Həkimlər depressiyadan necə can qurtarmaq haqda çox məlumatlar veriblər. Bu haqda mövzuları siz də oxumuş və ya bir həkimə müraciət etmisiniz, həkimin hər sözünə diqqətlə qulaq asmısınız, amma əməl etməyə çətinlik çəkirsiniz. Çünki qarşınızdakı həkim, ya da heç həyatında depressiya yaşamamış biri, sizin düşüncələrinizi necə başa düşəcəyi haqda düşünürsünüz. Halbuki, onların dediklərinin hamısı düzdür. "Xəstə insanı ancaq xəstə insan yaxşı başa düşər" deyə bir söz var. Nəsrəddin haqda belə bir hekayə danışıblar:
"Nəsrəddin bir gün eşşəkdən yıxılıb. Ətrafdakılar çox qorxublar və: "Durma, gözlə həkim çağıraq" deyiblər.. Nəsrəddin bəyin istəyi fərqli imiş:
- Mənə doktor deyil, eşşəkdən yıxılan birini tapıb gətirin.
Biri neçə illər bundan əvvəl qəza keçirmişdi və yaxın dostu gözünün qabağında can verərək ölmüşdü. Bu hadisə ona çox pis təsir etmişdi. Hardasa 1 il çox qəmgin olmuşdu. Vaxtını kitab oxumaqla keçirdiyi üçün özü haqda axtarış etməyə başlayır. Artıq bu xəstə düşüncədən və xəstə kimi yaşamaqdan xilas olmalıydı.
Depressiyadan can qurtarmaq üçün öncə həkimə müraciət etməliydi. Həkimə müraciət etdi. Həkimin sözü belə oldu: "Siz özünüz özünüzə kömək etməsəniz, yaxşı ola bilməzsiniz! Dərmanlar sizə bir qədər kömək edər..." Özünə necə kömək edəcəyini bilmirdi. Artıq 1 il idi ki, müalicəyə başlamışdı. Hələ özünü yaxşı hiss edə bilmirdi.
Keçmişə dönüb baxdıqda həyatdan qopduğunu görürdü. Halbuki, həyat davam edir. Geridə qalan 1 ilini yaşamadığını başa düşürdü. İndi düz yoldadır. Çünki həkimə müraciət edib. Sonra bir gün güclü insanların xüsusiyyətlərin oxuyanda çox təsirləndiyi bir cümlə gördü: "Güclü insanlar həyatın acı olduğunu daim bilirlər."
Bunu bildikdən sonra ətrafındakı güclü insanları araşdırmağa və insanların həyat hekayələrini oxumağa başladı. Gördü ki, onlar daha çox böyük ağrılar çəkiblər, amma həyatın ipini əllərində saxlayıblar. Bu, özünə gəlməyinə çox kömək etdi.
Əgər kədər və ya çətinlik 3 gündən çox davam etsə, yaxşı olar ki, bir mütəxəssisdən kömək istəyəsiniz. Əgər bir yaxınınızı itirmisinizsə, ən çox 1 il yas tutun, sonra həyata dönməyə çətinlik çəkirsinizsə, psixoloqla məsləhətləşin.
Bir insan fiziki olaraq xəstə olsa da xoşbəxt ola bilər. Ətrafınızda bir çox insan var ki, sağlamlıqları yerində deyil, amma evlənir, uşaq sahibi olur, bir şirkətin müdiri olur, yazar olur, tətilə gedir və s. Yəni həyatınızın hər anında bir sıra fiziki çatışmazlıqlar olur. Bunu həyatınızdan çıxarmaq imkanınız yoxdur, ancaq özünüzə yaxşı baxıb sağlamlığınızı qorumalısınız. Bütün bunlara baxmayaraq, xoşbəxt ola bilərsiniz. Halbuki, insan depressiyada olanda hər şeyi olduğu halda özünü bədbəxt hiss edir. Heç bir şey kefini açmır, heç bir şey etmək istəmir.
Əvvəlcə nəsə etmək məcburiyyətindəsiniz. Bədən hərəkəti beyni də məşğul edir və həmin işə qarşı maraq başlayır. Bir müddət sonra çətinliklər yaddan çıxır. Bu, idman və ya hobbiniz ola bilər. Xüsusilə irəliyə qoyulan hədəflər çox daha yaxşıdır.
Artıq yaşanmadan keçəcək bir dəqiqəyə belə icazə verməyin. Həyatınızın hər anını doyunca yaşayın. Depressiyanın və bədbəxtliyin həyatınıza bir daha girməsinə icazə verməyin. Çünki həyat çox gözəldir. Beyninizdə hədəflədiyiniz çox şeylər var.
Uşaqlığınızdakı bayram səhərləri olduğu kimi bütün evdəkilər durub, təzə paltarlarını geyinib, süfrələr bəzənib, siz yata bilərdiniz? Üstəlik, yatağınızın üstündə təzə paltarınız var ikən...
Budur, artıq sizin hər səhər geyinə biləcəyiniz təzə paltarıniz var. Yəni hər səhər yataqdan həyəcanla durmağa səbəb var. Bu səbəbləri siz özünüz yaratmalısınız. Səbəblərinizin bitməyinə icazə verməyin. Xoşbəxtliyiniz öz əllərinizdədir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ağ şanı, yoxsa qara şanı?
"Bizim Tarla" - Kürü məhsulları
Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO
Dəri sallanmasının qarşısını necə almaq olar?
MİSİR PLOVU (foto resept)
Mərkəzi Bankdan mühüm qərar
Leyla Əliyeva atasını belə təbrik etdi
Daha bir ölkə sərhədlərini turistlərin üzünə açdı
Portağaldan şam düzəldin
“Eurovision-2015” bu şəhərdə olacaq
Rami Malekdən FOTOsessiya
Sevginizdən istifadə etdiyini göstərən 6 davranış
Yer üçün böyük təhlükə
Zorakılıq, qızlara yoxsa cəmiyyətə?
Uşaqlarda nitq geriliyinin səbəbləri
Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
Dünya bu əkizlərdən danışır - FOTO
Ölkədə 12 obyekt bağlandı
Nazim Süleymanov: "Əgər onlar "Neftçi"nin çempionluğunu istəmirsə..."
Yaşını göstərməyən 11 məşhur
Ət soyutması (foto resept)
Ağrıların səbəbi D vitamini çatışmazlığı
Kim hansı vitamini qəbul etməlidir?
Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur - RƏSMİ
Məşhur cütlüyün təzminat davası
AMEA və UNESCO-dan ermənilərə qarşı birgə layihə
Evlənməkdə say məhdudiyyəti varmı?
ODLU TORNADO hər kəsi qorxutdu-VİDEO
Dollara Putin "silləsi"
Azərbaycanın xeyli hissəsində qaz olmayacaq
Diabetin dərmansız davası
Makiyaj hiylələri
2018 Emmy mükafatları; Qırmızı xalça
Sarıkök içkisi - Okinavalıların sirri
Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər
Dəmiryolu vağzalının yanındakı meydan və yol bağlanır
Cennifer Lopez yeni reklamda çəkildi – FOTO/VİDEO
“Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildiyi nəşrə hazırlanıb
Sevən şəxsin 8 davranışı
Bölgələrdə İlham Əliyevin qələbəsi qeyd edilir
Messinin ən böyük arzusu
Putin Suriyaya görə meydan oxudu
Ziyafət qaydaları
"Yeganə"lər
Kamran Əliyev yeni vəzifəyə təyin edildi
"WhatsApp"da virus YAYILDI
Cimi Hendriksin gitarası rekord məbləğə satıldı
Bu da kəndlərimizin yeni adları
Obama Avropanı xəbərdar etdi
Su
- ŞƏRHLƏR