Əziz Qadın.Netlilər, məsləhətinizə çox ehtiyacım var. Amma çox xahiş edirəm ki, məni qınamayın. Mən internetə, saytlara girən deyildim. Mən məktəbi bitirmişəm, təhsilimi almışam. Bir gün facebook-a girdim. Başım çıxmasa da, maraqlı gəldi. Amma istəmirdim oğlan dostum olsun. Tanıdığım bütün qızlarla dost oldum. Sabahısı gün səhifələrin birində bir status oxudum, bu statusdan çox xosum gəldi. Rəy yazdım. Bir oğlan cavablandırdı. Elə oldu ki, mənə dostluq atdı. Qəbul etmədim, tanımırdım. Neyləyəcəyimi bilmədim.
Oğlanın adı Cəmildir. O da məndən 1 gün əvvəl ora girmişdi. Heç dostu yox idi. Bir az danışdıq. Dedim"Nə olacaq, tanımır, eləmir, sadəcə olaraq yazışacağam". Yazışdım. O, institutda oxuyurdu. 1 il 7 ay yazışdıq. Mən ona inanırdım, çox yaxşı oğlandır. Mən pis vəziyyətə düşəndə həmişə yanımda oldu, o da pis olanda mən də onun yanında oldum. Amma dost kimi yazışırdıq.
Bir gün qərar verdim ki, mən daha ora girməyim, çıxım. Çıxdım. 15 gün girmədim. Amma o, mənim haqqımda maraqlanıb, rəfiqələrimin e-mailini bilirdi. Onlardan məni maraqlanıb. Qızlardan biri bizim qonşudur. O, Cəmilə inanırdı, yaxşı oğlan idi çünki. Cəmil qonşunun qızına yalvarib ki, mənimlə əlaqə yaratmağa nömrə versin. O da mənim nömrəmi ona verib. Oğlan mənə mesaj yazdı ki, "1 il 7 aydır səninlə yazışıram. Çox sevirəm səni, məni başa düş. Ailən haqqında da maraqlanmışam, bilirəm ailən necə ailədir. Sənə inanıram, səni çox sevirəm. Demirəm mənimlə danış. Xeyr, istəyirsənsə danışma, amma yox da demə, qurban olum. Əsgərəm, indi leytenantlığı oxuyuram. Gözlə məni sadəcə olaraq. Danışma, amma ürəyini də heç kimə vermə. Gözlə məni. Bir də mən bilim ki, anamgil sizə elçi gələndə sənin fikrin necə olacaq?!"
Mən heç nə demədim. 1 aydır ki, mənə mesajlar yazır, amma cavab yazmamışam. İnternetdə tanış olduğumuza görə qorxuram. Mənə and içib ki, heç kim bilməyəcək bunu.
Qızlar mən bilmirəm neyləyim, mənə məsləhət verin. Mən necə addım atmalıyam?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Vahimədən xilas olmağın üsulları
Günün ulduz falı
Yaz gəlinlik nümunələri
Avropa Birliyi İraqa 75 milyon dollar yardım edəcək
Hava isinir
Döşlərinizi təbii yollarla böyüdün-2
Bengü qızı ilə FOTO paylaşdı
Məşhur cütlük barışdıqdan sonra İLK DƏFƏ-FOTO
Erməni uşağını xilas edib, 38 düşməni öldürən komandir: “Qorxdum ki, uşağın altına bomba qoyublar” - VİDEO
Heyva çəyirdəyi maskası
Xəyanətkar ərlərin yoldaşları ilə qalmasının 6 səbəbi
Çağla Şikel xəstəxanalıq oldu
Günün ulduz falı
Ermənistan Qarabağdakı hərbi əməliyyatlarda itkilərinin sayını açıqladı - VİDEO
Yerdən 9 min metr yüksəkdə qəribə qala - Video
Ərdoğandan Dəniz Çakıra SƏRT SÖZLƏR
WhatsApp-a girişə qadağa qoyuldu
Uşağın böyüməsi və inkişafı
Tanınmış aparıcıya AĞIR İTKİ - İki övladını da...
Ana-atalığın verdiyi məsuliyyət hissi
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Acun məşhur verilişi öz kanalına transfer edir
Məşhur cütlük ev aldı
"Taxt oyunları"nın ulduzu bal ayındadır-FOTO
İlan masajıyla rahatlanın
Türkiyədə neçə nəfər azərbaycanlı koronavirusa yoluxub?
Urmiya gölü niyə quruyur?
Sevgi münasibətlərində kişi qadından cavan ola bilərmi?
İkinci imtahanın VAXTI açıqlandı
UEFA "Qarabağ"ın haqqını verdi
Tamlı qatqılar
Bu kişilərə qoz –fındıq yemək olmaz!
Şahmatın balacalara faydası nədir?
190 manat ödənilən şəxslərin sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
Berlində bizi reklam edəcəklər
Təyyarədə qadın sərnişinin qeyri-adi hərəkəti təəccübləndirdi - VİDEO
Dadlı tort (foto resept)
Can Yamanla Demet AYRILDI
Azərbaycanda bu "həzzi" qadağan edəcəklər?
Daha bir serial erkən bitdi
Bengü körpəsi ilə reklama çəkiləcək
Meyvələrin insan orqanizminə göstərdiyi təsir
Makiyajsız məşhurlar
Birinci xanım: Cəza alacaqlar
Diqqət! Şifrələrinizi dəyişdirin
Dünyanın ən gözəl qızı
Qarabağda ildırım sürətli müharibə
"Mən türkəm"
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
Pərdə seçərkən nələrə diqqət etməliyik?
- ŞƏRHLƏR