Bakıda hava 12°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

Məhəmməd Əmin Rəsulzadə - 130 yaş

Məhəmməd Əmin Rəsulzadə - 130 yaş

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür.

Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm!
İnsanlara azadlıq, Millətlərə İstiqlal!
Bir kərə yüksələn bayraq bir daha enməz!
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!

Artıq tarixə keşmiş bu kəlamlar Azərbaycan Istiqlal Hərəkatının ideoloqu, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlalını elan edən Milli Şuranın Sədri Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur.
Məhəmməd Əmin Rəsulzadə  Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.
 “Rus-müsəlman” məktəbində təhsil alan Məmməd Əmin Rəsulzadə Bakı texniki məktəbində elə rus dilində də təhsilini davam etdirdi. Gənc yaşlarından inqilabi fəaliyyətə başlayan M.Ə.Rəsulzadə 17 yaşında ikən rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan “Müsəlman gənclik təşkilatı” nı yaratdı.
Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan- Azərbaycan Demaokratik Respublikası- deyilərkən ilk ağıla gələn Məmməd Əmin Rəsulzadə olur. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən elan edildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini qeyd etmişdir.
Məhəmməd Əmin Rəsulzadə Quzey Azərbaycanda dövlətlə millətin bütünləşməsi simvolu olduğu kimi öz siyasi, ədəbi və ictimai fəaliyyəti ilə Azərbaycanımızın Güneyi ilə Quzeyinin də bütövlük simvoludur. Milli liderimizin 1908-1911 cil illərdə Güneydəki fəaliyyətləri, Təbrizdə baş qaldıran Məşrutə hərəkatında iştirakı, “Irane nou” kimi modern bir qəzetin əsasını qoyması , ən önəmlisi isə qələmə aldığı əsərlərində Güney Azərbaycanda yaşayan soydaşlarımızın soy -kökü, tarixi və yaşadıqları coğrafiyanın taleyinin teyin olunmasında önəmləri barədə açıqladığı fikirlər öz dönəmində nə qədər mühüm səslənirdisə də, bu günümüz üçün də son dərəcə aktualdır. Ölməz liderimiz Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan Tarixi, , Çağdaş Azərbaycan ədəbiyyatı, Azərbaycan sairi Nizami, eləcə də Istanbulda Türk yurdu dərgisində çap olunan Iran türkləri adlı silsilə məqalələrində Arazın şimali və cənubundakı Azərbaycan türklərinin soy kökü barədə hələ ki ən dəqiq yanaşmanı sərgiləmiş ve bu xüsusda yaranan mübahisələrə son qoymuşdur. Bu həm də bizim millətləşmə və bütövləşməmiz yolunda atılmış müstəsna əhəmiyyətli addım idi. Tariximizdə ikinci bir dövlət xadiminə rast gələ bilməzsən ki, Məhəmməd Əmin Rəsulzadə qədər Azərbaycanın quzeyi və güneyi haqda dərin düşüncəyə malik olmaqla bərabər, bu yöndə aktiv əməli fəaliyyət də sərgiləsin. Yəni bütövlük kontekstindən də baxanda Məhəmməd Əmin Rəsulzadə o tayımızla bu tayımızın birliyi, bütövlüyü rəmzidir.
Bu gün dünya ölkələrinin milli mübarizə və dövlətçilik tarixinə nəzər salarkən biz də Öndərimizin milli varlığımız üçün önəmini daha qabarıq hiss edir və bu reallığı dərk edirik ki, Hindistan ucun Qandi, Fransa ucun Şarl de Qoll, Almaniya ucun Bismark, qardas Türkiyə ucun Atatürk, Italiya ucun Qaribaldi, Ingiltərə ucun Kromvel kim idisə, Azərbaycan ucun Rəsulzadə məhz odur.
Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Əslində siyasi və ictimai xadim Rəsulzadə publisist və şair Rəsulzadədən başlayır. Onun milli ideyaları, siyasi dünyagörüşü əvvəlcə şerdə, sənətdə formalaşmışdı. Təsadüfi deyil ki, Azərbaycan Cümhuriyyətinin millilik təlimini, milli simvolikasının əlamətlərini onun həmin dövr poeziyasından toplamaq olar. Gənc Məmməd Əmin hələ sırf maarifçi kimi düşünsə də, böyük tarixi-siyasi mübarizələr yoluna onu məhz belə şair narahatlığı və nigarançılığı gətirmişdi.
Rəsulzadənin bilavasitə mədəniyyət, tarix və ədəbiyyat problemlərinə həsr edilmiş elmi əsərləri, məqalə və mə'ruzələri onun yaradıcıhğının mühacirət dövrünə təsadüf edir. 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı”, Varşavada “Azərbaycan ədəbiyyatı” məqalələri çap olunmuşdu. 1951-ci ildə isə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə Rəsulzadə dünya nizamişünaslığına bir sıra yeni fikirlər, istiqamətlər gətirmişdi.
Bu əsərlərdə onun sənət görüşlərinin, estetikasının dərinliyini, təkamülünü görürük. O, mədəniyyətə başqa dövrlərin me'yarı ilə deyil, milli və tarixi kontekstdə yanaşmağın tərəfdarı idi. Mühacirət dövrünü aydın əks etdirən bu əsərlərdəki xalqa və vətənə qırılmaz tellərlə bağlılıq oxucuda Rəsulzadə ədəbi irsinə böyük maraq və sevgi oyadır.
Xalqımızın böyük oğlu Rəsulzadənin ədəbi-siyasi irsi bu gün hər bir azərbaycanlının vətənpərvərlik, sədaqət ruhunda tərbiyəsi üçün etibarlı mənbədir. 1938-ci ildə Polşada məsləhətçi işləmiş, 1940-cı ildən Rumıniyada yaşamış, sonra yenidən ikinci vətəni Türkiyəyə qayıtmış, qəlbində Azərbaycan eşqinin sönməyən yanğısı ilə yaşayıb-yaradan Məmməd Əmin Rəsulzadə 1955-ci ilin mart ayının 6-da Ankarada üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan...” deyərək əbədi olaraq gözlərini yumdu.
Onun dostu və silahdaşı Seyid Həsən Tağızadə bu münasibətlə yazırdı: “Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bey tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmizqəlbli, doğru sözlü, mətanətli, dərin inam bəsləyən fədakar  bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir”. Bəli, Azərbaycan xalqının taleyinin bir parçası olan Rəsulzadənin mə'nalı həyatına, dolğun yaradıcılığına bu gün ani bir nəzər salmaqla biz Vətənə, müstəqil Azərbaycana sədaqət timsallı böyük bir şəxsiyyətin canlı obrazı ilə görüşürük. Sözsüz ki, bu sədaqət, bu sevgisi ilə o, Azərbaycan xalqının məhəbbətini qazanmış və qəlblərdə əbədi məskən salmışdır. Rəsulzadə prinsipə sədaqətin, məfkurəyə bağlılığın, səbr və fədakarlığın, əzm ve qüdrətin timsalı idi. 20 yaşında“İnsanlara hürriyyət, millətlərə istiqlal” arzusu ilə siyasi həyata atılmış Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal” fikri ilə də 72 yaşında həyatla vidalaşdı. Lakin ömrünün son anına qədər inam onu tərk etmədi.
Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Rəsulzadə üçrəngli milli bayrağımızın hər bir kəsin ruhunda, qəlbində qorunub saxlanılacagına inanırdı. Bir kərə yüksələn bayraq bir daha enməz!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi "M. Ə. Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında"  22 noyabr 2013 -cü il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq  Sərəncam imzalamışdır.

Səslərin sayı: 7
29
3539
loading...
Şərhlər
Offline
Pərvanə
Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm!
İnsanlara azadlıq, Millətlərə İstiqlal!
Bir kərə yüksələn bayraq bir daha enməz!
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!
16 mart 2015 13:03
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xanim_Xatun
Allah rəhmət eləsin..
10 yanvar 2015 14:10
Offline
Aysel İ.
Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm!
İnsanlara azadlıq, Millətlərə İstiqlal!
Bir kərə yüksələn bayraq bir daha enməz!
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!
28 sentyabr 2014 23:55
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥melek hesenlisoy♥
ALLAH rehmet elesin yeri behis olsun yeri cennet olsun ruhu sad olsun
7 fevral 2014 21:47
Offline
Ayyyyyy_teeeeeennn
Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm!
İnsanlara azadlıq, Millətlərə İstiqlal!
Bir kərə yüksələn bayraq bir daha enməz!
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan
7 fevral 2014 14:03
Offline
leman
Allah rəhmət eləsin!Dahi şəxsiyyət olub
4 fevral 2014 00:25
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allah rehmet elesin.Azerbaycan tarixinde silinmez bir iz qoyan dahi bir insan olub.
3 fevral 2014 15:51
Offline
Narin...
Allah rəhmət eləsin qəbri nurla dolsun Amin İnşAllah.
3 fevral 2014 00:42
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
2 fevral 2014 16:15
Offline
Aylinka M_va
Allah rehmet elesin
1 fevral 2014 01:07
Offline
Xedice 033
Allah rəhmət etsin.Azərbaycan xalqı üçün çox böyük işlər görmüşdür
1 fevral 2014 00:08
Offline
♥AyTaDj HəSəNzAdə♥
Allah rehmet elesin!
31 yanvar 2014 20:41
Offline
♥Çalıkuşu ♥
Allah rehmet etsin dahi Mehemmed Emin Resulzadye!
31 yanvar 2014 20:37
Offline
Qəribə
Allah rehmet elesin.
31 yanvar 2014 20:08
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ruhəngiz
ALLAH rəhmət eləsin Məmədəminə.Mənim babamın qohumu idi.Çox az yadıma gəlir,həmişə nənəm ondan atama söhbət edərdi.Atam Türkiyəyə gedəndə onun qəbrini ziyarət etmişdi.Çox heyif ki,Məmmədəminin bizlər üçün etdiklərini bir çox insanlar yada belə salmırlar.
31 yanvar 2014 17:04
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Alina
Əsli-bərabəri olmayan bir insan olub.O bizim qəlbimizdə həmişə yaşayacaq.Onun haqqında nə qədər danışılsa belə azdır.Vətənə bu qədər bağlı olan,onun müstəqilliyi uğrunda nələr edən bir insan,bir düha öz vətənində belə dəfn olunmayıb.O Ankarada Əsri məzarlığında dəfn olunub.Məmməd Əmin Rəsulzadə haqqında bir məruzə hazırlamışdım o vaxt-məktəbimizdə tədbir keçiriləndə..Onun haqında məlumatları oxuyanda insan fəxr eləyir.Məmməd Əmin Rəsulzadə 1918-ci il 28 may tarixində bir ifadə işlətmişdi:"Bir kərər yüksələn bayraq bir daha enməz".Amma o bayraq endi.Lakin 70 il sonra bir daha enməyəcək şəkildə göylərə yüksəldi.Əminəm ki,Bayrağımız bir daha heç vaxt enməyəcək.Amin İnşAllah!Mən məktəbdə oxuyanda Məmməd Əmin Rəsulzadənin "Mayıs duyğuları" şeirini tədbirdə söyləmişdim.Yadıma salım.scratch_ Hə yadıma gəldi:
İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı,bahar gəlmişdi.
Yirmi səkkizində idi mayısın,
Azərbaycan istiqlala ermişdi.

Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız heyhat döndü qış oldu.
Azərbaycan moskovların əlində
Əsarətin zəhrini dadmış oldu.

Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir dəfə dadmış millət
Hürriyyət fikrinə candan vuruldu.

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınkı bir baharda
Əlbət bitər yeni bir Azərbaycan.

Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar,demək,parlaq gələcək.
Verdiyimiz qurbanların hamısı,
Bizə yalnız hürriyətlə dolacaq.

Tarixin yeni bir gözəl çağında,
Qaranlıq qış gedib bahar gələcək.
Hər hanki bir ilin aydın günündə
Azərbaycan istiqlala erecek!

31 yanvar 2014 16:41
Offline
nigar
Allah rehmet etsin mekani cennet olsun
31 yanvar 2014 15:42
Offline
Aida M-ova
GulenaY,
Biz gormediyimizleri daha cox sevirik neceki ALLAHI Peygemberi(s.e.s) gormeden sevmisik Mehmmed Emin Resulzadenide sevirik ve seveceyikde.
31 yanvar 2014 15:15
Offline
Aysel İ.
Azərbaycan dövlətçiliyi 1918-ci ilin iyununda Gəncədə məhv olma təhlükəsi altında qalanda M.Ə.Rəsulzadənin çevik, cəsarətli mövqeyi həlledici rol oynadı. Azərbaycan dövlətçiliyini partiyalar fövqünə qoyaraq özünün sədri olduğu dövlət hakimiyyət orqanını - Milli Şuranı buraxmağa, səlahiyyətlərini şərtlərlə hökumətə verməyə razı oldu.
Azərbaycanın bütövlüyünün qorunmasında M. Ə. Rəsulzadənin böyük rolu olub. O bizim qəlbimizdə hər zaman yaşayacaq.
31 yanvar 2014 15:14
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
ÖzDüNyAm
Allah rehmet elesin

mektebde oxuyanda seir var idi ailesinin nece olduyu haqda indi ne qeder axtariram tapa bilmirem
31 yanvar 2014 14:22
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Bu günlərdə məhkəməyə müraciət edən cütlük münasibətlərini dost kimi davam etdirəcəklərini söyləyiblər.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Yaraşırlar amma gizdətməyin adı yoxdu
  • Toyuq dönərinə görə məhkəməyə verdilər

    Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib.
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Gül kimi ərinə xəyanət eliyib?
  • Təzə zəncəfil çayı (video-resept)

    Zəncəfili də həmişə içməy olmur
  • Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO

    Karl Qaskell tapıntı ilə bağlı şikayət etdikdən sonra şirkət bunun onlar üçün də sürpriz olduğunu deyərək, üzrxahlıq edib.
  • Məşhur aktyor 65 kq arıqladı-FOTO

    "Möhtəşəm yüz il" serialında Şeker ağa obrazını canlandıran aktyor Yüksel Ünalı görənlər tanımır.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Türkiyə mediası Bekir Saçar, Berk Suyabatmaz və Berrak Tüzünataç ilə bağlı qalmaqallı xəbər yayılayıb.
  • Piylənməyə səbəb olan 3 hal

    Piylənmədə genetik faktorların vacibdir. Normal çəkidə olan ana və atanın uşağında piylənmə riski 10%-dir. Artıq çəkili ana və atanın övladında bu risk 80%-dir.
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем добрый вечер. Боялась заказывать за за частичную оплату. Но все прекрасно. До Твери шла ровно 8 дней шведская стенка как и обещали. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо большое.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!