Bakıda hava
USD AZN
EUR AZN

Sümürmə

Sümürmə

Evə gəlişi həmişəki kimi olmadı. Nəsə fərqi var idi. Fərqin nə olduğunu ilk öncə bilmədi, amma sonradan bütün dəhşəti ilə başa düşəcəkdi. Anası qarşıladı onu. Həmişəki kimi gülümsədi, amma həmişəki gülüşdən fərqli idi bir az bu gülüş, ən dadlı yeməyinə məhəbbətlə baxan insan kimi gülümsədi. Otaq çox solğun idi. Demək olar ki, nə döşənəcək var idi, nə pərdələr. Anası həmişə ikiqat pərdələrlə evə günün düşməsini əngəlləyərdi. Atası da buna görə deyinərdi “Gözümüz gün görmür!” deyə. Hərdən pərdələrin yuyulma vaxtı bir-iki gün ev pərdəsiz qalanda atası əsl qalib kimi dolanardı evdə. Amma bu dəfəki pərdəsizlik müvəqqətiyə oxşamırdı, sanki artıq ev də öyrəşmişdi pərdəsiz halına. Yerdəki döşənəcəkdən də əsər-əlamət yox idi.

Qardaşını gördü. Yerdə çöküb yemək yeyirdi. Üzündə qəribə bir gülümsəmə var idi. Diqqətlə qardaşına baxdı. Hündürboylu, qara qaş-gözlü, yekə ağız-burunlu qardaşının üz cizgiləri güclə sezilirdi. Bir dəfə də olsun başını qaldırmırdı. Sanki dünyada onun üçün  maraqlı heç nə yox idi. Sadəcə ona "Bu yeməyi ye!" əmri verilmişdi, o da bu əmri yerinə yetirirdi və bunun bir əmr olduğunu da bilmirdi. Anası isə arada bir silkələnirdi. Süfrə düzəltdi. Süfrəyə çörək və su qoydu. Çörəyin rəngi həddindən artıq qəribə idi. Çörəyi əlinə götürdü:

- Bu unu təzə almısız?

- Hə, qəbirsanlıqda bitən buğdalardan çəkmişəm...

Yenə eyni eybəcər gülümsəmə ilə verilən cavab. Dimmədi. Sakitcə çörəyi süfrəyə qoydu. Suya baxdı.

- Bəs bu su?

- Su deyil o, bulyondur. Sümürdüyüm adamların dərisini onda qaynatmışam. Acanda, adam gec gələndə onu içirəm.

Ürəyi ağzına gəldi.

- Çoxdandı beləsən?

- Bir müddət olar...

- Nə oldu bəs birdən-birə?

- Uşaq gözləyirdim. Ziyan etdim... sonra belə oldu...

- İndi əlacı yoxdur bəs?

- Var, bir də hamilə qalsam və o uşaq da düşsə düzələrəm.

Əlini ixtiyarsız olaraq qarnına apardı:

- Mənim uşağım düşsə sənə xeyiri olar?

Anası güldü, qardaşının da büzüşmüş dərisi eybəcər şəkildə sirkələndi. Ona baxdıqca vahimə qarışıq kədər hissi keçirirdi. Qardaşı hər an əriyirdi...

- Yox, səninki qalsın.

- Yox, əgər doğrudan da kömək edəcəksə, mən də ziyan edim uşağı...

Anası cavab verməyib, yerə qardaşının qarşısına oturdu.  

Süfrədən kənarlaşıb ətrafa baxdı. Həmişəki yerində peç dururdu. Onun qırağında isə qırış-qırşır bir uzun dəri, daha doğrusu qabıq var idi. Dərinin baş tərəfinə baxıb diqqətlə kim olduğunu aydınlaşdırmağa çalışdı. Anasının səsi mane oldu:

- Yemək tökum sənə?

- Nə yemək?

- Xoruz kəsmişəm, dadlı bozbaş bişirmişəm.

Rahat nəfəs aldı.

- Özüm tökərəm.

- Yaxşı, tök gəl otur ye, sonra işim olacaq səninlə.

Yenə eyni gülümsəmə. Mətbəxə çıxdı. Gedib qazanın ağzını açdı. Qazan həmişəki qazan idi. Bir az rahatlasa da, yenə şübhəylə çömçəni qazanda gəzdirdi. Xoruzun boynunu gördü, tükü yolunmamışdı. Digər ətlərə də baxdı, hamısı eyni formada idi. Sonra diqqətlə qazana zillədi gözünü-xoruzun ayaqları idi...

Onlar heç vaxt ayaq və başı qazana atmırdılar. Bir də ət qaynamamışdı, çiy atılmışdı qazana. Yeməyi boşqaba tökdü. Sakitcə stolun üstünə qoyub pilləkənlərdən endi. Qapının səsi eşidilməsin deyə ehtiyyatla açdı. Hava dəyəndə üzünə qaçmağa cəsarət etdi.

Nənəsigilin evi ilə öz evləri arasında məsafə çox deyildi, amma indi km-lər qədər uzun gəldi. Arxadan anasının qəhqəhəsi eşidilirdi. Qaçdığını bilmişdi.

- Harda olacağını bilirəm, onsuz da əvvəl-axır səni də sümürəcəm, növbən var...

Arxaya dönüb baxmağa cəsarəti çatmadı, ürəyinin şiddətli döyüntüsünü eşidə-eşidə nənəsigilin evinə girdi.

Ev ağzınacan adamla dolu idi. Lap əvvəlki kimi. Əmilərinin hamısı, əmi arvadları, bibiləri, uşaqlar. Ortada süfrə var idi. Uzunluğu otaq boyu tuturdu. Süfrəyə baxdı. Sarı buğda çörəyi di. Rahat nəfəs aldı. Həmişə nənəsinin oturduğu yerə baxdı, peçin böyürü boş idi. Nənəsini adyalı var idi təkcə.

- Nənəm hanı?

- Neçə gündür anan aparıb saxlayır. Deyəsən yaxşı qulluq edir, arvad heç bizi yada salmır..

Öz evlərindəki qoca dərini xatırladı. Qırışlı qabıq dərinin kimə aid olduğu məlum oldu...

Sözə necə başlayacağını bilməyib ətrafa göz gəzdirdi. Qaynaşan adamların içində gözü bacılarına sataşdı. Onların burda olduğunu gözləmirdi. Fağır-fağır ona baxırdılar. Üzlərində sönük ifadə var idi. Dəriləri solğunlaşmışdı, amma qardaşı kimi son həddə deyildi. Qardaşı! Yox, artıq onun işi bitmişdi, onu xilas etmək mümkün deyildi nənəsi kimi, amma bacılarında hələ ümid işığı var idi. Otağa üzünü tutub, var gücü ilə qışqırdı:

- Bizə kömək edin! Anam adamları sümürür!

Əmisi dayanıb diqqət etdi:

- Necə yəni adam sümürür?

- Adamları sümürür, adamların bir tək dərisi qalır, nənəmi də elə sümürüb. Atam hanı?!

- Bazarda. Bu gün onun növbəsidir...

Bunu deyən bacısı idi. Susmağı ilə çolə qaçmağı bir oldu, anasını görmüşdü. Büzüşdü. Anası onu görməməli idi. Bacısı artıq onunla söhbət edirdi. Anası onları evə aparmaq istəyirdi. O biri bacısı da sakitcə onlara qoşuldu. Hiss etdi ki, anası onları dəriləri ilə idarə edir. Son dəfə bacılarına baxdı...otaqdakılardan bəlkə də heç biri onların getdiyinin fərqinə varmadı. İndi bir tək atası var idi bu dünyada...

Maşın səsinə çölə qaçdı. Bir azdan atasının dizininin dibində yalvarırdı:

- Gedək burdan, ata! Qurban olum, ayaqlarının altında ölüm! Bir tək sən qaldın, gedək burdan!

- Gedə bilmərəm, bu qədər adamı qoyub qaçaq?

- Bizim onlara bir köməyimiz çata bilməz artıq.

- Sən get. Amma nə avtobusa min, nə maşına, başqa maşınlardan istifadə elə! Heç yaşamadığın yerdə yaşa. Heç geymədiyin paltarları geyin. İndiyəcən səni harda və necə görübsə onu təkrar etmə, yoxsa onunla səni sümürəcək. Mənsə bunu edə bilmərəm.

- Bəs o necə olacaq? Dünyadakı bütün adamları sümürəcək?

- Yalnız gördüyü, üzü yadında qalan adamları sümürə bilər. Onun da əlacını edərik, çalışacam mayalanma elətdirim. Uşağa qalsın, onu saldıraq, bəlkə onda sağala, sənsə bu vaxta qədər burda qalıb riskə düşmə, get!

Həyət qapısından çölə çıxanda hiss elədi, öz həyətlərindən də, nənəsigilin həyətindən də meyid qoxusu gəlirmiş sən demə...

Əvvəl yavaş-yavaş yeridi, sonra var gücü ilə qaçmağa başladı. Bir an öncə gəmi, ya qatar tapmalı idi. Nə qədər ki, anası onlarda görməmişdi, onu da sümürməmişdi canını qurtarmalı idi....

SON. 

Səslərin sayı: 10
43
3188
loading...
Şərhlər
Offline
Iceberg
Ceylan Mumoğlu,
Baş üstə yes hi
12 fevral 2015 16:55
imza: shafaabdulla.blogspot.com
Offline
Ceylan Mumoğlu
Şəfa, sən qəşəng yazırsan, davam elə, nolurrrrrr. girl_ten
12 fevral 2015 16:47
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Biyy bu nediiiii bad baci biz senin kime iceberg deyuluk kiiii biggrin (zarafat edrem)
26 aprel 2014 19:37
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Iceberg
Narın ,
Mən də belə yazıları sevən oxucuları sevirəm laughing
16 fevral 2014 16:19
imza: shafaabdulla.blogspot.com
Offline
Narin...
Çox maraqlıdır bir dəfə oxumuşdum bir dəfə daha oxudum müəllifə təşəkkürlər sevirəm belə hekayələri give_ros
15 fevral 2014 22:08
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Iceberg
Meleyim,
"Əvvəl yavaş-yavaş yeridi, sonra var gücü ilə qaçmağa başladı."

laughing
deməli qaçır
5 fevral 2014 16:17
imza: shafaabdulla.blogspot.com
Offline
S.V.D....
Bir an öncə gəmi, ya qatar tapmalı idi. Nə qədər ki, anası onlarda görməmişdi, onu da sümürməmişdi canını qurtarmalı idi....
Fikrim aydın olmadı deyəsən yəni demək istədiyim budur ki, görəsən o gəmi qatar və ya hansısa bir nəqliyyat vasitəsi tapa bildimi? Anasından canını qurtara bildimi? Bu mənada yazmışdım şərhi recourse
5 fevral 2014 12:20
Offline
Iceberg
Meleyim,
Hekayənin son abzasına baxın orda qaçdığı yazılıb laughing
5 fevral 2014 11:03
imza: shafaabdulla.blogspot.com
Offline
S.V.D....
Super yazılıb çox sevirəm belə hekayələri oxumağı və məhz belə filmlərə baxmağı xəbər müəllifinə təşəkkürlər give_ros Amma kaş sonu belə bitməzdi bilərdik ki, qızın axrı necə oldu qaça bildimi o yerdən recourse
5 fevral 2014 00:58
Offline
Iceberg
Buket,
Səni burda görmək çox xoşdur, az gəlirsən ya mən görmürəm?


.Yeməyin məs bozbaş olması məni bir az qorxutdu.

smile
4 fevral 2014 23:11
imza: shafaabdulla.blogspot.com
Offline
Buket
Onun da əlacını edərik, çalışacam mayalanma elətdirim. Uşağa qalsın, onu saldıraq, bəlkə onda sağala, sənsə bu vaxta qədər burda qalıb riskə düşmə, get!

Bu elac olacaqmi, goresen? Inanmiram...
Elaydi, Ice, yeteri qeder de gercekci ve aktual
4 fevral 2014 17:49
imza: Sonralar olmur :)

Offline
Ellada Babayeva
Iceberg,
Oxuyanda başa düşdüm ki,burda heç kimi sümürmürlər.Maraqlı idi.İlk dəfə belə hekayə oxuyurdum.Yeməyin məs bozbaş olması məni bir az qorxutdu. smile
4 fevral 2014 17:31
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Iceberg
ruhiyye sofayeva,
Əlbəttə, şəxsən mən çox sevinirəm fərqli münasibət görəndə yazıma. Və yanlız ona cavab verirəm))
3 fevral 2014 21:21
imza: shafaabdulla.blogspot.com
Offline
ruhiyye sofayeva
duzdu menim ixtisasim tamam basqadi edebiyatdan kenardi.ama sizde bilirsizki herden tenqid ola biler ve bu yazicinin yazdigina olan maraq ve munasibetden ireli gelir.yenede cox tesekkur edirem..
3 fevral 2014 19:33
Offline
Narin...
Bu hekayə çox diqqətimi çəkib Təşəkkürlər xəbərin müəllifinə give_ros sabah İnşAllah oxuyacam gecə vaxtı oxumağa qorxuram crazy
3 fevral 2014 01:14
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Zehra.
O,QEDERDE ANLAMADIM.YENEDE TEWEKKUR
2 fevral 2014 16:36
Offline
Дождь ♪
Buna cavab olaraq deyə bilərəm ki,ruhiyye sofayeva xanım kifayət qədər aydın izah edib, daha mənə ehtiyac yoxdur


Aha oldu , onun da şərhini tapib oxuyaram , minnətdaram..! ))

Cox maraqlidi o qeder menasiz xeberler var bu saytda niye buna bu qeder etiraz etdiniz? o qeder yox ola bilmez dediyimiz hadiseler olubki belke sabah qonsumuzun vampir oldugunu bileceyik ola bilmez? her sey ola biler...


Oyy lap siz nisyəö söhbət etdiniz.. biggrin
2 fevral 2014 15:25
Offline
Realist
məncə uşagın gəncin marifləndiyi saytda belə xəbər biraz yersizdi..
2 fevral 2014 15:15
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Iceberg
ruhiyye sofayeva,
Əlbəttə oxucuların hamısı ədəbiyyatçı deyil amma bu yazıçıları məcbur etmir ki, yazmaq istədikləri kimi yox, başa salmaq üçün yazsınlar. Sizin hansı ixtisasa sahib olduğunuzu bilmirəm amma bu hekayədə demək istədiklərimi çox gözəl başa düşmüsüz, afərin laughing



Bir balaca açiqlayin mənim kimi başa düşməkdə çətinlik çəkənlər anlasinlar..

Buna cavab olaraq deyə bilərəm ki,ruhiyye sofayeva xanım kifayət qədər aydın izah edib, daha mənə ehtiyac yoxdur laughing

heytada bele problemler var,tamile ailenin esaretinde qaliriq.yenede cixis yolu var,heckim ailenin boyuk ve kiciklerini bu derecede sukure bilmez!!!!!
2 fevral 2014 15:02
imza: shafaabdulla.blogspot.com
Offline
Gülbəniz
Dondum qaldim/

blum biggrin
2 fevral 2014 13:10
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!