Bakıda hava 29°
USD 1.7009 AZN
EUR 2.0003 AZN
10:21Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər! Necəsiniz?
37589

Qadınla kişinin fərqi

Qadınla kişinin fərqi

Qadınlar və kişilər arasında olan fərq və ziddiyyət illər boyu müzakirə edilən mövzulardan biridir. Dərc edilən bir məqalədə elm adamları qadın və kişi zehninin 99%-nin eyni olduğu və aralarındakı böyük fərqin sadəcə beyinlərindəki 1%-lik yer olduğunu bildiriblər. Fərqliliyi yaradan qadın və kişinin hisslərindən çox, ünsiyyət qurmaq və sevgilərini bildirmə üsullarıdır.

Aşağıdakı ümumiləşdirmələr bütün kişi və qadınlara aid deyil, amma fikirləri də öyrənsək, pis olmaz. Əlbəttə, məqsəd qadınların kişilər və kişilərin də qadınlar kimi fikirləşməsi və elə hərəkət etməsi deyil. Məqsəd bu fərqlilikləri bilmək və digər tərəfin quruluşunu qəbul edərək, ünsiyyət quraraq əlaqə yaratmaqdır.

Qadınlar hadisələrin gedişatına baxır, bütün olacaqları və səbəblərini incələyir. Məsələn, birinci görüşü və baş verən bütün hadisələri bilir və heç vaxt yaddan çıxarmırlar. Kişilər isə hadisələrin hamısını və unudulmaz hisslərin heç birini yadda saxlaya bilmirlər, yaddan çıxara bilmədikləri tək hadisə - sizi ilk dəfə  görəndə keçirdikləri hisslərdir.

Qadınların həyatlarında bir problem varsa, sadəcə həmin problemi yoluna qoymaqla kifayətlənmir, bu problemin bir daha olmaması üçün əllərindən gələni edirlər ki, bir daha bununla üz-üzə gəlməsinlər. Kişilər isə bir problem və ya sıxıntı olanda tək mərkəz olaraq problemi həll etməyə cəhd göstərirlər. Yenə də bu problemlə üz-üzə gələ biləcəklərini düşünmək də istəmirlər.

Qadınların həll edə bilmədikləri problemləri olsa da, həmin mövzu haqqında danışmağa davam edirlər. Bunu üzdə göstərməsələr də, şüuraltı kodları belədir. Kişilər isə həll edə bilmədikləri və idarələri xaricindəki vəziyyətlərdə dərhal yox sayma və təxirə salma meylində olurlar.

Qadınlar həmişə gələcəyi fikirləşərək bir həyəcan içində olurlar. Halbuki, buna ehtiyac yoxdur, çünki qadınlar hər zaman tədbirlidirlər. Kişilərsə xanımların tam əksinə, problemin son anına qədər heç bir şey etmirlər, problemi yaddan çıxarmaq istəyirlər və o haqda heç danışmırlar. 

Qadınla kişinin fərqi

Qadınlar hər zaman nəyisə hədəf alıb həmin işin dalınca gedir və inkişaf etməyə cəhd göstərirlər. Düşünülənin əksini göstərən axtarışlar qadınların statusa və maddi imkanlara daha çox əhəmiyyət verdiklərini göstərir. Kişilər həyat şərtlərini tez qəbul edir və razılaşmaları daha asandır. Kiçik zövqlü və həyəcanlı şeylərlə həyatlarını davam etdirərlər.

Əlaqələrdə qadınlar hər iki tərəfin də bir-birinə ehtiyacı olmasını istəyir və görmək arzusunda olurlar. Həyatlarında ancaq öz partnyorlarının olmasını istəyirlər, qarşı tərəfdən də bunu tələb edirlər. Kişilər isə asılılıq yerinə müstəqil yaşamağı seçirlər. Kişilər həyatlarını kiçik sahələr olaraq deyil, bir neçə maraqlı hadisələrlə doldurmağa cəhd edirlər. 

Qadınla kişinin fərqi 

Qadınlar ünsiyyət qurarkən gözlədiyi çox şeylər var - əlaqə və yaxınlıq yaratmaq, onun haqqında bütün məlumatları yığmaq və hisslərini öyrənmək. Kişilərsə siz nə danışırsızsa, o haqda danışır. Aralığa söz qatıb məlumat yığa bilmir.

Qadınların ünsiyyətdən gözlədiyi paylaşma bir-birini başa düşmək və ortaq yol tapmaq istəyidir. Bu, kişilərin dünyasına tamam zidd bir vəziyyətdir. Kişilər ümumiyyətlə duyğuları və hissləri haqda danışmağı sevmirlər. Bunu boş söhbət kimi qəbul edirlər.

Qadınlar ünsiyyətdə səmimiyyət axtarır, hər şeyin açıq-aşkar olmasını istəyir, kömək edir və kömək gözləyir. Hadisələrə daxil olaraq fikir bildirmək istəyir, əksi olduğu halda qarşı tərəfi qınayır. Kişilər problemlərini tək həll etmək istəyirlər. Paylaşmaq yerinə ört-basdır etmək kişilərin peşəsidir. Kişilər məsləhət almağı, məsləhətləşməyi heç sevmirlər.

Qadınlar bir problem haqqında danışmağı, başa düşməyi, razı salmağı istəyirlər, belə olmadıqda özlərini işə yaramaz hiss edirlər. Buna görə də ayrılıq vaxtı qadın daha çox kədərlənir, hadisələri incələyir və danışmaq istəyir. Kişilər problemləri haqqında danışmağa, dərinliklərinə düşməyə və qarşı tərəfi razı salmağa nifrət edirlər, tək istədikləri problemi yox etməkdir. Sırf buna görə bir problem olan kimi kişilər qaçır, əlaqəni tam kəsməyi fikirləşir.

Qadınlar dərdlərini paylaşaraq azaldar. Kişilər dərdləri haqqında danışmayıb, başqa şeylərlə məşğul olur, ya da öz içlərində həll edib yaddan çıxarırlar. Adətən spirt və narkotik istifadəçilərinin kişi olmasının səbəbləri də ruhi sıxıntı və hər şeyi yaddan çıxarmaq istəklərindən irəli gəlir.

Qadınlar qarşı tərəfin bütün romantik planlarını başa düşürlər. Kişilər öz  işlərinə bağlı olduğu üçün qarşı tərəfin düşüncələrini başa düşməyib, fikir verməzlər.  

 Qadınla kişinin fərqi 

Qadınların yoldaşlıq və dostluq düşüncələri kişilərin düşüncələrinə tam ziddir. Qadınlar xoşbəxtliklərini yoldaşları və ailə üzvləri ilə paylaşırlar, belə olduğu üçün ətrafdan və onların fikirlərindən daha çox təsirlənir və bunu əlaqələrində əks etdirirlər. Kişilərin dostluq düşüncələri qadınların düşüncələri ilə uyğunlaşmır, onlar dostları ilə əsasən gün içində olanlardan söhbət etmir, əyləncəli hadisələr haqda söhbət edirlər. Əlaqələrin, romantik vəziyyətlərin və ciddi mövzuların yerini futbol və siyasət mövzuları ilə doldururlar. Nadir hallarda danışdıqlarında da qısa və konkret, bir-birilərinə ağıl vermək üçün deyil, hisslərini izah edə bilmək üçün paylaşırlar. Qadınlar kimi bir-birilərinin əlaqələrini yoxlanışdan keçirmir, hətta çoxu heç danışmır.

Qadınlar ətraflarındakı insanların təqdirini və təsdiqini almaq istəyir. Kişilər ətraflarındakı insanların hörmətini qazanmaq və qürurlu görünmək istəyirlər.

Qadınlar həyatlarındakı kişiyə inanaraq onunla bir həyatı seçirlər. Kişilər də eyni hissi keçirsələr də bunu biruzə vermirlər.

 Qadınlar nə istəyir - sevilsin, sözlərinə qulaq assınlar, ona hörmət etsinlər, ehtiyac duysunlar və inansınlar. Kişilər nə istəyir - səssiz bir qadın...

Səslərin sayı: 9
50
4287
Loading...
Şərhlər
Offline
Iceberg
Qadınlar hadisələrin gedişatına baxır
28 iyun 2017 16:35
imza: shafaabdulla.blogspot.com
Offline
Ulker.Agamali
Qadinla kisi hec zaman bir ola bilmez bu fizioloji bioloji ruhsal psixoloji her bir terefden beledir
22 noyabr 2014 16:17
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
איסון ממדוב.
Sevinc, give_ros
Minira Aslanzade, give_ros
aylin youlin, give_ros
♥NiLuFeR♥, give_ros
14 sentyabr 2014 16:48
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
♥NiLuFeR♥
Çox maraqlı mövzudur,təşəkkürlər mələyim give_ros
28 may 2014 13:45
Offline
aylin youlin
Heeee hamisi duzdu
17 aprel 2014 12:28
Offline
Qəribə
Çox sağolun mövzu üçün.
26 mart 2014 22:35
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Minira Aslanzade
Hamsi duzdu
21 mart 2014 15:05
Offline
Sevinc
Vallah bu movzunu oxuyandan sonra bele basha dushdum ki ele felek olan bizler imishik.Yaziq bu kishiler meger nece de sade, problem yaratmayan varliqlarmish.
9 mart 2014 10:02
Offline
איסון ממדוב.
ster ailede isrsede cemiyyetde her kesin oz yeri var.
give_ros
Maraqli movzuya toxunmusuz.menim kiwilere hec sozum yoxdu.onsuzda duzelen deyiller.xanimlar yormayin ozunuzu.
give_ros
28 yanvar 2014 21:13
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ayka 94
Maraqli movzuya toxunmusuz.menim kiwilere hec sozum yoxdu.onsuzda duzelen deyiller.xanimlar yormayin ozunuzu. mocking
28 yanvar 2014 10:47
Offline
konul hesenova
ister ailede isrsede cemiyyetde her kesin oz yeri var.
28 yanvar 2014 08:25
Offline
איסון ממדוב.
bu yazilanlar hamisi dogrudur.kisiler ozlerine ne serf edirse onu da edirler.biz qadinlara ise coxda imkan yaratmirlar.xebere gore twk.

give_ros
25 yanvar 2014 16:48
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
gulya akhundzada
Bu yazilanlar hamisi dogrudur.kisiler ozlerine ne serf edirse onu da edirler.biz qadinlara ise coxda imkan yaratmirlar.xebere gore twk.
25 yanvar 2014 16:27
Offline
איסון ממדוב.
Aysun xanim,yazilanlarla werikem,tebii ki.Baxiram ki,yazmaq istediklerimi xanimlar artiq yazib.Ancaq fikir verin,bir kiwi istifadeci bu xebere werh yazmayib .Marqli movzuya gore cox sag olun
love HAQLISIZ İNANINKI HEC FİKİR VERMIMİŞDİM SAYENİZDE BAXDIM
Hamısıyla razıyam çox sağolun mövzu üçün.

give_ros
24 yanvar 2014 20:37
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
AFET
Hamısıyla razıyam çox sağolun mövzu üçün.
24 yanvar 2014 14:54
Offline
Nigar
Aysun xanim,yazilanlarla werikem,tebii ki.Baxiram ki,yazmaq istediklerimi xanimlar artiq yazib.Ancaq fikir verin,bir kiwi istifadeci bu xebere werh yazmayib unknown .Marqli movzuya gore cox sag olun give_ros
24 yanvar 2014 13:49
Offline
איסון ממדוב.
Qadınlar nə istəyir - sevilsin, sözlərinə qulaq assınlar, ona hörmət etsinlər, ehtiyac duysunlar və inansınlar. Kişilər nə istəyir - səssiz bir qadın...teessuf ki kisilerin coxu ele bele de duwunur/biz qadinlarin hisslerise ozlerine qalir

good
24 yanvar 2014 11:16
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
SamireAliyeva
Qadınlar nə istəyir - sevilsin, sözlərinə qulaq assınlar, ona hörmət etsinlər, ehtiyac duysunlar və inansınlar. Kişilər nə istəyir - səssiz bir qadın...teessuf ki kisilerin coxu ele bele de duwunur/biz qadinlarin hisslerise ozlerine qalir dash
23 yanvar 2014 21:42
Offline
איסון ממדוב.
Tesekkurler çox maraqlı mövzudu


Parvina İbrahimova
Xətkeş kimi düz cümlələrdir.Münasibət kimi qəliz məsələ var?

Kişilər qadinlarinin dost tapmasina , dost olmasina razi deyillər. İstəyirlər ki , özləri ( kişi ) qadinlarinin həm dostu olsun , həm sevdiyi , həm ailəsi.. Amma qadina dost lazimdir ( rəfiqə ). Çox paxildirlar , yaddan çixmaq istəmirlər heç..

Hmm maraqli movzudu.tesekkurlerAYSUN MEMMEDOVA,

SİZLERDE SAQOLUN XANİMLAR
23 yanvar 2014 19:53
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
...... Eliyeva
Hmm maraqli movzudu.tesekkurlerAYSUN MEMMEDOVA,
23 yanvar 2014 17:10
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!