Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən turpun çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Bu cinsin dünya florasının tərkibində 9 növünə rast gəlmək olar. Qafqazda 4, o cumlədən Azərbaycanda 3 növünə təsadüf olunur. Ağ turp ikiillik, qırmızı turp birillik olub, tezyetişən tərəvəz və müalicəvi xassəyə malikdirlər. Dadına, iyinə, kimyəvi tərkibinə görə onlar bir-birinə çox yaxındır. Bitkilər latınca «iri turp», «xırda turp» adlanır. Azərbaycanda yayılmış sort və formaların rənginə görə onlar «ağ turp», «qırmızı turp» kimi tanınır. Bunların qara, qırmızı, bənövşəyi, ağ, yaşımtıl, narıncı, sarı və s. rəngli sortları da vardır. Bunlardan ağ turp öz məhsuldarlığı, qırmızı turp isə tezyetişkənliyi ilə seçilir. Ağ turp sortu torpaq-iqlim şəraitindən, becərilmə aqrotexnikasından asılı olaraq hər hektardan 300 sentnerdən 1200 sentnerədək kökmeyvə verir. Qırmızı turp səpindən 20-25 gün sonra yeyilən kökmeyvə əmələ gətirir ki, bunun da hesabına il ərzində 3-4 dəfə məhsul götürmək mümkündür.
Ağ turpda sulu karbonlar 7-8, şəkərlər 2-6%, zülallar 1,5-2,5%, yağlar 0,2%, sellüloza 1,5%, kül elementləri 1%, qırmızı turpda uyğun olaraq 4-5% sulu karbonlar, şəkər 1- 4%, yağ 1-1,3%, sellüloza 0,8% və s. aşkar edilmişdir. Bundan başqa ağ turpun tərkibində 65 mq%-ə qədər C vitamini, 0,03% A (provitamini), 0,03%- B„ 0,02 %- B2, 0,1% - PP vitamini, qırmızı turpda isə uyğun olaraq 11-14
mq% C, 0,06% - A, 0,03-B„ 0,02%-B2, 0,1%-PP vitamini tapılmışdır. Ağ və qırmızı turpun tərkibində yuxarıda göstərilən qiymətli maddələrlə yanaşı, əvəzedilməz amin turşularından lizin, sistidin, metonin, mineral duzlardan kalium, kalsium, fosfor, dəmir, fitonsidli birləşmələrdən metilmerkatan, qlükozidlərdən allil-xardal yağı, lizosim, simiqrin və s. vardır.
Turplardan qidalanmada müntəzəm istifadə etdikdə insanın iştahası artır, əmələ gələn artıq turşuluq neytrallaşır və toplanan zərərli maddələr həll edilərək bədəndən xaric olunur. Maddələr mübadiləsini nizamlayır, sinqa xəstəliyinin qarşısını alır, fermentləşdirmə prosesini fəallaşdırır. Turpların tərkibində olan maddələr, o cümlədən qlüqozidlər yağlı, piyli xörəklərin həzminə, yağların sabunlaşmasına şərait yaradır. Bununla da bir sıra qaraciyər və öd xəstəliklərinin qarşısı alınır. Turpun kökmeyvəsində olan 10-12 faizə qədər pektin maddəsi insan orqanizmində olan radioaktiv maddələri zərərsizləşdirir və onları bədəndən xaric edir. Ağ turpun kökmeyvəsindən 30%-li sirkə hazırlanır. Ondan öd yolu və öd kisəsi xəstəliklərinin müalicəsində istifadə edilir. Müalicə məqsədi ilə həmin şirədən 6-8 həftə ərzində hər gecə 100 ml içmək, sonra bu dozanı yavaş-yavaş gündə 400 ml-ə çatdırmaq məsləhətdir.
Turp şirəsini balla 1:1 nisbətində qarışdırıb tənəffüs yollarının selikli qişasının zədələnmələrinin, öskürək və səsi batmış xəstələrin müalicəsində istifadə edilir. Bunun üçün gündə üç dəfə olmaqla 2 xörək qaşığı (uşaqlara 2 çay qaşığı) içməyi məsləhət görürlər. Həmin qarışıqdan XX-XXI əsrin ən geniş yayılmış xəstəliklərindən olan öd kisəsində və böyrəkdə toplanmış daşı əritmək, eyni zamanda ateresklerozun (huşsuzluğun) qarşısının almaq üçün istifadə edilir. Bu məqsədlə gündə 3 dəfə olmaqla yeməkdən 15 dəqiqə qabaq
hər dəfə də 33 ml şirə qəbul etməyi məsləhət görürlər.
Ağ turpdan dilin iflici zamanı da istifadə etmək olar. Bunun üçün xəstələnmiş şəxsə ağ turpun kəsilmiş, olduqca zəif, xırda hissəsini yavaş-yavaş çeynətmək məsləhət görülür. Ağ turpun şirəsini yağla (xüsüsən badam yağı) ilə qarışığından istifadə etməklə qulaq ağrısı xəstəliklərinin, o cümlədən qulaqda yaranmış qıjıltının müalicəsində yaxşı nəticə verir. Həmin qarışıqdan azacıq qulağa damcıladıb ağrını aradan götürürlər. Ağ və qırmızı turpdan mədə-bağırsaq yaralarının, qastrid xəstəliyinin müalicəsində, mədədə olan turşuluğun azaldılıb normaya salınmasında, həm də bağırsaq soyuqdəymələrində istifadə etmək olar. Turp beyin fəaliyyətini artırır, mərkəzi sinir sisteminin işini yaxşılaşdırır. Bədənə istilik və quruluq verir, gəyirmə yaradır, köpü azaldır, üzün rəngini yaxşılaşdırır.
Qədim xalq təbabətində turpun yerüstü hissəsini qaynadaraq suyunu toplayıb ondan sidik kisəsində olan daşı əritmək üçün istifadə etmişlər. Turpun kök meyvəsinin içərisini oyub oraya gülyağı tökür, sonra od üzərində isidib qulaq ağrısı zamanı damcıladırlar. Turpu deşib ora 4 ədəd şalğam toxumu qoyur, ağzını isə kəsiyi ilə bağlayır, onu xəmirə büküb od üzərində tam bişirdikdən sonra təbii həb kimi bal ilə üç gün yeyirlər. Bir neçə gün fasilə verdikdən sonra əməliyyat bir də təkrar olunur. Bu sidik kisəsindəki daşı əritmək üçün faydalı hesab edilir. Ağ turpun toxumlarından sənayedə qiymətli turp yağı emal edilir. Həmin yağ xörəkdə istifadə edildikdə qanda xolesterinin miqdarını azaldır, ateresklerozun qarşısını qismən alır. Ağır xörəklərin həzminə yaxşı kömək edir, iştahanı artırır, gəyirmə gətirir. Turp sidik yolunu təmizləyir, ifrazı asanlaşdırır. Turpun özəyi, yarpağı böyrək, oynaqlar və sidik yolunda kirəcləşməni, duzlaşmanı, daşlaşmanı əritməyə yaxşı təsir edir. Turpun içini oyub gül yağını içinə töküb qızdırdıqdan sonra qulağa tökməklə qulaq ağrısı kəsilir. Turp üzü təravətləndirir. Onun toxumundan, çiçəyindən dəmləyib içmək böyrəklərdən daşı tökməyə, oynaqlarda gedən duzlaşmanın müalicəsinə yaxşı təsir edir.
XƏBƏR LENTİ
Ümumdünya Solaxaylar Günüdür
HAVA necə olacaq? 10 İyul
Kişilərin futbol sevgisinin səbəbləri
Tramp dini azadlıqlar haqqında fərman imzaladı
Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olmaq üçün sənəd verənlərin sayı açıqlandı
Dünyanın ən yüksək Laləsi tikiləcək-FOTO
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Tarkanın xanımı görünüşü ilə diqqət çəkdi-FOTO
Evdə idman hərəkələri
Qışda qabaran saçlar...
İnsanı viruslar qarşısında güclü edən qan qrupu açıqlandı
Qlükoza
Bakı-Sumqayıt yolunun dərdinə çarə tapılır
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Sürətli gəzişi sınayın
Yaz fəsli üçün maskalar
Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı
Keçmişdən bu günə - 1 May
500 illik məscid məhv olmaq üzrədir
Koronavirusla bağlı son STATİSTİKA
Azərbaycan bu siyahıda liderdir
Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO
FHN-dən nazirlikdəki yanğınla bağlı AÇIQLAMA
Avtomobillərin dövlət texniki baxışına təqdim olunma qaydaları dəyişib
Yoldaşınızı yenidən sevməyin 4 yolu
Həkim Bəhram Bağırzadə ilə bağlı şad xəbər verdi
Sürücülərə xəbərdarlıq
Bakıda Quran Gecəsi keçiriləcək
Jurnalistlər üçün tikilən 3-cü binanın təhvil vaxtı açıqlandı
Ötən il neçə şagird attestatsız qalıb?
Məşhur cütlüyün toyu haqqında detallar məlum oldu-FOTO
Təyyarədə utandı, 76 kq arıqladı - FOTO
Dünya əhalisinin üçdə biri oyun oynayır - ARAŞDIRMA
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
ADA Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçildi
2015 bürclərə nə vəd edir?
Portağallı limonad (foto-resept)
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi
"WhatsApp"ın bu yeniliyi narazılıqlara səbəb oldu
Girovlarımıza ağır cəza
Bananlı yulaf əzməsi (foto resept)
Messiyə 500 milyon avroluq təklif gəldi
Tez qırılan saçlara necə qulluq etməli?
ABŞ təyyarəsi 16 əfqan öldürüldü
Ermənilər Bakıya gəlməkdən imtina etdilər
Gil maskasının faydaları
Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya
Azərbaycanda doğum səviyyəsi artıb
Naməlum canlı hər kəsi qorxutdu-FOTO
- ŞƏRHLƏR