ilə təqdim edəcəyik.
Bunun üçün uzun müddət, bir neçə ölkədə bənzər təcrübəni araşdırdıq və sonda qeyd edilən reytinqə uyğun olaraq ödənişlərin hesablanması sistemi yaradıldı. İşlər haqqında ətraflı məlumat yaxın günlərdə sizlərə təqdim ediləcək. Bütün hesablamalar qeyd edilən sistem vasitəsi ilə həyata keçiriləcək və müəlliflər davamlı olaraq bütün gedişatı izləyə biləcəklər. Qısa test yoxlanışları, sistem sıfırlanmasından sonra QN xalları ödənişlər zamanı real pullarla əvəz ediləcək. Bu isə öz növbəsində o deməkdir ki, ilk dəfə olaraq yalnız bizim bütün xəbər müəlliflərimiz hazırladığı məzmunun reytinqinə uyğun olaraq real pullar qazanacaqlar.

5. Və təbii ki, son günlərdə istifadənizə təqdim edilən Qadin.TV layihəsi. Bu haqda çox izahata ehtiyac olmadığını düşünürük. Artıq hər bir kəs məlumatlıdır ki, ilk dəfə olaraq Qadin.Net – İlk Milli Qadın Portalının video, tv layihəsi sırf öz məlumat bazası ilə fəaliyyət göstərən, ölkəmizin və bir çox digər ölkələrin televiziya verilişlərini, serialları, filmləri, konsertləri, cizgi filmlərini, müxtəlif mövzulu ən baxımlı videoları, məşhurların həyat hekayələrini kəsintisiz, reklamsız sizlərə təqdim edən Qadin.TV layihəsi var. Zamanı, izləmə məkanını siz seçin! – bu sözlər görülən bütün işlərin sizlər üçün edildiyinin ən bariz nümunəsidir. Bütün işlər, layihələr sırf sizlərin rahat istirahəti üçündür.

Bütün qeyd edilən uğurları təbii ki, tək əldə etmədik. Bu uğurları əldə etmək üçün hər zaman bütün komanda üzvlərimizin maksimum dərəcədə öz imkanlarından istifadə etməsinə heç bir şübhəmiz yoxdur! Ən çox stressə tab gətirən, bayram, istirahət günü demədən fəliyyət göstərən bütün redaksiya üzvləri – hörmətli Redaktorlarımız, eynilə çox dəyərli Ekspertlərimiz və təbii ki, Ekspertlərimizin ən yaxın silahdaşları - Nəzarətçilərimiz, neçə-neçə insanları doğru yöndə məlumatlandırıb, xəstəliyin bir addımlığından geri qaytaran hörmətli Həkimimiz, üzləşdiyiniz bütün problemli məsəslələrin hüquqi yollarla həllini izah edən, sizlərə öz hüquqlarınızı tanıtdıran çox hörmətli Hüquqşünasımız – Sizlərin hər birinə ayrı-ayrılıqda minnətdarıq! Nə yaxşı ki, sizlər kimi savadlı, bacarıqlı və ən əsası sadiq dostlarımızla eyni komanda da çalışırıq!  

Üzv sayı 115.000 nəfərdən artıq olan Facebook səhifəmizin yeni rəhbərliyi və idarəçiləri! Biz sizlərə də çox sağolun deyirik! Qazandığımız bütün uğurlarda sizlərin əməyini yüksək qiymətləndiririk.

Nəhayət, Ceylan xanım və Ənvər bəy...

Ceylan xanımla ilk tanışlığımız düz 5 il əvvəl, bu layihəmizi reallaşdırarkən oldu.

Ənvər bəylə isə dostluğumuzun tarixi çox daha əvvəllərə gedir.

Hər iki dəyərli dostum, həmkarım öz sahəsində olduqca peşəkar şəxslərdir. Görülən bütün işlərdə hər ikisinin əməyi əvəzolunmazdır.
Sizləri bəzən sevindirmək, bəzən əyləndirmək, bəzən sadəcə vaxtınızın maraqlı olması üçün görülən işlərdə günlərlə yuxusuz gecələr, stressli saatlar, maddi çətinliklər və s. – sayılası bir çox nüanslar oldu. Lakin heç bir çətinlik bizləri ayıra bilmədi! Heç bir halda biz inancımızı itirmədik və o inanc elə bu inancdır ki, fəxrlə, şərəflə yolumuza davam edirik...

Təbii olaraq Siz dəyərli ziyarətçilərimiz!  

Hər biriniz ayrı-ayrılıqda bizlər üçün çox dəyərlisiniz. Bizləri bu yerlərə gətirən – təbii ki, sizlərsiniz! Bütün layihələrimiz, düşüncələrimiz – hər biri sizlər üçündür!

Nə yaxşı ki, varsınız... Nə yaxşı ki, bizlər bir-birimizi tanıdıq...

Növbəti yaş günlərində sizlərlə eyni məkani, tədbiri paylaşmaq arzusu ilə...

Sizli bizli, sevimli saytımızın 5-ci yaş günü mübarək olsun!

Hörmətlə,
Ramil Hüseynov
Layihə rəhbəri

Səslərin sayı: 24
172
5612
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Sayılı gunlər qalib 6 yasina..
27 yanvar 2015 09:04
Offline
H.M
Inwallah teze ilde Qadin.net 6 yawini tamamlayacaq...mektebli yawina catib artiq...
24 dekabr 2014 17:01
Offline
leman
Gec də olsa bütün təbriklərə qoşuluram Təbriklər əziz saytımız ugurlarınız bol olsun
9 noyabr 2014 21:29
Offline
♡SaDəCə_EmKa♡
Çox gozel təbriklər give_ros
Bu sayt hemise yaşasın!Var olsun!Çox sevirem bu saytı!
9 noyabr 2014 15:36
Offline
Fidan Məmmədova
Qadın.Net artıq biraz da böyüyürsən,6 yaşıva az qalıb,o gün olsun 60 illik qeyd olunsun,təbriklər give_ros Mənim sevimli saytım,sənin üçün qarşıda çox işlər görməyi planlaşdırıram,İnşallah
9 noyabr 2014 15:17
Offline
Xalidə Həsənzadə
Qadin.net sen menim herseyimsennnnnnn butun gunumu sene borcluyammmmmmm give_ros
21 sentyabr 2014 13:35
Offline
Elvira Melek
Təbriklər.5 yaş yox 100 yaş qeyd etsinlər
4 iyul 2014 23:48
Offline
agubugu
Tebrikler 2010 cu ilden 2012ye qeder bu saytda olmusam ona gore mene cox dogmadi
17 aprel 2014 04:19
Offline
Elvida
Bagislayin gec yazdim amma yenede TEBRİKLER give_ros
6 mart 2014 16:21
Offline
Narin...
Üzürlü səbəblərdən dolayı gecikmiş olsamda qadın.netimin ad gününü ürəkdən təbrik edirəm. girl_ang 100- yox azdır 1000 il yaşa var ol. Başda saytımızın inkişafı üçün əllərindən gələni edən Ceylan xanım Ramil bəy və Ənvər bəy olmaqla bütün qadın.netlilər hər birinizi təbrik edirəm. Uğurlarıınız daim olsun. Amin İnşAllah. give_ros
16 fevral 2014 18:19
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
nura
Gec de olsa urekden tebrik edirem.Ugurlar arzulayiram.Ne yaxsi ki, siz varsiz. yahoo Sizli bizli hamimiz burda qocalaq. cray
15 fevral 2014 20:14
Offline
NermiN
Gec de olsa butun tebriklere urekden qosulurem ve uzun omurlu olmanizi arzu edirem biz hele burdan cooox sey oyreneceyiy
15 fevral 2014 16:13
Offline
DENIZ
Ad günün mübarək əziz qadın net ailəsi neçə belə gözəl illərə
11 fevral 2014 01:41
Offline
Bakuji
Heqiqeten bu isin arxasinda boyuk zehmet, sebir, irade dayanir, Saytin yaradicilarina, butun emeyi kecenlere boyuk 'Cox Sag Olun' deyirem.
10 fevral 2014 14:52
Offline
♥melek hesenlisoy♥
TEBRIK EDIREM give_ros man_in_l give_hea
9 fevral 2014 17:07
Offline
Asi
saytn butun uzuvlerini ilk once saytn yaranmasnda eziyeti kecenleri tebrik edirem AD GUNUNUZ MUBAREK. smile
9 fevral 2014 09:46
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Utopya
"QADI.NET" mənim xəyallarımı gerçəkləşdirən saytdır. "QADIN,NET" mənim qürürla hər kəsin qarşısında dilə gətirdiyim saytdı. Bu saytda biz öyrənirik, öyrəsdirik, çalışırıq və nəhayət sevgimizi bölüşürük. Çoxları bu saytda dərtlərini unutdu, xəyallarını paylaşdı, dərdlərinə çarə tapdı, arzularını gerşəkləşdiridi, gözəl dostluqlar qazandı. Biz bu saytda nələr qazanmadıqki? Allah uzun ömürlər versin. Bir ara çox daxil ola bilmirdim. Artıq yenidən başlayacam öz fəaliyyətimə. Bu sayt açılana qədər deyirdim çox istəyirəmki öz dilimizdə, səviyyəli, savadlı, dilimizə, dinimiz, adət-ənənələrimizə hörmət olan bir saytımız olsun. Bu arzuma çatdım. Bu sayt açılanda mən hamilə idim işdə oturanda tapmışdım hardasa iki üç ay idi açılmışdı. dedim qızlar gedirəm dekretə. Başım qarışıq olacaq ancaq sizə deyirəm bu sayt axırı mən dediyim kimi bir sayt olacaq. Çox sevindimki həm arzularım gerçəkləşdi həmdə burda çox şeylər əldə etdim və öyrəndim. O informasiya gözəldiriki orda məlumat xarakterli informasiya olsun. Bunu isə Qadın. net artıq bacarıb. Rəhbərliyə sonsuz təşəkkürlər. love good
8 fevral 2014 12:14
imza: O biri dünyada əbədi eyş-işrətdə yaşamaq ümidi ilə ibadətlə məşğul olanlar az şey verib çox şey alan alverçilərlə oxşardır.
Offline
PePito
her kesi tebrik edirem ve artiq 4 ildirki burda bi kamandada oldugum ucun cox shadam ...ugurlarimiz davamli olsun ..
7 fevral 2014 23:14
Offline
J e a l o u s y
3 yasindan beri ad gununu birlikde qeyd edirik , indi 5 yasin olur,sevimli Qadin.net .tebrikler. Hemise qelbimdesen winked
7 fevral 2014 00:17
Offline
Beren Saat.
Ad gunun mubarek olsun sevimli mekan...
6 fevral 2014 22:32
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!