Keyfiyyətli insan modelini təqdim etməzdən əvvəl bəzi insanların niyə görə keyfiyyət əskikliyindən əziyyət çəkməsini araşdıraq. Bəzi insanların əxlaq pozuntusu yaşaması onların zövq və davranışlarına ciddi mənfi təsir edir. İnsanlardan uzaqlaşır, xoş söhbət etmirlər, başqalarını tərifləmirlər. Musiqi dinləmir, rəsm əsərindən xoşlanmır, özlərinə qapalı olurlar. Ya da aqressiv və ya pessimist olur, hadisələrin ancaq mənfi tərəflərini görürlər. Bu düşüncələrinə görə həyatlarının hər anında keyfiyyətsizlik yaşadıqlarından həyata tamamilə küsürlər. Keyfiyyətsizliyin çöküntüsünü yaşadıqlarından evlərinin içi, özləri, hətta yaşadıqları şəhərlər belə keyfiyyətsiz olur. Küçələrdə rəngsiz, ağacsız, çiçəksiz mühit, yerə atılmış zibil, zibilin yaratdığı iyrənc qoxu, estetikadan uzaq binalar, köhnə evlər insanın içini qaraldır. Hər insan çalışmalıdır ki, keyfiyyətli insan modelini öz üzərində cəmləsin. Keyfiyyət davamlı inkişaf etdirilməlidir. Bir insan "Mən mükəmmələm" deyə bilməz. Deyirsə, deməli keyfiyyətsiz insandır.
Keyfiyyət insanın içini açır, keyfiyyət getdisə insan içinə qapanır. Keyfiyyət - gözəllik deməkdir. Gözəlliyin artması deməkdir. Qat-qat gözəl olmaq deməkdir. Sevinc də bir keyfiyyətdir. Zarafatçıl olmaq da. Gözəl söz söyləmək də. Nəzakətli olmaq da. Təmiz olmaq da. Çirkli, natəmiz mühitdə insan necə narahat olmasın ki? Əgər narahat olmursa, deməli, həmin insanda problem var. Keyfiyyət əskikliyi var. Bu da ki insanda boşluq yaradır. Ruhunu, ürəyini qaraldır, şüurunu bulandırır. Mədəniyətin və zənginliyin ölçüsü keyfiyyətdir. Necə gözəl olar keyfiyyətli, yəni müasir və sevgi dolu bir cəmiyyətimiz olsa. Yəni özünü ədəbli, abırlı göstərmək üçün qaşqabaqlı görünən, soyuqqanlı, başqalarından fərqlənib diqqət çəkməsin deyə bomboz paltarlarda gəzən, qarşısındakına birdən dəli, ya da yüngülməcaz olduğunu düşünər deyə gülümsəməyən, özünü qüsursuz görən, başqalarında səhvlər axtaran cəmiyyət istəmirik. Sevincli, şən, sevgi dolu, həyat dolu, sənətdən, estetikadan zövq alan, filmdən, musiqidən, heykəldən, idmandan anlayan tam mədəni bir cəmiyyətimiz olsun. "Pul olmasa, var-dövlət olmasa, hansı keyfiyyətdən, mədəniyyətdən danışmaq olar" deyənlərə cavabımız budur: "Heç nəyi bəhanə eləməyin. Çünki keyfiyyət, mədəniyyət və müasirlik pul ilə, maddiyyat ilə bağlı şeylər deyil. Keyfiyyət ağıl istəyir, zövq istəyir, zəka istəyir. Sadə, kasıb geyimdə olarsan, amma ki, insanlara göstərdiyin nəzakətlə, hörmətlə, ən azından insanlara zərər vurmamaqla, deməli keyfiyyətlə iç-içə yaşayırsan". Bəzilər elə zənn edirlər ki, keyfiyyət və müasirlik təkcə bahalı maşın sürüb, marka geyim geyməkdən, lüks evdə yaşamaqdan, bir də ali təhsil almaqdan ibarətdir. Düzdür, bunlar da keyfiyyət göstəriciləridir və həyatdan ləzzət almaq üçün çox gözəl nemətlərdir. Amma keyfiyyəti bunlarla məhdudlaşdırmaqla bu düşüncədə olanlar özlərinin nə qədər səmimiyyətsiz olduqlarını göstərirlər.
İki seçim təqdim olunur: boğuşa-boğuşa yaşamaq, daha doğrusu, çürümək istəyirsiniz, yoxsa sevgi, mərhəmət, şəfqət, yoldaşlıq, demokratiya, yaxşı niyyət, xoşsöhbət mühit, sosial ədalət, elmdə, sənətdə, estetikada ən irəli dərəcədə inkişafı? İstisnasız hər kəs ikincini istəyəcək. Lakin istəmək yox, tətbiq etmək lazımdır və hər kəs buna özündən başlamalıdır. Qarşıdan gözləməməlidir. Çünki öz qəlbi necədirsə, yaşadığı həyatı da elədir. Ürəyin kimi, düşüncən kimi də həyatı yaşayırsan. Keyfiyyətli olsan, keyfiyyətli həyat tərzi keçirəcəksən. Əksində də hər kəs kimi, sürünərək yaşayacaqsan. İnsan bütün varlıqlardan fərqli olaraq ruh sahibi olaraq yaradılıb. Belə ki, bütün digər varlıqlardan fərqli olaraq, bir insanın ruhundakı zənginlik dərin təsir yaradır. Ruhdakı zənginlik də insanın keyfiyyətini artırır. Hər insan ruhunun gözəlliyi nisbətində keyfiyyət yaşayır. Ruhdakı gözəllik isə Haqqın ucalığını təqdir edə bilən, etdiyi işlərin hər mərhələsində yüksək əxlaq göstərən səmimi insan ortaya çıxarır.
Hərəkətlərində hər zaman vicdanını, ağlını, iradəsini istifadə edən səmimi insan sözün ən gözəlini söyləyir, ən gözəl davranışlar göstərir. Bunun nəticəsində də hər kəsin onunla bərabər olmaqdan zövq alacağı, varlığı ilə rahatlıq, sevinc verən insana çevrilir. Belə insan qarşılaşdığı hər mühitdə öz rahatlığı, ehtiyacları yerinə, vicdani borcu olaraq başqalarının rahatlığını, ehtiyaclarını, istəklərini ön planda tutur. Bunun üçün fədakarlıq edir, əmək və enerji sərf edir, qarşılığında insanlardan heç nə gözləmir. Allah qarşısında vicdani məsuliyyəti olaraq bunu edir. Belə insanlarda onları tanıyanlarda heyranlıq və təqdir oyandıran yüksək bir əxlaq, maddi heç bir şeylə əldə edilə bilməyən, əsalətli və üstün şəxsiyyət formalaşır və də şəxsiyyətlərdən ibarət güclü bir cəmiyyət. Elə bir cəmiyyət ki, eynən çinar meşəsi kimi.. Necə ki ağaclar birlikdə və eyni zamanda azad yaşayır, insanlar da elə olmalıdır. Xəfif küləklə əyilən kol kimi deyil, fırtınalarda dik dayanan çinarlar kimi olmalıdır insanlarımız. Necə ki, çinar meşəsinin ağaclarının torpağın altında saldıqları köklər bir-birinə qarışır, möhkəmlənir, yuxarıda budaqları birləşir, küləklə yellənsələr də bir-birlərinə dəstək olurlar, insanlar da sevgi həmrəyliyi qurmalıdırlar ki, möhkəmlənsinlər. Meşələr oksigeni artırır, insanlar da mənəvi oksigeni artırmalıdırlar. Qəlbi sanki göyə yüksəlirmiş kimi dar və sıxıntılı olan aciz və zəiflərə şəfa olmalıdırlar. Meşə kimi yağış gətirməlidirlər, sevgi, şəfqət yağışı ilə kin və nifrətlə kirlənmiş qəlbləri yuyub təmizləməlidirlər. Hər yerə özləri ilə bərəkət aparmalıdırlar. Bəli, keyfiyyətli insan və cəmiyyət modeli məhz təsvir etdiyim şəkildə olmalıdır.
XƏBƏR LENTİ
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
5G-yə 600 milyon dollar xərcləyəcək
Azərbaycan səfirliyi Maydanla bağlı bəyanat yaydı
Azərbaycanlı müğənniyə kapitan rütbəsi verildi (FOTO)
3 boksçumuz finalda!
Məzənnə yenə dəyişdi
Sahurda nə yeməli, nə yeyilməməli?
Çimərlik üçün saç modelləri
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”
Mükəmməl qaşların sirri
Fikrət Kərimlinin 60 yaşı tamam oldu
Səhiyyə Nazirliyi Qriplə bağlı son vəziyyəti açıqladı
2014-cü ilin nişan geyimləri
Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT
Azərbaycan 900 yeni vaqon alacaq
Demi Rouz cəlbedici bikinidə mərhum anasını andı – FOTO
30 dəqiqədə ev təmizliyi
Körpələrlə necə vaxt keçirməli?
Günün ulduz falı - 04.12.2013
Morris sindromu
Sarmaşıq kişini evdən uzaqlaşdırır
Erməni qızdan etiraf: “Qarabağ Azərbaycandır” - VİDEO
Saç düzləşdiricilərinin zərərləri və düzgün istifadəsi
Karantin dövrünün təbiətə müsbət təsiri
Motorola Çini ələ keçirmək istəyir
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olundu
6-18 aylıq uşaqlar üçün papaq toxunuşu
Ağız qoxusunun çarəsi
Saçlarını günlərlə yumur - FOTO
Hamilələrin qidalanması və bu haqda MÜQƏDDƏSLƏRİN tövsiyyələri
Hamiləlikdə nə yeməli?
Serdar Ortaç ETİRAF ETDİ
Kristina Aqilera Bakıda - FOTO
250 qadın ağ paltarda Belarus küçələrinə çıxdı - VİDEO
Kompüter və smartfon satışları azalacaq
DİN vətəndaşlara müraciət etdi
Kanadadan Türkiyəyə böyük JEST
Boyunuza görə ideal kilo necə hesablanır?
Köhnə jurnallardan divar bəzəkləri
Labirint-1
Portağallı manna yarması şirniyyatı (foto-resept)
Ailədə uşaqların sayı
Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Romantik inanlara ulduzların tövsiyəsi
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Qızardılmış toyuq budları (foto resept)
Leyla Əliyeva ad günündə məşhurlarla bir arada - FOTO
İçlikli kartof kotleti (foto resept)
Sertap Erener Əməliyyat olundu-SƏBƏB
- ŞƏRHLƏR